Microsoft Word shagird yaddas 9 2015. Doc



Yüklə 39,81 Kb.
Pdf görüntüsü
tarix27.10.2017
ölçüsü39,81 Kb.
#7148


            

 

        TƏLƏBƏ QƏBULU ÜZRƏ 



         DÖVLƏT KOMİSSİYASI 

       www.tqdk.gov.az      ●     wap.tqdk.gov.az 

 

ÜMÜMİ ORTA TƏHSİL SƏVİYYƏSİ ÜZRƏ

 

Ş A G İ R D  ÜÇÜN 

YADDAŞ KİTABÇASI

 

(ümumtəhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanı) 

 

Aşağıdakıları imtahana gətirmək qəti QADAĞANDIR! 

 

ƏZİZ ŞAGİRDLƏR! 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) biliyin  yekun qiymətləndirilməsi mərhələsində sizə 

uğurlar arzulayır! 

TQDK-nın  məqsədi  imtahanda  biliklərinizi  nümayiş  etdirmək  üçün  sizə  rahat  şərait  yaratmaq, 

şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

Yüksək bilik nümayiş etdiyiniz və imtahanın texnoloji tələblərinə düzgün əməl etdiyiniz təqdirdə uğur 

qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

 

Siz imtahana aşağıdakı sənədləri gətirməlisiniz: 

"İmtahana buraxılış vərəqəsi"ni; 

şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla)

 

 



şəxsiyyət vəsiqəsini; 

b)  əcnəbilər  şəxsi  pasportları  və  ya  icazə  vəsiqələrini,  vətəndaşlığı  olmayan  şəxslər  şəxsiyyət 

vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri 

isə qaçqın vəsiqələrini; 

təhsil  müəssisəsi tərəfindən verilmiş  və fotoşəkilləri yapışdırılmış  arayışı (arayışa şagirdin 3x4 



sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). 

DİQQƏT!

 Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda 

imtahana buraxılmayacaqsınız!  

DİQQƏT!

    İmtahan  binasına  giriş  zamanı  üzərində  mobil  telefon  və  digər  rabitə  vasitələri, 

konspekt və  başqa yardımçı vasitələr aşkar olunan şagirdlər barədə akt tərtib olunur, bu vasitələr 

və onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.  

İmtahan nəticələrinizi www.tqdk.gov.az internet saytından və sms vasitəsi ilə, iş nömrənizi 7727-yə 

göndərməklə, öyrənə bilərsiniz! 





İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ: 

1. 

Siz  imtahan  günü  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz  binanın  qarşısına 

gəlməli  (bina  haqqında  məlumat  imtahana  buraxılış  vərəqənizdə  göstərilmişdir),  özünüzlə  mütləq 

qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm gətirməlisiniz:  



2. 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  sənədləri  yoxlayan  mühafizə  əməkdaşlarına 

təqdim edib, buraxılış vərəqənizdə göstərilmiş müvafiq kodlu zala gedin. 

ŞAGİRDİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1. 

İmtahan  zalında  “İmtahana  buraxılış  vərəqəsi”ndə  göstərilən  sıra  və  yerdə  oturduqdan  sonra 

nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb  nəzarətçiyə müraciət edin. 

2. 

İzahat  qurtardıqdan  sonra  sizə  “Cavab  kartı”  paylanır.  “Cavab  kartı”nı  qara  və  ya  tünd  göy  rəngdə 

yazan, mürəkkəb axıtmayan diyircəkli qələmlə doldurun. “Cavab kartı”ndakı məlumatlar optik qurğu 

vasitəsilə  oxunur.  Ona  görə  də  “Cavab  kartı”  ilə  işləyərkən  ehtiyatlı  olun.  Dairələri  tam  qaralayın 

(nümunə:),  kartın  əks  üzünün qabarmaması  üçün  qələmi  bərk  basmayın.  Kartı  əzmək,  ləkələmək, 

zədələmək və cırmaq olmaz.  



DİQQƏT!

 Korlanmış “Cavab kartı” DƏYİŞDİRİLMİR. 

Sizə məxsus “Cavab kartı”nın 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap 

edilmişdir.  Özünüz    haqqında  çap  edilmiş  həmin  məlumatları  yoxlayın.  Uyğunsuzluq  aşkar  etdikdə 

mütləq nəzarətçiyə müraciət edin.  

2-ci  bölmədə  iş  nömrənizin  hər  bir  rəqəmini  ardıcıl  olaraq  damalara  yazın,  hər  bir  damanın 

altındakı sütunda uyğun rəqəmi tapıb, onun  yerləşdiyi dairəni qaralayın. Bu zaman diqqətli olun: hər 

sütunda  yalnız  bir  dairə  qaralanmalıdır.  3-cü  bölmədə  özünüz  haqqında  məlumatları  yazın  və 

qaydalara  zidd  hərəkətə  yol  verməyəcəyiniz  barədə  bu bölmədəki Bəyannamə  ilə  tanış  olun.  “Cavab 

kartı”nda  haqqınızda  yazdığınız  məlumatların  düzgünlüyünü  və  Bəyannamə  ilə  tanış  olduğunuzu 

imzanızla təsdiq edin. 4-cü bölmədə Sizə veriləcək “Sual kitabçası”nın variantı çap edilmişdir. 

Bundan  sonra  Sizə  üzərində  sizin  iş  nömrəniz,  soyadınız,  adınız  və  ata  adınız  çap  edilmiş  və 

“Cavab kartı”nızda göstərilmiş varianta uyğun “Sual kitabçası” paylanılır.  



DİQQƏT!

  Təqdim olunan "Sual kitabçası” sizə məxsus deyilsə və ya “Cavab  kartı”nızın 4-cü 

bölməsində  göstərilmiş  varianta  uyğun  olmazsa,  dərhal    nəzarətçiyə  müraciət  edin.  Çünki  imtahan 

nəticələriniz  qiymətləndirilərkən  cavablarınız  “Cavab  kartı”nızda  göstərilmiş  varianta  uyğun  və 

üzərində  sizin  soyadınız,  adınız  və  ata  adınız  çap  edilmiş  “Sual  kitabçası”nın  doğru  cavabları  ilə 

müqayisə  ediləcəkdir.  Odur  ki,  “Sual  kitabçası”nın  Sizin  variantınıza  uyğunluğuna  əmin  olun. 

Nəzarətçi  sual  kitabçasını  açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap  qüsurlarının  olub-

olmadığını  yoxlayın.  Bu  cür  qüsurlar  olarsa,  onların  aradan  qaldırılması  üçün  nəzarətçiyə    müraciət 

edin. 

3. 

 “İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  2 saat  vaxtdan  səmərəli 

istifadə edin. İlk 1,5 saat müddətində ana dili və riyaziyyat fənlərinin hər biri üzrə 30 test tapşırığına 

(cəmi  60  sual)  cavab  verməlisiniz.  Cavabların  “cavab  kartı”nda  qeyd  olunması  (uyğun  dairələrin 

qaralanması) üçün sərf olunan vaxt da imtahan müddətinə daxildir. Bu müddət başa çatdıqda sizdən 

cavab  kartları  yığılacaq.



 

Sonrakı  30  dəqiqə  ərzində isə sual  kitabçasında  verilmiş  mövzuda yazı  işi 

yerinə yetirməlisiniz. 

“Cavab  kartı”nın  cavablar  üçün  ayrılmış  5-ci  bölməsi  “Sual  kitabçası”ndakı  sualların  ardıcıllığına 

uyğun  olaraq  1-dən  60-dək  sıralanmışdır.  1-30  saylı  suallar  ana  dili  fənni  üzrə,  31-60  saylı  suallar 

riyaziyyat  fənni  üzrədir.  Hər  suala  verilmiş  beş  cavabdan  (bunlar  A,  B,  C,  D,  E  hərfləri  ilə 

işarələnmişdir) düzgün hesab etdiyiniz yalnız bir cavabı seçin və “Cavab kartı”nda ona uyğun dairəni 

qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.  



Təlim  dili  ingilis,  fransız  və  ya  gürcü  dillərində  olan  ümumtəhsil  müəssisələrinin  şagirdləri 

mərkəzləşmiş  qaydada  buraxılış  imtahanını  yalnız  riyaziyyat  fənni  üzrə  verirlər.  Onlara  təlim 

aparılan dildə riyaziyyat fənni üzrə 30 test tapşırığı təqdim edilir. İmtahanın müddəti 45 dəqiqədir 

 

 






Test  tapşırıqları  üzrə  ballarınız  hesablanarkən  yalnız  “Cavab  kartı”nda  qaraladığınız 

cavablar nəzərə alınır. Səhv cavabların nəticələri düzgün cavablara təsir göstərmir.  

DİQQƏT!'>Verilmiş mövzu üzrə yazdığınız yazı işi isə balla qiymətləndirilmir. Yazı işi xüsusi hallarda 

əlavə meyar kimi nəzərə alınır. 

DİQQƏT!

  Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin  cavablarınızı 



heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi  araşdırma  zamanı  köçürmə  faktı  aşkar 

edilərsə,  həm  köçürənin,  həm  də  köçürməyə  şərait  yaradanın  imtahan  nəticələri  ləğv 

olunacaqdır. 

4. 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  “Sual  kitabçası”nda  boş yerlər  nəzərdə tutulmuşdur.  Buna 

görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

5. 

İmtahanın başlanmasından 1 saat  keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından 

çıxmaq qadağandır. İmtahandan çıxan şagirdlər cavab kartı ilə birlikdə sual kitabçasını da nəzarətçiyə 

təhvil verməlidir.   



6. 

İmtahan  bağlandığı  andan  1  saat  30  dəqiqə  müddət  keçdikdən  sonra  test  tapşırıqları  üçün  ayrılmış 

vaxt  başa  çatır.  Siz  cavab  kartını  zal  nəzarətçisinə  təhvil  verməlisiniz  və sonrakı  30  dəqiqə  ərzində 

yazı  işini  yerinə  yetirməlisiniz.  “İmtahan  qurtardı!”  elan  olunduqda  isə  sual  kitabçanızı  da  mütləq 

nəzarətçiyə təhvil verməlisiniz.  

7. 

Sual  kitabçasını da  nəzarətçiyə  təhvil  verdikdən  sonra  “İmtahana buraxılış  vərəqəsi”ndə  nəzarətçiyə  

imza  etdirməlisiniz.  Cavab  kartını    və  sual  kitabçasını  nəzarətçiyə  təhvil  verməsəniz,  imtahan 

nəticələriniz ləğv olunacaqdır.  



DİQQƏT!

  “Cavab  kartı”nın  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə  şagird  şəxsən  məsuliyyət 

daşıyır. 

8. 

Siz  cavab  kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin  üzərindəki  aktı 

imzalaya bilərsiniz.  

ŞAGİRDƏ QADAĞANDIR: 

-   saxta sənəd təqdim etmək; 

-   imtahana mobil telefon, xarici yaddaş qurğuları və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, 

cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;  

-   yandırıcı,  partlayıcı,  kəsici,  deşici,  atıcı  və  digər  bu  növ  əşyalarla  imtahan  binasına  girmək,  özü  ilə 

siqaret gətirmək; 

-   sual  kitabçaları  paylandıqdan  sonra  hər  hansı  bir  səbəbə  görə  imtahan  zalını  tərk  edib  yenidən  geri 

dönmək; 


-   nizam-intizam  qaydalarını  pozmaq;  zalda  yerini  dəyişmək,    gəzişmək,  yerindən  durmaq  və  bu  kimi 

hallarla imtahanın gedişinə mane olmaq; 

-   başqasının cavab kartına,  sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının 

baxması üçün şərait yaratmaq;  

-   “İmtahan  başlandı!”  elan  olunan  andan  1  saat  müddətində  və  imtahanın  son  15  dəqiqəsi  ərzində 

səbəbindən asılı olmayaraq imtahan zalından çıxmaq;  

-   nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 

Cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq. 



DİQQƏT!

 Şagirdin göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə 



imtahandan xaric olunur və onun imtahan nəticələri ləğv olunur. 

 

TQDK  şagirdin  imtahan  qaydalarına  zidd  hərəkətini  imtahandan  sonra  da  aşkar  etmək  üçün 



müxtəlif üsullardan istifadə edir. 

 

Əgər  Siz  imtahan  zamanı  qaydaların  pozulması  halları  ilə  rastlaşsanız,  mütləq  nəzarətçiyə 



müraciət edin, nəzarətçi lazımi ölçü götürməzsə, imtahan rəhbərinin və ya TQDK-nın nümayəndəsinin 

zala gəlməsini tələb edin. 

 

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi zamanı nizam-



intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən  sonra  Sizin  onlara  sual  verməniz,  onların 

Sizə yaxınlaşıb hər hansı bir məlumat almaq üçün müraciət etməsi imtahan qaydalarına ziddir.  




 

Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun  olmazsa,  bu  barədə 



imtahan rəhbəri zala gəldikdə ona məlumat verin. Siz imtahan binasından çıxdıqdan sonra imtahanın 

gedişi ilə əlaqədar şikayətlərinizə baxılmayacaqdır. 

 

Sizə müvəffəqiyyətlər arzulayırıq! 

  

 



CAVAB KARTININ NÜMUNƏSİ 

 

 

 

 

Yüklə 39,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə