NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə11/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

24 
 
Xilafətin  hegemonluğunu  təsdiq  etmək  və  ona  vergi  verməklə  öz  siyasi 
mövqeyini  hələlik  qoruyub  saxlaya  bilmiĢ  CavanĢir  Xilafətin  rəqibi  Bizansla 
əlaqəni  üzməyə  çalıĢırdı.  654-cü  ildə  imperator  II  Konstantla  bir  neçə  mühüm 
görüĢlərində  CavanĢir  Bizansın  Albaniyaya  hücumlarını  qabaqlamaq  üçün  
albanları  öz  təbəəliyinə  qəbul  etməyi  imperatordan  xahiĢ  edir.  Lakin  obyektiv 
Ģərait – xüsusilə qonĢu torpaqların ərəblər tərəfindən tam iĢğalı, CavanĢirin siyasi 
meydanda  Bizansdan  daha  qüdrətli  olan  Xilafətlə  münasibətlərə  yeni  gözlə 
baxmağa məcbur edir. 
622-ci  ildə  Bələncər  yanında  ərəbləri  məğlubiyyətə  uğradan  xəzərlər 
Albaniyaya  hücuma  keçirlər.  Lakin  Dərbənd  yaxınlığında  CavanĢir  onları  geri 
oturdur.  Ġki  il  sonra  xəzərlər  yenidən  hücuma  keçib  Araz  çayınadək  ölkəni  qarət 
etdilər.  CavanĢir  xəzərlərlə  sülh  bağlamağa,  onların  da  vassallığını  qəbul  etməyə 
məcbur olur; münasibəti daha da möhkəmlətmək üçün o, Xəzər xaqanının qızı ilə 
evlənir. 
661-ci ildə xəlifə Əli ibn Əbu Talibin öldürülməsindən sonra, Xilafətdə baĢ 
verən siyasi çevriliĢ – Əməvilər sülaləsinin hakimiyyət baĢına gəlməsi CavanĢiri öz 
siyasi xəttini dəyiĢməyə vadar edir. Ərəblərdən özünü zorla qoruyan Bizansdan əli 
üzüldüyü  üçün  o,  Azərbaycana  ola  biləcək  yeni  yürüĢlərin  qarĢısını  almaq 
məqsədilə  ilk  Əməvi  xəlifəsi  Müaviyə  ilə  danıĢığa  girir.  CavanĢir  bunun  üçün  iki 
dəfə  -  667  və  670-ci  illərdə  Xilafətin  Əməvilər  dövrü  paytaxtı  DəməĢqə  gedir  və 
nəticədə, Albaniyanı Xilafətə tabe dövlət elan edir. Lakin yürütdüyü çevik siyasəti 
ilə o, Albaniyanın siyasi müstəqilliyini hələ də qoruyub saxlaya bilirdi. CavanĢirin 
xahiĢi  ilə  Albaniyadan  Xilafət  xəzinəsinə  axan  vergilərin  miqdarı  da  əvvəlkinin 
üçdə  biri  qədər  azaldılmıĢdı.  Buna  əlbəttə,  o  dövrdə  Xilafətdə  və  onun 
hüdudlarından  kənarda  baĢ  verən  hadisələr,  o  cümlədən  Əməvilər  hakimiyyət 
baĢına  gələnəcən  Əli  ibn  Əbu  Talib  ilə  ġam  hakimi  Müaviyə  arasında  baĢ  verən 
siyasi  çəkiĢmələr,  sonralar  isə  hakimiyyəti  ələ  alan  Müaviyənin  apardığı  Ərəb  – 
Bizans müharibələri də təsir edirdi. 
Beləliklə,  ərəb  fütuhatından  sonra  Azərbaycanın  cənub  hissəsi  – 
Adurbadaqan  tamamilə  müstəqilliyini  itirərək  bilavasitə  Xilafət  caniĢinlərinin 
hakimiyyətinə  tabe  olmuĢ,  Ģimal  hissəsi  Albaniya  isə  Xilafətin  vassalı  kimi 
Mihranilərdən olan iĢxan sülaləsini saxlaya bilmiĢdi. 
 
ƏMƏVĠLƏR XĠLAFƏTĠ VƏ AZƏRBAYCAN 
 
Albaniyanın siyasi müstəqilliyini  nə yolla olursa-olsun qoruyub saxlamağa 
çalıĢan  və  buna  görə  də  o  dövrün  üç  böyük  dövlətinin  –  Xilafətin,  Bizansın  və 
Xəzər  xaqanlığının  arasında  qalan  CavanĢirin  çevik  siyasəti  bizanspərəst  yerli 
knyazların xoĢuna gəlmirdi. 680-cı ildə CavanĢir həmin knyazların təĢkil etdirdiyi 
qəsd nəticəsində öldürülür. Elə həmin il Müaviyəni Əməvilər sarayında əvəz etmiĢ 
yeni  xəlifə  I  Yəzid  (680  –  683)  CavanĢirin  qardaĢı  Varaz  Perozun  oğlu    I  Varaz 


25 
 
Tiridatı  (680-699)  “Ģərq  vilayətinin  caniĢini,  Alban  məmləkətinin  və  Uti 
nahiyəsinin hökmdarı” elan edir. 
CavanĢirin  öldürülməsi  onun  qohumu  Xəzər  xaqanı  Alp  Ġlitvərin 
Albaniyaya hücum etməsi üçün bəhanə oldu. Xaqanın baĢçılıq etdiyi Xəzər ordusu 
Uti nahiyəsinə  yetiĢənəcən  kəndləri, Ģəhərləri boĢaltdı, çoxlu  əsir və qənimət əldə 
etdi.  681-ci  ildə  I  Varaz  Tiridatın  xaqanla  danıĢığa  göndərdiyi  alban  katolikosu 
Yeliazar xəzərlərlə sülh bağlaya bildi. 
Xəlifə Müaviyənin ölümündən sonra (680) mərkəzdə baĢlanan hərc-mərclik 
Xilafətin  Ģimal  hüdudlarını  müdafiə  edən  ərəb  qoĢunlarının  mövqeyini  zəiflətdi. 
Xəzər  təhlükəsini  aradan  qaldırmaq  məqsədilə  681-ci  ildə  alban  knyazları  ilə 
katolikos  Yeliazarın  keçirdiyi  birgə  müĢavirədə  Metskoqman  yepiskopu  Ġsraili 
danıĢıq  aparmaq  üçün  xəzərlərin  ölkəsinə  göndərmək  qərara  alınır.  Ġsrailin 
fəaliyyəti nəticəsində xəzərlərin bir hissəsi, o cümlədən Alp Ġlitvər özü xristianlığı 
qəbul edir. 
Lakin  çətinliklə  əldə  edilmiĢ  sülh  685-ci  ildə  xəzərlərin  Cənubi  Qafqaz 
ərazisinə yeni basqını ilə pozuldu. Xəzərlər ölkənin çox hissəsini viran qoyub, bir 
çox yerli knyazları öldürdülər. 
Bu  ağır  illərdə  Xilafətdə  hakimiyyət  Əməvilər  sülaləsinin  Mərvanilər 
qoluna mənsub, yalnız bircə il xəlifəlik etmiĢ I Mərvanın əlinə keçir. Ondan sonra 
hakimiyyət  baĢına  gəlmiĢ  və  ərəb  dövlətinin  qüdrətinin  artması  üçün  keçirdiyi 
islahatlarla ad çıxarmıĢ oğlu Əbdülməlik ibn Mərvan (685-705) Bizans imperatoru 
II  Yustinianla  müqavilə  bağlayır.  Müqaviləyə  görə  Xilafətin  Qafqazdakı 
vilayətlərindən  gələn  gəlir  bundan  sonra  iki  imperiyanın  arasında  bərabər 
bölünməli  idi.  Beləliklə,  Cənubi  Qafqaz  bu  iki  qüdrətli  rəqib  dövlətin  nüfuz 
dairəsinə düĢür. 688-690-cı illərdə Albaniya və qonĢu dövlətlər dəfələrlə ərəblərin 
və  bizanslıların  hücumuna  məruz  qalırlar.  Nəticədə  Albaniya  üçqat  zülmün  - 
ərəblərin,  bizanslıların  və  xəzərlərin  asılılığına  düĢür  və  hər  üç  ölkəyə  vergi 
verməli olur. 
699-cu ildə alban iĢxanı I Varaz Tiridat Bizansa düĢən vergi payından azad 
olmaq üçün oğlanları ilə birgə Konstantinopola xahiĢə gedir və 704-cü ilədək orada 
saxlanılır.  Onun  ölkədə  olmamasından  istifadə  edən  alban  katolikosu  Nerses 
iĢxanın  arvadı  Sparama  ilə  dilbir  olub  Albaniyada  xristianlığın  xalkedonçuluq 
təriqətini  yaymaq istəyirlər. Buna görə təriqətin  Albaniyadakı  əleyhdarları erməni 
katolikosu  Ġlyadan  Bərdəyə  gəlib  iĢə  əncam  çəkməyi  xahiĢ  edirlər.  Ġlya  xəlifə 
Əbdülməlikə yazdığı məktubunda alban katolikosunun hərəkətini Bizansa satılmaq 
kimi qiymətləndirdi. Bizansın Cənubi Qafqazdakı nüfuzunu sarsıdan hər bir addımı 
razılıqla  qarĢılayan  xəlifə  öz  cavab  məktubunda  Ġlyaya  Nersesi  və  onun 
tərəfdarlarını cəzalandırmaq əmrini verir. Nəticədə, ərəblərin siyasi-hərbi qüdrətinə 
arxalanan  erməni  katolikosu  Ġlya  Xilafətin  köməkliyi  ilə,  Albaniyanın  və 
ümumiyyətlə Azərbaycanın sonrakı taleyində həyati əhəmiyyətə malik mühüm bir 
addım atır – alban kilsəsinin erməni katolikosuna tabe olunmasına nail olur. 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə