28
qərbdə Kiçik Qafqaz dağlarından Ģərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir
və əsasən ərəblərin Arran adlandırdıqları qədim Albaniya torpaqlarını özündə
birləĢdirirdi.
III və IV Ərminiyə inzibati bölgüləri isə ərəblərin iĢğal etdikləri Ermənistan
torpaqlarını əhatə edirdi. Belə ki, mənbələr III Ərməniyənin tərkibində Basfuracan
– Baspurakan, Dəbil (Dvin), Sirac Tayr (ġirak), Bağravand və NəĢavənin, IV
Ərminiyənin tərkibində idə ġimĢat, Xilat, Qaliqala, ƏrçiĢ və Bacuneysin adlarını
çəkirlər.
Əlbəttə, oxucuları III Ərminiyənin tərkibində xatırlanan NəĢavə adı
maraqlandırmaya bilməz. Axı ərəblərin bəzən NəĢavə adlandırdıqları Naxçıvan III
Ərminiyənin tərkibinə necə düĢüb? Daha doğrusu, bu inzibati bölgüyə aid edilən
NəĢavə coğrafi baxımdan hansı mövqedə yerləĢir?
Suala cavab vermək üçün ilk növbədə ərəb sərkərdəsi Həbib ibn
Məsləmənin Ermənistana etdiyi iki yürüĢün (644-45-ci illərdə və 652-ci ildən
sonra) marĢrutunu xatırlamalıyıq. Birinci yürüĢ zamanı Qaliqalanı (indiki Ərzrum)
iĢğal etmiĢ Həbib onun köməyinə göndərilmiĢ Səlman ibn Rəbiənin dəstəsi ilə
bizanslıların hücumunu saxlaya bilmiĢdi. Qaliqaladan sonra Həbib Araz çayının ən
yuxarı axarı boyunda yerləĢmiĢ Mərbələ (Mərdəli) adlı yerdə Xilat batriki ilə
görüĢür və hələ 640-cı ildə Ermənistanı iĢğal etmiĢ ərəb sərkərdəsi Ġyad ibn
Ğənmin həmin batrikə verdiyi fərmanı təsdiq edir. Sonra o, Xilatdan Ģimal-Ģərq
istiqamətinə dönərək Dəbilin yaxınlığındakı ƏrdəĢət kəndinə çatır. Xilatda olarkən
Maks (Moks) vilayətinin hakimi Həbibin yanına gələrək, öz vilayətinə və o zaman
onun tabeçiliyində və bilavasitə Moksla həmsərhəd olan Basfuracana
(Baspurakana) sahibliyini təsdiq etdirir. ƏrdəĢəti tutduqdan sonra Dəbili mühasirə
və sonra fəth edən Həbib həmin Ģəhərin əhalisi ilə sülh müqaviləsi bağlayır.
Müqavilənin Ģərtinə görə yerli əhali mal, mülk, kilsə, məbəd, Ģəhər divarlarının
qorunması müqabilində ərəblərin siyasi hakimiyyətini tanımalı, can və torpaq
vergiləri verməli idi. Mənbələrin verdiyi xəbərə görə, ərəb hücumu zamanı Ģəhərdə
olan bizanslılar NəĢavəyə tərəf geri çəkilsələr də, az sonra Həbibin ordusu bu
Ģəhəri tuta bilmiĢ, naxçıvanlılarla Həbib arasında sülh müqaviləsi də bağlanmıĢdı.
Ərəb ordusunun bu yürüĢ zamanı keçdiyi marĢrut, eləcə də tutduğu yerlərin – Sirac
Tayr, Bağravand, NəĢavə və b.-nın coğrafi mövqeləri göstərir ki, hadisələrdə adları
çəkilən NəĢavəni bu yerlərdən xeyli Ģərqdə yerləĢmiĢ Naxçıvanla eyniləĢdirmək
düzgün olmazdı. Ərəb inzibati bölgüsü haqqında məlumat verən ən səlahiyyətli
müəlliflərdən biri – Ġbn Xordadbeh III Ərminiyənin tərkibinə daxil edilmiĢ NəĢavə,
Sirac, Bağravand, Xilat və Bacunaysın ərəb iĢğalından əvvəl inzibati baxımdan
Bizans imperiyasına daxil olduğunu göstərir. Halbuki, erməni tədqiqatçılarının
erməni Ģəhəri hesab etdikləri Azərbaycan Naxçıvanı, Ġranla Bizans arasında
bağlanmıĢ 591-ci və 629-cu illər müqavilələrinə görə Sasani imperiyası tərkibində
idi. Bizansın tabeliyində olan, Həbibin birinci yürüĢü zamanı iĢğala məruz qalan və
III Ərəb Ərminiyəsinə daxil edilən erməni Ģəhəri NəĢavə isə Araz çayının aĢağı
29
axarında, Dəbil Ģəhərinin özünün də daxil olduğu Ayrarat vilayətində yerləĢmiĢdi
(o dövrdə Ermənistanın paytaxtı olan Dəbil – Dvin Ayrarat vilayətinin də mərkəzi
idi; iki Naxçıvan haqda bax: Z. Bünyadov, Atabəylər...)
Ərəb inzibati bölgüsünün IV Ərminiyə adlanan vilayətinə isə bilavasitə
tarixi Ermənistana aid yerlər – ġimĢat, Xilat, Qaliqala, ArçiĢ və Bacunays daxil
edilmiĢdi.
Azərbaycanın cənub hissəsi olan Adurbadaqan – Azərbaycan isə bu dövrdə
əl-Cəzirə (hərfən: ada; Dəclə və Fərat çayları arasında yerləĢirdi) ilə birlikdə vahid
caniĢinlikdə birləĢdirilmiĢdi.
Beləliklə, gördüyümüĢ kimi, Cənubi Qafqaz ərazisini iĢğal edən ərəblər,
burada, onlardan əvvəl mövcud olmuĢ iki inzibati adla – Bizans imperatoru
Yustinianın inzibati islahatından sonra meydana çıxmıĢ Ərminiyə və Sasani
ĢahənĢahı II Xosrovun inzibati islahatından miras qalmıĢ Adurbadaqan –
Azərbaycan adları ilə rastlaĢdılar. Əgər onların yeni təĢkil etdikləri Ərəb
Ərminiyəsi coğrafi və ərazi baxımından Bizans Ərminiyəsi ilə üst-üstə
düĢmürdüsə, Azərbaycanın adı Sasani dövründə olduğu kimi, (bəzi qonĢu torpaqlar
istisna olunmaqla) həm Ģimal, həm də cənub torpaqlarımızı özündə birləĢdirirdi.
Hətta bir çox mötəbər orta əsr müəllifləri (əl-Kufi, ət-Təbəri və b.) Arran –
Albaniya ərazisini də çox vaxt Azərbaycan adlandırırdılar. X əsr ərəb
coğrafiyaĢünası Ġbn Havqəl isə Xəzər dənizinin təsvirini verdiyi xəritəsində
Dərbənddən Gilanadək sahil boyu ərazini əyani olaraq Azərbaycan kimi qeyd
etmiĢdi.
Ərəblər Azərbaycanı iĢğal etdikləri zaman Azərbaycan vilayəti adlanan
cənub hissəsinin paytaxtı Ərdəbil idi, sonralar ərəblər Marağanı paytaxt etdilər,
daha sonra isə - X əsrdə paytaxt yenidən Ərdəbil oldu. Albaniyanın – Arranın
paytaxtı isə bütün caniĢinliyin iqamətgahı olan Bərdə Ģəhəri idi.
Fütuhatın ilk çağlarında, xəlifə, iĢğal olunmuĢ əraziyə, adətən, həmin yeri
fəth etmiĢ ordunun baĢçısını təyin edirdi. ĠĢğalın davam etdiyi bu illərdə həmin
baĢçılar bəzən obyektiv səbəblər üzündən iĢğal etdikləri yerin idarəsini, əlbəttə,
xəlifənin razılığı ilə, silahdaĢlarından birinə həvalə edir, özləri isə mərkəzin iĢğal
siyasətini davam etdirirdilər. Məsələn, Azərbaycanın fəth edilməsinin ilk
iĢtirakçılarından olan sərkərdə Bukayr, yuxarıda gördüyümüz kimi, Ģimal
istiqamətində yürüĢü davam etdirmək əmrini alan kimi öz yerini sərkərdə Utba ibn
Farkada vermiĢdi.
Xilafətin siyasi tabeliyini qəbul etmiĢ iĢğal zonalarında baĢlıca məqsədin
vergi toplamaq olduğu bu ilk dövrdə, həm mülki, həm hərbi hakimiyyət çox vaxt o
yeri fəth etmiĢ hərbi baĢçıya həvalə edildiyi üçün “amil” (vergiyə nəzarət edən) və
“əmir” (hərbi baĢçı) titulları “vali” (caniĢin) titulunu əvəz edirdi. Ona görə
bağlanılmıĢ müqavilələrdə də biz əmir və ya valinin əvəzinə “amil” titulunun
iĢlədildiyini görürük (məsələn, Azərbaycanla bağlanılan müqavilədə Utba ibn
Farkad “amil” adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı ayrı yerlərdə artıq əmir,
Dostları ilə paylaş: |