N11-1-ci qrup Layout 1


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə2/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   2   3   4   5   6   7   8   9   ...   41

3
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Yüksək bal toplamış gənclər aşağıdakı ali məktəblərə qəbul olmuşlar:
Azərbaycan Tibb Universiteti (336 nəfər)
Bakı Dövlət Universiteti (219 nəfər)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyası (150 nəfər)
"Qafqaz" Universiteti (154 nəfər)
Bakı Ali Neft Məktəbi (116 nəfər)
Azərbaycan Dillər Universiteti (83 nəfər)
Azərbaycan Diplomatik Akademiyası (48 nəfər)
Azərbaycan Dövlət İqtisad Universiteti (45 nəfər)
Azərbaycan Dövlət Neft Akademiyası (14 nəfər)
Milli Aviasiya Akademiyası (14 nəfər)
Naxçıvan Dövlət Universiteti (13 nəfər) 
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (3 nəfər)
Azərbaycan Turizm İnstitutu (2 nəfər)
Xəzər Universiteti (2 nəfər)
Gəncə Dövlət Universiteti (2 nəfər)
Azərbaycan Memarlıq və İnşaat Universiteti (1 nəfər)
Azərbaycan Texniki Universiteti (1 nəfər)
Azərbaycan Dövlət Aqrar Universiteti (1 nəfər)
“Azərbaycan” Universiteti (1 nəfər)
Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2012‑ci il tarixli Sərəncamı ilə
bu il qəbul imtahanlarında ən yüksək nəticə göstərib ölkəmizin ali məktəblərinə qəbul
olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülmüşdür.
Prezident təqaüdçüləri aşağıdakı universitetlərin tələbələridir:
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyası (28 nəfər)
Azərbaycan Tibb Universiteti (26 nəfər)
"Qafqaz" Universiteti (20 nəfər)
Bakı Ali Neft Məktəbi (11 nəfər)
Bakı Dövlət Universiteti (10 nəfər)
Azərbaycan Diplomatik Akademiyası (4 nəfər)
Azərbaycan Dövlət İqtisad Universiteti (2 nəfər)
Azərbaycan Dövlət Neft Akademiyası (1 nəfər)


4
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Rza Rəhimov 1995‑ci ildə Naxçıvan şəhərinin Şərur rayonunun Ərəbyengicə
kəndində anadan olub. 2012‑ci ildə Ərəbyengicə kənd tam orta məktəbini bitirib.
Məktəbdə dərslərini əla qiymətlərlə oxuyub, bir sıra olimpiadalarda iştirak edib.
Kimya fənni üzrə keçirilən olimpiadada respublika üzrə dördüncü yeri tutub,
məktəbi gümüş medalla bitirib. Qəbul imtahanında 690 bal toplayıb. Bakı Ali
Neft Məktəbinin “Neft‑qaz mühəndisliyi” fakültəsinə qəbul olub.
Rza həm də 8‑9 il şahmatla məşğul olub. Şahmat üzrə Azərbaycan çempionu
olub, xaricdə keçirilən bir çox beynəlxalq yarışlarda iştirak edib.
‑ İlk öncə qəbula hazırlıq təcrübən haqqında məlumat ver, bu yüksək nəticəyə necə nail oldun?
‑ Son 2 ildə şahmatdan ayrılmalı oldum və dərslərə daha çox fikir verməyə başladım. X sinifdən hazırlığa
başladım və bütün imtahan fənləri üzrə repetitorların köməyi ilə hazırlaşdım. XI sinifdən isə müstəqil
hazırlaşmağa başladım. Yalnız ingilis dili üzrə repetitor yanına gedirdim. Qarşıma məqsəd qoymuşdum ki,
qəbul imtahanında 700 bal toplayacagam. Lakin imtahan zamanı texniki səhvlərə yol verdiyimdən 10 bal
itirdim. Amma yenə də I qrup üzrə ən yüksək nəticə göstərən abituriyentlərdən biri oldum.
‑ Dərsə hazırlaşma rejimin necə idi, günün neçə saatını məşğələlərə sərf edirdin?
‑ Əvvəllər sutkada 18 saat məşğul olurdum. Lakin sonradan bu müddəti azaltdım, gündə 15 saat oxumağa
başladım. Qəbul imtahanına az qalanda hazırlıq vaxtını daha da qısaltdım. Son 1‑2 ay ərzində isə gündə 2‑3
saat məşğul olmaq kifayət edirdi. Mən imtahana sistemli şəkildə hazırlaşmışam. Bu sistemi də özüm
yaratmışdım. Qarşıma konkret məqsəd qoymuşdum. Məqsədə çatmaq üçün özümə iş rejimi qurmuşdum.
Məsələn, səhər saat 9‑da fizika fənni üzrə hazırlığa başlayırdım, daha sonra vaxtımı digər fənlər üzrə
bölüşdürürdüm. Hər fənnə ən azı 1 saat vaxt ayırırdım. Amma əsas fənlərə daha çox vaxt sərf edirdim.
‑ Repetitorsuz hazırlaşmaq çətin deyildi? Çünki abituriyentlərin bir qismi deyir ki, repetitor
olmadan hazırlaşmaq mümkün deyil. Bu fikirlə nə dərəcədə razısan?
‑ Bu fikirdə müəyyən həqiqət var. Repetitorsuz hazırlaşmaq, doğrudan da, çətindir. Mən 10‑cu sinifdə
hazırlığa getdim, əsas bazamı möhkəmləndirdim. Bundan sonra mənim üçün müstəqil hazırlaşmaq çətin
olmadı. Bu işdə məktəbdə yaxşı oxumağım da mənə dayaq oldu.
ƏN ЙЦКСЯК НЯТИЪЯ ЭЮСТЯРMİŞ ЭЯНЪЛЯРЛЯ
МЦСАЩИБЯЛЯР
Bu gün Azərbaycan gəncləri biliklərə çox meyillidirlər. 
Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar… 
Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. 
Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılı olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Tələbə Qəbulu цzrə Dюvlət Komissiyası ali təhsil mцəssisələrinə yцksək balla qəbul olan
gənclərin ictimaiyyətə tanıdılması, təcrцbələrinin юyrənilməsi və yayılmasına həmişə bюyцk
юnəm verir və bu məqsədlə hər il bir sıra tədbirlər həyata keчirir.“Abituriyent” jurnalının bu
sayı bцtцnlцklə onlara həsr edilir.
Qəbul imtahanlarında 600-dən yuxarı bal toplayanlar arasında elələri vardır ki, onlar
maksimal nəticələr əldə ediblər. Bəs, bu gənclər kimlərdir və onlar başqalarından hansı
keyfiyyətlərinə gюrə fərqlənirlər? Aşağıda əvvəlcə həmin gənclər haqqında məlumatları və
onlarla aparılmış mцsahibələri təqdim edirik.


5
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Qəbul imtahanında yüksək bal toplayacağını gözləyirdin?
Sınaqlarda 652‑670 bal toplayırdım. Qəbul imtahanında da yaxşı nəticə göstərəcəyimə inanırdım. Ancaq
ən çox 670‑675 bal toplayacağımı gözləyirdim, bundan yüksəyə isə ümid etmirdim. Amma yaxınlarım,
qohumlarım 700 ballıq nəticə əldə edəcəyimi gözləyirdi. Sonda 690 ballıq nəticə əldə etdim.
‑ Əvvəllər şahmatla ciddi məşğul olurdunsa, niyə bu məşğuliyyəti davam etdirmədin?
‑ Şahmatla müəyyən müddət məşğul olsam da, sonradan bu məşğuliyyəti dayandırdım. Çünki mütəmadi
olaraq şahmatla məşğul olmaq üçün Bakıda olmaq lazım idi. Naxçıvanda şahmatın inkişafı elə də yüksək
səviyyədə deyildi. Hər dəfə kənddən şəhərə getmək çətin idi. Bu isə şahmata həvəsimin azalmasına səbəb oldu.
İndi Bakıdayam. Dərslərimi qaydaya salandan sonra şahmatla məşğul olmaq barədə düşünə bilərəm.
‑ Kəndinizdə, rayonunuzda məktəb təhsilinin səviyyəsi necə idi?
‑ Mənim təhsil aldığım məktəbdə müəllimlər dərslərə ciddi yanaşırdılar. Dərsə davamiyyət, intizam çox
möhkəm idi. Mən də heç vaxt dərsdən qalmırdım. İmkan olan kimi dərslərimi elə məktəbdə hazırlayırdım.
‑ Hazırlıq prosesində hansı vəsaitlərdən istifadə edirdin?
‑ 2008‑ci ildən bəri TQDK‑nın ixtisas qrupuma aid nəşr etdiyi bütün vəsaitlərdən, test kitablarından
istifadə etmişəm və onların mənim hazırlığıma çox köməyi olub.
‑ Qəbul imtahanının təşkili necə idi? Sualların səviyyəsi nə dərəcədə asan və ya çətin idi?
‑ İmtahan yüksək səviyyədə təşkil olunmuşdu. Sualların içərisində çətinləri də, asanları da, orta səviyyədə
olanları da var idi. Ancaq bəzi abituriyentlər lazımi səviyyədə hazırlıqlı olmadıqlarından hətta asan suallara
da cavab verə bilmir və nahaqdan onların çətinliyindən şikayət edirdilər.
‑ Bundan sonrakı planların, məqsədlərin barədə nə deyə bilərsən?
‑ Qarşıma məqsəd qoymuşam ki, ingilis dilini yükək səviyyədə öyrənim. Bizim ali məktəb digər ölkələrin
universitetləri ilə əlaqələr qurur. Burada bir neçə illik təhsildən sonra tələbələri xaricdə təhsil almağa
göndərəcəklər. Ali məktəbdə yaxşı oxuyub neft‑qaz üzrə mühəndis olmaq ən böyük arzumdur. Qəbul olduğum
Bakı Ali Neft Məktəbi bu ildən fəaliyyət göstərir və inanıram ki, bu təhsil müəssisəsi gələcəkdə ölkənin neft‑
qaz sənayesinin inkişafı üçün layiqli kadrlar yetişdirəcək. Təbii ki, mən də belə kadrlardan biri olmağa
çalışacağam.
Qardaşı Fəqan Rəhimovun Rza barədə dediklərindən… 
Fəqan qəbul imtahanında Rzadan belə bir nəticəni gözlədiklərini dedi: 
“O, qəbul imtahanında yüksək nəticə göstərərək bizim ümidlərimizi doğrultdu. Mən bir qardaş olaraq
buna çox sevindim.”
Fəqan qardaşının fərdi xüsusiyyətlərindən danışanda bildirdi ki, Rza düzgün, yalandan uzaq, inadcıl oğ ‑
lan dır. O, qarşısına qoyduğu məqsədə nail olmaq üçün var gücü ilə çalışır və hər bir işə məsuliyyətlə yana şır.
Onun şahmata göstərdiyi marağına gəlincə, dedi ki, şahmat ona ailəsindən keçib, babası və atası yaxşı
şahmat oynayıb: “Onlar bizi həmişə şahmat oynamağa həvəsləndirirdilər. Biz də onunla həvəslə məşğul
olurduq. Amma sonralar müəyyən çətinliklər üzündən şahmat məşğələlərini buraxmağa məcbur olduq. İndi
Bakıda ali təhsil alırıq. Çətinliklər müəyyən qədər azalıb. Yəqin ki, bundan sonra şahmata da vaxt ayırmaq
mümkün olacaq. İndi biz burada bir‑birimizə dayağıq, hər zaman bir‑birimizin yanındayıq.
Fəqan qardaşının gələcəyini seçdiyi ixtisas üzrə gözəl bir mütəxəssis kimi görmək istəyir. “Arzu edirəm ki,
o, cəmiyyətə yararlı bir vətəndaş olsun. Bunun üçün mən ona böyük qardaş kimi hər bir köməklik göstərməyə
hazıram.


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə