Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə36/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   29   30   31   32   33   34   35   36   37

 
80
sahələr zərərvericilərə qarşı  dərmanlanmalı, plantaş  və ya adi şum aparılmalı (bağ arası sahələr 
bellənməli) və xüsusi toxum səpən maşınlar vasitəsilə səpin aparılmalıdır. 
Toxumla birlikdə kimyəvi mədən gübrələrini də xüsusi kultivator toxum səpən aqreqatları ilə həyata 
keçirmək olar. 
Bostan-tərəvəz bitkiləri  əkmək üçün əvvəlcədən sahə  şumlanmalı, üzvi gübrə ilə qarışdırılmış 
torpaqda toxum (şitil) əkilərək suvarılmalıdır. 
Bostan-tərəvəz sahələrindəki göyərmiş alaq otları xiyar, balqabaq, qovun və qarpız ləklərində 
saxlanılmalıdır. Yalnız mədəni bitkilər cücərib çiçək açanadək alaq otları  təmizlənməli, və torpağın 
nəmliyindən asılı olaraq suvarılmalıdır. 
Çəmənlik  ərazilərində yemlik ot tədarükü zamanı oraq və  kələnti alətilə biçin apararkən zəhərli 
həşəratlara qarşı uzunboğaz rezin və  dəri ayaqqabılar geyilməlidir. Ot tədarükü vaxtı yalnız bitkilərin 
çiçək açıb meyvə verməsindən sonra başlanılmalıdır ki, nadir bitkilərin arealı azalmasın. 
Meyvə bağlarında zərərvericilərə qarşı kimyəvi zəhərli dərmanlarla işlərkən xüsusi qoruyucu 
maskalardan istifadə olunmalıdır. Üzüm tənəklərinə səpilən kükürd və göydaş xalkantit (mis kuporosu), 
(Cu SO

5 H
2
O)  qarışığından istifadə edilir. Təsadüfən baş gicəllənmə (zəhərlənmə) halları olduqda 
dərhal sabunla əl-üz yuyularaq, təmiz su (1-3 litr) içilib ambulator həkiminə müraciət edilməlidir. 
Bostan-tərəvəz əkin yerləri suvarılmalıdır ki, buxarlanma az olsun. 
Bostan-tərəvəz məhsulları yığımı sübh vaxtı tərəvəzin saplağından qırılaraq və taxta (səbət) qablarda 
saxlanılmalıdır. 
Bağlarından meyvə  tədarükatı günortayadək qurtarmaqla yığılmış meyvələr taxta (səbət) qablarda 
saxlanılmalıdır. 
Giləmeyvə, sitrus və tut meyvələrinin yığılması  səhər-səhər daha əhəmiyyətlidir. Yığılmış 
meyvələrin qurudulması işləri yalnız kölgədə və quru yerdə aparılmalıdır. 
Qızılgül və bu kimi ətirli çiçəklərin yığılması sübh vaxtı, gün çıxanda aparılmalıdır. 
Üzüm salxımlarını bağ qayçıları ilə  kəsərək səbətlərdə qablaşdırılmalıdır. Üzümün cavan 
yarpaqlarını konservləşdirmək məqsədilə  yığılması kimyəvi dərmanlar səpilməmiş  tənəklərdə 
aparılmalıdır. 
Albalı  və gilas meyvələrini yığarkən çalışmaq lazımdır ki, saplaqlı olsunlar. Alma və armud 
meyvələri yığıldıqdan sonra uzun müddət saxlamaq üçün salfet kağızlarına bükülərək qablaşdırılmalıdır. 
Qərzəxli meyvələri (qoz, fındıq, badam və s.) yığdıqdan sonra kölgədə sərib qurudulmalıdır. 
Bostan bitkilərindən balqabaq, qovun və qarpız meyvələrini saxlamaq üçün saplaqlı dərilməli, quru 
saman və ya otun içərisində yerləşdirilməlidir. 
Tərəvəz bitkilərindən soğan və sarımsağın soğanaqlarını torpaqdan çıxarıb hava keçirən səbətlərdə 
saxlamaq lazımdır. 
Kartof, kök, çuğundur, kələm, turp və bu kimi bostan bitkiləri hava keçirən səbətlərdə və quru yerdə 
saxlanılmalıdır. 
Meyvə-tərəvəz saxlanılan zirzəmi və otaqların temperaturu +12-18 Cº, nəmliyi isə 10-14 % 
olmalıdır. 
Meyvə-tərəvəz və toxum saxlanılan binalarda (zirzəmilərdə) antisanitariya qaydalarına ciddi əməl 
olunmalı, xarab və göyərmiş məhsulları götürməklə qazılmış dərin çalada basdırılmalıdır. 
Meyvə-tərəvəz saxlanılan yerlərə girmək üçün ayaqqabıların altı dezinfeksiya məqsədilə xlorlu su ilə 
isladılmalıdır. 
 
Oranjeriya- Qış aylarında müxtəlif bitkilərin becərilməsi üçün örtülü “bina”sından ibarətdir. 
Oranjeriyada becərilən bitkilərin xüsusiyyətindən asılı olaraq orada müəyyən rütubətlə istilik rejimi 
saxlanılmalıdır. Belə “bina”lar əsasən isti su buxarı və qaz qızdırıcıları ilə isidilir. Sadə oranjeriyalarının 
ölçüləri 2x5x10 m olmaqla, taxtadan şəbəkə yığılaraq üstü ortadan hündür formalı, şüşə və ya polietilen 
örtüklə örtülür. İçərisində ortadan düz yol qoyulmalıdır ki, hər iki tərəfdəki bitkilərə qulluq göstərilsin. 
Azərbaycanda (Bakıda) Milli Elmlər Akademiyasının Akademik Komarov adına və Naxçıvandakı 
Elm Mərkəzinin  Şıxmahmud kəndindəki Botanika bağlarında ilin bütün fəsillərində sitrus bitkiləri 
becərilir. 
 
Parniklər- Düzbucaqlı formada 2x8 m, dərinliyi 0,3-0,5 m ölçüsündə qazılıb üzəri  şüşəli 
çərçivələrlə örtülən yerdir. 
Parniklər bioyanacaq (peyin və s.), su buxarı və günəş vasitəsilə qızdırılır. Parniklər əsasən küləkdən 
mühafizə məqsədilə günəşli açıq sahədə şərqdən qərbə tərəf uzunluğunda xəndək formasında qazılır. 


 
81
Parnik yerinin qazılmış divarları kərpiclə hörülərək, üzərinə də şüşəli çərçivələr qoyulur. 
Parniklərdə adətən faraş tərəvəz bitkilərinin toxumları ilə bərabər digər bitkilərin toxumları da əkilir. 
Cücərmiş bitkilərə qulluq tələb olduğundan onları işığa, rütubətə, istiliyə və yemləmə gübrəsinə ehtiyacı 
ödənilməlidir. 
Parnik  şitillərinə  xəstəlik və  zərərvericilərlə mübarizə  məqsədilə  əsas tədbirlərdən biri seçilmiş 
toxumların  əkilməsidir.  Əsasən toxumlar fevral ayında parnikdə  əkərək cücərmiş  şitilləri isə aprel-may 
aylarında çıxarıb açıq sahəyə köçürmək lazımdır. 
Toxumlar birbaşa hazırlanmış peyinli torpağa və ya əvvəlcədən hazırlanmış plastik qablarda 
“stəkanlar” da əkilərək becərilir. 
Muxtar Respublikanın iqlimi kontinental olduğundan payız və qış ayları soyuq keçir. Buna görə də 
təsərrüfatlarda parnik bitkilərinin əkilməsi zəruridir. 
 
Gübrələr- Tərkibində bitkilər üçün lazımi qida elementləri olan və torpaqda üzvi və qeyri üzvi 
maddələri özündə toplayan mühüm qidalandırıcıdır. 
Tərkiblərindən asılı olaraq gübrələr üzvi və mineral adlanır. Gübrə torpağın münbitliyini artıraraq 
tərkibindəki mikrobioloji xassələri asanlaşdırmaqla, bitkinin inkişafını sürətləndirir. 
Bir neçə  dəfə  şumlanmış torpaq örtüyünə gübrə verilməklə, oradakı torpaq əmələgəlmə prosesi 
sürətlənir və nəticədə isə əkinçilikdə yüksək məhsuldarlıq yaradılır. 
Gübrələrin yüngül torpaqlara qarışıq (üzvi və mineral) verilməsi nəticəsində torpaqdakı azotun 
miqdarı artır, bitkilərin bioloji qidalanması sürətlənir və torpaqların yuyulması qarşısı alınır. 
Üzvi gübrələr əsasən peyin və peyin şirəsi,quş zılı və s.-dir. 
Mineral gübrələr kimya zavodlarında hazırlanmış azotlu, nitratlı, fosforlu, kaliumlu maddələr 
qarışdırılır ki, əsasən təsərrüfatlarda azot, fosfor, kalium və  dənəvər superfosfat gübrələrindən istifadə 
olunur. 
Yaşıl gübrələr əsasən torpaq sahəsində qabaqcadan əkilmiş bir sıra kənd təsərrüfatı yem bitkiləridir 
ki, traktorla sahələr otla birlikdə dərin (plantaj) şumlanma nəticəsində torpaqda üzvi mineral maddələrin 
çoxalmasıdır. 
Bundan başqa meyvə bağlarında payız fəslində  ağaclardan tökülmüş yarpaq materialının torpaqla 
birlikdə şumlanması nəticəsində də yaşıl gübrə olur. Əkin və bağarası sahələrə üzvi gübrələri yalnız payız 
aylarında şum altına verilməsi yaxşı nəticə verir. 
 
Bal arısı- (Apis millifera)- Arıkimilər fəsiləsinin bal arısı cinsindən olan həşəratların vətəni cənubi 
Asiyadır. 
Bal arıları yuvalarını meşədəki ağac koğuşunda düzəldərək ailə halında yaşayıb pətəklərində bal və 
mum qidası hazırlayırlar. Hər pətəkdə 60-80 min işçi arı ilə bir neçə yüz də erkək arıdan ibarət ailə olur. 
Bundan başqa pətəkdə tam inkişaf etmiş Ana arı (dişi fərd) da olur ki, həmin həşərat“ailəni” idarə edə 
bilir. 
Arılar faydalı  həşəratlar olmaqla çiçəklərin tozlanmasında mühüm rol oynayır, pətəkdə “istehsal 
elədikləri” arı balı ilə mum insanlar üçün qiymətli qidadır. 
Arı ailəsindəki işçi arılar əsasən cinsiyyət vəzləri inkişaf etməyən dişi fərdlərdir. Onların bədəninin 
uzunluğu 12-14 mm, ağırlığı isə 100 mq olur. 
İşçi arılar yuvadakı balaları bəsləyir, çiçəklərdən tozcuq daşıyıb pətəkdə nektara çevirir və qiymətli 
qida olan “süd” ifraz edirlər. 
Erkək arıların uzunluğu 15-17 mm, çəkisi isə 200 mq ağırlığında olur. Onlar heç bir iş görməyərək 
yalnız ana arını mayalandırırlar. Yayın son aylarında işçi arılar erkək arını ailələrindən qovaraq 
kənarlaşdırır. 
Bal arılarının çoxalması  beçəverməklə (yeni ailə) artıb çoxalırlar. Arılar bəzən öz beçələrini 
ağacların budaqlarından salxım formasında asırlar. 
Arılar hər il pətəklərinə 130-150 kq-dək bal toplaya bilir. 
Muxtar Respublikanın  Şahbuz, Ordubad, Culfa və  Şərur rayonlarında arıçılıqla məşğul olan 
həvəskarlar “Qafqaz arısı” cinsini bəsləyib çoxaldırlar. 
Balın tərkibində insan orqanizmi üçün lazım olan A provitamini olduğundan xalq təbabətində arı balı 
ilə xəstəlikləri sağaldırlar. Daimi arı balı yeyən adamlar bədəndən gümrah, qanının tərkibi təmiz, həzm 
orqanları isə sağlam olur. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə