Naxçıvan Muxtar Respublikası



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix01.02.2018
ölçüsü0,98 Mb.
#23033
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
69
Mübarizə üsulu təbii (bioloji) surətdə quşlarla və kimyəvi aldadıcı zəhərli yemlərlə (kalsium-arsenat, 
heksaxloron və s.) aqrotexniki tədbirlər görülməlidir. 
 
2) İtaliya çəyirtkəsi-  (Calliptamus italicus) Çəyirtkəkimilər fəsiləsindən olan qanadlı həşərat, taxıl 
və bostan bitkiləri üçün təhlükəli ziyanvericidir. Uzunluqları 14-40 mm-dir. Dişiləri ildə bir dəfə qumsal 
torpaqlarda 25-40 yumurta qoyurlar. Çəyirtkənin sürfələri iyul-sentyabr aylarında yumurtadan çıxaraq, 
sürü formasında yaşayırlar. 
Mübarizə məqsədilə çəyirtkələrin yumurtaları qalan torpaqları şumlamaq və aldadıcı zəhərli yemlərlə 
məhv edilməlidir. 
 
3)  Danadişi (Buzovburnu)- (Grullota lpidac) Düzqanadlılar fəsiləsindən olan həşəratların 
Azərbaycanda 2 növü (G. grullotalpa və G. unispinas) yayılmışdır. Danadişilər qüvvətli qabaq ayaqları ilə 
nəm torpağı  eşərək bitkilərin cavan zoğlarını yeyirlər. Dişiləri torpaqdakı yuvalarına 60-dək yumurta 
qoyur. Erkəkləri gecələr uçaraq, bostan-tərəvəz bitkilərini yeyib məhv edir. 
Mübarizə  məqsədilə suvarılma vasitəsi ilə  zəhərli mayelərdən istifadə etməklə  və bostan 
kənarlarında 1-1,5 m dərinlikdə çalalar qazmaqla quşlar (bioloji) tərəfindən yeyilərək məhv edilməlidir. 
 
4) Kələm kəpənəyi- (Pieris brassicae) Kəpənəklər fəsiləsindən olan növün ağ rəngli qanadları 50-60 
mm-dir. Azərbaycanda kələm kəpənəyi 3-4 il yaşayaraq, xaççiçəkli mədəni bostan bitkilərini yeyib 
zədələyir. Kəpənəyin baraması (pupu) torpaq altında qışlayaraq yaz aylarında 300-dək yumurta qoyurlar. 
Yaşıl rəngli tırtıllar bitkilərin yarpaqlarını yeməklə sürətlə böyüyürlər. 
Mübarizə  məqsədilə bostandakı alaq otlarını  yığıb yandırmaq, bitkilərə  zəhərli kimyəvi mayelər 
çiləmək və bostan yaxınlığındakı ağaclarda quş yuvaları qurmaq lazımdır. 
 
5)  Taxıl böcəyi-  (Carabidae) Böcəklər fəsiləsindən olan zərərverici həşəratın Azərbaycanda iki 
(Zabrus tenebrioides) və (Zelon gatus) növləri yayılmışdır. 
Böcəklərin özü və sürfələri taxıl zəmilərinə ciddi zərər verirlər. Böcəyin uzunluğu 14-16 mm olaraq
sürfələri payızlıq taxıl zəmilərindəki torpaqda qalır. Mayın əvvəllərində sürfələr pup halına keçməklə iki 
həftədən sonra yetkinləşirlər. Zərərverici böcəklərə dəmyə əkin sahələrində daha çox rast gəlinir. 
Mübarizə məqsədilə aqrotexniki və zəhərli kimyəvi dərmanlardan istifadə edilməlidir. 
 
6)  Taxıl mənənəsi-  (Schizaphis gramina) Mənənələr yarım dəstəsindən olan taxılyeyən cücüdür. 
Cücülər  əkin yerlərində bitki üzərində yumurtlayaraq qışlayırlar. Sürfələr yaz aylarında  əmələ  gəlib 
qanadsız dişilərə çevrilirlər. İldə 10-15 nəsil verərək buğda bitkisinin yarpaqlarına yapışıb qalırlar. 
Mübarizə məqsədilə aqrotexniki, kimyəvi tədbirlər aparılmalıdır. 
 
7)  Sürmə göbələkləri- (Ust ilaginales)- Bazıdili göbələklər sırasından olaraq çiçəkli bitkilərdə 
əsasən sürmə xəstəliyini törədirlər. Əsasən taxıl və bostan tərəvəz bitkilərinə zərər vururlar. 
Azərbaycanda 9 cinsi (79 növü) məlumdur ki, Muxtar Respublika ərazilərində də toxumları üzərində 
qalaraq bitkiləri yoluxdururlar. 
Sürmə göbələyinin sporları xlamidospor adlanaraq bitkinin çiçək, yarpaq, gövdə və kök sistemində 
əmələ  gəlir. Bitkinin hər hansı bir yerində  xəstəlik baş verərkən həmin yer tünd qara rəngli hislənmiş 
örtüklə bürünür. 
Sürmə göbələyi xəstəliyi soğanaqlı bitkilərdə geniş yayılmışdır. 
Naxçıvan MR-ın bütün rayonlarında sürmə göbələyi xəstəliyi yayılaraq mədəni və nadir bitki 
növlərinə ciddi ziyan vururlar. 
Mübarizə məqsədilə bitkiçilikdə xüsusi (xəstəliyə dözümlü) toxum əldə etmək, aqrotexniki tədbirləri 
aparmaq, səpindən qabaq toxum materialını ziyanvericilərə qarşı kimyəvi dərmanlarla qarışdırmaq 
lazımdır. 
 
8) Taxıl birələri- (Chactocnema Chrysomelidae)- Yarpaqyeyən böcəklər fəsiləsindən cücü cinsidir. 
Ən çox dənli bitkilərdən taxıla zərər vururlar. Taxıl birələri qış aylarında çöldə quru otların üzərində 
yaşayır və payızlıq buğda cücərtiləri ilə qidalanırlar. 
Dişilər yumurtalarını taxıl bitkisinin kökünə yaxın torpaqda tökərək, sürfələri bitkinin gövdəsini 
yeyərək zədələyir. İki həftədən sonra isə sürfələr böyüyüb pup halına düşürlər. 
Zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərindən istifadə olunmalıdır. 


 
70
 
9) Taxıl bığlıcaları- (Doroadion)- Uzunbığlı böcəklər fəsiləsindən olan cücü cinsidir. 
Azərbaycanda 26 növü yayılmışdır ki, onlardan Muxtar Respublikanın taxılçılıqla məşğul olan 
təsərrüfatlarında da rast gəlinir. 
Əsasən taxıl bitkisinə  zərər vuran böcəklər qış aylarında sürfələri payızlıq  əkinlərdə (torpaqda) 
keçirərək bitkilərin kökü ilə qidalanırlar. Yay aylarında böcəklər yenidən pup halına keçərək torpaqda 
qalır. 
Mübarizə tədbirləri yalnız kimyəvi zəhərləyici maddələrlə aparılmalıdır. 
 
10)  Alma qurdu- (Laspeyresia pomonella) Tortricidae fəsiləsindən kəpənək növü, meyvə 
ağaclarından alma, armud, heyva, ərik, şaftalı və başqa meyvələrə ciddi zərər vurur. Kəpənəyin qanadları 
tünd boz rəngdə olaraq, yaşıl-ağ rəngli 18 mm uzunluğunda tırtılları olur. 
Tırtıllar  əsasən ağacın qabığında və anbardakı baramasının (pupun) içərisində  qışlayırlar. Yaz 
aylarında pupdan çıxan kəpənəklər yarpaq və meyvə üzərində 100-150 yumurta qoyur. Yumurtadan çıxan 
tırtıllar dərhal ağacdakı meyvələri zədələyərək içərisinə girirlər. 
Tırtıllara qarşı mübarizə  məqsədilə payız aylarında ağacın gövdəsindəki çatlamış qabığına 0,2-0,3 
%-li zəhərli (sevin) məhlulu çilənməlidir. 
 
11)  Meyvə (armud) taxtabitisi- (Hemiptera və ya Heteroptera) Taxtabitilər həşərat dəstəsinin 
Azərbaycanda 900 növü vardır. 
Armud taxtabitiləri ağacın qabığındakı çatlarda yaşayaraq, 0,7-10 mm-lik yastı  bədənində cüt 
qanadları olur. 
Mübarizə məqsədilə bioloji (quşlarla) üsulla və kimyəvi zəhərli maddələrlə məhv etmək olar. 
 
12) Albalı böcəyi- (Coleoptera Cerasus) Sərtqanadlı həşəratlar sinfinin böcəklər dəstəsidir. Bitkinin 
meyvələri ilə qidalanaraq (fitofaqmalar) zədələyirlər. 
Böcək yaxşı inkişaf etmiş qanadları ilə uçur və dişi fərdlər yumurta qoyurlar. Yumurtalar sürfə və 
pup mərhələsindən sonra yetkin böcəyə çevrilirlər. 
Mübarizə  məqsədilə albalı bağını (ağacları) payız və yaz aylarında zəhərli kimyəvi maddələrlə 
dərmanlamaq lazımdır. 
 
13)  Qanlı  mənənə-  (Eriosoma lanigerum) Mənənələr fəsiləsindən olan qara və tünd qonur rəngli 
(öldürəndə qırmızı qanı çıxır) həşəratdır. Alma, ərik, alça ağaclarının budaqlarında dəstə halında qabığa 
yapışaraq  şirəsini (üzvi maddələri) sorurlar. Qanlı  mənənə meyvə bağları üçün ən qorxulu həşəratdır. 
Parazit həşəratları əvvəllər ABŞ-dan ölkəmizə gətirilərək Qafqazda da yayılmışdır. 
Mənənələr yaz-yay aylarında 19 nəsil verirlər.  Əsasən payız və  qış aylarında mənənələr ağacların 
yapışdıqları gövdələrində  qışlayırlar. Onlar ağacın  şirəsini soraraq, qabığında çatlarla fırların  əmələ 
gəlməsinə  səbəb yaradır. Nəticədə meyvə  ağacları inkişafdan düşərək məhsuldarlığı azalır. Qanlı 
mənənədən cavan toxmacar bitkilər daha çox zərər çəkir. 
Mübarizə məqsədilə toxmacarlar dezinfeksiya olunmalı, bağlarda qanlı mənəniyə qarşı bioloji üsul 
olan  minici-afelinus (Aphelinus mali) parazit həşəratını buraxmaq lazımdır. Mənənəli ağaclar kimyəvi 
insektisidlərlə çilənməli və kök pöhrələri qazılıb yandırılmalıdır. 
 
14) Minici afelinus- (Aphelinus mali) Pərdəqanadlılar dəstəsindən olan minicilər (Lchneumonidae) 
parazit həşəratlardır. Dünyanın hər yerində yayılmışdır. Bədənini uzunluğu 0,4-5 sm olan həşəratın 1250-
dək cinsi (60 mindən çox növü) o cümlədən də Azərbaycanda (Qafqazda) 330 növü məlumdur. 
Minici-afelinus sürfələrini ağac və bitkilərdə  zərərverici həşəratların (tırtılların) bədəninə uzunsov 
“neştər” ilə batırmaqla həmin tırtılı ifliz edib bitki zərərvericisini məhv edir. 
Minici-afelinuslar  əsasən çiçəklərin  şirəsilə qidalanır, ağaclarda olan qanlı  mənənəyə qarşı bioloji 
mübarizə aparırlar. Parazit minicilər meyvə bağlarında kimyəvi mübarizə  tədbirləri aparılarkən digər 
həşəratlarla birlikdə məhv olurlar. 
 
15) Unlu yastıcası (Koksidlər)- (Coc coidea) Yastıcalar-bərabərqanadlı həşərat yarım dəstəsidir. 
Bədəninin uzunluğu 1-7 mm-dir. Dişiləri zəif inkişaf etmiş, bədənləri yastı,  şişkin, oval və sair 
şəkildə qanadsız və hərəkətsizdirlər. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə