Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə4/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   2   3   4   5   6   7   8   9   ...   95

 
 
 
 
 
 
*** 
Eldəniz gecə ikən Sultanın qapısına gəlib hər şeyi yoxladı. Heç bir xəta yox idi. Artıq yata 
bilərdi. O öz otağına geri çəkildi.  Şamı yandırıb, şer vərəqlərini götürüb  oxumağa başladı. 
Sarayda həzin bir musiqi var idi. Ney səsi sarayın divarlarını sığallayırdı. Sanki, bu səs “Məni 
qurtarın” deyirdi.  Eldəniz  qeyri-ixtiyari musiqiyə  doğru hərəkət edirdi. Sarayın qaranlıq  
dəhlizini işıqlandıran, məşəldəki alovlar neyin səsilə həzin-həzin rəqs edirdi. 
Eldəniz səs gələn qapıya yaxınlaşdı. Qapı bir az aralı idi. O neyi çalanı görə bilirdi. Eldəniz 
Möminə xatunu görər-görməz ürəyinə sevgi  toxumları səpələndi. O heyranlıqla  xatunu seyr edir 
və ürəyində öz-özü ilə danışırdı: “ Rəbbim, bu nə gözəllikdir belə.  Uzun qara saçları, iri qara 
gözləri, qəmər qaşları, insanı yerə çökdürəcək dodaqları, şax qaməti…. Bu mümkün deyil, bir 
qadın belə gözəl ola bilməz, axı?! Nədir bu, İlahi?!  Ney incə barmaqları arasında  necə də gözəl 
səs çıxarır. O dodaqlar, o nəfəs  bu neyin səsini gözəl edir. Bu nədir, ürəyimə nə olur…Nəfəs ala 
bilmirəm” –  Eldəniz tənginəfəs oldu. Eldəniz də Möminə xatun kimi eşqlə üz-bə-üz 
gəlməmişdi.   Eldənizin bildiyi eşq, yalnızca İlahi eşq idi ki, onun gözəlliyini seyr edib Tanrıya 
xəyanət etdiyini düşünürdü. Ancaq, sonra  bir ayəni xatırladı: “Bunları bizə ram edən Allah pak 
və müqəddəsdir” –deyə. 
Eldəniz onu söyr etdikcə,  nəfəs alışı dəyişirdi. 
Bu vaxt Möminə xatun qapıda birinin olduğunu hiss elədi.  Və neyi kənara qoyub  sürətli 
addımlarla qapıya tərəf gəldi. Eldəniz nə etməli olduğunu bilmədi.  Möminə xatun yaşıl niqabını 
üzünə çəkərək dedi: 
–           Burda nə edirsiniz?! 
–          Üzrlü hesab edin, sultanım.  Mən məmlük Eldənizəm. Sultanımızın və sizin həyatınızı 
qorumaqda vəzifəm var.  Sarayın bütün otaqları ifa etdiyiniz neyin səsi ilə bu heybətli sarayı 
gözəlləşdirir. Bu səsin haradan gəldiyini bilmək istəyirdim. – Eldəniz gözlərini yerdən çəkmədən 
dedi. 
–          Sizi  tanıyıram, Məmlük Eldəniz bəy! Haqqınızda çox şey eşitmişəm. – Möminə xatun  
qarşısında tir-tir əsən gənci seyr edərkə,  onun çox yaraşıqlı olduğunu, hərəmdəki haqqında 
danışan qızların dediyi qədər var olduğunu gördü. 
Eldəniz özündə cəsarət toplayıb  başını havaya qaldırdı vəonların baxışları bir-biri ilə toqquşdu. 
Bu an Möminə xatun, heç vaxt  yaşamadığı bir şeyi yaşadı. Ürək döyüntüləri dəyişdi.  Bu fərqli 
bir şey idi.  Onlar bir neçə saniyə bir-birlərinə baxdılar. Möminə xatun qapını örtərək  yatağına 
uzandı. Eldəniz otağına necə qayıtdığını heç özü də bilmədi. 
Möminə xatun  səhərəcən yatmadı. O üzü – Eldənizin eşq dolu baxışlarını gözünün qarşısından 
çəkə bilmirdi. Həmin gecəni Eldəniz də yatmamışdı. 
Bəli ikisi də bir-birlərinə aşiq olmuşdular.  Bunun əsl sübutu isə bir ay sonra Eldəniz masasının 
üzərində məktub tapmağı oldu və orada hər şey  farsca açıq-aşkar yazılırdı: 
“ Mən sizi gördüyüm günə kimi eşq nədir bilmirdim, ürəyim hələ də sizdədir. Bilirəm, bu çox 
təhlükəlidir, ancaq sizin eşqiniz uğurunda ölməyə də razıyam.” 


Eldənizin cavabı isə qısa oldu: 
“Sizə qovuşmaq üçün hər şeyə razıyam” 
Beləcə bu eşq, böyük bir sirrə çevrilmişdi. Bu sirr çoxlarının canını aldı. Sultan Toğrulun gözünə 
girmək üçün  cariyələr Möminə xatun haqqında kiçik bir səhv axtarırdılar. Bu məktublaşmanı 
cariyələrdən biri görür. Son anda  Möminə xatunun ağaları  qızıb başını kəsib, cəsədini ortadan 
qaldırırlar. 
Onlar məktublaşmamağa qərar vermişdilər. Ancaq, ikisi də bir-birlərinin həsrətinə dözə bilmirdi. 
Bir gecə  bütün saray yatdıqdan sonra Eldəniz  Möminə xatunun xanasına getdi.  Möminə xatun 
həmişəki kimi çox gözəl görsənirdi.  Eldəniz  onun düz qarşısında dayanıb, gözlərinin içinə 
baxıb dedi: 
“ Eşq mənim adımdır, qövm-ü məkanə bəllərəm

Sənsiz mən heç kiməm, sanki dərd-ü xəstəyəm

Gözlərin bir çiraq kimi parlarsa eşqi hicrandan

Çün sən mələk tək,mənsə divanə ismi-xəstəyəm 
 
 
 
 
 
 
*** 
Eşq – i şərabı dadmaq üçün kafir olmaq yetməz

Xudaya nalə çəkib,şir tək kükrəməkdən bezməz

İgid tək ölərəm ,haqqsıza vəsf-i hal eyləmərəm

Çün Xüda verdi mənə sirri-i qələm, bax bu gecə 
 
 
 
 
 
 
*** 
Qönçə dondaqlar səssiz oldu , yenə susdu, bu gecə

Qoydu məni həsrət qızıl gül tək buslələrdən,bu gecə

Eşqinə sığınaraq gəl deyirəm könlümə sən, bu gecə

Sərxoşam, xəstəyəm  ehtiyacım var sənə, bu gecə… 
Eldənizin nəfəsi  Möminə xatunun üzünə yayılır, qalın səsi onun tüklərini biz-biz edir, sinəsi 
həyəcandan irəli gedib gəlirdi. Eldənizin şeri bitər-bitməz  Selcan xatun özünü saxlaya bilməyib, 
Eldənizin sıx saqqalı arasında gizlənən dodaqlarından öpdü.  Sanki, hər ikisinin beynində 
ildırımalar çaxdı. Sonra möminə xatun başını Eldənizin çiyninə qoyub dedi: 
–          Sən mənim sultanımsan və sən sultan olacaqsan! 
–          Bu mümkün deyil. 
–          Əgər mənə inanırsansa, olacaq bu. 
–          Necə?! 
–          Hər şeyi mənə buraq. Mənim adım Möminə xatundur. Sadəcə, səbrli ol. İndi get, birdən 
biri görər. 
Möminə xatunun nə edəcəyi barədə Eldənizin heç bir xəbəri yox idi. 


İlk öncə  Möminə Xatunun sultana Eldəniz haqqında xoş sözlər deyirdi. Onun sayəsində elə 
Sultanın gözündə  bir pillə də qalxan Eldəniz, artıq əmir vəzifəsinə yükəlmişdi.  Sultan kiçik 
oğlunun atabəyi kimi ikinci bir vəzifə daha verdi. Bir müddət yeni  vəzifələrində özünü 
doğruldan  Atabəy Şəmsəddin Eldəniz, artıq ölkənin dörd bir yanında nüfuza sahib olan bir 
şəxsiyyətə çevrilmişdi . 
Amma Möminə xatun  əsas indi öz planını həyata keçirmək istəyirdi. Bağdada ən  yaxın 
sancaqlarından birində  iqamətgahı olan Sultan Toğrulun əmisi oğlu  Məsuda məktub yazdı. 
Məktubda deyilirdi: 
“  …. Zövcəm Sultan  Toğrul yaşı səbəbdindən ağlını itiməyə başlayıb, halı hamımızı narahat 
edir. Artıq dövlət keçmiş dövrlərdəki kimi idarə olunmur. Günü gündən ölkə zəyifləyir. Ancaq, 
siz sultan olsanız hər şey dəyişə bilər. Ölkə güclənə bilər və siz də bu dövlətin tarixində öz 
izlərinizi qoya bilərsiniz. Əgər belə bir fikiriniz varsa, mənə bildirin. …” 
Cavab gecikmədi. Məsud dərhal öz cavabını göndərdiyi elçiylə bildirdi: 
“ Dövlətin aqibəti hər şeydən önəmlidir. Bu məlumatı mənə bildirdiyiniz üçün minnətdaram. 
Ancaq,  Toğrulu hakimiyyətdən devirmək elə də asan olmayacaq. Bu barədə ancaq, sizin 
köməyiniz dəyə bilər”. 
Axşam düşmüşdü. Möminə xatun ən gözəl  geyimini üzərinə keçirib, gözəlliyinə gözəllik qatıb 
Sultan Toğrulun yanına getdi.  Sultan Toğrul həmişəki kimi onun gözəlliyi qarşısında heyran 
qalmışdı. Sultan xatuna toxunanda, Möminə xatun həmişə diksinirdi. Çünki, onun ürəyində 
yalnız bir nəfər var idi. Bu da Eldəniz idi. Saray qulluqçuları  Sultan və xatun üçün süfrə 
qurdular.  Səhərə kimi Sultanın otağından gülüş səsləri gəldi, sultan da, xatun da deyib gülürdü. 
Onlar gecəni birlikdə yatdılar.  Ancaq, ertəsi günü xatun oyananda sultan Toğrulu yatağında ölü 
oalraq gördüyündən, xatunun  ah-naləsi  bütün sarayı bürüdü.  Eldəniz Sultanın otağına girəndə 
ilk öncə nə olduğunu anlamadı. Mühfizəçilər, həkimlər sultanın cəsədi üzərində səssiz-səssiz 
dayanmışdı.  Həkim Sultanın dilinə baxdıqdan sonra başını qaldırdı və kədərli halda dedi: “ 
Sultanımızı zəhərləyib öldürüblər”. Eldəniz nə edəcəyini bilmirdi. Bütün əsgərlərə əmr verdilər,  
bütün saraydakı hər kəs soruğu sual olunacaqdı.  Mətbəxdən tutmuş, qapıda durana qədər hər 
kəs  istintaqa çəkilməli idi. 
Möminə xatun çarşafına bürünüb ağlayırdı. Eldəniz insanların içərisində ona yaxınlaşıb təsəlli 
verə bilmirdi.  Bu vaxt yeni bir xəbər daha gəldi. Eldənizin mühafizə dəstələsindən bir nəfər 
təngi-nəfəs halda içəri girib dedi: “ Məsudun ordusu sarayı əhatəyə alıb”. 
Hər şey aydın olmuşdu. Belə çıxırdı ki, sultan Toğrulu zəhərləyən onun adamlarından biri idi və 
yenə də  Eldəniz daxili çəkişmələrin ortasında qalmışdı.  Eldəniz başa düşdü ki, artıq onun  da 
sonu çatıbdır. Çünki, Məsud hakimiyyətə keçər-keçməz  mütləqiyyətini  tanıtmaq üçün hər kəsi 
qılıncdan keçirəcəkdi. 
Ancaq, Eldənizin Möminə Xatunun etdiklərindən xəbəri yox idi. Bunların hamısı çünki, Möminə 
xatunun planı idi və o, bunu öz sevgisi, Eldəniz üçün etmişdi. Məsud hakimiyyətə keçər-
keçməz , Sultan  Toğrulun uşaqlarını qılıncdan keçirdi. Ancaq, o,  Möminə xatunun göstərişi ilə 
Eldənizə böyük bir hədəiyyə verdi: “ Möminə xatunla evləndirib, Arranın hakimi təyin elədi”. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə