N11-1-ci qrup Layout 1


ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ



Yüklə 7,04 Kb.
Pdf görüntüsü
səhifə8/41
tarix24.12.2017
ölçüsü7,04 Kb.
#18135
1   ...   4   5   6   7   8   9   10   11   ...   41

16
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ənənəvi olaraq qəbul imtahanlarında 600‑dən
çox bal toplamış abituriyentlərlə anket sorğusu keçirmişdir. Sorğuda abituriyentlərdən
qəbul imtahanına necə hazırlaşması (müstəqil, repetitorla, hazırlıq kurslarında), hazırlığın
müddəti, qəbul üçün hansı motivasiyanı əsas tutması, ixtisas seçiminə kimlərin və nələrin
təsir etməsi, imtahan suallarının məzmunu, çətinlik dərəcəsi, o cümlədən açıq tipli test
tapşırıqları, imtahana ayrılan vaxt, imtahanda yaradılan şərait və s. barədə rəyləri
soruşulub. Sorğuda bilik yarışı öncüllərinə qəbul imtahanına hazırlaşmaqla bağlı öz
təcrübələrini gələcək abituriyentlərlə bölüşmək, məsləhət, tövsiyə, rəy, arzu və təkliflərini
bildirməyə də imkan yaradılıb. Aşağıda anket suallarına cavablardan daha çox diqqət
çəkən nümunələri, ardınca isə anket sorğusunda iştirak edib özü haqqında informasiya və
foto şəklini təqdim edən hər bir yüksək ballı gəncin topladığı bal, qəbul olduğu ixtisas,
bitirdiyi ümumtəhsil məktəbi haqqında məlumatları təqdim edirik.
Bilik yarışı öncüllərinin gələcək abituriyentlərə
məsləhət və tövsiyələri
Məmiyeva Gülay (I qrup, 662 bal) – Abituriyentlər, ilk növbədə qarşılarına konkret
məqsəd qoymalı, hədəflərini dəqiq müəyyən etməlidirlər. Məqsəd olmasa, irəli getmək
olmaz. Qəbula hazırlaşan şagirdlərə demək istəyirəm ki, gələcəkdə yüksək bal toplamaq
arzusundasınızsa, bu arzunun həyata keçməsinə buraxılış sinfindən yox, aşağı siniflərdən
başlamaq lazımdır. Bir‑iki il hazırlaşmaqla yüksək nəticə əldə etmək olmaz. Adətən, son
təhsil ili gərgin keçir, istər‑istəməz adamda yorğunluq yaranır. Fiziki cəhətdən, eləcə də
ruhən yorğun olanda isə keyfiyyətli bilik əldə etmək mümkün olmur. Ona görə də qəbulda
yüksək nəticə əldə etmək üçün səylər aşağı siniflərdən başlanmalıdır.
Anar Abdullayev (I qrup, 653 bal) –Qəbul imtahanına hazırlaşan abituriyentlər
arzularının həyata keçməsi üçün səmərəli vaxt bölgüsü müəyyən etməlidirlər. Onlar yaxşı
oxuduqları kimi, yaxşı da istirahət etməlidirlər. Bəzi əyləncə və məşğuliyyətlərdən uzaq
olmalıdırlar. Proqram materiallarını kor‑koranə əzbərləməməli, hər bir mövzunu dərk
edərək öyrənməli və yadda saxlamalıdırlar.
Samir Ağabalayev (I qrup, 665 bal) ‑ Abituriyent uğur qazanmaq üçün əzbərçilikdən
qaçmalı, mövzuları dərk edərək öyrənməlidir. Biliklərinin davamlı və etibarlı olması üçün
təkrara da vaxt ayırmalıdır. İmtahan zamanı sualı tam aydın dərk etməli və cavab verərkən
çox diqqətli olmalıdır.
Könül Əlizadə (I qrup, 642 bal) – Mən TQDK‑nın dərs vəsaitlərindən çox
bəhrələnmişəm. İstərdim ki, gələcək abituriyentlər məktəb dərslikləri ilə yanaşı, TQDK‑nın
vəsaitlərindən də istifadə etsinlər, eləcə də mütəmadi olaraq test tapşırıqları üzərində
müstəqil işləməyi öyrənsinlər.
Əsgərova Sara (I qrup, 665 bal) – Dərslərini səylə oxusunlar, hər mövzuya aid test
nümunələri üzərində işləsinlər. Vaxtaşırı öyrəndiklərini təkrar etsinlər. Vaxt bölgüsündə
istirahətə də yer ayırsınlar. İxtisası öz arzu və bilik səviyyələrinə görə müəyyən etsinlər.
Nicat İsazadə (I qrup, 657 bal) ‑ İmtahanlara yaxşı hazırlaşmalarını və yalnız öz
biliklərinə güvənmələrini tövsiyə edərdim, digər yardımçı üsul və vasitələrə ümid etmək
özünü aldatmaqdır. 
Rəşad Cəlalov (I qrup, 619 bal) – Gələcək abituriyentlərə məsləhət görərdim ki, bilik
öyrənməklə yanaşı, istirahət etməyi də unutmasınlar. Hərdən musiqi də dinləsinlər,
idmanla da məşğul olsunlar. Gümrahlıq və şən əhvali‑ruhiyyə zehni gərginliyin aradan
qaldırılmasına çox kömək edir. Əks halda, qəbul imtahanı kimi ciddi prosesdə yorğun və
əzgin orqanizmlə istədiyin uğuru qazana bilməzsən.


17
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Nihad Əsədli (I qrup, 653 bal) – Məncə, hər kəs öz bilik səviyyəsini düzgün müəyyən
etməli, bacarıq və qabiliyyətinə uyğun ixtisas seçməlidir. Müvəffəqiyyət üçün zəhmətə
qatlaşmaq, səylə oxumaq lazımdır. 
Cavid Məmmədli (I qrup, 652 bal) – Ən başlıca məsələ odur ki, müəllimlərin verdiyi
tapşırıqları vaxtlı‑vaxtında və keyfiyyətlə yerinə yetirsinlər. TQDK‑nın nəşr etdiyi dərs
vəsaitləri və test topluları ilə daha çox işləsinlər.
Gülnar Hüseynli (I qrup, 647 bal) – Gələcək abituriyentlərə məsləhətim budur ki,
məktəbdə tədris olunan bütün fənlərə eyni məsuliyyətlə yanaşsınlar. Çünki təməl
ümumtəhsil məktəbində qoyulur. Repetitorun köməyi ilə hazırlaşmaq məktəbdə əldə
edilən bilikləri daha da möhkəmləndirmək üçündür.
Tərlan Ramazanlı (I qrup, 635 bal) –Qəbul imtahanında uğur qazanmağın əsas
şərtlərindən biri test tapşırıqları ilə işləmək bacarığıdır. Odur ki, hər bir abituriyent
imtahana yaxşı hazırlaşmaqla bərabər, testlərlə işləməyi də öyrənməli, istər TQDK‑nın
keçirdiyi sınaq imtahanlarında, istərsə də müstəqil şəkildə bu bacarığa yiyələnməyə
çalışmalıdır.
İlkin Aslanlı (I qrup, 635 bal) – Hər bir şagird məktəbdə oxuyarkən dərslərə ciddi
yanaşmalı, mövzuları dərindən öyrənməlidir. Biliklərinin möhkəm olması üçün
öyrəndiklərini müntəzəm olaraq təkrarlamalıdır. Abituriyentlərə ixtisas seçimində də
diqqətli olmağı məsləhət görürəm.  
Aynaz Mirzəzadə (I qrup, 627 bal) – Uğur qazanmaq asan deyil. Kim çox çalışır və
zəhmət çəkirsə, istəyinə hökmən çatır. İnamla, səylə oxumaq və vaxtı düzgün bölmək
lazımdır.
Aysel Məmiyeva (I qrup, 619 bal) –İnsanın özünə inamı olmalıdır. 600‑dən yuxarı bal
toplamaq üçün sistemli çalışmaq, daim axtarışda olmaq və bütün mövzuları dərindən
öyrənməyə səy göstərmək lazımdır.
Sevinc Əliyeva (II qrup, 680 bal) ‑ Məktəb proqramını yaxşı mənimsəməyə çalışsınlar.
Mütəmadi olaraq sınaq imtahanlarında iştirak etsinlər. Qarşılarına çıxan maneələri
müəllimlərinin və yaxşı oxuyan yoldaşlarının köməyi ilə aradan qaldırsınlar. Psixoloji
cəhətdən sakit və rahat olmağa çalışsınlar. 
Rəfael Həzizadə (II qrup, 657 bal) ‑ Gələcək abituriyentlərə məsləhət görərdim ki, bütün
sınaq imtahanlarında iştirak etsinlər, sınaq imtahanlarının özünə də ciddi hazırlaşsınlar,
öyrəndiklərini sınağa qədər təkrar etsinlər.
Tural Əhmədov (II qrup, 652 bal) ‑ Qəbul imtahanında yüksək nəticə əldə etmək üçün
tədris materiallarını sistemli şəkildə oxumaq lazımdır. Abituriyent öyrəndiklərini
mütəmadi olaraq təkrar etməli və sınaqlarda iştirak etməklə öz bilik səviyyələrini
müəyyənləşdirməlidir.
Mədinə Əmiraslanova (II qrup, 646 bal) ‑ Uğur qazanmağın ən birinci şərti
özünəinamdır. Gələcək abituriyentlərə uğurlar arzulayıram və demək istəyirəm ki, hər
zaman özünüzə güvənin, biliklərə dərindən yiyələnməyə çalışın.
Şahin Bədirxanlı (II qrup, 645 bal) – Vaxtlarını düzgün bölsünlər. Qəbula hazırlaşdıqları
müddətdə bəzi məşğuliyyətlərdən (internet oyunları, əyləncə, qonaqlıq və s.) uzaq olsunlar.
Cavid Babazadə (II qrup, 639 bal) ‑ Bütün sınaqlarda və qəbul imtahanında 3 saat
oturmağı bacarsınlar. İmtahanda parta yoldaşı ilə ünsiyyət qurmasınlar, bir‑birlərinə kömək


Yüklə 7,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə