Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   12   13   14   15   16   17   18   19   ...   87

 
47 
olmadıqda  dil  korlanır,  kobudlaşır,  mənasına  xələl  gəlir,  daxili  gözəlliyini  itirir. 
Dil  onu  pozan,  korlayan  hallara  isə  ciddi  müqavimət  göstərir,  onları  rədd  edir, 
insanın bədəni yad ünsürləri rədd edən kimi” (M.İbrahimov). 
4.  Nitqin  düzgünlüyü.  Nitqin  bu  keyfiyyətindən  bəhs  olunarkən  çox 
zaman  göstərilir  ki,  düzgünlük  həm  yazılı,  həm  də  şifahi  nitqdə  qrammatik 
qaydalara  əməl  etməkdir.  Lakin  nitqin  düzgünlüyü  üçün  təkcə  qrammatik 
qaydaları  gözləmək  kifayət  deyildir.  Qrammatikanı  yaxşı  bilən  adamlardan 
elələrinə  təsadüf  edilir  ki,  onların  nə  yazdıqlarını  oxumaq,  nə  də  danışığını 
dinləmək, anlamaq mümkündür. Belələrinin nitqi cansız, təsirsiz və  qüsurlu olur. 
Düzgün  nitqə  yiyələnmək  üçün  qrammatikanın  qaydalarını  bilməkdən  əlavə, 
ədəbi  dilin  digər  normalarına  da  riayət  etmək  lazımdır.  Bunun  üçün  cümlələr 
məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər 
seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran 
vasitələrdən  yerində  və  məqsədəuyğun  istifadə  olunmalıdır.  Nitqin  düzgünlüyü 
üçün  başlıca  şərtlərdən  biri  ifadə  edilən  fikrin  reallıqla  bağlılığı,  gerçəkliyin 
hadisə  və  predmetlərini  olduğu  şəkildə  əks  etdirməsidir.  Reallıqdan  uzaq,  ona 
söykənməyən nitq hansı mövzuda olursa-olsun maraqsızdır, təsirsizdir, sönükdür.   
Nitqə  verilən  tələblərdən  biri  də  onun  səmimiliyidir.  Natiq  öz  çıxışı  ilə 
onu  dinləyənləri  inandıra,  onların  ürəyinə  yol  tapa  bilməlidir.  Bu  o  zaman 
mümkün  olur  ki,  nitq  həyat  həqiqətləri,  real  hadisələr  əsasında,  qarşı  tərəfin 
mənafeyinə  uyğun  qurulsun,  onu  razı  salsın.  Bu  baxımdan  ulu  öndərimiz 
H.Əliyevin çıxışlarını, söhbətlərini nümunə kimi göstərmək olar. Dərin məntiqə, 
mənaya əsaslanan bu çıxışlar cazibəli, sadə, səmimi idi. O, xalqla onun öz dilində  
danışardı.  Çıxışlarında  “xalq  hər  şeyi  bilməlidir,  xalqdan  heç  nəyi  gizlətmək 
olmaz”  kimi  prinsipləri  rəhbər  tutaraq  dinləyiciləri  inandıra,  qəlblərə  yol  tapa 
bilir,  izahedici  nitqi  ilə  insanları  müstəqilliyimiz    uğrunda  mübarizə  aparmağa, 
nailiyyətlər əldə etməyə səsləyir və buna nail olurdu. 
 Nitqdə  reallıqdan  uzaqlaşma,  əsasən,  iki  səbəbdən  irəli  gəlir:  birincisi, 
mühazirəçinin  bilərəkdən  faktları,  hadisələri,  onların  səbəb  və  nəticələrini  təhrif 
olunmuş  şəkildə  şərh  etməsi.  Məsələn,  məktəb  direktorunun  çıxışında  mənim-


 
48 
səmənin yüksək faizlə göstərilməsi, layiq olmadan edilən təriflər, nöqsanların ört-
basdır  edilməsi  və  ya  onların  səbəbinin  bu  işlə  daha  az  əlaqəsi  olan  amillərlə 
bağlanması və s. nitqin düzgünlüyünə xələl gətirən hallardır. 
“Fikrimizcə,  bu  gün  nitq  mədəniyyətinin  səviyyəsi,  hər  şeydən  qabaq, 
ifadə  olunan  fikrin  həqiqiliyi,  doğru-düzgünlüyündən  çox  asılıdır.  Əlbəttə,  nitq 
mədəniyyəti  baxımından  ədəbi-tənqidi  fikrin  ifadə  tərzi  hər  cəhətdən  gözəl, 
nümunəvi  olmalıdır.  Lakin  zahirən  sığallı,  hamar,  axıcı,  rəvan,  sirayətedici  nitq 
yalanı  həqiqət  adına  ifadə  edirsə,  bu  cür  nitq  mədəniyyəti  səviyyədən  uzaqdır” 
(17, 109). 
Nitqdə  reallıqdan  uzaqlaşmanın  digər  səbəbi  danışanın  nitq  predmeti 
haqqında səthi məlumata sahib olmasıdır. Məsələn, müasir təlim texnologiyaları, 
onların məktəbdə tədrisinin mövcud problemlər (interaktiv, innovativ təlim və s.) 
barədə  aydın  təsəvvürü,  ətraflı  məlumatı    olmayan  rəhbər  maarif  işçisinin 
müəllimlər qarşısında çıxışı istənilən effekti verə bilmir. Yaxud ölkəmizin xarici 
siyasəti  haqqında  səthi  məlumatı  olan  mühazirəçinin,  icmalçının,  şərhçinin  və 
başqalarının çıxışı maraqsız olur, yaxşı dinlənilmir. 
Nümunəvi  nitqin  mühüm  şərtlərindən  biri  də  cümlələrin    düzgün  qurul-
masıdır. Bu cəhətdən natiqin nitqi başqalarından  fərqlənməlidir. O, dinləyicilərlə 
ünsiyyətin bütün  formalarında fikrini dolğun, sanballı, aydın və təsirli cümlələrlə 
ifadə  etməyi  bacarmalıdır.  Danışıq  prosesində  yaxşı  cümlə  qurmaq  məqsədilə 
fikirləşmək və nümunəvi cümlələr düzəltmək mümkün deyildir və buna ehtiyac da 
yoxdur.  Belə  bacarıq  xüsusilə  natiqlərdə  möhkəm  nitq  vərdişinə  çevrilməli, 
nəzərdə tutulan fikir özünəmüvafiq forma ilə verilməlidir. 
Natiqin  nitqi,    hər  şeydən  əvvəl,    bədii  təsvir  vasitələri  -  sinonimlər, 
frazeoloji birləşmələr, atalar sözləri, zərbi-məsəllər,  həkimanə sözlər, aforizmlər 
və s. ilə zəngin olmalıdır. Danışan bu vasitələrlə ən incə mətləbləri dinləyicilərinə 
çatdıra  bilməlidir.  Belə  obrazlı  ifadələr    yerində,  məqamında    işləndikdə  nitq 
xoşagəlimli olur, onun  bədiiliyi, təsir gücü artır. 
Natiq öz cümlələrində şey, zad, uje, mejdu proçim və s. kimi artıq sözlər 
işlətməkdən çəkinməlidir. Eləcə də deməli, haradasa, mənə belə gəlir, elə bil ki, 


 
49 
məsələ  burasındadır  ki,  təbii  ki,  göründüyü  kimi  söz  və  ifadələr  təkrar-təkrar 
işləndikdə nitq ağırlaşır,  dinləyicinin diqqəti fikrin məzmunundan yayınır. Belə 
danışıq tərzi çox vaxt rişxəndə və gülüşə səbəb olur. Ədəbi dilin tənzimləyici və 
yayıcıları  sayılan  ziyalıların,  xüsusən  müəllimlərin  nitqində  bəzən  bu  cür 
qüsurlara yol verilməsi təəccüb və təəssüf doğurur. 
Auditoriyada,  ictimai  yerlərdə,  rəsmi  məclislərdə  nitqin  daha  dəbdəbəli, 
təmtəraqlı  olması  üçün  çox  zaman  qəlib  xarakterli,  çeynənmiş  sözlərdən, 
cümlələrdən  istifadə  olunur.  məqsədyönlü  iş,  görkəmli  nailiyyətlər  qazanmaq, 
yüksək əmək nümunələri göstərmək, yüksək nəticələrə nail olmaq, önəmli addım, 
təşkil  etmək,  diqqəti  çəkən  məsələ,  qısa  zaman  kəşiyində,  prizmadan  baxmaq, 
dəstəkləmək,  yeni  münasibətlər  müstəvisində,  bu  istiqamətdə  fəaliyyət  və  s.  tipli  
ifadələrin  tez-tez  işlədilməsi  nitqə  quruluq  gətirir,  onu  canlılıqdan  məhrum  edir. 
Natiq nitqində həmin ifadələrin uyarlı qarşılığından istifadə olunmalıdır. 
Şifahi  nitqin  (eləcə  də  yazılı  nitqin)  qüsurlarından  biri  də  cümlələrin 
məntiqi,  qrammatik  baxımdan  düzgün  qurulmamasıdır.  Məsələn,  “Bu  məqalə 
oxucu  kütləsi  üçün  nəzərdə  tutulmuşdur.  Onun  sözünə  baxıb,  onun  abidəsini 
qoydular.  Xalq,  əhali  belə  düşünürlər.  Orada  beş  yüzdən  artıq  qocalarımız 
yaşayır;  Tamaşalarımız  çox  yaxşı  kiçikyaşlılar  tərəfindən  qarşılandı.  Hər 
məntəqədə  artıq  səs  verəcək  seçiciləri  gözləyirdilər;  Çox  təəssüf  ki,  bu  xeyirxah 
işdə mən tək deyiləm  və s. Radio və televiziya verilişlərinin dilindən alınmış bu 
cür qüsurlu cümlələrə bəzən natiqlərin, mühazirəçilərin, müəllimlərin nitqində də 
təsadüf etmək mümkündür. Natiq cümlə qurmaq bacarığının təkmilləşdirilməsi ilə 
bağlı  müəyyən  sistemlə,  müntəzəm  şəkildə  iş  aparmalı,  həmin  keyfiyyətə  tam 
şəkildə    yiyələnməlidir.  Onun  nitqində  uzun,  dolaşıq,  təmtəraqlı  cümlələrə  yol 
verilməməli,  fikirlər  aydın,  sadə  şəkildə  ifadə  edilməlidir.  Burada  iş  cümlələrin 
düzgün qurulması ilə bitmir. Həmin cümlələr həm də dinləyicini qane edəcək bir 
tərzdə  söylənilməlidir.  Bu  zaman  ədəbi  tələffüz  qaydaları  gözlənilməli,  normal 
diksiyaya, nitq fasiləsinə, tonuna, məntiqi vurğuya və sairəyə əməl olunmalıdır. 
Cümlə  qurmaqla  bağlı qüsurun  bir  səbəbi  də  nitqdə,  xüsusən məruzə  və 
mülahizələrdə həcmcə böyük cümlələrin işlədilməsidir, Belə cümlələr çox zaman 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə