Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   29   30   31   32   33   34   35   36   37

 
71
Erkəklərin adətən bir cüt qanadları olaraq, hərəkətlidirlər. Dişiləri və süfrələri bitkinin şirəsini 
soraraq qidalanır. Erkək yastıcalar isə bundan fərqli olaraq qidalanmırlar. Yastıcaların elmidə indiyədək 
7000 növü məlumdur. 
Azərbaycanda  əsasən subtropik bitkilər  əkilən Lənkəran-Astara rayonlarında yayılaraq sitrus 
bitkilərindən limon və portağal meyvələrinə ciddi zərər vurur. Xarici ölkələrdən gətirilmiş sitrus 
meyvələri ilə Naxçıvan Muxtar Respublikası ərazilərindəki üzüm və limon bitkilərini də yoluxdurmuşdur. 
Parazit həşəratlarla mübarizə  məqsədilə üzümlüklərdə kimyəvi zəhərli maddələri yağışdan sonra 
dərmanlanmalı, limon bitkisinin yarpaqları isə qıcqırdılmış tənbəki məhlulu və sabunlu su ilə yuyulmalı, 
lazım gələrsə torpağı dəyişdirilməlidir. 
 
16)  Parəbüzən-  (Coccinellidae) Böcəklər fəsiləsindən olan, qırmızı  bərk qalxanvari qanadları 
üzərində 7 ədəd qara xalları olan növü faydalıdır. 
Bədənin uzunluğu 4-7 mm, girdə və üstü qabarıq (sferik) formalıdır. Dünyanın hər yerində müxtəlif 
növləri yayılmışdır. Azərbaycanda 60-dan çox, Muxtar Respublikada isə 10 növü vardır. 
Parəbüzənlərə xalq arasında nənəm oğlan doğdu- qız doğdu, başmaqtikən və s. adlar da deyirlər. 
Böcəklər  əsasən bitkilərdəki zərərverici həşəratlardan mənənə, yastıca və onların sürfələri ilə 
qidalanır. 
Kənd təsərrüfatı bitkilərinə  zərərverənlərə qarşı bioloji mübarizə  məqsədilə insanlara xeyir verən 
böcəkdir. 
Parəbüzənləri kimyəvi mübarizə üsullarından qorumaqla onların çoxalmasına səbəb yaradılmalıdır. 
 
17)  Qarışqalar-  (Formicidae) Pərdəqanadlılar dəstəsinin 9 (10) yarımfəsiləsi olan, işlək “əməkçi” 
həşəratların yer üzərində 360 cinsi və 7000 növü məlumdur. 
Qarışqalar ən çox isti ölkələrdə daha çox yayılaraq, mülaim qurşaqlarda isə növləri azdır. Qafqazda 
bu həşəratların 160-dan çox, Azərbaycanda isə 90-na qədər növü yayılmışdır. 
Qarışqalar əsasən torpaqda yuva qursalar da onlar həm çürük ağacların koğuşunda və gövdənin çiçək 
saplağında da yaşayırlar. 
Qarışqalar dəstə (ailə) halında yaşayaraq qanadlı erkək və dişilərdən, yumurtlayan qanadsız 
dişilərdən “məlikə”dən ibarətdirlər. İşçi qarışqanın uzunluğu 0,8-30 mm olur. 
Qarışqalar əsasən yuva qurub, yaz və yay aylarında dəstə ilə, qış ayları üçün özlərinə yem (azuqə) 
toplayırlar. Qanadlı erkək qarışqalar ilin isti aylarında uçub yuvalarını  tərk edir, cütləşmiş dişi 
qarışqaların isə qanadları tökülərək və yuvasında yumurtlayırlar. 
Dişi qarışqaların yumurtasından çıxan ağ  rəngli sürfələrə  işçi qarışqalar tərəfindən lazimi qida 
gətirilərək verilir. Puplar yetkin qarışqalara oxşasalar da, onlar hərəkətsiz olurlar. 
Qarışqaların bəziləri  “döyüşkən” olmaqla yuvasının keşiyini çəkirlər. Qarışqalar bir-birləri ilə 
bığcıqları vasitəsilə “söhbət” edirlər. 
Qarışqalar bitkilərdəki parazit həşərat və bitləri (mənənələri) qoyun kimi “sağırlar”. Onlar yaşıl 
mənənələri bir növ “otararaq” parazitlərin ifrazatlarını yalayırlar. 
Qarışqalar təbiətsevənlərin dostlarıdır. Beləki sutka ərzində onlar yuvalarına 30 mindən çox müxtəlif 
kiçik tırtılları daşıyırlar. Bununla da tırtılları meyvə bağlarından təmizləməklə  mədəni bitkiləri 
zərəvericilərdən təmizləyirlər. Çalışmaq lazımdır ki, meyvə bağlarındakı qarışqa yuvaları  təsadüfən 
uçurulub dağıdılmasın. 
 
18)  İşıldayan böcəklər- (Lampu ridae)- Böcəklər fəsiləsindən olan həşəratlar dünyanın tropik və 
mülayim qurşaqlarında yayılmışdır. Azərbaycanda 6 (Naxçıvan MR-da 1) növü vardır. 
İşıldayan böcəklərin rəngləri tutqun bozumtul olaraq, yetkinlərinin bədənlərində işıqvermə qabilliyəti 
olduğundan onlara “sehirli gecə  fənərləri” də deyirlər. Qanadlı  işıldayan böcəklərin yalnız erkəkləri 
gecələr qısa müddət ərzində “fənərlərini yandıraraq” işıq saçırlar. 
Böcəklərin işıqvermə orqanları qarnının sonunda olub, orada şəffaf qabıq altında iri fotogen 
hüceyrələrlə traxeyalardan ibarətdir. Traxeyalar hüceyrələrə oksigenlə birləşməsi nəticəsində  və sinir 
düyünlərinin nizama düşməsi ilə fosforlu parıltı əmələ gətirir. 
Erkək böcəklərin qanadları olduğundan havada uçurlar. Erkəklərin uzunluğu 10-12 mm, dişi 
qanadsız böcəklərin isə uzunluğu 16-18 mm-dir. Dişi böcəklər yumurta çıxararaq sürfə formasındakı 
fərdlər də, bəzən gecələr işıldayırlar. Dişi böcəklər uça bilməsələr də erkəklərə nisbətən daha çox işıq 
saçırlar. 


 
72
İşıldayan böcəklər adətən çay kənarlarında, bostanda, taxıl zəmilərində yaşayaraq kənd təsərrüfatı 
zərərvericiləri ilə xüsusən də ilbiz molyuskalarla qidalanıb və onları məhv edirlər. 
Xeyirli böcəklər bostan-tərəvəz  əkinlərinə  zəhərli kimyəvi dərmanlar səpilərkən, kütləvi surətdə 
işıldayan böcəklər məhv olur. Erkək fərdlər gecələr havada uçarkən, yarasaların qurbanına çevrilirlər. 
 
19). Qurbağa- (Amphibios)- Onurğalılar sinfindən olan amfibilər (suda-quruda yaşayan heyvanlar), 
yer kürəsinin tropik və mülayim qurşaqlarında yayılmışdır. 
Qurbağalar suda-quruda yaşamaqla müxtəlif növləri hətta ağac və kollarda da yaşayırlar. 
Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında torpaq, gölməçə və yaşıl rəngli ot qurbağaları 
yayılmışdır. Qurbağaya toxunduqda dərisindəki qabarcıqlardan pis iyli ağ maye ifraz edilir. Həmin maye 
ilə heyvanlar özlərini düşmənlərindən qoruyurlar. Qurbağanın  əl və ayaq barmaqarası  dəri üzgəcləri 
vardır. Uzun dilini bir anın içərisində bayıra çıxarmaqla ovunu selikli tüpürcəyi vaitəsilə tutub qidalanır. 
Qurbağalar xeyirli heyvanlardır. Onlar kənd təsərrüfatı zərərvericiləri olan kiçik mığmığa, milçək və 
kəpənəklərlə qidalanırlar. 
Qurbağalar 3-4 ildə cinsi yetkinliyə çataraq, 3-28 minədək tökdüyü kürüsündən quyruqlu balalar 
əmələ gəlir. 
Axşamlar gölməçədə yan-yana düzülən qurbağalar, havanı burun dəlikləri vasitəsilə soraraq 
ovurtlarını eybəcər şəkildə şişirtməklə ağzından çıxan hava axını ilə quruldayırlar. 
 
20)  Ağacdələn- (Picidae) Ağacdələnlər dəstəsindən olan qışlayan quş fəslidir. 
Bədəninin uzunluğu 8-50 sm, çəkisi isə 20-300 qr ağırlığında olur. Ayaqları qısa, barmaqları uzun, 
caynaqları iti, qanadları isə qısa və enlidir. Quşun quyruq lələkləri sərt olaraq elastik və sivridir ki, ağacın 
gövdəsində duranda quyruq lələkləri ilə bədəninə dayaq vurur. 
Ağacdələnin bir neçə növləri Azərbaycanda yayılmışdır ki, onlar aşağıdakılardır: 
1)
 
Sirratus (Picumus cirratus) 
2)
 
Qızılı rəngli 
3)
 
Yaşıl rəngli 
4)
 
İlanboyun 
5)
 
Qara rəngli 
6)
 
Ala rəngli 
7)
 
Üç barmaq və.s 
Ağacdələnlər ağacın qabığını deşərək orada özlərinə yuva qurub, ildə 3-7 yumurtadan ətçə balalar 
çıxarırlar. 
Quşlar meyvə ağaclarının ziyanverici qurdlarını yeyərək sanitar rolunu oynayırlar. 
Ağacdələn quşları ağacları mühafizə etməklə meşələrin “həkimidir”.. 
 
21) Bayquş- (Strigiforires)- Quşlar sinfindən olan dəstədir. Bayquşun bədəni 17-74 sm uzunluğunda
ağırlığı isə 50 qr-dan-3,25 kq-dək olur. 
Bu quşlara el arasında “bəyquş” da deyərlər. Çünki öz əzəmət və vüqarı ilə digər quşlardan fərqlənir. 
Yırtıcı qarmaqdimdik, qüvvətli iri caynaqları olan bayquşlar əsasən gecələr ova çıxırlar. Səssiz uçan 
bu quşlar dağ yamaclarındakı kolluqlarda, meşədəki ağac koğuşunda, qayalardakı yarıq yerlərdə, köhnə 
uçuq xarabalıq ərazilərdə və s. yaşayırlar. 
Dişi bayquş yuvasında qoyduğu 8-10 yumurtadan 2-3 cücə  çıxarır. Onlar kənd təsərrüfatına zərər 
vuran həşəratlar və sünbülqıran gəmiricilərlə qidalanırlar. 
Azərbaycanda bu növ quşları bəzən bədxah quşlar da adlandırırlar ki, onların 6 növündən 3-ü (dam 
bayquşu, kor yapalaq və meşə bayquşu) Muxtar Respublikanın ərazilərində yayılmışdır. 
Bayquşlar  əkin sahələrinə, meşədəki zərər verən həşərat və  xırda gəmiriciləri məhv etdiyindən 
xeyirli quşlardır 
 
22) Yarasa (gecə quşu)- (Microchiroptera)- Şəbpərələr iri qanadlılar yarımdəstəsindən olan məməli 
quş-heyvanlardır. 
Yarasaların plaşabənzər qanadları nazik dəri olub, axırıncı buğumunda kiçik caynaqları vardır. 
Siçanabənzər heyvanın dişləri iti və çoxdur. Qulaqları iri dəri seyvanlı-çıxıntılıdır. Siçanabənzər 
başında xırda gözləri olur. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə