Neft-qaz quyularinin tamamlanmasi


Sərbəst işin yazılma qaydası



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə49/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   42   43   44   45   46   47   48   49   50
Quyularin tamamlanmasi leak by 1337

Sərbəst işin yazılma qaydası:
Sərbəst iş kompüterdə,A4 formatında( sol kənar 30mm, sağ
kənar 15mm, yuxarı 20mm,aşağı 20mm),Times New Roman şriftində,
hər sərbəst iş 2 səhifə olmaqla 10 iş yazılmalıdır.Bunlardan 5 iş
tələbənin yazdığı konspekt dəftəri də sayıla bilinər.
Elektron variantda müəllimə təhvil verilir.
Titul vərəqı:
Ali məktəbin adı,fakültə,kafedra,tələbənin adı və
soyadı,yazıldığı il 
II səhifədə:
mündəricat
,
hər bir sərbəst işin adı da qeyd
olunmalıdır.
Sərbəst işin tələbələr tərəfindən seçilməsi qaydası:
Jurnal
üzrə tələbənin sıra nömrəsi sərbəst işin hər 10 sayı sualına uyğun
olmaqla götürülür.


RAFIQ SALMAN OĞLU İBRAHIMOV
1958-ci ildə Ermənistanin Sisiyan rayonunun
Dəstəkert kəndində müəllim ailəsində anadan
olub.
1965-1975-ci illər Bakı şəhərinin 228N-
li orta məktəbinin şagirdi, 
1975-1980-ci illər Azərbaycan Neft və Kimya
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və
Sənaye Universiteti) tələbəsi, 1980-1983-cü illər
“Kaspmorneft” (Dədə Qorqud) üzən qazıma
qurğusunda qazımaçı köməkçisi, 1983-1986-cı illər “Şelf-2” üzən
qazıma qurğusunda mühəndis-texnoloq, 1982-1985-ci illər
Azərbaycan Neft və Kimya İnstitutunun qiyabi aspirantı, 1984-cü il
Ukrayna, İvano-Frankovski Neft və Qaz İnstitutunun ixtisas artırma
fakültəsində buruq məhlullarının texnika və texnologiyası kursu,
1986-1989-cu illər Açıq neft və qaz fontanlarının bildirilməsi və ləğvi
üzrə Xəzər Hərbiləşdirilmiş Hissə (Fontana qarşı dağ-mədən xilaset-
mə Hərbiləşdirilmiş Hissə), Cənub dəstəsinin rayon mühəndisi, 1987-
ci il Rusiyanın Orenburq Hərbi Hissəsinin Təlim-Operativ dəstəsində
neft və qaz quyularında profilaktiki işlərin aparılması kursu, 1988-
1989-cu illər Rusiyanın Axtırski və Otradnenski Hərbiləşdirilmiş
Rəhbər İşçilərin hazırlıq məktəbi, 1982-1993-cu illər Xəzər
Hərbiləşdirilmiş Hissənin Cənub dəstəsinin komandir köməkçisi,
Cənub dəstəsinin komandiri, 1993-1999-cü illər “Şelf-3”və“Xəzər-2”
üzən qazıma qurğularında buruq ustası, 1995-ci il Texniki Elmlər
Namizədi, 1999-2005 Azərbaycan Respublikası Prezidentinin İşlər
idarəsində qrup rəhbəri, sektor müdiri, 2006-cı ildən Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin” Neft-qaz
mühəndisliyi”kafedrasının dosentidir. 



Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə