Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   8   9   10   11   12   13   14   15   ...   87

 
36 
1)  Danışılacaq  mövzu  ətrafında  əvvəlcə  düşünmək,  lazımi  material  və 
faktlar toplamaq; 2) Həmin materialı sistemləşdirmək; 3) Mətn yazılıdırsa, dönə-
dönə  oxumaq,  oradakı  əsas  fikri  ifadə  edən  sözləri  (məntiqi  vurğulu  sözləri)   
aydın  və  nəzərəçarpacaq  dərəcədə  tələffüz  etməyə  nail  olmaq;  4)  Söz  və  qram-
matik formaları düzgün və  aydın tələffüz etmək; 5) Məzmuna uyğun intonasiya 
seçə bilmək; 6) Mətndə qarşıya çıxa biləcək mənası çətin sözləri (alınma sözləri, 
terminləri,  neologizmləri,  köhnəlmiş  sözləri    və  s.  izah  etmək;  7)  İstinad  olunan 
mənbəni  (əsər, məqalə, radio və  televiziya  verilişləri və s.)  göstərmək; 8)  Fikri, 
çıxarılan nəticəni misallarla əsaslandırmaq;  9) Auditoriya ilə (eləcə də müsahiblə) 
əks  əlaqəni  yaratmaq  –  sual  vermək,  cavab  almaqla  deyilənlərin  başa  düşül-
düyünü,  mənimsənildiyini  müəyyənləşdirmək,  lazım  gələrsə  əlavə  şərh  vermək; 
10) Dinləyicilərin mənafe uyğunluğu, şəxsi maralarını  nəzərə alınmaq. 
Nitqin  aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca 
dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun 
şəkildə  tələffüz  olunması  deməkdir.  Aydın  və  oxunaqlı  xətt  yazılı  nitqin  asan 
anlaşılmasına  nə  dərəcədə  şərait  yaradırsa,  düzgün  diksiya  da  şifahi  nitqin  başa 
düşülməsi, qavranılmasını o dərəcədə təmin edir.  
Diksiyanın  pozulması  digər  tələblərə    əməl  olunduqda  belə  (sözlər 
mənaya  uyğun  işlənildikdə,  cümlədə  söz  sırası  gözlənildikdə,  cümlələrdə  fikrə 
uyğun    bağlılıq  olduqda  və  s.  hallarda)  nitqi  anlamağı  çətinləşdirir.  Bu  cür 
danışıqda sözlər “ağızdan tökülür”, çox zaman sözün axırı, əvvəli aydın deyilmir, 
səslər  qarışdırılır,  bitişik  şəkildə  tələffüz  olunur.  Məsələn;  bizəldi  (bizə  gəldi), 
gətdi (gətirdi), gə gedək (gəl gedək), lazım təĢkilatlar (lazımi təşkilatlar), çəkĢə 
gələnlər  (çəkilişə  gələnlər),  oagörə  (ona  görə),  sonsamitlə  bitən  (sonu  samitlə 
bitən),  ümqrammatik  (ümumi  qrammatik),  sutiyada  (studiyada)  və  s.  Bəzən 
düzgün tələffüz  pis diksiya ilə təhrif olunur. 
Diksiyanın  pozulması  sözlərin,  ifadələrin  başa  düşülməsini,  fikrin 
anlaşılmasını  bir  qədər  çətinləşdirir.  Belə  nitqi  dinləyən  gərginlik  keçirir,  tez 
yorulur, söhbətin mabədi ilə az maraqlanır, diqqətini başqa istiqamətə yönəldir. 


 
37 
Natiqlik praktikasında nitqin diksiya baxımından aydınlığı və düzgünlüyü 
böyük əhəmiyyət kəsb edir. Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, 
bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan 
qaldırmaq,  səs,  nəfəs  üzərində  kompleks  çalışmalar  aparmaqla  aydın  diksiyaya 
nail  olmaq  mümkündür.    Auditoriya  qarşısında  çıxış  edən  natiq  (mühazirəçi) 
nitqin səs mədəniyyətinə yiyələnməli,  danışıq cihazından  düzgün istifadə  etməyi   
bacarmalıdır
1
.    Nitqin  səs  mədəniyyəti    dedikdə  bura  artikulyasiya  aparatının 
düzgün qurulması, səs və sözlərin dürüst tələffüz edilməsi, ünsiyyət şəraitinə görə 
səsin gücünün tənzimlənməsi, nitq sürətinin gözlənilməsi, intonasiyaya, ifadəliliyə 
əməl  olunması,  nitqi  eşitmə  qabiliyyətinin  yaradılması  və  s.  daxildir.  Nitqin  səs 
mədəniyyəti  səs  cihazı,  onun  funksiyasını  normal  şəkildə  yerinə  yetirməsi 
məsələsi ilə sıx bağlıdır. “Nəfəs, səs və s. anlayışlardan ibarət olan bu səs cihazı 
müəyyən  qaydalar  və  vərdişlərin  məcmusu  vasitəsilə  dili  konkret  ünsiyyət 
şəraitində reallaşdırır. Səs cihazı intonasiya, pauza, vurğu, orfoepiya, temp, ritm, 
tembr,  mimika,  hərəkət  kimi  anlayışlarla  birləşib  nitqin  texnikası  adlı  bir  sahəni 
təşkil  edir.  Həmin  sahə  nitq  mədəniyyətinin  əsas  bölmələrindən  biri  olub  şifahi 
nitqin daxili, səslənən tərəfinin ifadəlilik keyfiyyətinin yaranmasına xidmət edir” 
(14, 28). 
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin 
düzgün  tənzim  olunmamasıdır.  Məlumdur  ki,  ağciyər  tələffüz  zamanı  tələbata 
uyğun  olaraq  xaricə  hava  buraxır  və  bu  hava  ehtiyatının  sərf  edilməsi  sözdən, 
cümlədən asılı olaraq müxtəlif ölçülü olur: nəfəsalmada hava ağciyərə adi ölçüdə, 
tədricən daxil olduğu halda, tələffüz zamanı ağciyərdən xaricə müxtəlif ölçülərdə 
buraxılır.  Bəzən  danışanlar  tələffüz  zamanı  nəfəslərini  lazımi  ölçüdə  sərt 
etmədiklərindən  cümlənin  sonuna  yaxın  hava  ehtiyatı  tükənir,  danışan  sanki 
boğulur,  səsin  gücü  aşağı  düşür.  Bu  o  deməkdir  ki,  danışan  cümlənin  mənalı 
                                                 
1
  Nitq  səslərinin  yaranmasında  iştirak  edən  üzvlərin  məcmusu  danışıq  cihazı  adlanır.  Nəfəsalma  ilə  daxilə  alınan 
hava səslərin yaranmasının maddi  əsasını təşkil edir. Bu hava danışıq cihazı vasitəsilə səs törədə bilir. Nəfəsalma 
zamanı  ağciyərə  daxil  olan  hava  bronxdan  nəfəs  borusuna,  oradan  da  qırtlağa,  qırtlaqdan  udlağa  (hülquma), 
hülqumdan  da  burun,  ya  da  ağız  boşluğuna  keçərək  bayıra  çıxır.  Səsin  yaranmasında    boğazda  yerləşən  səs 
tellərinin və ağız boşluğundakı dilin rolu böyükdür. Səslərin yaranmasında səs telləri, ön dişlər, damaq (yumşaq və 
sərt  damaq),  dilçək,  udlaq  iştirak  edir.  Bu  üzvlərin  səslərin  yaranmasında  bəzisi  aktiv,  bəzisi  passiv  iştirak  edir. 
Aktiv danışıq üzvlərinə səs telləri, dil, dodaqlar, yumşaq damaq, dilçək (həmçinin alt çənə) daxildir. Ön dişlər, diş 
yuvaqları, bərk damaq səsin yaranmasında passiv iştirak edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə