NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

26 
 
704-cü  ildə  alban  iĢxanı  I  Varaz  Tiridatın  beĢillik  əsarətdən  yaxa  qurtarıb 
Albaniyaya  qayıtması da  getdikcə  daha  asılı  vəziyyətə  düĢən ölkəni dağılmaqdan 
xilas edə bilmədi. 
Ərəb-Bizans  müharibələrinin  yenidən  qızıĢması  ilə  əlaqədar  Xilafətin 
Qafqazda yürütdüyü zor siyasətinin güclənməsi nəticəsində ölkədəki vəziyyət daha 
da ağırlaĢır. ġübhəli və etibarsız adamlar kimi xəlifənin xüsusi siyahısına düĢmüĢ 
bir neçə alban knyazı həbs olunub DəməĢqə göndərilir. Tarixi Azərbaycanın Ģimal 
hissəsi olan Azərbaycanın da idarəsi cənub torpaqlarınınkı kimi xəlifənin caniĢinin 
əlinə keçir. Onun məsləhətçisinə çevrilmiĢ iĢxan və katolikos müstəqil qərar qəbul 
etmək  hüququndan  məhrum  edilirlər.  Bu  dövrdən,  yəni  705-ci  ildən  Albaniya 
özünün  siyasi  müstəqilliyini  də  itirərək,  Arran  vilayəti  adı  altında  ərəblərin  tam 
tabeliyinə keçir. 
Yeri  gəlmiĢkən  qeyd  edək  ki,  Yunan  –  Roma  mənbələrinin  dili  ilə  tarixə 
Albaniya adı ilə daxil olan ġimali Azərbaycan ərəb mənbələrində Ran (ər-Ran) və 
Arran adlandırılır (ərəb müəlliflərinin bir çox yer adlarına “əl” müəyyənlik artiklini 
artırmalarını  nəzərə  alsaq,  -  məs:  əĢ-ġabran,  əd-Dərbənd,  əl-Xəzər  və  s.  ər-Ran 
Ģəklində yazılan sözün əslində Ran olduğunu qəbul etməliyik). Aran adlı ölkə hələ 
“Kəbəyi ZərdüĢt” adlanan III əsr Ġran abidəsi üzərində Sasani hökmdarı I ġapurun 
(242-272) iĢğal etdiyi yerlərin siyahısında qeyd olunmuĢdur. V – VI əsr erməni və 
siryani mənbələrində bu yer Aran, gürcü mənbələrində Rani, erkən orta çağ erməni 
mənbələrinin çoxunda isə Aqvan (Aquank, Aluank) formasındadır. Yerli  əhalinin, 
güman ki, Aran adlandırdığı bu ölkənin adının məna və deyiliĢi A. Bakıxanovdan 
tutmuĢ  bu  günədək  bir  çox  alimləri  (N.  Marr,  Y.  Yusifov,  S.  AĢurbəyli  və  b.) 
düĢündürüb. Məsələnin son tədqiqatçılarından olan S. AĢurbəyli dilimizdə bu gün 
də “düzənlik  yer”   mənasında iĢlənən  “Aran”  sözünün qədim türk dilindəki  “tölə; 
daldanacaq;  düzənlik...”  sözləri  ilə  bağlılığını  daha  düzgün  sayır.  Bu  sözün  türk 
mənĢəliliyini inkar etmədən, Moisey Kalankatlıda  torpaqlarının ilk varisi kimi adı 
çəkilən  “Yafətin  törəmələrindən  Sisak  nəslinə  mənsub  Aran”  haqqında  verilmiĢ 
rəvayəti  xatırlamaq  istərdik.  Alban  tarixçisinin  məlumatına  görə,  Uti,  Girdman, 
Savdey  və  Qarqarın  tayfaları  Aranın  övladlarından  olanlardır.  Beləliklə,  “Aran” 
sözünün  ilk  əvvəl  Ģəxs  adı  kimi  çıxıĢ  etdiyini,  sonralar  isə  onun  törəmələrinin 
yaĢadığı bütün yerlərə Ģamil edildiyini fərz etmək olar. 
Fütuhatın ilk illərindən ərəblərin Azərbaycan adlandırdıqları Adurbadaqan, 
Ermənistan, ġərqi Gürcüstan (Kartli) və əl-Cəzirə əraziləri ilə birlikdə Xilafətin baĢ 
vilayətindən  birinin  tərkib  hissəsi  olan  Albaniya  məhz  bu  dövrdən  baĢlayaraq, 
xəlifə  Əbdülməlik  ibn  Mərvanın  keçirdiyi  yeni  inzibati  islahata  əsasən,  siyasi 
müstəqilliyini  əldən  vermiĢ  baĢqa  Cənubi  Qafqaz  torpaqları  –  Ermənistan,  ġərqi 
Gürcüstan  və  Dağıstan  torpaqlarının  bir  hissəsi  ilə  birləĢdirilərək  qondarma 
“Ərminiyə”  inzibati bölgüsünə  aid edilir;  Bizans imperatoru I Yustinianın (527  – 
565) 536-cı ildə imperiyanın tərkibində olan erməni torpaqlarında keçirdiyi inzibati 
islahatdan miras qalmıĢ “Ərminiyə” (o cümlədən bu inzibati bölgünün daha kiçik 


27 
 
vahidləri  I  –  IV  Ərminiyə  vilayətləri)  adı  Yustinian  dövründə  olduğu  kimi  yalnız 
bilavasitə  ermənilərin  deyil,  qonĢu  xalqların  –  albanların,  gürcülərin,  ləzgilərin, 
türklərin, tatarların və b. yaĢadıqları əraziləri də əhatə edirdi. 
ĠĢğal  etdikləri  ölkələrdə,  əsasən,  əvvəlki  inzibati  idarə  sistemini  saxlayan 
ərəblərin Qafqazda tutduqları torpaqların hamısını Ərminiyə adı ilə birləĢdirmələri 
oxucularımızı çaĢdırmaqla yanaĢı, bəzi naĢı bədxahlarımıza da dil verir. Bunun isə 
obyektiv  səbəbləri  var.  Əvvəla,  ərəblər  hələ  Azərbaycan  torpağına  qədəm 
qoymamıĢ,  artıq  639-40-cı  illərdə,  Mesopotamiya  yürüĢü  zamanı,  Bizansın 
tərkibində olan erməni torpaqlarını ələ keçirmiĢ, ərəb iĢğal zonasını idarə edən ərəb 
caniĢininin qərargahını ermənilərin baĢ Ģəhəri Dəbildə - Dvində yerləĢdirmiĢdilər. 
Təbii  ki,  özlərindən  əvvəlki  Bizans  inzibati  üsul-idarəsini  saxlayan  ərəblər  bu 
yerlərin əvvəlki Ərminiyə adını da saxlamıĢdılar. Bir neçə  il sonra Dəbil tərəfdən 
Albaniya  və  Gürcüstan  ərazilərinə  daxil  olan  ərəblər  Qafqazda  tutduqları  baĢqa 
torpaqları, o cümlədən azərbaycanlıların, gürcülərin, ləzgilərin və b.nın yaĢadıqları 
yerləri  də  əvvəlki  iĢğal  zonasına  qatmıĢ,  bu  yerlərin  hamısını,  idarə  etmək  asan 
olsun  deyə,  əllərində  olan  Ərminiyə  vilayətinin  adı  ilə  adlandırmıĢ,  Cənubi 
Qafqazdakı bütün ərəb iĢğal zonasının idarəsini isə Dəbildə oturan caniĢinə həvalə 
etmiĢdilər.  “Ərminiyə”  inzibati  adının  meydana  çıxmasının  daha  bir  səbəbi  də 
ərəblərlə  əks  cəbhədə  olan  Bizansa  qarĢı  ideoliji  mübarizə  aparan  erməni  din 
xadimlərinə  iltifat  göstərən  xəlifənin  qərəzli  siyasəti  nəticəsində  alban  kilsəsinin, 
yuxarıda  gördüyümüz  kimi,  erməni  kilsəsinə  tabe  edilməsi  və  bununla  əlaqədar 
bütün  Arran  və  Ermənistan  xristianlarına  real  rəhbərliyin  erməni  katolikosunun 
əlində cəmlənməsi, Albaniyanın özünün isə bir dövlət kimi süqutu oldu. 
Beləliklə,  yeni  inzibati-bölgü  sisteminə  görə  Cənubi  Qafqazda  ərəb  iĢğal 
dairəsinə  daxil  edilmiĢ  bütün  torpaqları  özündə  birləĢdirən  “Ərminiyə”  ərazisi 
vaxtilə  Yustianın  Qərbi  Ermənistanda  həyata  keçirdiyi  inzibati  islahata  uyğun 
olaraq, o vaxt olduğu kimi, ənənəvi Ģəkildə, I – IV Ərminiyə adı ilə dörd hissəyə 
bölündü. 
Orta əsr ərəb müəlliflərinin (Ġbn Xordadbeh, əl-Bəlazuri, əl-Yəqubi, Ġbn əl-
Fəqih  və  b.)  bu  bölhü  barədə  verdikləri  bir  qədər  qarıĢıq  da  olsa,  biri  digərini 
tamamlayan məlumatlarına görə I Ərminiyə adlanan ərazi  öz tərkibində ərəblərin 
Arran  adlandırdıqları  qədim  Albaniya  torpaqlarını  (Sünik  –  Sisəcanla  birlikdə) 
birləĢdirirdi.  Ərəb  Arran  vilayətinin  tərkibinə  Albaniyanın  özündən  baĢqa  644-cü 
ildən  1122-ci  ilədək  müsəlmanların  tabeliyində  olan  Tiflis  və  onun  civarları  da 
daxil idi. 
II  Ərminiyə  adlanan  hissəyə  ərəb  mənbələri  Curzanı  (Gürcüstanın  bir 
hissəsini),  Tiflis  yaxınlığında  Kür  çayı  sahilində  yerləĢən  Suğdəbil  Ģəhərini, 
Dərbəndin  yaxınlığındakı  Bab  Feyruz  Qubad  Ģəhərini,  eləcə  də  Lakz  adlanan 
vilayəti  idarə  edirlər.  Onu  da  qeyd  edək  ki,  adları  çəkilən  yerlərin  hamısı 
fütuhatdan sonra ərəblərin Arran adlandırdıqları vilayətin tərkibində idi. Beləliklə, 
I və II Ərminiyə bölgüləri Ģimalda Tiflis və Dərbənddən cənubda Araz çayınadək, 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə