11
1998-ci ildə Azərbaycan Respublikası BMT-nin “Narkotik
vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqın-
da” 1971-ci il Konvensiyalarına qoşulmuşdur.
1999-cu il iyun ayının 18-də “Narkotik vasitələr, psixotrop
maddələr və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə
haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə
qəbul olunaraq ölkə başçısı tərəfindən imzalanmışdır. Bu
qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda
narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və
psixotrop maddələrin istehsalı, dərman preparatlarının və
xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Ulu öndərin 15 iyul 2000-ci il tarixli fərmanı ilə “2000-
2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin,
psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə
üzrə” Milli Proqram qəbul edilmişdir. Bu proqramın tələblərin-
dən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyətli dövlət or-
qanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət
mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Ko-
missiyası yaradılmışdır.
2000-ci ildə Azərbaycan Respublikası Avropa Şurasına
tam-hüquqlu üzv olduqdan sonra Avropa və dünya birliyinə
inteqrasiya zəminində Avropa İttifaqı və BMT-nin İnkişaf
Proqramı ilə birgə “Cənubi Qafqazda Narkotiklərə Nəzarət”
(SCAD) Regional Yardım Proqramı fəaliyyətə başlamışdır.
2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi
tərəfindən “Narkoloji xidmət və nəzarət haqqında” Qanun
qəbul olunmuşdur.
2005-ci ildə görülən işlərin məntiqi davamı kimi beynəl-
xalq qurumların tövsiyələrinə, qoşulduğumuz Konvensiyaların
müddəalarına uyğun olaraq “Narkotik vasitələrin, psixotrop
maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”
Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul
olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham
12
Əliyev cənabları tərəfindən imzalanmışdır. Prezident İlham
Əliyevin 28 iyun 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının dövriyyəsi haqqında” Qanun narkotiklərlə mü-
barizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşı-
sında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin
hüquqi bazasını təşkil etmişdir. Qanunun başlıca əhəmiyyəti
ondan ibarətdir ki, Azərbaycanda narkotik vasitələrin və psixo-
trop maddələrin alınması, saxlanması, satılması, əldə edilməsi,
paylaşdırılması, buraxılması, daşınması, göndərilməsi, istifadə
edilməsi, onların dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və
psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xam-
malın hazırlanması qanunla qadağan edilmişdir. Qanunun 9-cu
maddəsində narkotik vasitələrin və ya psixotrop maddələrin
dövriyyəsinə dair Milli İnformasiya Mərkəzinin yaradılmasın-
dan, informasiya orqanlarının qarşısında qoyulan vəzifələrdən
bəhs edilmişdir.
Azərbaycan Respublikası ərazisində narkomaniya və nar-
kobizneslə bağlı mübarizə sahəsində hüquqi məsələləri tənzim-
ləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, dəyişən şəra-
itə və tələblərə uyğunlaşdırılması hökumətin və dövlətin əsas
fəaliyyət istiqamətlərindən biridir. Qəbul olunan qanunun və
normativ aktların məqsədi narkotiklərin dövriyyəsi ilə bağlı
sosial, iqtisadi, hüquqi münasibətlərdə baş verən dəyişiklikləri
özündə əks etdirməkdir. Bununla yanaşı, ölkədə hüquq-mühafi-
zə orqanları səviyyəsində də narkotiklərin qeyri-qanuni dövriy-
yəsinə qarşı lazımi mübarizə aparılır.
Azərbaycan hökuməti daima ölkə ərazisində narkomaniya
və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün
bütün cavabdeh strukturların fəaliyyətinin əlaqələndirilməsinin
başlıca meyar olduğunu qeyd edir. Ölkə başçısının 28 iyun
2007-ci il tarixli Sərancamı ilə təsdiq edilmiş “Narkotik vasitə-
13
lərin, psixotrop maddələrin və onların prekursorlarının qanun-
suz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə
Proqram”ın (2007-2012-ci illər) yerinə yetirilməsi istiqamətin-
də Dövlət Komissiyasının işçi qrupunun müvafiq nazirlik,
komitə və təşkilatlarla birgə gördüyü işlər çox əhəmiyyətlidir.
Bunun üçun Təhsil, Gənclər və İdman nazirlikləri, Ailə, Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər və
Milli Təhlükəsizlik nazirlikləri, Dövlət Gömrük Komitəsi və
Dövlət Sərhəd Xidməti, Milli Elmlər Akademiyası, Ekologiya
və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri və digər
qurumlar birgə fəalliyyət göstərməli, müalicə və reabilitasiya
sahəsində profilaktik tədbirlərin səmərəsini artırmalıdırlar.
Yalnız bu təqdirdə narkomaniya və narkobizneslə məşğul olan
ayrı-ayrı şəxslərin, dəstələrin vaxtında ifşa olunmasında, onlara
qarşı lazımi profilaktik tədbirlərin həyata keçirilməsində mü-
vəffəqiyyət əldə etmək mümkündür.
Narkotizmlə və narkobizneslə mübarizədə regional və bey-
nəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mü-
badiləsi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi səmə-
rəli addımlardan biri hesab olunur. Belə əlaqələrin və əməkdaş-
lığın qloballaşması ilk növbədə müvafiq ölkənin özünün, bila-
vasitə, milli təhlükəsizliyinin təmin edilməsi baxımından əhə-
miyyətlidir. Ona görə də milli təhlükəsizliyin təmin olunmasın-
da narkomanlığın, eləcə də narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması və belə
təzahürlərin aradan qaldırılması sahəsinda həyata keçirilən təd-
birlər əsas yerlərdən birini tutur.
Bakıda 2011-ci il 17 oktyabr tarixində “Narkotik vasitələ-
rin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda keçi-
rilmiş ikigünlük beynəlxalq konfrans, bu baxımdan, çox böyük
əhəmiyyət kəsb etmişdir. Dünya Gömrük Təşkilatının (DGT)
və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə
təşkilatçılığı, BMT-nin dəstəyi ilə keçirilən konfransda 42
Dostları ilə paylaş: |