Nicat Kazımov hekayələri



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə5/95
tarix01.07.2018
ölçüsü1,41 Mb.
#52513
1   2   3   4   5   6   7   8   9   ...   95

Bu gənc Eldəniz üçün inanılmaz bir şey idi. Onu hakimlikdən çox Möminə xatunla qovuşmaq 
sevindirirdi.   Möminə xatun heç bir zaman elədiklərini Eldənizə söyləmədi. Zəhərlədiyi sultanı 
sirr kim ürəyinin dərinliklərinə basdırdı. Artıq onlar xoşbəxt idilər. Arranın paytaxtı Bərdə 
şəhərində öz  isti saraylarında xoşbəxt halda yaşayırdlar.  Onların bir-birinə belə gec qovuşması 
qəlblərindəki eşqi daha da isti saxlayırdı. Hər şey Eldənizə yuxu kimi gəlirdi. Onların bu xoşbəxt 
eşqlərindən iki oğlu oğlu oldu. Artıq, Eldəniz həm dövlət başçısı, həm də bir ata idi.  Böyük 
oğlunun adı Cahan Pəhləvan, kiçik oğlunun adı isə Arslan idi.  Arslan doğulduğunda qızıl 
beşikdə sallandığından ona elə uşaqlıqdan Qızıl Arslan dedilər. 
Möminə Xatun ərinin ən böyük məsləhətçilərindən biri idi.  Eldənizə hiss etdirmədən, nəvazişlə 
dövləti idarə etməsini göstərirdi. Bir gün sarayın qarşısında ər-arvad gəzərkən  Möminə xatun  
onun qoluna girib dedi: 
–          Bilirsən, səni niyə belə çox sevirəm? 
–          Niyə ay parçam?! 
–          Çünki, ikimiz də bu saraylara qul kimi gətirilmişdik.  İkimizin də taleyimiz bir 
yazılmışdı.  İki qul indi ən yüksək mərtəbədəyik. 
–          Hır şeydə Tanrının hikməti var. 
–          Ancaq, bu bəs deyil, Eldəniz! Sən ən güclü olmalısan. Hər kəs səndən asılı olmalıdı. 
Bütün dünya ayaqlarının altına sərilib, sənə tabe olmalıdır.  Sən buna qədirsən, mənim sevgili 
padşahım! 
Eldəniz heç bir şey demədi. Sadəcə düşündü. Gecə ikən  otaqda güzgü qarşısına keçib özünə 
baxdı. Bir ovucluq saqqalını sığallaya-sığallaya düşünməyə başladı. Gözləri yol çəkirdi.  
Uşaqlığında gördüyü o kor qocanı xatırlamışdı. Deyəsən, onun dedikləri gerçəkləşməyə 
başlayırdı. Saraydan  ney səsi gəlirdi.  Yenə Mömunə Xatun öz eşqini neyi ilə Eldənizin ürəyinə 
yayırdı. Eldəniz otağın pəncərəsinə yaxınlaşıb,  barlayan ulduzlara baxdı: 
“Mən Nalçı Nüsrətin oğlu qul Eldəniz. Anası xəstəliklərdən ölən, atasının başı atlar altında qalan 
Eldəniz. Yaşamaq üçün səhralarda sürünən Eldəniz. 
Mən Məmlük Eldəniz, Sultanın canına sahib olan, onun dostu Eldəniz. Mən Əmir Edləniz, 
vəzirlərə əmr verən, hər kəsin həyatı dodaqlarımın arasında olan, sultanın övladına Atabəy olan 
Eldəniz! 
Mən Möminə xatunun aşiqi, Cahanın və Arslanın atası, Arranın hakimi Eldəniz! 
Mən bütün Azərbaycana sahibi olacaq  Eldəniz olmalıyam!” 
Eldəniz ertəsi günü bütün yerli əyanları başına topladı və Arrana tabe olmayan ətrafda nə qədər 
bəylər var idisə, hamısına məktub göndərdi. Kimisi gəlib, özü Eldənizin  libasında öpdü, 
kimlərsə də ona təhqiramiz məktublar yazdı. Eldəniz qoşun toplayıb səfərə çıxdı. Ona qarşı olan 
nə qədər bəyliklər var idfisə, hamısı qılıncdan keçirildi və öz dövlətinə birləşdirdi. 
Eldəniz günü-gündən güclənirdi. Ancaq, onun bir xəyalı var idi. Azərbaycanı işğal etmək. Ancaq, 
Eldəniz Azərbaycan üçün Sultan Məsudla üz-üzə gəlmək istəmirdi. Çünki, Sultan Məsud öz 
qızını qohumu Davudla evlədirmişdi. Davudun da qüdrətli bir Atabəyi- Qara Sunqur var idi ki, o 


da Azərbaycanda hakimlik edirdi.  Vəzirləri ilə tez-tez söhbət edən Eldəniz Azərbaycanı necə ələ 
keçirmək lazım olduğunu öyrənmək istəyirdi. Bu böyük ərazi, onun gələcəkdə quracağı böyük 
bir hakimiyyət üçün çox önəmli idi. Divanda olan hər söhbətdən xəbər tutan Möminə xatun, 
sarayın ən güvənli cəngavərlərindən birinə   həyatı bahasına bir iş verdi. Cəngavər        Qara 
Sunqura sui-qəsd təşkil etməli idi. 
 
 
 
 
 
 
*** 
İsgəndər hələ gənc yaşlarında atası tərəfindən döyüş növlərini öyrənmişdi.  O, mahir ox atan, 
qılınc oynadan idi. Eldənizin ordusu arasında ən rəğbətli əsgər də məhz o idi. Möminə xatun 
onunla pərdə arxasında görüşərək göstərişini vermişdi. Əmri alan gənc əsgər, atını çaparaq 
Azərbaycna doğru yola düşmüş və Qara Sunqurun İqamət etdiyi saraya gəlib çata bilmişdi.  O 
saraya girməyin yollarını axtarırdı. Ancaq, mümkünsüz olduğunu görürdü. Bazarda xalq arasında 
gəzərkən ona məkum olur ki, hər cümə günü Qara Sunqur  xalqın arasında  namaz qılır. Bunu 
öyrənən İsgəndər , Qara Sunqurun namaz qıldığı məscidin yerini dəqiqləşdirir və  kəşfiyyat işləri 
ilə məşğul  olur. Yeganə əlverişli yer, gözlərdən uzaq məscidin hündür minarəsi idi. 
Hava yağışlı idi. Amma insanlar yenə cümə namazı üçün yavaş-yavaş məscidə axışırdı.  İsgəndər 
məscidin minarəsinə qalxdı. Ox və kamanını hazır vəziyyətdə saxlayıb Qara Sunqurun gəlməyini 
gözlədi. Üzünə qara niqabı taxıb, gözləri ilə insanlara baxırdı. Zöhr namazının vaxtı gəlib çatırdı. 
Bu vaxt azanın oxunması üçün  axund minarəyə qalxdı. Üzünü gizlədən İsgəndəri ox və kamanla 
görən axund nə edəcəyini başa düşüb,  qaçıb insanlara xəbər etmək istədi. Lakin, İsgəndər çevik 
davranıb  minarənin pilləkənlərində  axundun ağzını qapayıb, belindən çıxardığı iti xənçərlə 
boğazını üzdü. Zöhr namazının tam vaxtı olduğundan, insanları şübhəyə çəkməmək üçün 
İsgəndər minarənin lap gündür yerindən azan oxumağa başladı. O azan oxuya-oxuya insanlara 
baxırdı və nəhayət Qara Sunqur və mühafizəçiləri at belində məscidə yaxınlaşdığını gördü. Bunu 
görən İsgəndər oxunu hazırladı, əgər kiçik bir yanlış edərdisə, o buradan sağ çıxmayacaqdı. 
Nəfəsini dərib və saxladı, nizəni ipə yaslayıb kamanı gərdi və  bir gözünü qıyıb  Qara Sunquru 
hədəf aldı … 
Və budur nizə havanı yararaq bir başa Sunqurun boğazına girdi və  atın belindən yerə düşdü. 
Boğazından axan qanı yağan yağış  yuyub aparırdı. Heç kim nizənin hardan gəldiyini görmədi 
və  İsgəndər üzərindəki silah sursatı minarəyə buraxıb insanların arasında heç nədən xəbərsiz hər 
kəs kimi Qara Sunqurun cəsədinə baxırdı… 
 
 
 
 
 
 
*** 
Bu xəbər Eldənizə gəldiyində,  çox sevindi və bütün qoşunu toplayaraq Azərbnaycana yürüşə 
başladı. Heç bir münaqişə olmadan  Eldəniz Azərbaycanın əsas şəhərlərini – Gəncəni və Ərdəbili 
ələ keçirir. Artıq o, nəinki Arranın və hətta iki böyük şəhərin hakiminə çevrilmişdi. O, səfər 
əsnasında hakimiyyətə yeni gələn Sultan Məhəmmədin bu xəbərdən məmnun olmayıb Eldənizlə 
döyüşmək üçün qoşun topladığını və Araz vadisi  tərəfə yaxınlaşdığı xəbərini duydu.  
Həyəcanlanan Eldəniz  bütün ordusuna güvənərək,  Araz vadisində Səlcuq hökümdarı 
Məhəmmədlə qarşıılaşdı. Ordu sayı bərabər deyildi və Eldənizin ilk böyük döyüşü olacaqdı.  
Ordu arasında böyük fərq olmasına baxmayaraq,  dayanmadan yağan yağışın altında günlərcə 


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə