Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   13   14   15   16   17   18   19   20   ...   87

 
50 
nitqi  ağırlaşdırır,  məzmunun  dinləyiciyə  çatmasını  çətinləşdirir.  Məlumdur  ki, 
danışan öz fikrini təkcə sadə və ya mürəkkəb cümlələrlə ifadə edə bilməz. Fikrin 
hansı  cümlə  növü  ilə  ifadə  olunması  onun  məzmunundan  asılıdır.  Mürəkkəb 
fikirlər,  şübhəsiz  ki,  daha  çox  özünəuyğun  forma  ilə  -  mürəkkəb  cümlələrlə 
deyilməli  və  ya  yazılmalı,  bu  cümlələr  fikrin  məzmununa  və  məntiqinə  uyğun 
qurulmalı, artıq, lüzumsuz sözlərə, ifadələrə, təkrarlara yol verilməməli, sözlərdən 
qənaətlə  istifadə  edilməlidir.  Prof.A.Abdullayevin  təbirincə  desək,  cümlələrdə 
sözlərin yeri dar, fikirlərin yeri isə geniş olmalıdır. 
5.
 
Nitqin  zənginliyi.  Bu,  nitqdə  işlənən  dil  ünsürlərinin  müxtəlifliyi, 
rəngarəngliyi  və  çoxluğudur.  Nitqin  zənginliyi  üçün  başlıca  meyar  danışanın 
(yazanın)  geniş  söz  ehtiyatına  malik  olmasıdır.  İnsan  təfəkkürünün  hüdudu 
sonsuzdur,  dildə  sözlərin  miqdarı  bununla  nisbətdə  məhduddur.  Natiq  bu  cəhəti 
nəzərə  almalı,  hər  hansı  bir  mətləbi  aşkarlayarkən  daha  münasib  sözlərdən  – 
sinonimlərdən, antonimlərdən, frazeoloji birləşmələr və ibarələrdən, digər məcaz-
lardan, intonasiya, üslubi vasitələr və sairədən məharətlə istifadə etməyi bacarma-
lıdır. Müəyyən rabitəli mətndə nə qədər çox müxtəlif və təkrarlanmayan söz, ifadə 
və cümlə işlədilərsə, həmin nitq o qədər də zəngin olar, maraqla dinlənilər, yaxşı 
təsir  bağışlayar,  asan  dərk  olunar.  Söz  ehtiyatı  zəngin  olan,  işlətdiyi  hər  söz  və 
ifadənin  mənasını  yaxşı  anlayan  adam  həmişə  öz  fikirlərini  çətinlik  çəkmədən 
sərbəst şəkildə ifadə edə bilir. Lüğətin zənginliyi məsələsi insanın məşğul olduğu 
işin  xarakterindən,  yaşadığı  mühitdən,  mütaliəsindən,  dünyagörüşündən  asılıdır. 
Görüş  dairəsi  və  mütaliəsi    geniş,  savadı  mükəmməl  adamların  söz  ehtiyatı  da 
zəngin  olur.  Belələri  öz  çıxışlarında  (adi  söhbətlərində  də)  dilimizin  söz 
xəzinəsindən  bacarıqla  istifadə  edirlər.  Bu  gün  ali  məktəb  auditoriyalarında 
mühazirə  oxuyan    müəllimlərin  bir  çoxunun  nitqi  bu  baxımdan  nümunəvidir. 
Tələbələr onları maraqla dinləyir, nitqin ifadə tərzindən xüsusi zövq alırlar. 
Hər  bir  savadlı  və  mədəni  şəxs  daima  öz  lüğət  ehtiyatının  artırılması 
qayğısına  qalmalıdır.  Bunun  üçün  ən  səmərəli  vasitə  radio  və  televiziya  veri-
lişlərini  dinləmək  və  mütaliəni  genişləndirməkdir.  Diktor,  aktyor,  söz  ustaları, 
natiqlərin  və  başqalarının  danışıqlarını  müntəzəm  olaraq  dinləmək,  sözlərin, 


 
51 
ifadələrin,  cümlələrin  ifadə  tərzinə  diqqət  yetirmək,  nitqin  bu  baxımdan  məziy-
yətlərini mənimsəmək yolu ilə lüğəti genişləndirmək və zənginləşdirmək olar. 
Lüğətin artırılması üçün digər və ən səmərəli yollardan biri də mütaliədir. 
Bədii, elmi-kütləvi, publisistik, fəlsəfi və s. əsərlərin müntəzəm şəkildə mütaliəsi 
söz  ehtiyatının  artırılmasına  səbəb  olur.  Natiq  (mühazirəçi,  müəllim)    nitqində 
mənası  onun  özü  üçün  naməlum  və  ya  az  məlum  olan  bir  dənə  də  söz,  termin 
işlətməməlidir. Əgər belə sözləri işlətməyə ehtiyac olarsa, onların mənası və geniş 
izahı  ilə  bağlı  sorğu  kitablarına  –  lüğətlərə,  ensiklopediyalara  və  s.  baxmaq, 
mühazirə mətnində müəyyən qeydlər aparmaq məsləhət görülür. 
Nitqin  zənginliyi  və  emosionallığını  təmin  edən  amillərdən  bir  də 
intonasiyadır.  Bu  o  deməkdir  ki,  söylənilən  fikirlər,  onlara  münasibət  insanın 
keçirdiyi  hissi  hallar  uyğun  səs  tərtibatı,  avazla  verilə  bilsin,  nitq  rəngarəng 
intonasiya  çalarlarına    malik  olsun,  danışan  intonasiya  elementlərindən  (məntiqi 
vurğu, nitq fasiləsi, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın 
və  s.  Nitqin  intonasiya  baxımından  zənginliyindən  danışarkən  sual,  nida,  əmr 
cümlələri,  xitablar,  ara  sözlər,  ara  cümlələr  və  s.  sintaktik  quruluşların  özünə-
müvafiq  formada,  təbii  şəkildə  tələffüz  olunmasının  vacibliyi  də  diqqət  mərkə-
zində saxlanılmalıdır. 
Nitq  zənginliyinin başlıca  əlamətlərindən biri də onun  məzmun  cəhətdən 
dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ 
yeni  olsun,  həm  də  hərtərəfli  şəkildə,  sübutlarla,  dəlillərlə,  həyati  misallarla, 
dinləyicini qane edəcək bir formada şərh edilsin. 
Nitqin zənginliyindən danışarkən bu keyfiyyəti yaradan  digər vasitələri – 
dilin  qrammatik  və  üslubi  imkanlarından  səmərəli  şəkildə  istifadə  olunması, 
danışanın  intellektuallıq  səviyyəsi,  təfəkkürünün  fəallığı  və  sairəni  də  nəzərə 
almaq lazımdır. 
7.  Nitqin  sadəliyi,  təbiiliyi.  “Dil nə   qədər asan, sadə olsa, bir o qədər 
gözəl,  göyçək  və  məqbul  olar”  (F.Köçərli).  Nitqin  sadəliyi  onun  aydınlığı, 
anlaşıqlı  olması,  asan  qavranılmasıdır.  Sadəliyi  heç  də  fikrin  məzmununun, 
mahiyyətinin bəsitləşməsi, ibtidailəşməsi kimi başa düşmək olmaz. Nitqin sadəliyi 


 
52 
mürəkkəb  cümlələrdən  qaçmaq,  məzmunun  mümkün  qədər  sadə  cümlələrlə 
vermək  mənasında  da  anlaşılmamalıdır.  Natiq  danışarkən,  əşya  və  hadisələri 
təsvir  edərkən  onların  mahiyyətini  daha  aydın  və  dəqiq  vermək  üçün  həm  sadə, 
həm də mürəkkəb konstruksiyalardan istifadə etməlidir. Nitqin sadəliyi tələb edir 
ki, orada  işlədilən  bütün sözlər dinləyicilərin  (auditoriyanın) ümumi  səviyyəsinə 
və xüsusiyyətlərinə uyğun gəlsin, hamı üçün aydın və anlaşıqlı olsun. Sadə  nitq 
hər cür yabançı pafosdan, qondarma, süni ifadələrdən,  müqayisələrdən uzaqdır. 
Nitqin  sadəliyinin  pozulma  hallarından  biri  sözçülük,  ağır  və  uzun 
cümlələr işlətmək, cümləpərdazlıq, yaxud ibarəpərdazlıqdır. Sözçülük, eyni fikrin 
təkrar-təkrar  ifadəsi  daha  geniş  yayılmış  nöqsandır.  Məsələn,  “Belə  bir  şöbənin 
açılması təqdirəlayiqdir. Bu hadisə xüsusilə qeyd olunmalıdır. Bu çox müsbət hal 
kimi qiymətləndirilməlidir. Biz buna çox yüksək qiymət veririk” və s. Natiq bəzən 
öz  “dərinliyini”  nəzərə  çarpdırmaq  məqsədilə  qondarma,  təmtəraqlı  söz  və 
ifadələr  işlədir.  Məsələn,  səadət  günəşinin  şüaları;  işıqlı  və  parlaq  gələcək;  öz 
qəhrəmanlıqları  ilə  ölməzliyin  zirvəsinə  ucalan  şəhidlər;  qəhrəmanlar  yurdunun 
mərd  övladları  və  s.  kimi  söz  və  ifadələr  ola  bilsin  ki,  nitqin  digər  üslubunda  – 
xüsusən  bədii  üslubunda  işləndikdə  yararlı  sayıla  bilər.  Lakin  mühazirəçinin 
danışığında  fikrə  adekvat  olmayan  bu  cür  təmtəraqlı  sözlər  və  ifadələrin  işlədil-
məsi  məqbul  sayılmır.  Belə  ifadələr  nitqə  qeyri-ciddilik  gətirir,  marağı  azaldır, 
fikrin dinləyiciyə çatmasına mane olur. 
Nitqin  sadəlik  və  təbiiliyinin  pozulması  halları  yazılı  nitqdə  özünü  daha 
çox  göstərir.  Yazan  hər  bir  söz,  ifadə,  cümlə  üzərində  ayrıca    düşünür,  onu  
dinləyici  üçün  maraqlı  olsun  deyə  ifadəlilik  vasitələri,  atalar  sözü,  məsəlləri, 
frazeoloji  birləşmələr  və  sairədən  istifadə  edir.  lakin  burada  da  ifrata  varmaq, 
həmin ifadələrin həddindən çox işlədilməsi nitqi ağırlaşdırır, oxucunu yorur. 
Nitqin  sadəliyinin  pozulma  səbəblərindən  biri  də  anlaşılmayan  və  ya  az 
anlaşılan söz və terminlərin işlədilməsidir. Burada da natiq öz bilik və hazırlığının 
yüksək səviyyədə olmasını nümayiş etdirmək məqsədilə  ehtiyac olmadığı halda 
terminlərdən, mürəkkəb tərkiblərdən istifadə edir ki, bu nitqi bayağılaşdırır, onun 
anlaşılmasını  çətinləşdirir.  Məhz  belə  bir  yanaşmanın  nəticəsində  dilə  ehtiyac 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə