Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   20   21   22   23   24   25   26   27   ...   87

 
71 
seçilir,  danışan  onu  dinləyənə  öz  səs  tonu  ilə  bir  növ  göstərir,  işarə  edir,  həmin 
kəlmə başqaları fonunda ayrılır, seçilir, mənası da qabarıqlaşır. 
Bakıda sentyabr ayında havalar həmişə sakit keçir. 
Burada sentyabrda havaların başqa yerdə yox, məhz Bakıda həmişə sakit 
keçdiyi məntiqi vurğu ilə söylənir və bu söz o birilərə nisbətən güclü deyilir. Bir 
növ “Bakıda” sözü fəallaşıb danışanın demək istədiyini dinləyənə çatdırır, qalan 
sözlər  adi  kəmiyyətdə  tələffüz  edilir.  Həmin    cümlədəki  digər  sözləri  də 
məqsədimizə  müvafiq  şəkildə  məntiqi  vurğu  altında  tələffüz  etsək,  bu  cümlələr 
ifadə  etdiyi  fikri  çalarına  görə  bir-birindən  fərqlənəcəkdir.  Rabitəli  mətnin  
oxusunda (eləcə də danışıq zamanı) hansı sözün və ya birləşmənin məntiqi vurğu 
ilə deyilməli olduğunu məna, məzmun, məqsəd diktə  edir. Başqa sözlə, məzmun 
özünəmüvafiq  ifadə  formasını,  tərzini  sözlərin  məntiqi  vurğu  ilə  deyilməsində 
tapır. 
Məntiqi vurğulu söz bütün hallarda güclü səslə deyilməyə də bilər. Məna 
yükünü daşıyan sözlər, söz birləşmələri aşağı səslə tələffüz edilib cümlədəki digər 
sözlərdən fərqləndirilir. Bu haqda Deyl Karnegi yazır: “Siz gözlənilmədən səsinizi 
aşağı salmaqla, yaxud qaldırmaqla ona nail ola bilərsiniz ki, sizin seçiminizə görə 
istənilən  söz,  yaxud  ifadə  sizin  bağınızdakı  başqa  bitkilər  mühitində  yaşıl  dəfnə 
ağacının  seçildiyi  kimi,  mətndə  də  fərqləndirilsin.  Demək  olar  ki,  bütün  yaxşı 
natiqlər bu cür hərəkət edirlər” (59, 64). 
Məntiqi  vurğunun  müəyyənləşdirilməsi  üçün  bir  sıra  qaydalar  (ölçülər) 
vardır  ki,  həmin  qaydalara  müvafiq  gələn  sözlər  istər  ayrıca  götürülmüş 
cümlələrdə, istərsə də rabitəli mətndə həmişə məntiqi vurğu ilə tələffüz olunur. Bu 
qaydalar, əsasən, aşağıdakılardır: 
1.
 
Müqayisə edilən sözlər vurğulu olur. Məsələn; 
1)
 
Taxıl zəmiləri dəniz kimi dalğalanırdı (M.Ə.). 
2)
 
Burda süd kimidir dağların qarı,  
         Sallanır qayadan buz salxımları. 
                                         (
S.Vurğun)  


 
72 
Bu  nümunələrdəki  “taxıl,  “dəniz”  (birinci  cümlədə),  “süd”  və  “qar” 
(ikinci cümlədə) sözləri məntiqi vurğu ilə deyilir. 
3)
 
Qarşılaşdırılan zidd mənalı sözlər: 
Əgər    fikirlər,  adamlar,  əşyalar,  hadisələr,  onların  əlamətləri və  s.  qarşı-
qarşıya qoyulursa, bu qarşılaşdırmada iştirak edən sözlər məntiqi vurğu ilə deyilir 
və  nəzərə  çarpdırılır.  Qarşılaşdırılan  sözlər  əksər  hallarda  zidd  mənalı  olur. 
Məsələn; 
               Mən yaşıd qardaşam 
               Qocayla,  
               Gənclə. 
               Sirli bir aləməm 
               Bütün aləmdə. 
               Nifrət məhəbbətlə 
               Kədər sevinclə 
               Baş-başa 
               Uyuyur 
               Mənim sinəmdə. 
                            (Nəbi Xəzri) 
 
Bu cümlələrdəki zidd mənaları ifadə edən sözlər (qocayla – gənclə, nifrət 
– məhəbbətlə, kədər – sevinclə) məntiqi vurğu ilə tələffüz olunur. Qarşılaşdırılan 
sözlər arasında müəyyən qədər fasilə edilir. 
4)
 
Məntiqi vurğunun düzgün müəyyənləşdirilməsində əldə tutulan yeganə 
qayda  varsa  o  da  “yeni  məfhum”  qaydasıdır.  Bu  qaydaya  əsasən  nitqdə  əvvəlki 
cümlədəki əşya, şəxs və ya hadisəni bildirən söz, sonra gələn cümlənin mənasında 
müəyyən rol oynayırsa, həmin söz məntiqi vurğu ilə deyilir. Məsələn; Məni anam 
tərbiyə  edib  böyütmüşdü.  Anam  müəllim  işləmişdir.  Birinci  cümlədə  məntiqi 
vurğu  anam  sözünün  üzərinə  düşür.  İkinci  cümlədə  isə  anam  sözü  birinci 
cümlədə  qeyd  edildiyindən  məntiqi  vurğu  qəbul  etmir.  Burada  yeni  məlumatı 
bildirən müəllim sözü məntiqi vurğu ilə tələffüz olunur. 


 
73 
            Başqa  bir  misal:  Tbilisinin  Şeytanbazar  adlanan  məhəlləsində  6  sinifli 
ibtidai bir məktəb açılmışdı. Kiçik Abdulla da bu məktəbdə oxuyurdu. O, bədəncə 
zəif,  arıq  bir  oğlan  idi.  Məktəbdə  də,  küçədə  də  həmişə  dalğın  və  qüssəli 
görünərdi (Ədəbi qiraət kitabından).  
            Bu  mətnin birinci cümləsində vurğu məktəb, ikinci cümləsində Abdulla, 
üçüncü cümləsində isə zəif, arıq, dalğın, qüssəli sözlərinin üzərinə düşür. İkinci 
və  üçüncü  cümlədə  “məktəb”  sözü  yeni  məfhumu  ifadə  etmədiyi  üçün  vurğusuz 
tələffüz olunur. 
 Yeni  məfhumu  ifadə  edən  söz  bir  neçə  dəfə  təkrar  edilərsə,  birincidən 
başqa  digərləri  özünün  əvvəlki  əhəmiyyətini  itirir  və  vurğusuz  deyilir.  Məsələn; 
Tələbəni  əvvəldən  tanıyırdım.  Bilirdim  ki,  babat  oxuyandır,  necə  olsa  məndən 
qiymət alacaq. Biletdəki suallara tələbə cavab verəndə mən yuxudan ayılan kimi 
oldum. Gördüm ki, tələbə bütün suallara düzgün cavab verir. Bu cavablar babat 
oxuyan tələbənin cavabına oxşayır (M.Cəlal). 
Bu  nümunədə  yenə  eyni  qayda  üzrə  birinci  cümlədən  başqa,  digər 
cümlələrdə “tələbə”  sözü vurğusuz deyilir, vurğu başqa  sözlərin üzərinə keçir. 
4. Həmcins üzvlü cümlələrdə həmcins üzvlərin hər biri ayrıca vurğu qəbul 
edir.  Belə  cümlələrə  xas  olan  sadalayıcı  intonasiya  sona  doğru  tədricən  güclənir 
və  axırıncı  həmcins  üzv  digərlərinə  nisbətən  daha  qüvvətli  vurğu  ilə  tələffüz 
olunur. Məsələn; 
 
                               Olmuşmu səninlə mən kimi aləmdə 
                               Ey Şeyx Nizami, ey Nizami dağılan,  
                               Ey Gəncədə izzü-ehtişamı dağılan; 
                              Beyti, evi, məktəbi, kalamı dağılam?!”  
                        
5.  Ümumiləşdirici  sözlər  istər  həmcins  üzvdən  əvvəl,  istərsə  də  sonra 
gəlsin,  hər  iki  halda  ümumiləşən  həmcins  üzvlərə  nisbətən  qüvvətli  vurğu  ilə 
deyilir. Məsələn; 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə