NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə19/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

40 
 
Lakin  ərəblər  necə  olursa-olsun  Azərbaycanda  möhkəmlənmək,  arxanı  öz 
müttəfiqinə  çevirmək  istəyir,  bunun  üçün  bütün  vasitələrə  əl  atırdılar.  Bu 
vasitələrdən  ən  baĢlıcaları  bütöv  ərəb  qəbilələrinin  buraya  köçürülməsi  Dərbənd, 
Bərdə, Beyləqan, Qəbələ, ġirvan, Varsan, Təbriz, Miyanə, Sərab və baĢqa strateji 
əhəmiyyətli Ģəhərlərdə hərbi məskənlərin (rabatların) salınması oldu. 
ĠĢğaldan dərhal sonra yerli əhali ilə ərəblər arasında bağlanılan müqavilələrə 
yerli  torpaq  sahiblərinə  mənsub  torpaqların  onların  özündə  qalması  Ģərti  də 
salınmıĢdı.  Zimmi,  yəni  baĢqa  dinə  mənsub  olan  adam  statusunu  qazanmıĢ  bu 
sahibkarlar müsəlman icmasının himayəsində qalır, torpaq vergisi – xəracla yanaĢı 
qeyri-müsəlmanların  verdiyi  can  vergisi  –  cizyəni  də  verirdilər.  Onu  da  qeyd 
etməliyik  ki,  dinindən  asılı  olmayaraq  hamının  ödədiyi  torpaq  vergisini  –  xəracı 
zimmilər müsəlmanlardan fərqli olaraq ikiqat ödəyirdilər. 
Azərbaycanın  münbit  torpaqları,  gözəl  təbiəti  qumlu  səhralarda  bərəkətli 
torpaq  və  su  üzünə  həsrət  qalmıĢ  ərəbləri  cəlb  edir,  öz  yerlilərinin,  burada  xəlifə 
qulluğunda  olmasından  istifadə  edənlər  axıĢıb  Azərbaycana  gəlir,  haqq-nahaqla 
torpaqlarımızı  ələ  keçirməyə  çalıĢırdılar.  Mənbələrin  (əl-Bəlazuri,  Ġbn  əl-Fəqih) 
məlumatına görə Azərbaycanda məskən salan ərəb qəbilələrinin “hər biri bacardığı 
qədər  torpaq  zəbt  etdi,  bir  hissəsi  isə  əcəmlərin  (qeyri-ərəblərin)  torpağını  satın 
aldı”.  ĠĢğal  edilmiĢ  torpaqları  bu  yolla  ələ  keçirən  ərəblər  tədricən  iri  torpaq 
sahiblərinə  çevrilirdilər.  Abbasilərin  hakimiyyət  baĢına  gəlməsi  vəziyyəti  demək 
olar dəyiĢdirmədi. Xəlifənin təyin etdiyi hakimlər Azərbaycanda da baĢqa yerlərdə 
olduğu  kimi,  özbaĢınalığı  davam  etdirir,  ağır  vergilərlə  yerli  əhalini  var-yoxdan 
çıxarırdılar.  Cana  doymuĢ  kəndlilər  kütləvi  Ģəkildə  kəndlərini  təĢkil  edir, 
torpaqsızlaĢırdılar.  Ġri  torpaq  sahibləri  tərk  edilmiĢ  torpaqları  ələ  keçirir,  onların 
keçmiĢ sahiblərinin isə əməyindən istifadə edirdilər. Erkən Xilafət  dövründə geniĢ 
yayılmıĢ  feodal  istismar  forması  olan  yardarlıq  Abbasilər  dövründə  də 
əhəmiyyətini  azaltmırdı.  Mənbələrin  yazdığına  görə,  hələ  iĢğalın  ilk  illərində 
Azərbaycan  əhalisinin  çox  hissəsi  ixtiyarında  olan  torpaqları  və  hətta  bütöv 
kəndləri  ərəb  qəbilələrinin  himayəsinə  verir,  həmin  qəbilələr  və  ya  ayrı-ayrı 
nüfuzlu  Ģəxslər  onların  müdafiəçisi  olur,  onlar  özləri  isə  ərəblərin  yardarlarına 
çevrilirdilər.  Mənbələrdə  (Ġbn  əl-Fəqih,  əl-Bəlazuri) bu haqda  oxuyuruq:  “Varsan 
nəzarət  məntəqəsi  idi,  buranı  Mərvan  ibn  Məhəmməd  ibn  əl-Həkəm  tikdirdi  (Bu 
hadisə  Əməvilər  Xilafətinin    son  xəlifəsi  olan  Mərvanın  Azərbaycanda  caniĢin 
olduğu  dövrə  aiddir  –  N.  V),  torpağına  həyat  verdi,  özünü  möhkəmləndirdi... 
sonralar  Varsan  Əməvilərdən  alındı,  [Abbasi  xəlifəsi]  əl-Mənsurun  qızı  Ummu 
Cəfər  Zübeydəyə  verildi.  Marağanın  əhalisi  Mərvana  sığınmalı  oldu.  Sonra 
Əməvilərin  baĢqa  mülkləri  ilə  birlikdə  [Abbasi  xəlifəsi  Harun]  ər-RəĢidin 
qızlarından  birinə  verildi.  ...Mərəndi...  əvvəlcə  Əbu-l-Bəis,  sonra  əl-Bəis,  ondan 
sonra  isə  oğlu  Məhəmməd  (Təbriz  və  ġahi  qalasının  sahibi  –  N.  V.) 
möhkəmləndirmiĢdi...  Urmiyanı...  əl-əzd  qəbiləsinin  məvlası  Sadaqa  ibn  əl-Əli 
tutmuĢdu...  Təbrizdə  əvvəl  ər-Rəvvad  [ibn  əl-Musanna]  əl-Əzdi  (Azərbaycana 


41 
 
köçmüĢ  yəmənli  –  N.  V)  ondan  sonra  əl-Vacnau  ibn  ər-Rəvvad  məskən  salmıĢ, 
[evlər]  tikdirmiĢ,  qala  divarları  ilə  möhkəmləndirmiĢ,  burada  [öz  qəbiləsindən 
olan]  adamları  yerləĢdirmiĢdi.  Əl-Məyanic  (Miyanə)  və  Cilbaya  əl-Həmdanilərin 
məskən saldıqları yerdir, Bərzə mahalını əl-avdilər tutmuĢdu... Nerizdə... Murr ibn 
Əmr  ət-Tai  uĢaqları  ilə  məskən  salmıĢ,  yaĢamıĢ  və  buranı  abad  etdirmiĢlər... 
Səratda  kində  [qəbiləsindən]  olanlar  məskən  saldılar;  onlar  [Azərbaycan  hakimi] 
əl-ƏĢas  ibn  Qeyslə  gələnlərin  nəslindəndir...”  Tarixçi  əl-Yəqubi  də  çağdaĢlarının 
bu  fikrini  təsdiqləyir:  “Azərbaycan  hakimi  Yəzid  ibn  Xatim  əl-Mühəlləbi  ər-
Rəvvad ibn əl-Musanna əl-Əzdini Təbrizdən Bəzzədək olan ərazidə, Murr ibn Əmr 
ət-Taini  Nerizdə,  əl-Həmdaniləri  əl-Məyanicdə  yerləĢdirdi.  Yəməndən  olan 
[cənub] qəbilələri [Ģimallı] nizarilərin yerlərini tutdular...” 
Lakin  Xilafətin  yerlərdəki  arxası  rolunu  oynamalı  olan  bu  ərəb  qəbilələri, 
xüsusilə,  ayrı-ayrı  yerlərdə  nüfuzlu  mövqe  tutmuĢ  Ģəxslər,  mərkəzdə  baĢ  verən 
hərc-mərclikdən, aramsız müharibələrin və ağır vergi sisteminin əldən saldığı yerli 
əhalinin  narazılığından  istifadə  edərək,  özləri  də  Xilafətə  qarĢı  əks-mövqe 
tuturdular.  Xəlifə  əl-Mənsurun  oğlu  əl-Mehdi  dövründə  (775-785)  siyasi  vəziyyət 
xeyli  gərginləĢdi.  Tezliklə  Xilafətin  Qafqaz  bölgəsini  də  üsyanlar  bürüdü.  Ət-
Təbərinin  məlumatına  görə,  778-79-cu  ildə,  məhz  bu  xəlifənin  hakimiyyətdə 
olduğu  dövrdə  xürrəmilər  hərəkatının  ilk  sorağı  eĢidildi.  Bu  üsyanı  yalnız  əl-
Mehdinin ikinci oğlu Harun ər-RəĢid (786 – 809) dövründə yatırmaq mümkün oldu. 
788-ci  ildən  VIII  əsin  sonunadək  keçən  12  il  ərzində  o,  Cənubi  Qafqazda  on 
beĢdən çox  hakim dəyiĢdi. Lakin bu dəyiĢiklik artıq geniĢlənməkdə olan çıxıĢların 
qarĢısını ala bilmədi. Feodal istismarının daha da Ģiddətlənməsi, xəracın məhsulun 
miqdarına  görə  deyil,  torpağın  sahəsinə  görə  toplanılması  kəndlilərin  vəziyyətini 
xeyli ağırlaĢdırmıĢdı. 
IX  əsrin  əvvəllərində  Azərbaycanda  xürrəmilər  hərəkatı  yenidən  gücləndi 
və  tezliklə  Azərbaycan  hüdudlarını  aĢaraq  Ġsfahan,  Rey,  Həmədan  əyalətlərinə 
yayıldı. Elmi və kütləvi ədəbiyyatda (Səid Nəfisi, Ziya Bünyadov və b.) xürrəmilər 
hərəkatı haqqında daha geniĢ məlumat verilsə də, ərəb xilafəti tarixində bəlkə də ən 
mühüm  hadisələrdən  biri  olan,  onun  parçalanmasının  təməlini  qoyan  bu  hərəkata 
münasibətimizi bildirməyə bilmərik. 
Ġdeya  kökləri  ilə  Sasanilər  dövrünün  məzdəkilər  hərəkatı  ilə  bağlı  olan 
xürrəmilər Ġslamı rədd edir, öz xürrəm dini görüĢlərini yaymağı qarĢılarına məqsəd 
qoyurdular. Yer üzündə  ədalətli cəmiyyət  yaratmağın  mümkünlüyünü təbliğ edən 
xürrəmilər  ruhun  bir  bədəndən  digərinə  köçəcəyinə,  Ģər  qüvvənin  xeyirlə 
mübarizədə  məğlub  olacağına  inanır,  torpağın  icmaların  ixtiyarına  verilməsi 
uğrunda  mübarizə  aparırdılar.  Xürrəmilərin  xüsusi  nümayəndələri  (“mələklər”) 
təbliğat  apararaq,  əhalini  mübarizəyə  çağırırdılar.  Orta  əsrlərdəki  bütün  çıxıĢlar 
kimi dini Ģüar altında aparılan  bu siyasi mübarizə, tədricən, Ġslam dini, ərəb əsarəti 
və  feodal  istismarına  qarĢı  çevrilmiĢ  ümumxalq    hərəkatına,  sözün  əsl  mənasında 
müharibəyə çevrildi. Onun əsas hərəkətverici qüvvəsi kəndlilərdən ibarət olsa da, 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə