NarkomaniYA, narkobiznes



Yüklə 257,23 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix15.05.2018
ölçüsü257,23 Kb.
#44351
1   2   3   4   5   6   7   8   9   10

 

27 


 

bağlı  problemlər  də  daxildir.  Ancaq  narkomaniyaya  aludə  ol-

maq səbəbini yalnız sosial vəziyyətlə bağlamaq olmaz. Uşaqlıq 

yaşlarından  başlayaraq  təlim-tərbiyə  işlərini  düzgün  şəkildə 

həyata keçirmək lazımdır ki, yeniyetməlik və gənclik dövründə 

bu cür hallarla qarşılaşmayasan. Təbliğat cəmiyyətdən gəlsə də 

bu  ailələr  səviyyəsində,  məktəb  səviyyəsində  yetərincə  aparıl-

malıdır.  Məktəblərdə  maarifləndirmə  işləri  lazımi  səviyyədə 

təşkil olunmalı, asudə vaxtın səmərəli təşkilindən tutmuş insa-

nın  düzgün  formalaşmasına  qədər  kompleks  tədbirlər  planı 

həyata  keçirilməlidir.  Lazım  gəldikdə  kitabxanalar  bu  mövzu 

ilə  bağlı  öz  tədbirlərini  böyük  auditoriyalarda:  məktəblərin, 

mədəniyyət şöbələrinin akt zallarında təşkil etməli, bütün yerli 

əhalini bu tədbirlərə cəlb etməlidir. 

Narkomaniyaya qarşı mübarizədə ictimai təşkilat, mətbuat, 

mədəni-maarif orqanları və kitabxanalarla yanaşı, valideynlərin 

də  rolu  böyükdür.  Onlar  məktəb  və  kitabxanalarla  sıx  əlaqə 

saxlamalı, övladlarının tərbiyəsində yaxından iştirak etməlidir-

lər. Lazım gəldikdə valideynlərlə uşaqlar arasında bu cür möv-

zular açıqlanmalıdır. Ümumiyyətlə, yaxşı mənada uşaqları təh-

sillə  elə  yükləmək  lazımdır  ki,  onların  boş  vaxtı  qalmasın  və 

başqa əyləncə axtarmaq niyyətinə düşməsinlər. 

 

 

 




 

28 


 

ƏLAVƏLƏR 

Əlavə 1. 

 

Narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə növləri-

nin və vəzifələrin siyahısının təsdiq edilməsi haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR 

KABİNETİNİN QƏRARI 

 

“Narkotik  vasitələrin,  psixotrop  maddələrin  və  prekursor-

ların  qanunsuz  dövriyyəsi  ilə  mübarizə  haqqında”  Azərbaycan 

Respublikası  Qanununun  tətbiq  edilməsi  barədə  Azərbaycan 

Respublikası  Prezidentinin  1999-cu  il  4  avqust  tarixli,  174 

nömrəli  Fərmanının  icrasını  təmin  etmək  məqsədi  ilə 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. Narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə növ-

lərinin və vəzifələrin siyahısı təsdiq edilsin (əlavə olunur). 



2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.  

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasizadə  



Bakı şəhəri, 15 mart 2000-ci il №47 

 

 




 

29 


 

Əlavə 2 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2000-ci il 15 mart tarixli, 47 nömrəli qərarına 

ƏLAVƏ 

 

Narkomanlar üçün məhdudiyyətlər qoyulmuş peşə 



növlərinin və vəzifələrin 

Siyahısı 

 

1. Dərman  preparatlarının,  narkotik  vasitələrin,  psixotrop  mad-

dələrin,  prekursorların  tədqiqatı,  istehsalı,  qablaşdırılması,  tətbiqi, 

saxlanılması  və  satışı  prosesində  iştirak  edən  idarə,  müəssisə  və 

təşkilatlarda bütün peşə və vəzifələr üzrə işçilər. 



2. Təcili  yardım  stansiyalarının  həkimləri,  tibb  müəssisələrində 

anestezioloq-reanimatoloqlar, onkoloqlar və s. işçilər (bilavasitə nar-

kotik maddələrin istifadə edilməsi və məsləhət görülməsi ilə əlaqədar 

olan tibb işçiləri). 



3. Bütün tədris-tərbiyə müəssisələrinin işçiləri. 

4. Uşaq və yeniyetmələrin (mövsümi) sağlamlıq müəssisələrinin 

işçiləri, məktəbdənkənar müəssisələrin işçiləri. 



5. Məktəbəqədər uşaq müəssisələrinin işçiləri. 

6. İstehsalatda texniki təhlükəsizliyin təmin edilməsində çalışan 

işçilər. 



7. Xüsusi rabitə şəbəkəsinin işçiləri. 

8. Hərbiləşdirilmiş 

mühafizə  xidmətlərində  bütün  peşə 

növlərinin işçiləri. 

9. Silah  və  sursatın  daşınmasına,  tətbiq  edilməsinə  və 

saxlanmasına icazəsi olan işçilər.  



10. Müdafiə,  təhlükəsizlik,  məhkəmə  və  hüquq  mühafizə 

orqanlarının işçiləri.  




 

30 


 

11. Bütün  müəssisələrdə  və  bank  sistemində  xəzinə  müdirləri, 

xəzinədarlar  və  nəğd  pul  əməliyyatlarında  məşğul  olan  mühasib  və 

nəzarətçilər. 

12. İnkassatorlar. 

13. Qaz  xilasetmə  xidməti,  açıq  qaz  və  neft  fəvvarələrinin 

qarşısının  alınması  və  aradan  qaldırılması  üzrə  dağ,  dağxilasetmə 

komandaları, yanğından mühafizə xidməti işçiləri. 

14. Neft-qaz  sənayesi  müəssisələrində  bilavasitə  istehsalat 

prosesi ilə bağlı bütün növ peşə və vəzifələr üzrə işçilər. 



15. 127 V və daha yüksək gərginlikli qurğulara xidmət göstərən, 

operativ dəyişmələr edən növbətçi heyət, həmin elektrik qurğularında 

sazlama, quraşdırma və yüksək gərginlik altında sınaqlar və iş aparan 

heyət.  


16. İqtisadiyyatın bütün sahələri üzrə dispetçerlər. 

17. Partlayıcı  maddələr  tətbiq  olunan,  partlayış  və  yanğın 

təhlükəsi olan istehsalat sahələrində məşğul olan bütün işçilər. 



18. Nəqliyyatın  bütün  növlərini  idarə  edən  işçilər,  o  cümlədən 

müəssisədaxili hərəkət ilə bilavasitə əlaqədar olan işçilər (avtoyüklə-

yicilərin, elektrokarların sürücüləri, nizamlayıcılar).  

 

 



 


Yüklə 257,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə