Neft-qaz quyularinin tamamlanmasi


Hazırda neft quyularının sementlənməsi üsulları



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə44/50
tarix02.03.2023
ölçüsü1,2 Mb.
#101780
1   ...   40   41   42   43   44   45   46   47   ...   50
Quyularin tamamlanmasi leak by 1337

Hazırda neft quyularının sementlənməsi üsulları
aşağıdakılardır:
1.Boquşevski üsulu ilə (adi, bir pilləli üsulla) sementləmə;
2.İki pilləli sementləmə üsulu;
3.Süzgəclə endirilmiş kəmərin sementlənməsi (manjetli sement-
ləmə üsulu);
4. “Quyruq” kəmərin sementlənməsi;
5.Quyu dibinin sementlənməsi;
6.Baybakov üsulu ilə sementləmə;
7.Əks sementləmə.
Neft quyularının Boquşevski üsulu ilə sementlənməsi ilk
dəfə 1905-ci ildə mühəndis A.A.Boquşevski tərəfindən Bakıda
təklif və tətbiq edilmişdir. Bu sementləmə üsulunun texnoloji
sxemi belədir. Kəmərin içərisinə içi boş (dəlik) olan alt ağac
sementləmə tıxacı buraxılır və bunun üstündən quyuya,
sementin istənilən hündürlüyə qədər qaldırılması üçün tələb
edilən həcmdə sement məhlulu vurulur. Sement məhlulu quyuya
vurulduqdan sonra onun üstündən, dəliksiz üst sementləmə


tıxacı buraxılır və sement kəmərinin içərisindən, sementləmə
borusunun dəliklərindən çıxaraq, arxadakı halqavari fəzaya
qalxmağa məcbur etmək üçün, kəmərin içərisinə tələb edilən
həcmdə basıcı qazıma məhlulu və ya su vurulur. Lazımi həcmdə
maye quyuya vurulduqdan və üst tıxac kəmərin aşağısındakı
istinad halqasının üstündə dayanmış alt tıxaca çatdıqda
(hidravlik vurğu alındıqdan) sonra sementləmə başlığının
kranları bağlanır və sementləmə prosesi qurtarır.
Müasir neft-qaz quyularının sementlənməsində müxtəlif
firmasının tıxaclarından istifadə olunur:
1.Alt tıxac; hissələri – diafraqma (şüşəli də olur),
formalaşdırılmış rezin, tökməalüminium oymaq;
2.Üst tıxac; formalaşdırılmış bütöv rezin, alüminium
lövhə.
Sementləmə prosesi iki tıxac ilə aparıldıqda Rusiya
istehsalı olan ЦГ-350 markalı başlığı tətbiq edilir: hissələri –
keçirici, üçlük, nippel, gövdənin qapağı, üst tıxacı buraxıcı vinti,
kranı bağlamaq üçün borucuq, alt tıxacı buraxıcı vinti, gövdə.
Dünyada müxtəlif firmaların sementləmə başlıqlarından
istifadə olunur.
Sementləmə alt tıxacın tətbiq edilməsi keyfiyyəti artırır,
lakin sementləmə prosesini çətinləşdirir. Bəzi rayonlarda
sementləmə ancaq üst tıxacla aparılıır, lakin bufer mayesi tətbiq
edilir.
Sementləmə prosesində bufer mayesinin tətbiqindən
məqsəd qazıma məhlulu sement məhlulundan ayırmaq və quyu
divarındakı gil qabığını təmizlədikdən sonra əmələ gələn qabığı
dağıtmaqdır.
Hazırda müxtəlif qazıma sahələrində bufer mayesi olaraq
su, neft və səthi aktiv maddələrlə (SAM) işlənilmiş məhlullar
tətbiq edilir. Çox zaman suyun tərkibinə SAM qatılır.
Adi şəraitdə sementləmə prosesində təzyiqin dəyişməsi
belə olur. Sement quyuya vurulduqda ilk növbədə (dövrdə)
nasoslardakı təzyiq yalnız quyudakı və manifolddakı hiravlik


itkilərə əlaqədardır. Bir qədər sonra bu təzyiq daha da azalır,
çünki quyuda sıxlığı qazıma məhlulundan çox olan sement
məhlulu vurulur. Odur ki, quyuya sement məhlulu vurulduqda
nasoslardan nəinki böyük təzyiq tələb edilmir, hətta çox vaxt
kəmər içərisində vakuum əmələ gəlir. Kəmərə basqı mayesi
vurulduqda isə sement məhlulu halqavari fəzada yuxarı
qalxdıqca təzyiq artır və prosesin sonunda maksimum olur.
Sementləmə prosesinin gedişi sementləmə başlığında
olan manometrlərin göstərişi ilə nəzarət altında saxlanılır.

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə