Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   9   10   11   12   13   14   15   16   ...   87

 
38 
hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni birnəfəsə 
deyir  və  ya  oxuyur.  Məsələn;  Yaz  gələndə  bütün  ağaclar  kimi  yasəmən  də  çiçək 
açardı.  Onun  açıq-bənövşəyi  gülləri  salxım-salxım  olub  sallanardı.  Birinci 
cümlədə  gələndə,  kimi,    ikinci  cümlədə  isə  gülləri  sözlərindən  sonra  ani  fasilə 
edilir,  nəfəs  alınır  ki,  bu  da  sözlərin,  ifadələrin  asan,  aydın,  həm  də  ahəngdar 
tələffüz olunmasını təmin edir. 
Aydın  tələffüzdə  danışıq  üzvü  kimi  dişlərin  də  rolu  böyükdür.  “Dişlər 
ayrılıqda səslərin müxtəlifləşməsi üçün heç bir müstəqil vəzifəyə malik deyildir. 
Dişlər  yalnız dil və dodaqlara köməkçi olaraq səslərin müxtəlifləşməsində iştirak 
edir.  Məsələn;  s,  z  səslərinin    əmələ  gəlməsi  üçün  dişlər  dilə,  f,  v  səslərinin 
yaranması üçün dişlər alt damağa kömək edir” (16, s.31). Natiqin ağzında dişlərin 
normal  vəziyyətdə  olması  bu  səbəbdən  xüsusi  əhəmiyyət  kəsb  edir.  Üst  qabaq 
dişlərin  olmaması  və  ya  seyrəkliyi  d,  z,  l,  n,  s,  t  kimi  dil-diş  samitlərinin 
tələffüzünü çətinləşdirir, səslər yarımçıq formalaşır, məna itir. 
Düzgün  tələffüzdə,  səslərin  formalaşmasında  çənələr,  xüsusən  alt  çənə 
fəal  iştirak  edir.  Alt  çənənin  enməsi  və  qalxması  ilə  ağız  boşluğunun  həcminin 
daralması  və  genişlənməsi  nəticəsində  müxtəlif  səslər    yaranır.  Bəzən 
danışanlarda  alt  çənənin  mühərrikliyinin  zəifliyi  tələffüzdə  süstlüyə,  ləngiməyə, 
ölüvaylığa səbəb olur. Deyilənlər yaxşı qavranılmır, dinləmə istənilən səviyyədə 
getmir.  Belə  hala  yol  verməmək  üçün  natiqin  çənəsi,  necə  deyərlər,  möhkəm 
olmalıdır. 
Aydın  diksiyaya  yiyələnmək  üçün  natiq  müntəzəm  şəkildə  öz  üzərində 
işləməlidir.  Çalışmalıdır  ki,  nitqində  sözlər  düzgün  tələffüz  olunsun,  aramla, 
tələsmədən danışa bilsin, səslər, xüsusən saitlər aydın eşidilsin. 
2.  Nitqin  yığcamlığı.  Nitqin  yığcamlığı  geniş  anlayışdır.  Burada 
yığcamlıq  dedikdə  müxtəsərlik,  fikrin    qısa  və  aydın,  lakonik  şəkildə  ifadə 
olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu 
göstərirlər.  Kamil  adamlar  həmişə  deyəcəklərini  ölçüb-biçmiş,  geniş  mətləbləri 
yığcam  şəkildə  ifadə  etməyə,  başqalarının  vaxtını  almamağa,  onları  yormamağa 


 
39 
çalışmışlar.  Klassiklərimiz  nitqin  yığcamlığına  yüksək  səviyyədə  yanaşmışlar. 
Hələ vaxtilə böyük Nizami yazırdı: 
 
                          Sözün çoxsa əgər çalış az olsun, 
                          Yüz sözün yerində bir kəlmə qalsın. 
 
Sədi Şirazi də nitqin yığcamlığını vacib amil hesab etmişdir: 
 
                         Düşünüb, sonra de sözü müxtəsər
                         O qədər danışma “bəsdir” desinlər. 
 
Nitq    həm  də  dəqiq  olmalıdır.  Bu,  nitqdə  yığcamlığı  yaradır.  Dəqiqlik 
sözün  öz  istinad  nöqtəsi,  yəni  onun  ifadə  etdiyi    məfhumla  bağlandığı  zaman 
mümkün  olur.  Bunun  üçün  danışanın,  yazanın  nitqin  predmetinə  yaxşı  bələd 
olması,  fikrə  uyğun  münasib  sözlər,  ifadələr  işlədə  bilməsi,    çoxmənalı  sözlər, 
omonim,  sinonim,  antonimlərdən  yerində  istifadə  etməsi  əsas  şərtdir.  Sözlər 
seçilərkən  sözün  mənası, emosional-ekspressiv rəngi, üslubi səciyyəsi, işlənmə 
dairəsi, qrammatik tərkibi də nəzərə alınmalıdır. 
Yığcamlıq  fikrin  ən  zəruri  sözlərlə,  söz  birləşmələri  və  cümlələrlə  ifadə 
olunmasıdır.  Bu,  nitqdə  sözçülüyə,  uzunçuluğa  qarşı  qoyulan  bir  anlayışdır. 
Sözçülük, əsasən, iki formada özünü göstərir: a) nitqdə artıq, lüzumsuz sözlərin, 
ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə 
dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox 
danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq” (İslamın prinsiplərindən). 
Sözlərin,  ifadələrin  lüzumsuz  işlənməsi  hallarına  həm  yazılı,  həm  də  
şifahi nitqdə təsadüf etmək mümkündür. Məsələn, dəmir seyf, cədvəl şəkli çəkmək, 
taksi maşın, ağ pambıq, yaradıcı inşa, tələffüzdə səslərin düzgün deyilməməsi ,hər 
addım  başı  beş  manat  pul,  gənc  oğlan,  pensiya  pulu,  birgə  əməkdaşlıq,  yazılı 
nitqlə  orfoqrafiya  və  durğu  işarələri  qaydalarına  əməl  etmək  kimi  ifadələrdə 
dəmir,  şəkil,  maşın,  birgə,  pulu,  ağ,  yaradıcı,  tələffüzdə,    hər,  yazılı  nitqdə,  pul, 


 
40 
gənc  sözlərini  işlətməmək  də  olar.  Yaxud:  Məndə  kitab  oxumağa  qarşı  böyük 
həvəs var. Adamın ürəyi fərəh hissi ilə doludur.  Yeganə yol havadan təyyarə və 
vertolyotla idi. Xüsusi hazırlığı olmayan adamlar burada çaşıb qalırdılar. Yanvar 
ayında  istirahətə  gedəcəyəm.  Bu  cümlələrin  də  birincisində  qarĢı,  ikincisində 
hissi,  üçüncüsündə  havadan,  dördüncüsündə  adamlar,    beşincisində  ayında
sözləri atılsa, ifadə olunan mənaya heç bir xələl gəlməz, əksinə, nitqin yığcamlığı 
təmin olunar. 
Sözçülük eyni fikrin müxtəlif cümlələrlə verilməsində də özünü göstərir. 
Məsələn;  “Aydın  nitqə  malik  olan  adamlar  həmişə  və  hər  zaman  qabaqcıl 
adamlar tərəfindən yüksək qiymətləndirilmiş və sevilmişdir. Lap qədimdən bəri öz 
dövrünün qabaqcıl adamları məzmunlu, obrazlı, aydın və təsirli nitqə malik olan 
adamlara  böyük  hörmət  bəsləmişlər.  Gözəl  danışıq  məharəti  bütün  dövrlərdə 
xüsusi  bir  keyfiyyət  kimi  qiymətləndirilib.  Öz  aydın,  rəvan  nitqi  ilə  müsahibində 
musiqinin  oyadacağı  qədər  xoş  təəssürat  oyatmaq  qabiliyyətini  qədim  afinalılar 
çox yüksək qiymətləndirmişlər”.  Nitq mədəniyyətinə dair yazılmış bir məqalədən 
götürülən bu parça yığcamlıq baxımından, heç şübhəsiz ki, qüsurludur. Eyni sözü,   
ifadəni, fikri yersiz təkrar etmək, mətləbə dəxli olmayan məsələlərdən danışmaq, 
əhəmiyyətsiz, xırda cəhətləri geniş şərh etmək, söhbətə geniş giriş,   müqəddimə 
vermək və s. nitqin yığcamlığına mənfi təsir edən səbəblərdir. 
Səthi bilikli, məlumatlı adamların nitqində konkretlik, yığcamlıq, adətən, 
az olur. Onların nitqində ümumi fikirlər irəli sürülür, artıq, lüzumsuz təfərrüatlara 
yol  verilir.  Əşya  və  hadisələr  barədə    “yaxşıdır”,  “maraqlıdır”,  “bəzi  qüsurlar 
vardır”,  “material  yaxşı  mənimsənildi”,  “əsər  xoşuma  gəldi”  və  s.  kimi  konkret 
fikirlərə, dəlil  və  sübutlara,  faktlara  əsaslanmayan  rəylərə  tez-tez  təsadüf  olunur. 
Prof.A.Abdullayev  konkretlikdən  məhrum  olan  nitq  haqqında  danışarkən 
göstərirdi  ki,  əşya  və  hadisə  barədə  “ümumiyyətlə”  danışmaq,  fikir  irəli  sürmək 
olmaz.  Məşhur  səhnə  ustası  K.S.Stanislavski  “ümumiyyətlə”  sözünü  çox  qeyri-
müəy-yən,  pis  və  dəhşətli  söz  adlandıraraq  qeyd  edir  ki,  bu  sözdə  çox  böyük 
səliqəsizlik və qarışıqlıq vardır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə