Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə14/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

Etiraz etmədim, pulu cibimə basıb büdrəyə-büdrəyə evə yollandım. Binamızın qaranlıq 
blokundan uşağın zəhlə tökən səsi gəlirdi. Qapını açıb içəri girdim. İçəridən qəribə səslər gəlirdi. 
İlk öncə eləbildim ki, televizordan gəlir. Yox… Bu səs yataq otağımdan gəlirdi. Qapını açıb içəri 
daxil oldum. Türkan cavan sarıyanız oğlanın altında idi. Onlar məni görüb dik atıldı. Bir müddət 
donub qaldım. İkisi də çırıl-çılpaq rəngləri qaçmış halda ayağa qalxdılar. Nə Türkan, nə oğlan, nə 
də mən… Heç birimiz danışa bilmirdik. Ağlıma gələn ilk şey, ikisini də elə otaqdaca öldürmək 
oldu. İlk öncə oğlanı boğub öldürəcəkdim, buna görə yerimdən bir başa oğlanın üstünə hücuma 
keçdim. Boğazını bərk-bərk sıxmışdım. Gözüm heç bir şeyi görmürdü. Türkanın yalvarış 
səslərini eşidirdim. Amma yenə birdən başım hərləndi, elə yıxılıb yerimdəcə qaldım. Üzərimə 
çox ağır yorğunluq çökmüşdü. 
 
 
 
 
 
 
*** 
Bu dəfə isə gözlərimi açanda xəstəxanada idim. İynə ilə damarımı deşib qoluma sistem 
taxmışdılar. İlk öncə bura necə gəldiyimi xatırlamağa çalışdım. Beynimdəki neyronlar məni 
Türkan və oğlanın yataq otağında sevişdiyi səhnəyə apardı. Bu mənim yenidən içimi ağrıtdı. 
Bütün bədənim dartındı. Həkim içəri keçib mənə dedi: 
– Şiddətli yorğunluq, yuxusuzluq, əsəb sizin bütün immunitetinizi zəyiflədibdir. Bir müddət 
vitamin qəbul edib istirahət etməlisiniz. – deyib nəsə yazdı və daha sonra kağızı mənə uzadıb 
əlavə etdi: Gedə bilərsiniz. 
Xəstəxanadan çıxdığımda düşündüm: Yəqin indi Türkan ata evinə gedibdir. Ev zatən mənim 
adıma idi. Atam gildən qalmışdı. Bu evdə bundan sonra tək yaşayacağam. 
Evə gedib otağa daxil oldum. İçəri keçib uzandım. Tam səssizlik hökm sürürdü. İçim-içimi 
yeyirdi. Bütün günü sobanın yanında gecəmi gündüzümə qatıb, yatmadan, dayanmadan Türkanı 
xoşbəxt etmək üçün işləyirdim. Bəs o nə etdi? Qəhbə…. Bunu mənə niyə etdi axı? Qancıq… Axı 
mən onu çox sevirdim. İfritə… Cındır… – öz-özümə tavana baxıb danışırdım. Tavanla 
dialoqumu kəsən ev telefonun səsi oldu. Telefona götürəndə dəstəyin başında Türkanın anasının 
səsini eşitdim. Nəsə danışırdı. Fikrimi toplayıb ona diqqətlə qulaq asdım: 
– A bala,bütün ailələrdə belə şey olur. Gəl sən barış, hələ cavansınız. Türkan mənə danışdı hər 
şeyi, razıyam, günah ondadır. Bir səhvdir edib. Axı sən onu çox sevirsən. Qızımdan boşanma, 
adına söz zad çıxacaq. Sən istəyirsən, o bədbəxt olsun? O bir qələt edib, bir ailə başçısı kimi 
bağışlamaq sənin boynuna düşür. Yenə deyirəm, hər bir ailədə olur. 
– Məzələnirsən mənlə? Deyəsən, sən də evli ola-ola başqa kişilərin alətinin dadına baxmısan. Elə 
sən də qızın kimi cındırsan. Cəhənnəm olun həyatımdan. Hələ şükür elə, qızını gəlib 
doğramıram. Boşanmaq istəyirəm. Bir də mənə zəng eləsəniz, məni axtarsanız, səni də qızını da 
gəlib tikə-tikə edəcəyəm, ay qancıq. 
– Tərbiyəsiz…. – Nəsə deyəcəkdi ki, artıq telefonun dəstəyini asmışdım. 
Hansı üzlə zəng edirlər mənə?! Hər bir ailədə belə şey olur? Bu nə axmaqlıqdır?! Yəqin özü də 
başqalarının altından çıxıb gəlir. – bir qədər keçdikdən sonra – ahhh… mən bunu necə 
unudacağam? 
Ayaqlarım məni soyuducu tərəfə apardı. Xoşbəxtlikdən araq var idi, onu bir göz qırpımında 


mədəmə boşaltdım. Keflənib hər şey unutmaq istəyirdim. Evdən çıxıb mağazaya getdim, 
cibimdə olan pula dörd butulka araq, iki paket ucuz siqaret alıb evə yollandım. Evə girərkən, 
yenidən məni qəhər basdı. İlahi, özü də mənim evimdə, mənim yatdığım yataqda … Bu nə 
fahişəlikdir, axı! Bir butulka arağı da içdim. Kiçik evimin, kiçik salonunda uzanıb tavana 
baxdım. İçkilər öz təsirini göstərmişdi. Bütün ev başıma fırlanırdı. Həyatımda heç vaxt başım 
belə hərlənməmişdi. Yerimdən qalxarkən yıxıldım, ayağa qalxdıb, divardan tuta-tuta özümü 
güclə tualetə saldım və içdiyim hər şeyi də qusmağa başladım. Türkanın üzünü unuda bilmirdim. 
Başımı unitaza soxub bir tərəfdən qusa-qusa ona söyür, bir təfədən də qeyri ixtiyari ağlayırdım. 
Üzümü yuyub yerimə uzandım, gözlərimi yumdum. 
Səssizlik otağa hakim kəsilmişdi. Deyəsən yatacaqdım. Şiddətli yuxu bədənimi sardı. Artıq 
Türkanı da düşünmürdüm. Sadəcə yatmaq istəyirdim. Tam yatacaqdım ki, o səs mənim beynimi 
sirkələməyə başladı: uşaq ağlayırdı. İçki də içdiyimdən bu səs məni nəinki beynimi, bütün 
vücudumu sirkələyirdi. Yuxum qaçdığından yenidən Türkanı düşünməyə başladım. Sinəmi qəhər 
basdı. İkinci mərtəbədə uşaq ağlayır, birinci mərtəbədə isə mən. Aramızda iyirmidən çox yaş 
fərqimiz olmasına baxmayaraq. 
Yemək yemirdim, su içmirdim, ancaq araq içirdim. Hər dəfə də yatmağa çalışanda uşaq 
ağlayırdı. Evdən çıxmır, işə getmirdim. Ruhumu bədənimə, bədənimi isə evə qapamışdım. 
Sərxoş olmağıma baxmayaraq, bu günlər ərzində lənətə gəlmiş uşağa səbəb hər dəfə yatmaq 
istəyəndə, yata bilməmişdim. Ümumi mürgüləmək isə ayaq üstə də olurdu, ancaq iki dəqiqə 
sonra yenidən bütün bədənimi yorğunluq bürüyür, məni halsız və taqətsiz hala gətirirdi. Saata da 
baxmırdım. Neçə gün keçdiyini bilmirdim. Sadəcə bir dəfə güzgüdə özümə baxanda, elə 
bilmişdim ki, evə yad adam girib. Çünki tanınmaz halda idim. Dəhşət arıqlamış, saçım və 
saqqalım bir-birinə qarışmış, gözlərimin altı isə qap-qara qaralmış, içi isə al-qırmızı rəngə 
boyanmışdı. Nəsə bu gün uşağın səsi gəlmirdi. Deyəsən artıq yata bilərəm. Binanın həyətinə 
meyvə tərəvəz satan bir maşın gəlmişdi. Sadəcə onun səsi narahat edirdi: “Qarpız var! Qarpız! ” 
– deyə bağırırdı. Amma olsun! Uşağın səsindən ki bu yaxşıdır. 
Günlər sonra gözlərimi qapadım. Səs yox idi. Bədənim təcrid olunacaqdı ki, mənim qəsdimə 
çıxmaq istəyən o uşaq yenidən ağladı. Qərara gəldim ki, durub əynimi geyinim və gedim 
qapılarını döyüb deyim ki, uşağın səsini kəssinlər, ya da buradan köçüb getsinlər. Paltarı əynimə 
necə geyindim, ayaqqabımı necə ayağıma keçirdim və ikinci mərtəbəyə necə çatdım, heç 
özümün də xəbərim olmadı. Qapının arası azca aralı idi. Qapını döydüm, gözlədim, ancaq heç 
kim gəlib açmadı. Uşağın səsi içəridən gəlirdi. Hələ də ağlayırdı. Qapını aralayıb içəri səsləndim: 
Ay qonşu, bir mənə baxın. – yenə də səs gəlmədi. Yəqin, ev sahibi düşüb qarpız almağa, qapını 
da açıq qoyub. Uşağın səsi isə daha yaxından gəldiyindən beynimi iynə ilə deşdiklərini zənn 
edirdim. Qapını aralıyıb, evə daxil oldum, uşağın yatdığı otağa girib, onun yatağının başında 
durdum. Təzə anadan olmuşdu – çox balaca idi. Ona başımı yaxınlaşdırıb dedim: 
– Ömürümü-günümü qaraltdın! Xahiş edirəm sus! – uşaq məni görüb daha da şiddətli ağlamağa 
başladı. Qeyri-ixtiyari uşağın başının altındakı kiçik yastığı götürüb sifətinə sıxdım. Hə ondan 
qurtulacaqdım. Ölsün! Ölsün! Səsi çıxmır! Hə kimsə gəlməmiş ölsün! Hə tez ol! Öl! Hə! Hə! – 
səs kəsilmişdi. Yastığı qaldıranda uşaq artıq nəfəs almırdı. Gözündən çıxan son damcı üzündən 
aşağı süzülərək, pambıq örtüyə düşdü. Yastığı olduğu kimi uşağın başının altına qoyub evdən 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə