Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

 
44 
hallarda köhnəlmiş və yeni sözlərin bir müddət dildə paralel işlənməsindən sonra 
baş verir” (“Kredo”, 3 noyabr, 2007). 
Çox  zaman  bir  sıra  əşyanın  (eləcə  də  hadisənin)    dilimizdə  uyarlı  adı 
olduğui  halda,  o,  alınma  sözlərlə  adlandırılır.  Məsələn,  xolodilnik  (soyuducu), 
pılesos (tozsoran), lineyka (xətkeş), kley (yapışqan), krışa (dam), patalok (tavan), 
polka  (rəf),  sideniya  (oturacaq),  rubaşka  (köynək),  zajiqalka  (alışqan),  lyustra 
(qəndil,  çılçıraq),  slesar  (çilingər),  dokumemnt  (sənəd),  punkt  (bənd),  çaşka 
(fincan), port (liman), aeroport (hava limanı), komplekt (dəst), banka (bərni) və s. 
Artıq neçə ildir ki, xalqımız öz müstəqilliyini qoruyur, möhkəmləndirir. Dilimiz 
sözün  həqiqi  mənasında  dövlət  dili  kimi  fəaliyyət  göstərir.  Müəssisə,  küçə, 
xiyaban  və  s.  yerlər  dilimizə  məxsus  sözlərlə,  ifadələrlə  adlandırılmışdır.  Buna 
baxma-yaraq, danışıqda yenə də keçmiş adlar işlədilir. Məsələn: Nizami küçəsi – 
torqovli,  hökümət  evi  –  domsovet,  8-ci  kilometr  –  vosmoy,  Şamaxı  yolu  – 
Şamaxinka,  6-cı  Mikrorayon  –  şestoy,  dəniz  limanı  -    morvağzal,  M.Nağıyev 
adına xəstəxana – Semaşko, Zeynalabdin Tağıyev qəsəbəsi – Nasosnı və s. kimi 
adlandırılır.  Bu  cür  ifadələr  hər  kəsin  şəxsiyyətinə,  millətinə  təhqir  kimi 
qiymətləndirilməlidir. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  əhalinin  elita  deyilən  təbəqəsi  rus  dilində 
danışmağa  üstünlük  verir.  Məmurların  bəzisi  öz  dilində  sərbəst  danışmaqda 
çətinlik  çəkir.  Televiziya  verilişlərində  yarı  Azərbaycan,  yarı  rusca  danışanlara 
tez-tez  təsadüf    olunur.  Restoranların,  şadlıq  evlərinin,  mağazaların  adları, 
reklamlar əcnəbi dildə yazılır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” 
Azərbaycan  Respublikası  qanununun  tətbiq  edilməsi  barədə  Azərbaycan 
Respublikası  prezidentinin  2  yanvar  2003-cü  il  tarixli  fərmanında  göstərilir  ki, 
zəruri  hallarda  reklam  və  elanlarda  (lövhələrdə,  tablolarda,  plakatlarda  və  s.) 
dövlət  dili  ilə  yanaşı,  digər  dillər  də  istifadə  oluna  bilər.  Lakin  onların  tutduğu 
sahə  Azərbaycan  dilindəki  qarşılığının  tutduğu  sahədən  böyük  olmamalı  və 
Azərbaycan  dilindəki  yazıdan  sonra  gəlməlidir  Şəhərimizin  reklam  örtüyündə 
qanunun  bu  tələbinə  lazımı  dərəcədə  əməl  olunmaması  millətin  ən  böyük  sərvə-
tinə göstərilən bu sayğısızlıq, biganəlik hər bir kəsi ciddi şəkildə düşündürməlidir. 


 
45 
Hansı səbəbdən olur-olsun dilimizdə eyni mənanı verən sözün əvəzində alınmanın 
işlədilməsi  dili  korlamaqdır,  onun  gözəlliyini  pozmaqdır,  ümumiyyətlə,  dilimizə 
biganəlikdir,  hörmətsizlikdir.  Əsrlərdən,  nəsillərdən  bizə  gəlib  çıxmış  dilimizi, 
kəlmələrimizi  qoruyub  saxlamalı,  unudulmasına,  itməsinə  yol  verməməliyik.  Bu 
məsələ ilə bağlı qədim bir Azərbaycan bayatısı yada düşür: 
 
                                          Dilim-dilim, 
                                          Kəs qovun dilim-dilim. 
                                          Mən dilimdən vaz keçməm
                                          Doğra, kəs dilim-dilim. 
 
Cəmiyyətin  müxtəlif  sahələrində  baş  verən  yeniliklər,  dünya  ölkələri  ilə 
əlaqələrin,  münasibətlərin  yaranması,  genişlənməsi  prosesində  dilimizə  başqa 
dillərdən  çoxlu  sayda  söz  və  termin  keçir  ki,  bunların  əksəriyyəti  aktiv  işlənir, 
ünsiyyətə  xidmət  edir.  Əcnəbi  sözlərin  dilə  gətirilməsinin  təbii  və  qanuna-
uyğunluğu ilə bağlı vaxtilə Həsən bəy Zərdabi demişdir: 
“...Dil elə bir şeydir ki, onu öz halında saxlamaq mümkün deyil. Elə ki, 
qaranlıq otağın qapısı açıldı, qeyri tayfalar ilə gediş-gəliş artdı, artıq şeylər ələ 
gəldi  və  adətlər  dəyişildi,  təzə  sözlərin  qədri  də  günü-gündən  artacaqdır.  Belə 
sözlərin  artmağının  dilə  zərəri  yoxdur,  xeyri  var.  Çünki  o  sözlər  tərəqqi  etməyə 
səbəb olurlar” (Q.Məhərrəmli. Mediyada işlənən alınma sözlər. Bakı, 2008, s. 4). 
Alınma  sözlərin  dilə,  xüsusən,  ekranlara,  qəzet-jurnal  səhifələrinə  gətirilməsinə 
hədsiz tələbkarlıqla yanaşılmalı, bunun üçün xüsusi prinsiplər gözlənilməlidir. 
Əcnəbi söz və terminlərin işlədilməsi o zaman məqbul sayıla bilir ki, onun 
mənası əhalinin böyük hissəsi tərəfindən başa düşülsün, ikincisi də, həmin sözün 
qarşılığı dildə olmasın. B.Q.Belinski göstərir ki, qüvvədə olan iki sözdən (əcnəbi 
və  ana  dilinə  məxsus  sözlərdən)  biri  kimi  əcnəbi  sözü  işlətmək  sağlam  ağılı  və 
sağlam  zövqü  təhqir  etmək  deməkdir.  Bəli,  dilimizi  sevməliyik,  qorumalıyıq,  
yaşatmalıyıq.  İngilis  dramaturqu  C.Uebesterin  söylədiyi    bir  fikir  bu  baxımdan  


 
46 
xarakterikdir:  “Varlığımı  talan  edin,  bircə  dilimə  toxunmayın,  çox  keçməz  yenə 
hər şeyi özümə qaytararam”. 
Ədəbi  dilimizin  mühafizəçiləri  olan  ziyalılar  əcnəbi  sözlərdən  sui-
istifadəyə qarşı ardıcıl və prinsipial mübarizə aparmalıdırlar. 
3)  Tüfeyli sözlərlə bağlı qüsurlar aradan qaldırılmalıdır. Bəziləri danışıq 
zamanı  qurmaq  istədikləri  cümlələri  tamamlaya  bilmir  zəruri  sözləri  tapmaqda 
çətinlik  çəkirlər.  Bu  səbəbdən    danışan  yersiz  fasilələr  etmək  məcburiyyətində 
qalır,  mətnlə  əlaqəsi  olmayan  sözlər,  ifadələr  işlətməli  olur:  əsas    etibarilə, 
deməli, məsələn, türkün məsəli, zaddı, ən azı, ona görə ki, Ģeydi, beləliklə, adı 
nədir,  adını  sən  de,  hansı  ki,  haradasa,  canım  sənə  desin,  baxanda  baxıb 
görürük  ki  və  s.  Belə sözlər  nitqi  zibilləyir,  onda  qırıqlıq, uyğunsuzluq, rabitə-
sizlik əmələ gətirir, dinləyicilərdə xoşagəlməz bir duyğu və təəssürat yaradır. 
4)  Jarqon sözlərin və ifadələrin  işlədilməsi (məsələn; znaçit, voobşe, tem 
bolli, mejdu proçim, niçeqo sebe, kakraz, toçno və s. kimi) nitqin təmizliyinə xələl 
gətirir, onun keyfiyyətini aşağı salır. 
5)  Mədəni  danışıqda  başqasını  təhqir  etmək,  heysiyyətinə  toxunmaq 
məqsədini  daşıyan  söyüş  və  qarğışlara,  ədəbsiz,  təhqiramiz,  qeyri-etik  sözlərə, 
ifadələrə  (anqırmaq,  bağırmaq,  soxuşdurmaq,  xosunlaşmaq,  donqullanmaq, 
burcutmaq, qatıqlamaq, qanmaq, tülkü, ayı, eşşək, qoduq, heyvərə, alçaq, tupoy, 
qanmaz, gəbərtmək, qırıldamaq, burnunu söxmaq,  kəllən haqqı, çərənləmək, başı 
girməyən  yerə  bədənini  soxmaq,  hırıllamaq,  hürkmək,  xoruzlaşmaq  və  s.)  yer 
verilməməlidir.  Belə  sözlərlə  ifadə  olunan  alçaldıcı  ekspressiyanı  ünvanlanan 
adamlar təhqir kimi qəbul edirlər. İctimai yerlərdə belə sözlərin işlədilməsi heç bir 
mənada  xoş  təsir  bağışlamır.  Təhsilin  humanistləşdirilməsindən  söhbət  getdiyi 
indiki  vaxtda  xüsusən  müəllimlərin  nitqində  şagird,  tələbə  və  başqalarına  qarşı 
vulqar  xarakterli  söz  və  ifadə  işlədilməməlidir.  Vulqarizmlər  dili  zibilləyir, 
onların nitqdən kənarlaşdırılması uğrunda həmişə ciddi iş aparılmalıdır. 
“Bəli, dil təmizlik sevir, gözəllik sevir. Bu gözəllik onun bütün təbiəti ilə 
bağlıdır,  necə  təmiz,  sərin,  bulaq  suyu  qayadan  qaynayıb  çıxır,  elə  də  hər  söz 
insanın  ürəyindən  gəlməlidir.  Dilin  bütün  daxili  gözəlliyini  əks  etməlidir.  Belə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə