Nitq mədəniyyətinin əsasları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/87
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#1928
1   ...   6   7   8   9   10   11   12   13   ...   87

 
30 
nitq (şübhəsiz, burada  daha çox diktor, aparıcı, ziyalıların nitqi nəzərdə tutulur) 
məzmunca  dolğun,  tələffüzcə  düzgün  olmalı,  oradakı  fikir  uyğun  səs  tərtibatı  – 
intonasiya çalarları, aydın diksiya ilə verilməli,   cümlələr düzgün qurulmalı, fikir-
lər  arasında  məntiqi  rabitə  gözlənilməlidir.  Ədalət  naminə  deyək  ki,  Milli  Tele-
viziya  və  Radio  Şurası  son  illərdə  kütləvi  informasiya  vasitələrinin  dili  ilə  bağlı 
bir  sıra  işlər  görmüş,  tədbirlər  həyata  keçirmişdir  ki,  bunların  mətbuat  dilinin 
inkişafına, formalaşmasına müəyyən qədər müsbət təsiri olmuşdur. 
Bu  illərdə  informasiya  vasitələrinin  dili  ilə  bağlı  müəyyən  əsərlər, 
məqalələr  yazılmışdır.  “Radio,  televiziya  və  ədəbi  dil”  adlı    sanballı  bir  əsərdə 
ekran-efir  vasitələrinin  linqvistik  məsələlərindən  bəhs  olunmuş,  buradakı    dil 
amilinin    ayrıca  mövzu  kimi    öyrənilməsi,  tədqiq  olunması  zəruri  sayılmışdır
1

“Ana  dili:  Azərbaycan  dili  efirdə”  adlı  digər  bir  kitab  Azərbaycan  radiosunda 
dilimizin ünsiyyət vasitəsi kimi işlənməsi problemlərinə həsr olunmuşdur. Orada 
əlli  veriliş  mətni  toplanmış,  onların  hər  biri  ayrılıqda  təhlil  edilmişdir.  Vəsaitdə  
dilimizin tədrisində və təbliğində ortaya çıxan problemlər, habelə dil və mədəniy-
yət, dil və cəmiyyət kimi məsələlərə də aydınlıq gətirilmişdir
2
.  
Nitq  mədəniyyəti  təkcə  nəzəri  fənn  deyildir,  bu,  dil  siyasətidir,  dil 
normalarının  təbliğidir.  Bu işdə linqvistlərlə birlikdə  müəllimlər,  yazıçılar, digər  
sahələrdə çalışan ziyalılar əhəmiyyətli rol oynamalıdırlar. 
Ölkə  Prezidenti  İlham  Əliyevin  “Azərbaycan  dilinin  qloballaşma  şərai-
tində  zamanın  tələblərinə  uyğun    istifadəsinə  və  ölkədə  dilçiliyin  inkişafına  dair 
Dövlət  Proqram  haqqında”  2012-çi  il  mayın  23-də    imzaladığı    sərəncamında 
dövlətçiliyimizin  başlıca  rəmzlərindən  olan  ana  dilinin  istifadəsinə  və  tədqiqinə 
dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı 
surətdə  yaxşılaşdırılmasını  təmin  etmək  baxımından  son  dərəcə  mühüm  bir 
sənəddir. Sərəncamda qeyd olunur: “Ölkəmizin zaman-zaman müxtəlif imperiya-
lar  tərkibində  yaşamağa  məcbur  olmasına  baxmayaraq,  ana  dilimiz  hətta  bu  ağır 
vaxtlarda  belə  milli  məfkurənin,  milli  şüar  və  milli-mədəni  dəyərlərin  layiqincə 
                                                 
1
 Bax:  N.Xudiyev. Radio, televiziya və ədəbi dil. Bakı, Azərnəşr, 2001.   
2
 F.Veysəlov. Ana dili: Azərbaycan dili efirdə. Bakı, 2012. 


 
31 
yaşamasını  və  inkişafını  təmin  etmişdir.  Bu  gün  onun  qorunması  və  qayğı  ilə 
əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.  
Sərəncam  nitq  mədəniyyəti  məsələlərinə  də  diqqətin  artırılması,  bu  sahədə 
aparılacaq işin məzmunca genişlənməsi, keyfiyyətcə yaxşılaşması üçün yetərincə 
əhəmiyyətli, faydalıdır. 
Yekun  olaraq  deyə  bilərik  ki,  nitq  mədəniyyəti  probleminin  tədqiqi  və 
təbliği  sahəsində  xeyli  işlər  görülmüş,  səmərəli  nəticələr  əldə  edilmişdir.  Lakin 
görüləsi  işlər  daha  böyükdür.  Ədəbi  dil  normalarının  –    (fonetik,  leksik, 
orfoqrafik,  orfoepik,  üslub  normalarının)  dəqiqləşdirilməsinə,  dürüstləşdiril-
məsinə,  bu  əsasda  zəruri  dəyişikliklərin  aparılmasına  ehtiyac  vardır.  Nitq 
mədəniyyətinin mərkəzi mövzusu olan üslubi normaların elmi cəhətdən əsaslı və 
ətraflı, ədəbi dildə gedən son inkişaf meyillərinə uyğun tədqiq olunması lazımdır, 
vacibdir. Nitq mədəniyyətinə dair dərslik, dərs vəsaitləri, lüğətlər, sorğu kitabları 
və  s.  bu  sahədə  aparılan  son  tədqiqatlar  əsasında  yenidən  işlənib  nəşr  edilməli, 
mədəni  nitq  məsələlərinin  tədqiqi,  təbliği  məqsədilə  vaxtaşırı  elmi  konfranslar, 
söhbətlər,  müzakirələr  keçirilməli,  radio  və  televiziya  verilişlərinin  bu  sahə  ilə 
bağlı imkanlarından səmərəli istifadə olunmalıdır. 
 
 
 
 
 
                            
 
 
 
 
 
 
 


 
32 
II  F Ə S Ġ L  
 
MƏDƏNĠ NĠTQƏ VERĠLƏN BAġLICA 
 TƏLƏBLƏR 
 
Xalqın müstəqillik qazandığı, Azərbaycan dilinin sözün həqiqi mənasında 
dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, 
məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, 
yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur. 
Nitq  mədəniyyəti  insanlara  məxsus  ümumi  mədəniyyətin  ən  vacib  və 
aparıcı  tərkib  hissələrindən  biridir.  Bu  anlayışa  danışıq  mədəniyyəti  ilə  yanaşı, 
yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin 
ictimai  həyatında,  onun  hər  hansı  bir  sahəsində  fəal  və  məhsuldar  iştirak  etmək 
imkanına  malik  olur.  Xüsusən,  ziyalıların  nitq  mədəniyyətinə  yiyələnməsi  vacib 
sayılır.  Yazıçılar,  müəllimlər,  aktyorlar,  radio  və  televiziya  işçiləri,  jurnalistlər, 
bədii  söz  ustaları  nitqinin  təsirliliyi,  obrazlılığı,  ifadəliliyi,  məntiqliyi,  zənginliyi 
ilə  fərqlənməli,  başqaları  onların  danışığından,  oxusundan,  yazdıqlarından 
nümunə götürməlidirlər. 
Dilçilik  ədəbiyyatında  nitq  mədəniyyəti  anlayışı  belə  izah  olunur:  “Nitq 
mədəniyyəti  tətbiqi  dilçilik  sahəsi  olub,  hər  hansı  konkret  bir  dilin  orfoepik, 
orfoqrafik,  leksik,  qrammatik,  üslubi  və  s.  normalarını  müəyyənləşdirən  nəzəri 
axtarışlar və təcrübi tədbirlər kompleksidir” (17, 194). Bu tərifi başqa bir şəkildə 
ifadə  etmiş  olsaq,  deyə  bilərik  ki,  nitq  mədəniyyəti  danışıq  və  yazı  zamanı 
orfoqrafik və orfoepik qaydalara, qrammatik qayda-qanunlara, üslub normalarına 
əməl  etmək,  zəngin  söz  ehtiyatına  malik  olmaq,  nitqin  etik  normalarını  göz-
ləməkdir. 
 Nitq  mədəniyyəti  nitqin  müxtəlif  şəraitində  məzmun  və  məqsədə  uyğun 
olaraq ədəbi  dilin  yazılı  və  şifahi  formalarından,  ifadəlilik vasitələrindən  istifadə 
edə  bilmə  bacarığıdır.  Bu  anlayış    dilin  mənimsənilməsinin  iki  pilləsini  özündə 
ehtiva  edir:  1)  düzgün  nitq,  yazan,  oxuyan  və  danışanın  nitq  normalarını 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə