Neft-qaz quyularinin tamamlanmasi


Sement məhlulunun tutuşma vaxtı



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə43/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   39   40   41   42   43   44   45   46   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Sement məhlulunun tutuşma vaxtı
 
Vik cihazı ilə təyin
edilir.
Sement məhlulunun struktur əmələ gətirməsi və
qatılaşması
 
konsistometr KC-3, KC-4 vasitəsilə təyin


edilir.Qatılaşma vaxtını SSB, KMS, HİPAN, xrompik kimi
ləngidicilər vasitəsilə uzatmaq olur.
MÖVZU-28.
QUYULARIN SEMENTLƏNMƏSI VƏ
SEMENTLƏMƏ ÜSULLARI
Quyunun möhkəmləndirilməsi və layların bir-
birindən təcrid edilməsi quyuda görülən son işlərə aid edilir.
Layları bir-birindən təcrid etmək üçün qoruyucu kəmər içərisinə
vurulan sement məhlulu quyudakı qazıma məhlulunun sıxışdırıb
çıxarır və basıcı mayenin köməyi ilə kəmər arxası fəzada hesab-
lanmış hündürlüyə qaldırır. Sement məhlulunun halqavari
fəzaya sıxışdırılıb çıxarılması 
quyunun sementlənməsi prosesi
adlanır. Xüsusilə dərin quyuların sementlənməsi çox məsul bir
işdir. Keyfiyyətsiz sementləmə çox hallarda quyuda baş verən
qaz-neft təzahürlərinin, qrifonların, açıq neft və qaz
fontanlarının baş verməsinə səbəb olur, məhsuldar layda neft və
qazın ehtiyatını düzgün təyin etməyə imkan vermir, neftin, qazın
və suyun bir laydan başqa laya axmasına səbəb olur və s.
Keyfiyyətli sementləmə isə yuxarıda qeyd edilən
bütün nöqsanları aradan qaldırır, yerin təkini qoruyur,
ekologiyanı mühafizə edir. Odur ki, quyunun keyfiyyətlə
sementlənməsi çox ciddi iş olmaqla yanaşı, həm də vacib
məsələdir və bu işə böyük məsuliyyətlə yanaşmaq lazımdır.
Qoruyucu kəməri quyuya endirdikdən sonra neft, qaz və
su laylarını bir-birindən ayırmaq və quyuya suyun gələ
bilməsinin qarşısını almaq üçün quyu sementlənir, yəni quyuda
kəmər arxasındakı halqavari fəza müəyyən səviyyəyə qədər
sement məhlulu ilə doldurulur. Bu prosesə quyunun
sementlənməsi deyilir. Neft quyularını sementləmək üçün xüsusi
quyu sementi işlədilir. Quyunun sementləmə prosesinin
keyfiyyətini xarakterizə edən amillər aşağıdakılardır:


1.Sementin tutuşma başlanğıcı və bərkiməsi, onun reoloji
xarakteristikası, su verməsi və başqa xassələri;
2.Qazıma məhlulla sement məhlulu arasındakı münasibət və
qarşılıqlı əlaqə;
3.Halqavari fəzada qazıma məhlulu və sement məhlulunun
hərəkət rejimi;
4.Quyuya verilən sementin miqdarı və sement daşının quyu
divarları ilə kontaktı;
5.Bufer məhlulunun keyfiyyəti və miqdarı;
6.Sementləmə prosesində kəmərin yuxarı və aşağı
tərpədilməsi(yarımdalma üzən qazıma qurğularında və qazıma
gəmilərindən buraxılan kəmərlərdən başqa);
7.Qoruyucu kəmərə mərkəzləşdirici fənər və ərsinlərin bərkidil-
məsi;
8.Sementləmə prosesinin avtomatlaşdırılması və sürətləndiril-
məsi.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə