NarkomaniYA, narkobiznes


Narkonaniya haqqında ümumi anlayış



Yüklə 257,23 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix15.05.2018
ölçüsü257,23 Kb.
#44351
1   2   3   4   5   6   7   8   9   10

 

 



Narkonaniya haqqında ümumi anlayış 

  

Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya - 

isə  asılılıq deməkdir.  Narkomaniya  cəmiyyətin meydana  gəldiyi, 

onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qə-

dim  zamanlardan  yaranmışdır.  Hələ  qədim  dövrlərdə  tiryəkdən 

bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misir-

lilər tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin ha-

zırlanmasında istifadə etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə 

alınmış və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə ad-

landırılmışdır. Sonralar isə bunun zəhərli maddə  kimi orqanizmə 

əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər. 

Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifolo-

giyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi 

qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tib-

bi  məqsədlər  üçün  istifadə  edilmişdir.  Tiryəkli  preparatlar  orta 

əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan 

ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntı-

ları,  pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlə-

rində  istifadə  olunmuşdur.  Artıq,  getdikcə  narkotik  maddələrin 

hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə qazanmış in-

sanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu 

maddələr  istehsal  edirdilər.  XIX  əsrin  ortalarında  narkomaniya 

tarixinin  yeni  bir  dəhşətli  mərhələsi  narkotik  maddələrin  müasir 

üsulla - venadaxilinə yeridilməsi ilə başlanmışdır. Beləliklə, leksi-

kona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur. 

Narkotik  -  mərkəzi  sinir  sisteminə  spesifik  təsir  göstərən  və 

tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə oldu-

ğundan  insanın  bütün  orqanizminə,  ürək-damar  sistemindən  tut-

muş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini 

dəyişir,  xəstə  özünü  idarə  edə  bilmir.  Orqanizm  zəifləyir,  bədən 

arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressiv-

liyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin 




 

 



araşdırmaları  göstərir  ki,  narkomanlıq  insanı  həqiqətən  də  fiziki 

və  ruhi  cəhətdən şikəst edir,  onun ömrünü qısaldır. Erkən  yaşın-

dan  narkotik  qəbul  etməyə  başlayan  insanın  orta  ömrü  35-40  il 

olur.  Narkoman  narkotik  maddələr  qəbul  edərkən,  ən  azı  10-15 

nəfəri də narkomanlığa cəlb edə bilər. 

BMT-nin  1987-ci  il  Konvensiyasına  daxil  olan  ölkələrin 

“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyə-

sinə  qarşı  mübarizə  haqqında”  Bəyannaməsinə  əsasən  26

 

iyun 


“Narkomaniya  və  narkotiklərin  qeyri-qanuni  dövriyyəsinə  qarşı 

Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlət-

lər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli müba-

rizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdir-

mək və bu sahədə  yeni mübarizə üsullarını kəşf etmək istiqamə-

tində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaş-

lıq  çərçivəsində  bu  problemə  qarşı  birgə  mübarizə  aparılmasına 

baxmayaraq,  dünya  üzrə  narkomaniyaya  düçar  olanların  sayı 

ildən-ilə  artmaqdadır.  Müxtəlif  adamlar  tərəfindən  eyni  iynədən 

venadaxili  narkotik  maddə  qəbul  etməyə  görə  90  faiz  narkoman 

QİÇS xəstəliyinə  yoluxmuşdur. Beynəlxalq Səhiyyə Təşkilatının 

məlumatına  görə  2011-ci  ildə  Yer  kürəsində  210  milyon 

narkoman  qeydə  alınmışdır.  Bu  da  7  milyardlıq  Yer  kürəsi 

əhalisinin  3  faizi  deməkdir.  Onun  47  milyonu  Latın  Amerikası 

ölkələrinin payına düşür. Meksikada narkomanların sayı 1,2 mil-

yona  çatmışdır.  Narkomaniya  12-17  yaş  qrupu  arasında  daha 

geniş yayılmışdır. Marixuana kimi nisbətən yüngül narkotik mad-

dələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onla-

rın  sayı  165  milyon  nəfərdən  artıqdır.  Narkotik  istehsalına  görə 

Əfqanıstan dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub 

saxlayır.  Statistikaya  əsasən  Avropa  Birliyi  ölkələrində  narko-

manların  sayı  742  minə  yaxındır.  MDB  və  Asiya  ölkələri  də 

Qərbdən geri qalmır. Burada təxminən 26 milyon adam narkotik 

vasitələrdən istifadə edir. 




 

 



Avropa  və  Asiya  qitələrinin  qovuşduğu  ərazidə  yerləşən 

Azərbaycan  öz  təbiəti,  təbii  sərvətləri  etibarı  ilə  olduqca  zəngin 

ölkədir. Ərazisinin çox geniş olmamasına baxmayaraq, Yer plane-

tində  mövcud  olan  11  iqlim  qurşağından  9-u  ölkə  ərazisindən 

keçir.  Ona  görə  də  bir  gün  ərzində  respublikanın  bir  tərəfindən 

digər  tərəfinə  getməklə  ölkə  ərazisində  səhra,  yarımsəhra,  müla-

yim,  subtropik,  kontinental  və  digər  iqlim  şəraitinə  rast  gəlmək 

olar.  Məhz  göstərilən  iqlim  şəraitləri  ölkənin  bütün  bölgələrində 

narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə 

bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Məsələn, xaş-

xaşın  Qafqazda  yayılmış  24  növündən  20-si  Azərbaycanda  bitir. 

Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir. 

Azərbaycanın  geosiyasi  mövqeyi  narkotiklərin  qeyri-qanuni 

olaraq Avropaya daşınması üçün də əlverişlidir. Azərbaycan Res-

publikası  müstəqillik  əldə  etdikdən  və  digər  ölkələrlə  iqtisadi 

əməkdaşlığı  genişləndirdikdən  sonra,  kriminal  strukturlar  üçün 

narkotik  vasitələrin  yayılması,  çirkli  pulların  təmizə  çıxarılması 

üçün  əlverişli  şərait  yaradılmışdı.  Beynəlxalq  narkosindikatlar 

Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik 

vasitələrin  Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinə  və  Avropaya 

aparılmasında  tranzit  əraziyə  çevirməyə  cəhd  etmişdilər.  Həm-

çinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün 

sahələrdə  olduğu  kimi,  narkotiklərin  ölkə  ərazisində  qanunsuz 

dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı 

qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisi-

nin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilo-

metrinə  Ermənistan  silahlı  qüvvələri  tərəfindən  nəzarət  edilməsi 

nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələ-

rinə,  həmçinin,  digər  dövlətlərə  narkotik  maddələrin  güclü  axını 

həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotik-

lərin  becərilməsi,  satılması,  transmilli  cinayət  üçün  nəzarətsiz 

zona  kimi  istifadə  olunur.  Ermənistan  tərəfindən  işğal  olunmuş 

Azərbaycan  ərazisinin  narkoişbazlar  üçün  cəlbedici  olması  ölkə-



Yüklə 257,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə