Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə2/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   2   3   4   5   6   7   8   9   ...   95

Şəhərdə İraq-səlcuq sultanı Mahmudun əsgərləri asayişi qorumaq üçün insanların arasında dövrə 
vururdular. Tacir şəhəri yaxşı tanıyırdı və o, bütün qulları ən yaxşı müştərisinə, yəni, bir başa 
saraya satmaq istəyirdi. Bütün qullar artıq gəlmiş və sarayın həndəvərində dayanmışdı.  Sultan 
Mahmudun vəziri  Sumayrami özü qullara baxmaq istədiyindən  saraydan çıxmışdı. O, qulların 
ən güclülərini aldı. Eldəniz sarayda daha rahat yaşayacağını düşünürdü. Ancaq,  bu vaxt vəzir 
Sumayrami tacirin pulunu ödəyərək sarayın ətrafından yox olmağını əmr etdi. Eldəniz çöldə 
yaşamağa artıq dözə bilmirdi. Qorxmasına baxmayaraq vəzirin ayaqlarına qapılaraq dedi: 
         Xahiş edirəm, məni də alın saraya! 
–          Sən kimsən, uşaq! Get buradan. – vəzir əbası kirlənməsin deyə  Eldənizi geri itələdi. 
–          Mən də bu qullardanam. Söz verirəm nə desəniz edəcəyəm. 
–          Sənin saray işləri görəcək taqətin yoxdur. Rədd ol buradan. 
–          Ağa, mənim ailəmi gözümün qarşısında öldürdülər, gedəcək heç bir yerim yoxdur. Məni 
də sarayınıza alın. Xahiş edirəm. – Tacir  Eldənizin çiynindən tutub geri çəkmək istəyirdi. Ancaq, 
Eldəniz buna imkan vermir, onun əlindən qaçır və yenidən vəzirin ayaqları altına sərilirdi. Vəzir 
ilk dəfə sarayda belə həvəslə qalmaq istəyən qulu  ilk dəfə görürdü və sonra düşündü ki, belə 
həvəsi varsa, həyatı boyu xanədana sadiq qalacaq biri olacaq. Bu səbəbdən vəzir  tacirə  
Eldənizin baş parasını ödəyib  saraya aldı.   Eldəniz vəzirin yanında durub “Çox sağolun, ağam” 
– deyə öz minnətdarlığını bildirdi. 
Sarayın darvazaları qulların üzünə açıldı.  Mahmud öz hakimiyyəti dövründə Bağdadda böyük 
quruculuq işləri aparmışdı. Bu səbəbdən o, öz zövqünə uyğun sarayı inşa elətdirmişdi. Eldəniz 
sarayın   bağçasına girdiyi andan etibarən rəngarəng çiçəklərin,  hündür ağacların altında özünü 
cənnətdə hiss elədi.  Bağçanın ətrafında heykəl kimi əsgərlər dayanıb sarayın keşiyini çəkirdilər. 
Bir müddət sonra Eldəniz sarayın özünü gördü. Həmin an onun içində elə bir qığılcım yarandı ki, 
özünü bu zəyif bədəni ilə bir gün padşah olacağına inandırdı. Bəlkə də kor qocanın dediklərinin 
təsirindən o, özünü belə hiss elədi. 
Eldəniz saraylar haqqında ancaq, atasının danışdığı nağıllarda eşitmişdi, indi isə sarayın bir 
xanəsində otağı var idi. Onu bir Məlik ağaya təhvil vermişdilər. Eldəniz üçün Məlik ağa qorxunc 
biri idi. Qalın qaşları, enli kürəyi,  sinəsinə qədər saqqalı onu heybətli göstərirdi. Ancaq, zaman 
keçdikcə Məlik ağa onun üçün doğmalaşmağa başlayırdı. Çünki, o qəddar sifətin arxasında 
mülayim bir insan var idi. Eldənizi öz oğlu kimi sevməyə başladı və özü bildiyi hər şeyi ona 
öyrətməyə başlamışdı.  Sarayın ən gənc qulu Eldəniz olduğundan ona çox iş vermirdilər. Ağası 
onunla tez-tez dünyanın yaradılışını, hardan gəlib-hara getməyimiz  haqqında öz bildiklərini 
anladırdı. Eldənizin sualları Məlik ağada Eldəniz haqqında xoş  təəssüratı yaranmışdı. Bir gün 
onun bu başı sayəsində böyük uğurlar qazancacağına inamı artmışdı. Ağası Sultan Mahmuda 
artıq onun haqqında bəhs etmişdi.  Sultan Mahmudun başı dövlət işlərinə qarışdığından Məlik 
ağanın dediklərinə o qədər də fikir vermirdi. 
Eldənizin yaşı artdıqca,  kitablara həvəsi də artırdı. O, günün bir hissəsini saray işlərinə sərf 
edirdisə, yatmazdan əvvəl  şam işığında dövrün şairlərinin şerlərinə tamah salırdı. Hər axşam bir 
şer əzbərləyib ağasına söyləyir, ağası isə onu candan qulaq asır, ürəyinə fərəh gətirirdi. 


Yaşa doldquca həyatın acımasız tərəfləri ilə tanış olmağa başlayan   Eldəniz üçün yuxudan 
oyanmaq vaxtı gəlib çatmışdı. Bağdadın şərqində İsmaillər adlı yeni bir təriqət yaranmışdı. Bu 
təriqət  Sultanın iradəsinə qarşı çıxmış, insanların yer üzünə hür gəlib, hür gedəcəyini, Sultanın 
yer üzündə heç bir mahiyyəti olmadığını şerlər vasitəsilə ölkənin dörd bir yanına yayırdılar. Tez 
bir zamanda şəhər qazısı bundan xəbər tutur və nəhayət, bu şerlər gəlib Sultan Mahmudun əlinə 
keçir. Qəzəblənən Sultan bir dəstə yaradıb, başına da  Məlik ağanı qoyub, kəndəki  ismaillərin 
zinadana atılmasını əmr verir. Məlik ağa hələ də Sultanın diqqətində olmasına çox sevinir. O, 
gənc  Eldənizin dünya görüş sahibi olması üçün yanında aparır.  Məlik dəstəsi ilə birlikdə 
təkkəyə gəlib çatır. O düşünürdü ki, Sultanın iradəsi qarşısında heç kim baş qaldırmaz. Amma 
onu orada fərqli bir şey gözləyirdi.  Hökümdarın əsgərlərini görən İsmaillər qılınca əl ataraq, 
danışıqsız dəstənin üzərinə hücum çəkdi.  Eldəniz həyatında ilk dəfə qılınca davrandı. Necə 
istifadə etmək lazım olduğunu bilmirdi. Məlik ağa dayanmadan vuruşur, həm Eldənizi həm də 
özünü qoruyurdu. Üç nəfərlə eyni anda vuruşan ağa, gözləmədiyi anda arxasında biri də peyda 
olmuşdu.  Bu vaxt onu xilas edən Eldəniz oldu.  O , qılıncı  düşmənin belinə sancıdı. Üzünə qan 
fışqırdıqdan sonra, dizlərini yerə qoyub qusmağa başladı. Həmin gün necə də qorxmuşdu.  
Həyatında ilk dəfə birini öldürmüşdü. Zəyif bədəni bunu götürmədiyindən  yazıq elə oradaca 
özündən getmişdi. 
Gözlərini açanda sarayda idi. Həkimlər  onun üzünə baxıb gülürdü. Eldəniz gözünü açdığında 
nələr olduğunu xatırlamağa çalışdı, həkimin üzünə baxıb dedi: 
–          Mənə nə oldu? 
–          Sən bu zəyif bədənin ilə o qılıncı necə qaldırmısan, necə vuruşmusan?! Əhsən sənə! – 
Əmmaməsi başından böyük olan həkim Eldənizə dedi. 
–          Ağama nə oldu?! 
–          O yaralıdır. İndi sən dincəl. 
Həkimin sözünə fikir verməyən  Eldəniz xanasını tərk etdi və ağasının otağına getdi. O qapını 
açıb içəri girdiyində, qoca Sultanın, saqqalını ova-ova Məlik ağanın yanında oturduğunu gördü. 
Ağa ona nəsə danışırdı. Deyəsən, o bərk yaralanmışdı. Qapıdan Eldənizin girdiyini görən Məlik 
ağa, Sultana üzünü tutub dedi: 
–          Bu gördüyünüz oğlan əsl bir cəngavərdir. Ona sahib çıxın, Sultanım. 
Sultan üzünü çevirib Eldənizə baxdı. Hökümdarın baxışı o qədər iti idi ki, Eldənizin ürəyinə 
qopmaca düşdü. Ancaq, özünü itirmədi. Bu onun ilk dəfə Sultan Mahmudla üz-üzə gəlməsi idi.  
Bu vaxt  Məlik ağa sinəsini qabağa gərib son nəfəsini verdi. Sultan “Allah rəhmət eləsin” deyib, 
gözlərini qapadı. Daha sonra  Ayağa qalxıb, “Fatihə” surəsini oxuyub   otağı tərk etdi.  O, otağı 
tərk edərkən, qapının yanında donub qalan Eldənizin qaşrısında durub, bir daha üzünə baxdı. 
Əlini çiyninə qoyub, gözləri ilə təsəlli verdi və daha sonra otağı tərk elədi. Eldəniz Sultanın 
yanında ağlamaq istəmirdi. Onun gözlərində zəyif görsənmək də istəmirdi. 
Bir həftə xanasını tərk etməyən Eldəniz, yasa bürünmüş, ağasının yoxluğuna alışa bilməmişdi. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə