20
böyuk olar. Məsələn: “Narkomaniyaya YOX deyək!” və ya
“Yüksək mənəviyyatlı gənclik uğrunda!” mövzusunda mövzu
gecəsi keçirmək olar. Mövzu müəyyən olunduqdan sonra kitab-
xanaçı mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, də-
qiq faktlar əsasında tədbirin planını, ssenarisini tərtib etməlidir.
Bu səpkidə tədbirin hazırlanması yaradıcılıq qabiliyyəti tələb
edir. Təşkilatçı tədbirin əvvəlindən axırına kimi bütün element-
ləri (çıxış, rəy, qonaqlara söz vermə, səhnəciklər) ssenaridə əks
etdirir. Tədbirin keçiriləcəyi yer, iştirakçıların yerləşdirilməsi,
aparıcıların yeri, qonaqların qarşılanması, tədbir keçiriləcək ye-
rin mövzuya uyğun bəzədilməsi əvvəlcədən dəqiqləşdirilir.
Lazımi stend, sərgi, plakat, fotomontajlar əvvəlcədən planlı
şəkildə hazırlanır. Gecə üçün təşkil olunmuş sərgidə mövzuya
uyğun kitabların siyahısını da iştirakçılara təqdim etmək məq-
sədəuyğundur. Bu cür tədbirdə məktəbin özfəaliyyət dərnəyi-
nin üzvlərinin, kitabxananın fəal oxucularının iştirakı ilə dra-
maturq Marat Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm”
əsərindən səhnəciklər göstərmək, şeir parçaları səsləndirmək,
sənədli filmlərin nümayişini təşkil etmək olar. Tədbirin planı,
ssenarisi hazırlanarkən fəal oxucuların fikirlərini də bilmək
vacibdir.
Kitabxanada narkomaniya mövzusunda “Sual-cavab gecə-
si” keçirərkən əvvəl mövzunun mahiyyətini, əhəmiyyətini açan
kitablar seçilməli, gecənin keçiriləcəyi yeri və vaxtı göstərən
elan hazırlanmalı, gecədə qoyulacaq suallar əvvəlcədən müəy-
yənləşdirilməlidir. Tədbirin məktəblilər arasında keçirilməsi
daha məqsədəuyğun olardı. Sorğu keçirilərkən uşaqların yaş
xüsusiyyətləri nəzərə alınmalıdır. Sualların qabaqcadan müəy-
yənləşdirilməsinə baxmayaraq, tədbir zamanı yeni sualların
meydana çıxması istisna edilmir. Tədbirdə iştirakçıların sualla-
rını yazılı şəkildə vermələrinə də şərait yaradılmalıdır. Bu
onlara sıxılmayaraq maraqlandıqları suallara ətraflı cavab tap-
malarına imkan verər. Qoyulan sualların əhatəli şəkildə işıqlan-
21
dırılmasını, müzakirəsini, cavablandırılmasını təmin etmək
üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarını, səhiyyə işçi-
lərini, müəllim kollektivini, valideyn heyətini də tədbirə dəvət
etmək çox yerinə düşərdi. Həmçinin, verilən suallara daha
ətraflı cavab vermək üçün sual-cavab gecələrində əyani
materiallardan, fotomontajlardan, kitab vitrin və sərgilərindən
istifadə etmək, mövzu ilə bağlı ədəbiyyatları dinləyicilərə
tövsiyə etmək çox vacibdir.
“Narkomaniya, gəncliyimiz və ondan törənən fəsadlar”
mövzusunda keçirilən sual-cavab gecəsində aşağıdakı suallar
ətrafında müzakirə aparmaq olar:
Siz asudə vaxtınızı necə keçirirsiniz?
Narkomaniya nədir və narkomanlara münasibətiniz
necədir?
Narkotiklərin xassələri, onun şəxsiyyətə və insan
orqanizminə olan ziyanı haqqında nə bilirsiniz?
Gəncləri cinayətə, pis vərdişlərə sövq edən nədir?
Siz gələcəyinizi necə görmək istərdiniz?
Sual-cavab gecəsi cavabların auditoriyanı nə dərəcədə
qane etməsi, növbəti gecənin hansı mövzuya həsr olunması və
nəhayət, aparıcının yekun sözləri ilə bitir. “Sual-cavab” gecə-
sində “Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük
fəlakətdir” adlı stendi də tədbir zamanı nəzərə çarpan yerdə
təşkil etmək lazımdır. Nümunə olaraq aşağıda stendin forması
təqdim edilmişdir:
22
Narkomaniya gənclərin düçar ola biləcəyi ən
böyük fəlakətdir!
“İnsanların çoxunun dəyərini
bilmədiyi iki şey vardır:
sağlamlıqları və zamanları...”
Hz. Məhəmməd Peyğəmbər
“İnsanın
sağlamlığını
qorumaq, onu
fiziki
əzablardan xilas
etmək mühüm,
xeyirxah işdir.”
Heydər Əliyev
Dünyanı, insanları
fəlakətdən qoruyaq!!!
2011-ci ildə
dünyada-210 mln. nəfər
Azərbaycanda-27 495 nəfər
narkoman var.
23
Kitabxanalarda narkomaniya və narkobiznesə qarşı müba-
rizə mövzusunda vitrin, guşə və sərgilərin də rəngarəng tərti-
binə xüsusi fikir verilməli, fotomontajdan istifadə edilməli,
seçilmiş hər bir kitab, şəkil, sitatlar dəqiqliklə müəyyənləşdiril-
məlidir. Fotomontaj fotoşəklin lazımlı hissəsini kəsib başqa şə-
killərlə əlaqələndirmək imkanı verir. Bu da narkotik istifadəçi-
lərinin əvvəlki və narkotikə aludə olduqdan sonrakı vəziyyətini
əyani şəkildə əks etdirməyə imkan yaradar. Bu işi çox baçarıq-
la yerinə yetirmək lazımdır. Çünki, ən adi detal belə gənc və
yeniyetmə oxucunun diqqətinə düzgün çatdırılmalı, onu narko-
tikə, narkomanlara uymamağa səsləməlidir.
Kütləvi tədbirlərin ən təsirli formalarından biri kitab
sərgiləridir. Bu mövzuda təşkil olunmuş sərgi bir oyanış, çağı-
rış, ayıqlıq xarakteri daşımalı, maraqlı olmalı və kitabxananın
elə bir yerində təşkil olunmalıdır ki, oxucuların diqqətindən ya-
yınmasın və hər zaman onları düzgün həyat tərzi qurmağa, pis
vərdişlərə uymamağa səsləsin. Kitabxanada “Dünyamızı narko-
maniya bəlasından qoruyaq” adlı sərgi təşkil etmək olar. Sərgi-
də aşağıda təqdim etdiyimiz sitatlardan, adları verilmiş kitab-
lardan, eləcə də qəzet və jurnal materiallarından, müxtəlif foto-
şəkillərdən, statistik məlumatlardan istifadə etmək olar.
Sitat:
...İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan
xilas etmək mühüm, xeyirxah işdir.
Heydər Əliyev,
ümummilli lider
Sitat:
...Hər kəs pis iş gördükdən və ya (günah etməklə) özünə
zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın
bağışlayan və mərhəmətli olduğunu görər!”
(Qurani-kərim, “Nisa” surəsi, ayə 110)
Dostları ilə paylaş: |