Naxçıvan Muxtar Respublikası


“Hər bir dərdin dərmanı torpaqda bitir.”



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
65
“Hər bir dərdin dərmanı torpaqda bitir.” 
(Atalar sözü). 
Dərman bitkiləri 
 
Orqanizmdəki müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında bitkilərdən istifadə olunur. 
Dünya üzrə  qəbul olunmuş tibb farmakopeasındakı  dərmanların  əksəriyyəti bitkilərdən hazırlanır. 
Xüsusilə ürək-damar xəstəlikləri üçün işlədilən dərmanlar yalnız bitkilərdən hazırlanılır. Dərman 
bitkilərinin də  əksəriyyəti təbiətdə yabanı halda yayılmışdır. Elə nadir bitki növləri vardır ki, dövlət 
qoruqlarında əkilib becərilir. Onlardan isitməotu, əzvay, nanə, jenşen (yeradamı) və s.-ni göstərmək olar. 
Aşağıda dərman bitkilərindən bir neçəsi ilə tanış olaq; 
 
İsitməotu  (Centaurium)- Açıqçiçək fəsiləsindən olan çoxillik ot bitkisi, dünyanın hər yerində dağ 
ətəyi çəmənliklərdə yayılmışdır. 
Azərbaycanda (Naxçıvan MR-da) dərman bitkisinin Centarium pulchellum və Centarium 
umbellatum növləri yabanı halda yayılmışdır. 
Çoxillik ot bitkisi 35-45 sm hündürlükdə olaraq, açıq yaşıl rəngdə düz (sivri) kənarlı yarpaqları və ağ 
çəhrayı dörd üzvülü çiçəkləri vardır. 
Bitkinin tərkibində vitaminlər, alkoloidlər, qlikozidlər və başqa maddələr də vardır. Cavan bitkinin 
yarpaqlı gövdəsindən bişirilmiş  həlimi və qaynadılmış  dəmləməsi (o cümlədən də arağı) insandakı 
iştahanı artırmaqla həzm prosesini yüngülləşdirir və qurd qovucu xassəyə malikdir. 
Xalq təbabətində bitkidən isitmə, qaraciyər və öd xəstəliklərinə qarşı istifadə edirlər. 
Yayılması toxumları vasitəsilədir. Həyətyanı sahələrdə bitkini mədəni şəkildə əkib-becərmək olar. 
 
Quşəppəyi-  (Capsella)- Xaççiçəklilər fəsiləsindən olan ikillik ot bitkisi dünyanın mülayim 
qurşaqlarında yayılmışdır. Azərbaycanda (Naxçıvan MR-da) bitkinin yalnız bir növü olan adi quşəppəyi 
(Capsella bursa pastoris) vardır. 
Bitkinin gövdəsindəki yerüstü yarpaqları oturaq, yuxarı gövdəsindəki yarpaqları isə saplaqlı olaraq 
rozet formalıdır. 
Quşəppəyinin xırda ağ  rəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq 
şəkillidir. 
Quşəppəyi faydalı  dərman bitkisidir. Bitkinin tərkibində efir yağı, aşı maddəsi, askorbin turşusu, 
alma və limon turşuları da vardır. Bundan başqa bitkinin tərkibində xolin, asetilxolin, tiramin və s. 
qiymətli maddələr də vardır. 
Quşəppəyi toxumlarının tərkibində 20 %-dək bitki yağı olur. Buna görə də həmin bitki heyvanlar və 
insanlar tərəfindən həvəslə yeyilir. 
Xalq təbabətində quşəppəyi bitkisinin (toxumla birlikdə) cövhərindən hazırlanmış məlhəmlə hamilə 
qadınlarda uşaqlıq yolu qanaxmasına qarşı (tampon qoymaqla) istifadə edirlər. 
Tərəvəz bitkiləri becərilərkən bəzən mədəni bitkilərin toxumu ilə qarışıq bitmiş quşəppəyi bitkisini, 
alaq otu bilərək məhv edirlər. Bitkinin cavan zoğlarından təzə  və qurudulmuş halda milli xörəklərdə 
istifadə olunur. 
 
Jenşen (yeradamı)  (Panax Cinseng)- Daşsarmaşığı fəsiləsindən olan çoxillik ot bitkisidir ki, onun 
yerüstü və kökümsov gövdəsindən istifadə olunur. Vətəni Çin və Şimali Koreyadır. 
Ətli, ağımtıl-boz rəngli mil şəkilli kökü torpaqda qalmaqla çoxillik dərman bitkisidir. 
Bitkinin hündürlüyü 50 sm olaraq, uzun saplaqlı, barmaqvari bölümlü yarpaqlarının kənarı mişar 
dişlidir. Açıq-yaşıl rəngli 5 üzvülü çiçəkləri gövdənin ucunda çətir formalıdır. Al-qırmızı meyvələri 2-3 
toxumlu və çəyirdəkli olur. 
Bitki torpaqda 100 ildən artıq qalaraq inkişaf edir. Jenşen bitkisini 1953-cü ildə Xabarovski (Rusiya) 
vilayətində Azərbaycanın Zaqatala ərazilərinə gətirmişlər. 
Jenşenin əsas hissəsi olan kökü (400qr-a qədər olur) toplanaraq dərmanlar düzəldilir. 
Jenşen kökü hipertoniya, yorğunluq, nervasteniya zamanı əhval ruhiyyəni qaldırır. 
Azərbaycanda Böyük Qafqaz və Muxtar Respublikadakı Salvartı yaylasında bu qiymətli bitkinin 
oxşar növü yayılmışdır. Təəssüf ki, bitki ot biçini zamanı laqeydliklə məhv olunub vegetasiya dövrünü 
başa çatdıra bilmir. 
 


 
66
At pıtrağı (Afctium)- Mürəkkəbçiçəklilər fəsiləsindən olan çoxillik ot bitkisidir. 
Bitkinin gövdəsi uca və şaxəli, yarpaqları iri və ürəkşəkillidir. Çiçək səbətcikləri “meyvə” verdikdə 
asanlıqla saplaqdan qoparaq heyvanların tüklərinə yapışır. 
Azərbaycanda bitkinin 4 növü (Naxçıvan MR-da 2 növü) yayılmışdır. 
At pıtrağının gövdəsinin tərkibində üzvi turşular, efir yağı və inulin maddəsi vardır. Həmin maddələr 
ən çox bitkinin kökündə toplanır. 
Bal verən bitkinin kökü və təzə göyərmiş zoğları yeyilir. 
Muxtar Respublikanın bütün rayonlarında çəmənlik və dağ  ətəyi otlaqlarda at pıtrağı bitkisi 
yayılmışdır. 
Xalq təbabətində bitkinin kökündən bişirilmiş  həlim ilə  tərlədici dərman hazırlanır. Bundan başqa 
kök həlimi revmatik, podaqra və dəri xəstəliklərinin müalicəsində işlədilir. 
Bitkinin yayılması toxumları ilə olaraq külək və digər amillərlə çoxalır. 
 
Azərbaycanda 800-ə  qədər dərman bitkiləri aşkar edilmişdir. Milli E.A.-nın Naxçıvan bölməsinin 
Bioresurslar İnstitutu tərfindən Muxtar Respublikadakı dərman bitkiləri  
mütəxəssislər tərəfindən tədarük edilir, çeşidlənir və  “yaşıl aptek” vasitəsilə  təbabətdə istifadəyə 
verilir. 
Azərbaycanda 52 növ dərman bitkisi sənaye  əhəmiyyətlidir. Muxtar Respublika ərazilərində 
yayılmış dərman bitkiləri aşağıdakı xəstəliklərin müalicəsində tətbiq olunur
 
1) Mərkəzi sinir sistemi xəstəlikləri müalicəsində pişikotu (Valeriana officinalis l.), jenşen (Panax 
Cinseng) və s. 
2)  Ürək-damar sistemi xəstəlikləri  müalicəsində  xoruzgülü  (Adonis vernalis l.), yemişan 
(Crataegus) və s. 
3) Spazmolitik və  ağrəkəsən xəstəliklərin  müalicəsində xanımotu  (Atropa belladona l.), bat-bat 
(Hyoscyamus niger l.), kəklikotu  (Thymus vulgaris), nanə  (Mentha piperita),  şüyüd  (Anethum 
graviolens) və s. 
4)  Tənəffüs orqanları  xəstəlikləri  müalicəsində  gülxətmi (Althae officinalis), ardıc  (Juniperus), 
biyan (Gtycyrrhiza gtabra l.),andız (Znula) və s. 
5)  Mədə-bağırsaq xəstəlikləri  müalicəsində  zəncirotu  (Taraxacum), bağyarpağı  (Plantago), 
çaytikanı (Hippophae rhamnoides l.), günəbaxan (Helianthus annuus), kələm (Brassica oleracea) və s. 
6)  Qaraciyər, öd kisəsi, böyrək və sidik yolları  xəstəlikləri  müalicəsində  dağtərxunu 
(Fanacetum), zirinc (Berberis vulgaris),qarğıdalı (Zea maus),itburnu (Rosa caninal) və s. 
7) Qankəsən və daxili qanaxmaların müalicəsində gicitkan (Urtica l.), zirinc (Berberis vulgaris), 
quşəppəyi (Capsella), çaytikanı (Hippophae rhamnoides l.) və s. 
8)  Dəri xəstəlikləri  müalicəsində  dazı  (Hypericum l.) ardıc  (Juniperus),  soğan  (Allium cepa), 
sarımsaq (Allium sativum) və s. 
9) Bağırsaq qurtlarına qarşı balqabaq tumu (Cucurbita maxima), kəklikotu  (Thymus vulgaris), 
dağtərxunu (Fanacetum) və s. 
10)  Antiseptik və soyuqdəyməyə qarşı  kəklikotu  (Thymus vulgaris), sumaq (Rhus coriaria), 
badam (Amygdalis comamunis), quşüzümü (Solanum) və s. 
11) Göz xəstliklərinin müalicəsində sumaq (Rhus coriaria), nar  (Punica granatum) qara ağacın 
meyvələri (Ulmus) və s. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə