Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   16   17   18   19   20   21   22   23   24

66 

 

olmaq  və var qalmaq yolunda əzm  və  iradəsinə bütün  mənliyi  ilə bağlanaraq  xidmət 



etmək, şəxsi  həyatını  milli dəyərlərə səmimi bir bağlılıq  içində təşkil etmək  və  milli 

bir  üslubla  yaşamaq,  varlığını  millət  varlığından  ayırmayan,  millət  üçün  fədakarlığı 

əsas  qəbul  edən  idealist  bir  İslam  əxlaqını  fərdlərin  və  cəmiyyətin  həyatına  hakim 

qılmağa  çalışmaq,  millətin  bütün  fərdlərini  dərddə  və  iftixarda  ortaq,  bölünməz  bir 

bütün  və  bir-birlərinin  qardaşları  olduqları  duyğu  və  şüurunda  birləşdirməyə  səy 

etməkdir deyə ifadə edilə bilər

120



O halda milliyyətçilik kökü insan ruhunun dərinliklərinə qədər çatan bir ictimai 



zərurətdir.  Romantik  bir  hiss  yumağı  ilə  sarılmış,  qarışmış  və  qaynaşmış  olaraq,  bir 

millətə  mənsubiyyəti  və  bu  mənsubiyyətin  tələb  etdiyi  yaşayış  və  davranış 

praktikasının  şüur  halıdır.  Məqbul  bir  mənlik  duyğusu  və  bir  dərəcəyə  qədər  bir 

eqoizm  davranışıdır;  bu  da  insanın  təbiətində  vardır

121

.  Ancaq  bunun  mütləq 



təcavüzkar  olması  lazım  deyil.  Çünki  öz  şəxsiyyətinə  düşkün  olan,  başqalarının 

şəxsiyyətinə  də  hörmət  edər.  Millətlər  də  milli  hiss  və  mənfəətləri  ilə  və  öz 

milliyyətçilik səyləri ilə başqa millətlərin milli duyğu və maraqlarını və yüksək insani 

idealları uzlaşdıra bilərlər. Uzlaşdırmalıdırlar. Bu ölçülər içində, yəni doğru, aydın bir 

millətçilik  irqçiliklə  də,    nasizm  və  faşizmlə  də  qarışdırılmaması  lazım  olan  bir 

fikirdir


122

.  


Qısaca  milliyyətçilik  yox  olmaq  istemiyən,  var  olmaq  və  qalmaq,  yüksəlmək 

və  ucalmaq  istəyən  millətlərin  imtina  edilməz  və  əsla  uzaqlaşdırıla  bilməyən 

ideologiyasıdır

123


.  Milliyyət  hissi  ilə  milliyyətçilik  şüurunun  hər  nə  səbəb  və  surətlə 

olursa olsun bir millətə edilən ən böyük düşmənçilik və pislikdir

124



Mərhum Ustad Nəcib Fazil milliyətçilik nədir sualına belə cavab verir:  



                                                

120


 

Arendt,  Hannah  (October  1945).  "Imperialism,  Nationalism,  Chauvinism". The  Review  of 

Politics 7 (4): 457

 

121



 

Woods, Sherwyn M. (

January 1976). "Some Dynamics of Male Chauvinism"

 

122



 

Tanıl Bora, Türk Sağının Üç hali Mİlliyetçilik, Muhafazakarlık, Birikim, İstanbul, 1999

 

123


 

Tural Mehbaliyev “Millətçilik nədir? Tarixi əsasları və inkişafı”    21.10.2014 

124

 Masami Arai, Modernleşme ve Milliyetçilik, İletişim, İstanbul 




67 

 

"Milliyyətçilik anlayışı müsəlmanlıqla məhdud o sərhədli milliyətçilikdir ki, bu 



sərhədin  ən  kiçik  miqyasına  özünü  hüdudsuz  və  başıboş  bilən  heç  bir  milliyyətçilik 

çata bilməz." 

 "İslam  inqilabının  milliyyətçiliyi  bütünlüklə  insanlıq  heyətində  ruhun 

qaynağını  Müsəlmanlıq  olaraq  qəbul  etdikdən  sonra,  o  ruhu  daşımağa, 

rəngləndirməyə,  mizaçlandırmaya  qarşı  ləyaqət  ifadəsi  baxımından  bütün  qövmlər 

arası yarışmada üstünlük məfkurəsindən ibarətdir."

125

 

 "Beləcə  milliyyət  məfkurəsi,  irq,  tayfa  və  soy  ifadəsiylə  də  Peyğəmbərinə 



layiq  olmağa  cəhd  etməyin  əsəridir  ki,  hər  cür  irq  və  qövm  sərhədini  əhatə  edən  və 

aşan  Müsəlmanlığı  incitmək  yerinə  şad  edecək  və  ana  ölçüyə  bir  dəfə  bağlandıqdan 

sonra ən irəli hüquqlara qədər icazəli milliyyətçiliyin də özü olacaq. " 

 "Şəriətlə  hududlu  milliyyətçilik  həqiqətdə  hüdudsuz  milliyyətçiliyin  tam 

özüdür." 

 "Milliyyətçiliyin  bu  ölçü  xaricində  qalan  bütün  alovlu  təzahürləri  yalnız 

gövdələri  yandırıb  kül  edən  dar  və  xəsis  bir  nefsanîlik,  xam  və  doğmatik  bir 

bütçülükdən başqa bir şey deyil." 

 Ölkəci  dünya  görüşünə  görə  görə  millətçilik  ən  başda  bir  dəfə,  cəmiyyət 

vahidləri  içindən  milləti  seçim  etmək,  sonra  bu  milləti  1)  sevmək  2)  qorumaq  3) 

yüksəltmək və 4) ucaltmaq idealıdır ... Yəni Ölkəci dünya görüşü milliyyətçiliyi belə 

təsvir edir

126



 “Millətçilik  millətini sevmək, qorumaq,  yüksəltmək  və  ucaltmaq  idealıdır”



127

  



     Tərifi bir az daha açaraq, təkrarlasanız belə deməmiz  mümkündür: Millətçilik 

millətini  və  millətini  meydana  gətirən  milliyyət  ünsürlərini  sevmək,  qorumaq, 

yüksəltmək  və  ucaltmaq    idealıdır.  Ancaq  bu  sevmək,  qorumaq,  yüksəltmək  və 

                                                

125

 

Tanıl Bora, Türk Sağının Üç hali Mİlliyetçilik, Muhafazakarlık, Birikim, İstanbul, 1999 



126

 

Dr. Serab Sezer, Türk Devrim Tarihi-"çöküşten dirilişe", 2006



 

127


 

Əhməd Şahidov “XXI əsrin ideal tələbəsi ifrat dini və şovinist ideyalardan uzaq olmalıdır” 

12.05.2012

 

 




68 

 

ucaltmaq  ünsürlərinin  istiqaməti,  şəkli  və  sərhədləri  təsadüfi  çizilməmişdir, 



İslamiyyət tərəfindən təyin olunmuşdur . Ona görə, bunların xaricinə çıxıla bilməz. 

İrqçilik  "  (şovinizm)  və"  milliyetçilik  "  bu  anlayışlar  zaman-zaman  bir-

birləriylə bərabərləşdirilməyə çalışılır.  

İrq  -  ortaq  fiziki  və  fizioloji  xüsusiyyətlərə  sahib  olan  insanlar  birliyidir. 

Adamın  rəng,  irq  və  milliyyətindən  təyin  etmə  haqqı  olmadığı  kimi  bunları  seçim 

etmə  haqqı  və  şansı  da  yoxdur.  İnsanın  irqi,  rəngi,  milliyyəti,  soyu  doğumla 

qazanılmış xüsusiyyətləridir. Yəni yaradılışının fitrətindən qaynaqlanır. 

İrqçilik:  İnsanların  ictimai  xüsusiyyətlərini  bioloji,  irqi  xüsusiyyətlərinə 

əsaslanaraq  bir irqin başqa irqlərə üstün olduğunu irəli sürən təlimdir. 

Yer  üzündə  heç  bir  İrqin,  millətin,  qövmün    birinin    digərindən  üstünlüyü 

yoxdur.  Yaşadıqları  coğrafiya  baxımından  fiziki  olaraq,  həyat  tərzləri  olaraq,  Dil, 

inanc  və Mədəniyyət baxımından  yalnız  fərqliliklər sərgiləyə bilərlər. Bu  fərqliliklər 

üstünlük və ya alçaqlıq  mənası daşımaz. 

Fiziki,  dil,  inanc  və  mədəniyyət  birlikdəliyi  olan  bir  cəmiyyətin  digər  bir 

cəmiyyət  üzərində  üstünlük  iddia  etməsi  və  ya  bu  düşüncəsini  təzyiq  və  şiddət  yolu 

ilə  qəbul  etdirməyə  çalışması  əvvəlcə  insanlığın  yaradılış  qayəsinə  zidd,  əxlaq  və 

insanlıq xarici bir düşüncədir. 

Millət  -  Əksəriyyətlə  eyni  torpaqlar  üzərində  yaşayan,  aralarında  dil,  tarix, 

duyğu, ülkü, ənənə və adət birliyi olan insan birliyi, xalqdır. 

Milliyyətçilik  -  Maddi  və  mənəvi  bucaqlardanibarət  millət  və  ölkəsinin 

maraqlarını hər şeyin üstündə tutma anlayışı, xalqçılıqdır

128


İqtisadi  və siyasi  faktları  güdmədən xalqın  maraqların,  müstəqilliyini  və  vətən 

sevgisini  ön  plana  çıxarmaq.  Milliyyətçilik  anlayışı  ayrıca  dil,  tarix  və  mədəniyyət 

birliyinə söykənən ulusun və dövlətin mütləq və təməl bir dəyər olduğunu qəbul edən 

anlayış  olaraq.  Fərdlərin  dövlətin  varlığını  böyüklüyünü  təmin  edəcək  və  qoruyacaq 

şəkildə,  dövlətin  ehtiyaclarına  uyğun  olaraq  davranmaları  lazım  olduğunu, 

davranışlarını  bu  məqsədə  görə  nizamlaması  lazım  olduğunu  önə  sürən  axın  olaraq 

                                                

128

 Utku Kızılok “Özerklik Tartışmaları ve Şovenizm” May 2014 




Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə