2
Tərtibçi: M.Talıbova
İxtisas redaktoru və
buraxılışa məsul: K.Tahirov,
fəlsəfə doktoru,
Əməkdar mədəniyyət işçisi
Redaktor:
A.Abdullayeva
Narkomaniya, narkobiznes və ona qarşı mübarizədə
kitabxanaların rolu: metodik tövsiyələr
/tərt. ed. M.Talıbova;
ixtis. red. və bur. məs. K.Tahirov; red. A.Abdullayeva;
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı,
2012.- 40 s.
© M.F.Axundov adına Milli Kitabxana, 2012
3
GİRİŞ
Müasir dünyada cəmiyyəti narahat edən problemlər içəri-
sində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narko-
maniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə
insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya
iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və mü-
haribə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazaları-
nın, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yara-
dılması, silah alverinin güclənməsi sahəsində mühüm amil ro-
lunu oynayır. Mütəxəssislərin hesablamalarına görə, narkotik-
lərin qanunsuz dövriyyəsindən hər il yüz milyardlarla dollar
gəlir əldə edilir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin hesablamalarına əsasən dünyada narkotiklərin ticarə-
ti, neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən
sahə hesab olunur.
Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan
əziyyət çəkir. Təbii ki, belə inkişaf sürəti yaxın gələcəkdə icti-
mai faciəyə gətirib çıxara bilər. Ən acınacaqlısı da budur ki,
gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik halları
yüksələn xətlə artmağa doğru gedir.
Narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş ma-
liyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin icti-
mai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli
şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.
SSRİ dövründə yaşadığımız 70 il ərzində ölkəmiz narko-
maniya problemi ilə məşğul olmaq, ona qarşı mübarizə apar-
maq əvəzinə daha çox bu problemi gizlətməyə, narkotizmin cə-
miyyətdə mövcudluğunu inkar etməyə çalışmış və nəticə etiba-
rı ilə, asılılıq kimi müalicəsi çox çətin başa gələn dəhşətli
xəstəliyin yayılmasına səbəb olmuşdur. Narkotiklərlə bağlı
cinayətlər haqqında rəsmi statistik məlumatlar ictimaiyyət və
kütləvi informasiya vasitələrindən qapalı saxlanılmışdır.
4
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir
sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə
tədbirləri görülməsinin vacibliyi ön plana çıxmış, bir sözlə,
problemə münasibətdə yeni mərhələ başlanmışdı. Şərti olaraq
“yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan
ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə
yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait
yaradılmışdı.
Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə
mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, ümummilli lider
Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik
vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz
dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli
Qanunu ilə qoyulmuşdur.
Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət
strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya
vasitələri (KİV), hüquq-mühafizə orqanları, təhsil və səhiyyə
sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa
yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər.
Tərtib edilən vəsaitdə respublikada narkomaniya və narko-
biznesin yayılmasına səbəb olan amillər, dövlət səviyyəsində
narkomaniya və narkobiznesə qarşı mübarizədə həyata keçiri-
lən tədbirlər, qəbul edilmiş dövlət sənədləri işıqlandırılmış, bu
problemə qarşı mübarizədə kitabxanaların qarşısında duran
vəzifələrdən, təbliğat vasitələrindən bəhs edilmişdir. İnanırıq
ki, bu göstərici kitabxana işçilərinə narkomaniya və narkobiz-
nesə qarşı mübarizədə yaxından köməklik edəcəkdir. Nəşrlə
bağlı təklif və iradlarını Milli Kitabxanaya göndərən mütəxəs-
sislərə əvvəlcədən minnətdarlığımızı bildiririk.
Ünvan: AZ-1000 Bakı şəh., Хaqani küç. 29
Е-mail: contact@anl.az