Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə8/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

Səbuhi ilə danışdıq ki, səhər saat 6 tamamda gəlib məni maşını ilə götürəcək. Ürəyimdə xoş 
ümidlər yarandığı üçün, artıq yazı yaza bilməzdim. Gedib yatağımda uzandım və Lalə gəlib 
yanımda uzandı. Xüsusi şövqətlə başını sinəmə yaslayıb mənə dedi: 
–          Allah eləsin, oradan nəsə tapa biləsiniz. Həyatımızı dəyişək, biz də gün üzü görək. 
–          Belə şeyə çox ümid bağlama, əzizim. – əslində mən Lalədən də ümidli idim. Büruzə 
vermək istəmirdim. Gecənin 3-ündə birtəhər yata bildim, qəlbin ümidə bağlanması elə bir hissdir 
ki. Uşaq vaxtı da belə idim. Atam mənə demişdi ki, sabah gedəcəyik sənə velosiped almağa
səhərə kimi  yatmamışdım, yaşa dolub 43-ə çatanda, səhəri gün maddi gəlirinin birdən yüzə 
qalxacağını fikirləşdicə də, yatmağa imkan olmur, içimdəki uşaqlığım oyanır, gözəl gələcək 
planları qurub, xəyallara dalırdım. Xəyallardan ayrılıb, yatmaq istəmirdim. Amma necə oldusa, 
yatdım və Səbuhinin yavaşcadan qapı döyməsi ilə oyandım. Yoldaşım bizə, çörək arası kotletlər, 
hazırlayıb pomidor, xiyar solafanın içərisinə qoyub bizə verdi. Onun alnından öpdüm və daha 
sonra  maşına mindik, ona əl sallayarkən şahidi oldum ki, arxamızca su atır. Ürəyimdə özümə 
söydüm ki, vaxtı ilə düzgün pul qazansaydım, indi Lalə də xəzinə ümidi ilə yaşamazdı. Nəbilim, 
bəlkə də mən özüm onun xəzinəsi olmalı idim, amma ola bilməmişəm. 
Yol boyunca Səbuhi ilə söhbət edə-edə getdik, arada maşını saxlayıb, bir tikə çörək yeyib
siqaret çəkdik. Daha sonra yenə yola düşdük, saat  10 tamamda artıq ,Ağdaş rayonunda idik və 
 xəritəyə əsasən, yola davam etdik, rayonda adam gözə dəymirdi, biz artıq Qaraoğlan kəndinə 
gəlib çıxmışdıq. Xəritədə təsvir olunan böyük qayanı görüncə, həyəcandan ürəyimiz qopacaqdı. 
Yox səhv dedim, mənim ürəyim qopacaqdı, Səbuhi artıq belə şeylərə öyrəşmişdi.İndi sırf 
xəritəyə görə hərəkət edəcəkdik. Qış olmasına baxmayaraq, düzənlik yerlər olduğu üçün günəş 
bizim üzümüzü yandırırdı. Səbuhi belinə çadırı yükləyib, mənsə, belləri qucaqlayıb xəritəyə 
baxa-baxa yol gedirdik.  Xəritəyə görə, təpədən şimala 300 addım getməli idik və elə də etdik. 
300-cü addımı tamamlayanda dayandıq. Səbuhi belindəkiləri yerə töküb, siqaretini yandırdı.  
Çantasının içərisindən çubuqları götürüb paralelləşdirdi.  Çubuqlar qardaşımın ovucları 
içərisində dövrə vururdu. Başını  qaldırıb üzümə baxdı və dedi: 
“Xəzinənin düz üzərindəyik” 
 
 
 
 
 
 
*** 
Matım qurumuşdu. Boğazımdakı şərfi başıma doladım ki, günəş məni birtəhər eləməsin. Torpağı 
qazmağa başlamışdıq ki, bir kəndli arxamızdan səsləndi: 
–          Ayə heeey, nağarırsınız orda? 
Məni qorxu bürüdü, bura polis gəlsə, xəzinədən də məhrum olacağıq, üstəlik də həbsxananı 
boylayacaqdıq. Səbuhi öz peşəkarlığı ilə dedi: 
–          Ə bəs bilmirsən, prezident bu kəndə gələcək, buraya bulaq çəkməliyik. Biz də qara 
fəhləyik. 
–          Bə niyə demirsən? Ona canım qurban, balalarım qurban olsun ona. Üstümüzdən əksik 
olmasın. Kəndin başında qalıram, nə vaxt istəsəniz gəlin oturun dincəlin, yemək zad hazırlayaq. 
–          Yaxşı gələrik. 


–          Oldu, sağsalamat! – kəndli başını alıb, çıxıb getdi. 
O qədər güldüm ki, 15 dəqiqə yeri qaza bilmədim. Bu qardaşımın ali təhsili filan yoxdur, amma 
o qədər peşəkarlaşıbdır ki, gəl görəsən. Hər çətin vəziyyətdən çıxmağı bacarır. 
Yeri qazdıqca, işimiz ağırlaşırdı. Səbuhi  kürəyi torpağa sancıb, tərini silib dedi: 
–          Bu xəzinə tilsimlidir. 
–          Necə yəni tilsimli? 
–          Torpağı qazmaq olmur.  Belə hallar tez-tez olur. Bura cadu ediblər, cinlər qoruyur buranı. 
–          Hahaha. Ciddisən? 
–          Hə ciddiyəm.  Çox başıma gəlib bu. Dostum Qafar yeri qazanda hətta üzünə qaz 
vurmuşdu, 3 gün sonra da rəhmətə getmişdi. 
–          Nə edək bəs? 
Səbuhi çantasından qalın kitab çıxardı. O həm də dindar idi. 30 dəqiqəyə yaxın dua oxudu. Daha 
sonra yenidən qazmağa başladıq. Nə kəramət idisə, torpaq yumşalmağa başladı. 
İki metrdən artıq dərin qazmışdıq. Birdən kürək dəmirə dəydi. Ətrafını təmizləyəndə gördük ki, 
bəs bu yerin altına açılacaq kiçik bir qapıdır. Dəmirin üstündə baş barmağı olmayan əl şəkili var 
idi. Səbuhi belə dedi: 
–          Demək, bu işarənin mənası o deməkdir ki, bura girib dörd addım gedəndən sonra  sol 
əlin  baş barmağı olmadığı üçün  elə sola dönmək lazımdır. Amma tələ də ola bilər, içəri girəndən 
sonra bura uçsa, ikimiz də ölə bilərik. Amma belə  sirli bir yerin,  ola bilsin tonlarla xəzinəsi var. 
Risk eləməyən şampan içməz! Girməkliyik. Ya Allah! 
İkimiz də əlimizə fənər alıb qapısını açıb içəri girdik. Nəm daşlardan 4 iri addım qabağa getdik, 
ətrafda heç nə görsənmirdi. Sonra sanki 4 yol ayrımına gəldik. Səbuhi dedi ki, bəs bu yollardan 
ikisi ölümə, birii isə xəzinəyə aparır. Qapıdakı sol əlin işarəsinə görə Səbuhi  sola dönüb getməyə 
başladı və mən də onun arxası ilə davam edirdim. 43 yaşıma çatmağıma baxmayaraq xeyli 
qorxum da var idi. 
İçərinin nəm divarları,  rütubətli yer altı mənə rahat nəfəs almağa imkan vermirdi. Daha sonra 
Səbuhi bir otaq kimi yerə girdikdən sonra bərkdən-bərkdən qışqırmağa başladı. Az qalsın mənim 
ürəyim dayansın qorxudan. Fikirləşdim ki, nəsə bədbəxt bir hadisə baş verdi. Sən demə bu, 
Səbuhinin sevinc çığlıqları imiş. Mən də otağa girər girməz qışqırmağa başladım. Bir-birimizi 
qucaqlayıb sevincdən atlanıb düşürdük.  Çünki, qarşımızda bir xəzinə var idi. minlərlə qızıl 
pullar, almaz boyunbağılar, qədəhlər  və s. və ilaxır. Həmin vaxt sevincimi təsəvvür edə 
bilmərəm.  Vaxt öldürmək istəmədik, bütün xəzinələri dolduruq böyük çantalar, belimizə vurub 
çıxmaq istəyirdik ki, tavandan torpaq tökülməyə başladı. Səbuhi dedi ki, gərək səs salıb, atlanıb 
düşməzdik. Səbuhi qarşıda gedib, belindəki çantanı çölə atıb çıxdı, mən əlimdəki çantanı ona 
uzatdım və  o götürdükdən sonra əlimi uzadırdım ki, bütün torpaq üzərimə gəlməyə başladı. 
 Eşitdiyim son səs Səbuhinin “Altay, qurban olum” deyə həyəcanlı səsi idi.  Torpaqların 
arasından sürüşüb çıxan böyük çay daşı  başıma tuş gəlmdişdi. 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə