N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə7/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   2   3   4   5   6   7   8   9   10   ...   41

14
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
oldum. Birinci sinifdən etibarən mən dərslərimi davamlı şəkildə yaxşı oxumuşam, hər zaman
məsuliyyətli olmuşam. Heç vaxt dərsdən qalmamışam. Riyaziyyatdan heç bir hazırlığa getməmiş,
məktəbdə öyrəndiklərimə əsasən imtahan vermişəm. Abituriyentlərə tövsiyəm odur ki, dərslərinə
hər zaman məsuliyyətlə yanaşsınlar, verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etsinlər,
öyrəndiklərini müntəzəm olaraq təkrarlayıb möhkəm yadda saxlamağa çalışsınlar, test tapşırıqları,
xüsusilə açıq tipli test tapşırıqları üzərində çox işləsinlər.
Haşiyə:
Dostu Sərdarlı Kamilin Kamran Həmidov haqqında dediklərindən...
IV qrup üzrə 700 ballıq nəticə göstərən Sərdarlı Kamil məktəb yoldaşı və dostu Kamran Həmidov
haqqında dedi ki, o, dərslərə hazırlıqda çox məsuliyyətli idi. Birgə oxuduğumuz müddətdə onun
dərsə hazırlıqsız gəldiyini heç vaxt görmədim. Ətrafdakı insanlara qarşı çox diqqətcildir.
İmtahanlara məndən çox hazırlaşırdı. Dərsdən sonra Kamranla tez‑tez tennis oynayırdıq.
Nəticələrimiz hər zaman bərabər olurdu. Uzun illər bir partada oturmuşuq. Məktəbdə başlayan
dostluğumuz bu günə kimi davam edir və inanıram ki, gələcəkdə də davam edəcək.
Kamil Sərdarlı IV ixtisas qrupu üzrə rekord nəticə (700 bal) göstərən
2  abituriyentdən biridir. Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.
Məktəbi qızıl medalla bitirib. Kamil Sərdarlı Azərbaycan Tibb Universitetinə
qəbul olsa da, sonradan təhsilini Türkiyənin Hacəttəpə Universitetinin tibb
fakültəsində davam etdirmək qərarına gəlib. 
‑ Qəbul imtahanından öncə yüksək nəticə göstərəcəyinə inanırdınmı?
‑ İmtahandan əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi
sınaqlarda iştirak edirdim. Burada hər zaman 600 baldan yüksək nəticə əldə edirdim. Qəbul
imtahanında da 650 baldan çox toplayacağıma əmin idim. Ancaq 700 ballıq nəticə göstərəcəyimi
gözləmirdim.
İmtahanda yüksək nəticə əldə etmək üçün nələr etmək lazımdır?
Şagirdlər, ilk növbədə ibtidai siniflərdən yaxşı oxumalı və dərslərinə mütəmadi olaraq hazırlıqlı
getməlidirlər. Aşağı siniflərdə yaxşı oxuyarsansa, 10‑11‑ci siniflərdə öyrənilən materiallar sənə təkrar
kimi görünəcək. Bu yolla da imtahanda yaxşı nəticə əldə edəcəksən. Təbii ki, qəbul imtahanına ciddi
hazırlaşmalı və qarşına qoyduğun məqsədə çatmaq üçün var gücünlə çalışmalısan. İmtahanda
həyəcanlanmamalı, çox diqqətli olmalısan. İmtahanda yüksək nəticə əldə etmək üçün, məncə, üç
amil əsasdır: diqqət, məsuliyyət və inam. Bunların üçü də olduqda uğurlu nəticə əldə etmək
mümkündür.
‑ Bu il sizin liseyin 3 məzunu qəbul imtahanlarında 700 bal toplayıb. Fikrincə, məzunlarınızın
nəticələrinin yüksək olması nə ilə bağlıdır?
‑ Bizim məktəbin nəticələri hər il yüksək olur və inanıram ki, bu, gələcəkdə də belə olacaq.
Liseyimizdə həm müəllimlər, həm də şagirdlər dərslərə böyük məsuliyyətlə yanaşırlar. Qayda‑
qanun, intizam möhkəmdir.
Gərək ki, repetitorla hazırlaşmamısan. Qəbul imtahanına müstəqil hazırlaşmaq çətin deyildi?
Kamranla müsahibə zamanı etiraf etdi ki, o, təbiətən qapalı insandır. Ancaq bu, ona adamlarla
dil  tapmağa,  ünsiyyət  qurmağa  mane  olmur.  Gəzməyi  xoşlamır.  Qeyd  etdi  ki,  7  ildir  Bakıda
olmasına  baxmayaraq  paytaxtı,  demək  olar  ki,  yaxşı  tanımır.  Sosial  şəbəkələrdən  istifadə  etmir.
Hesab  edir  ki,  ona  sərf  olunan  vaxtdan  daha  səmərəli  yararlanmaq  olar.  İdman  növlərindən
stolüstü tennisi çox sevir.


15
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
‑ Doğrudur, repetitor yanına getməmişəm, özüm müstəqil hazırlaşmışam. Məktəbimizdə xüsusi
kurslar təşkil olunmuşdu və boş vaxtlarımda bəzən oradakı məşğələlərə də gedirdim. Fikrimcə,
yüksək nəticəni müstəqil şəkildə (repetitorsuz) hazırlaşmaqla da əldə etmək mümkündür. 
‑ Təhsilini Türkiyədə davam etdirmək istəyin nə ilə bağlıdır?
‑ Türkiyənin Hacəttəpə Universiteti reytinq göstəriciləri çox yüksək olan ali məktəbdir. Belə bir
universitetdə daha mükəmməl təhsil almaq mümkündür. Düzdür, tədris ingilis və türk dillərində
aparılır. Buna görə bir il hazırlıq kursu keçmək lazımdır. Çalışacağam ki, bütün bu problemləri
uğurla həll edim. 
‑ Hazırlıq dövründə vaxt bölgüsünü necə aparırdın?
‑ Mən qəbul imtahanı ilə yanaşı Türkiyə ali məktəblərinə də hazırlaşdığım üçün vaxtım az olurdu. 
‑ Qəbul imtahanına hazırlaşan abituriyentlərə tövsiyələrin...
‑ Bəzi abituriyentlər belə fikirləşirlər ki, repetitor yanına getmək kifayətdir. Amma ən əsas məsələ
müəllimin verdiyi tapşırıqları yerinə yetirməkdir. Elə uşaqlar var ki, məşğələlərə gəlirlər, ancaq
dərsləri hazırlamırlar. Bu da özünü aldatmaqdır, havayı vaxt itkisidir. Ev tapşırıqlarını vaxtlı‑
vaxtında yerinə yetirmək, məsuliyyətli olmaq lazımdır.
Haşiyə:
‑ Kamran Həmidovun Kamil Sərdarlı barədə fikirləri
Kamil dostlarımın içərisində mənə ən yaxın olanıdır. O, həqiqi dostdur. İnsanlarla səmimi
münasibət qurmağı bacaran, işlərinə məsuliyyətlə yanaşan bir gəncdir. Kamillə ortaq
keyfiyyətlərimiz var. Bu da bizi bir‑birimizə bağlayır. Hər ikimiz Türkiyədə təhsil alacağıq. İnanıram
ki, dostluğumuz bundan sonra da davam edəcək.
Müsahibələri apardı:
Könül Cəfərova
Kamillə  söhbətdən  məlum  oldu  ki,  o,  futbol  və  tennis  oynamağı  sevir.  Bunlardan  isə  futbola
daha çox üstünlük verir.
Söhbət zamanı Kamil Sərdarlı gələcək arzu və məqsədlərindən də danışdı: “Xaricdə təhsili başa
vurduqdan  sonra  Azərbaycana  qayıdıb  işləyəcəyəm.  Orada  öyrəndiyim  bilik  və  bacarıqları
Azərbaycanda tətbiq etməyə çalışacağam“.


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə