N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə11/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   ...   7   8   9   10   11   12   13   14   ...   41

22
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
bilmirlər. Yaxşı olar ki, dərsliklərin hazırlanmasına TQDK‑nın ekspertləri də cəlb olunsun,
şagirdlər və abituriyentlər qüsursuz dərsliklərdən istifadə etsinlər.
Ləman Haqverdiyeva (IV qrup, 665 bal) – İstərdim ki, əzbərçilik tələb edən tapşırıqların
sayı minimuma endirilsin, onlar məntiqi düşüncəyə əsaslanan test tapşırıqları ilə əvəz
olunsun.
Fərid İsgəndərov (IV qrup, 637bal) – Məncə, qəbul imtahanı dərs ilindən ən azı 7‑8 ay
sonra olsa, daha yaxşı nəticə əldə etmək olar. Belə olarsa, imtahana hazırlıqla məktəb dərsləri
üst‑üstə düşməz.
Lalə Xankişizadə (IV qrup, 609 bal) – Mən 609 bal toplamışam. Arzu etdiyim fakültəyə
qəbul olsam da, ödənişli əsaslarla təhsil alacağam. Təklif edirəm ki, gələcəkdə dövlət sifarişli
yerlərin sayı artırılsın.
Kəmalə İbrahimova (IV qrup, 609 bal) – IV ixtisas qrupunun imtahan fənləri sırasına
xarici dil fənni də əlavə edilsin.
Rafiq Əlizadə (IV qrup, 607 bal) ‑ Biologiyadan imtahana hazırlaşarkən təkamül
nəzəriyyəsinə aid ziddiyyətli və bəzən də yanlış faktlara təsadüf etdim. Dərsliklər
hazırlanarkən bu məsələyə xüsusi diqqət ayrılsın.
Lalə Darçınova (III qrup, 664 bal) – Doğrudur, imtahanlar yüksək səviyyədə keçirildi,
lakin bizim imtahan zalı havasız idi. Fikrimcə, bu amil imtahan nəticələrinə əks təsirini
göstərməyə bilməz. Təklif edirəm ki, seçilən imtahan otaqlarının sanitar‑gigiyenik normalara
cavab verməsi nəzərə alınsın.
Mahmud Əzizli (IV qrup, 656 bal) – Bu il TQDK‑nın 20 illik yubileyidir. Bu illlər ərzində
TQDK çox böyük inkişaf yolu keçib. Biz hələ aşağı siniflərdə oxuduğumuz vaxtdan TQDK‑ya
böyük inam bəsləyirdik. Əmin idik ki, yaxşı oxuyaraq istədiyimiz ali məktəbə qəbul
olacağıq.Ümidimiz TQDK‑ ya olan dərin inamdan yaranmışdı. Sevinirəm ki, yanılmadıq.
Təsəvvür edirsinizmi, iki qardaş eyni ildə 600‑dən yuxarı balla ölkəmizin ən nüfuzlu ali
məktəblərindən birinə qəbul olmuşuq. Bu dövlət qurumunun hər bir əməkdaşına, şəxsən
Məleykə xanım Abbaszadəyə minnətdarlığımı bildirir və onlara fəaliyyətlərində daha böyük
uğurlar arzulayıram.
Rəfael Həzizadə (II qrup, 657 bal) ‑ TQDK qəbul imtahanlarını çox ədalətli keçirdi.
Düşünəndə ki, bu imtahanlar təkcə Bakıda deyil, bölgələrdə də keçirilir və onlar Bakıda
keçirilən imtahanlardan heç də fərqlənmir, bunun üçün nə qədər zəhmət çəkildiyini
görməmək olmaz. Buna görə TQDK‑nın rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür
edirəm.
Bəhruz Səlimzadə (II qrup, 619 bal) – Hər il minlərlə bilikli azərbaycanlı gənc TQDK‑nın
keçirdiyi qəbul imtahanlarında iştirak edib tələbə adını qazana bilir. İmtahanlar çox ədalətli
və şəffaf keçirilir. Fürsətdən istifadə edib, TQDK‑nın yaradılmasının 20 illiyi münasibəti ilə bu
kollektivi ürəkdən təbrik edirəm. 
Əli Qocayev (II qrup, 614 bal) – Mən TQDK‑nın iş prinsiplərini ürəkdən bəyənirəm.
Ölkəmiz üçün layiqli vətəndaşların, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında bu
qurumun əməyi danılmazdır. TQDK‑nın bütün əməkdaşlarına təşəkkürümü bildirirəm.
Sevil Süleymanova (III qrup, 665 bal) – Qəbul imtahanlarını bu cür ədalətli və şəffaf
keçirdikləri üçün TQDK‑ya, onun rəhbərliyinə abituriyentlər adından minnətdarlığımı
bildirirəm. Hər il mənim kimi neçə‑neçə qaçqın ailəsindən olan gənc bu qurumun obyektiv
fəaliyyəti sayəsində öz arzusuna qovuşur.


23
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Məhsəti Əliyeva (III qrup, 664 bal) – Qəbul imtahanlarını obyektiv keçirdiyi üçün TQDK‑
ya təşəkkür edirəm. 
Şəhla Aslanova (III qrup, 652 bal) –TQDK qəbul imtahanları kimi sınaq imtahanlarını da
çox ciddi və mütəşəkkil keçirir. Bu da TQDK‑nın fəaliyyətinin müsbət bir göstəricisidir.
Turxan İsmayılzadə (III qrup, 623 bal) – Abituriyentlər üçün yaradılan normal, rahat
şərait üçün TQDK‑ya ürəkdən təşəkkür edirəm. 
Səbinə Yolçuyeva (IV qrup, 636 bal) – Ölkəmizdə TQDK kimi şagird biliyini tam,
hərtərəfli, ədalətli və obyektiv qiymətləndirən qurumun olmasından qürur duyuram. 
Samir Ağabalayev (I qrup, 665 bal) ‑ Abituriyentlərin bilik və bacarıqlarını aşkar etmək
üçün tətbiq olunan qiymətləndirmə sistemi göz qabağındadır: hər kəs öz biliyinə layiq qiymət
alır.
Sadiq Əhmədov (II qrup, 664 bal) – TQDK tələbə qəbulu prosesini çox ədalətli və obyektiv
aparır. Mən bunu eşitmişdim, özüm bu prosesdə iştirak edib buna bir daha əmin oldum. 
Qərib Allahverdiyev  (II qrup, 656 bal) – TQDK əvvəlki illərdə olduğu kimi bu il də qəbul
imtahanlarını çox böyük mütəşəkkilliklə keçirdi. Mən 656 balla öz arzuma qovuşdum. Bizə bu
cür obyektiv şərait yaratdığı üçün TQDK‑ya təşəkkür edirəm.
İlqar Həşimov (II qrup, 651bal) – Artıq mən tələbəyəm. Sevincimi hazırlığımda əməyi
olan hər kəslə bölüşürəm: müəllimlərimlə, valideynlərimlə və dostlarımla. İmtahanı çox
yüksək səviyyədə təşkil etdiyinə görə TQDK‑ya minnətdaram.
Nihad Ağazadə (II qrup, 645bal) – Artıq TQDK qəbul imtahanlarını bölgələrdə də keçirir.
Bölgələrdə yaşayan abituriyentlər əlavə vaxt itirmədən, əziyyət çəkmədən qəbul imtahanını
öz yaşadıqları rayonda və ya onlara yaxın ərazidə verə bilirlər. Bu, bizim üçün həm də müsbət
psixoloji amildir.
Bəsti Qasımova (III qrup, 673 bal) – Mən yüksək balla ölkəmizin ən nüfuzlu ali
məktəblərinin birinə ‑ Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olmuşam.
Doğrudur, mən bu nəticəyə nail olmaq üçün çox çalışmışam, vaxtımı həmişə oxumağa,
öyrənməyə sərf etmişəm. Amma uğur qazanmağımda böyük rolu olan Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasının fəaliyyətini də çox yüksək qiymətləndirirəm. Bizə yaratdıqları əlverişli
şəraitə görə Komissiyanın əməkdaşlarına ürəkdən təşəkkür edirəm.
Materialı hazırlamışlar:
Rabil Novruzov, Akif Əhmədov


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə