MüSTƏQİLLİYİMİZ ƏBƏDİDİR iyirmi ikinci kita b sentyabr, 1999 -noyabr, 1999



Yüklə 3,09 Mb.
Pdf görüntüsü
səhifə30/157
tarix24.12.2017
ölçüsü3,09 Mb.
#17768
1   ...   26   27   28   29   30   31   32   33   ...   157

_____________________________________________ 

95

 



Bilirsiniz ki, biz dövlət müstəqilliyini  əldə edəndən sonra 

xarici investisiyanın Azərbaycana və xüsusən, birinci növbədə 

neft və qaz sahəsinə  cəlb edilməsi işi ilə daim məşğul oluruq. 

Biz bu sahədə artıq çox böyük nailiyyətlər əldə etmişik. “Əsrin 

müqaviləsi” imzalandıqdan sonra təkcə bu müqavilənin icra 

olunması üçün Azərbaycana 2 milyard ABŞ dolları məbləğində 

investisiya gəlibdir. Ondan sonrakı müqavilələrin imzalanması 

və  həyata keçirilməsi ilə bağlı da Azərbaycana investisiyalar 

gəlir. Bu investisiyaların böyük bir hissəsi “LUKoyl” şirkətinə 

məxsusdur. Demək, biz Rusiya Federasiyasından Azərbaycanda 

uzım müddətli iş görmək üçün investisiyalar alırıq və bunu da 

birinci növbədə “LUKoyl” şirkəti həyata keçirir. 

“LUKoyl”  şirkətinin Azərbaycanın iqtisadiyyatında iştirak 

etməsi və ölkəmizlə  əməkdaşlığı Rusiya Federasiyası ilə 

Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin inkişaf 

etməsinin gözəl nümunəsidir. Biz bunu yüksək qiymətləndirir və 

arzu edirik ki, - mən bunu Rusiyanın yanacaq və energetika 

naziri cənab Kalyujm burada olarkən onu da dedim, - Rusiya 

Federasiyasının digər neft şirkətləri də, yaxud başqa şirkətləri də 

Azərbaycana gəlsinlər, ölkəmizə 

sərmayə 

gətirsinlər, 

Azərbaycanla müştərək iş görsünlər.  Əgər “LUKoyl” bunu 

edirsə, demək, Rusiya kimi böyük bir dövlətin başqa  şirkətləri 

də bunu edə bilərlər. Xüsusən ona görə ki, biz ötən beş ildə 

özümüzü etibarlı bir tərəfdaş kimi göstərmişik.  Əgər Rusiya 

Federasiyasının başqa  şirkətləri bunu hələ indiyədək 

etməyiblərsə, bu, onların günahıdır, bizim günahımız deyildir. 

Мən bir daha bəyan edirəm ki, biz Rusiya Federasiyası ilə  və 

ona məxsus olan digər  şirkətlərlə bütün sahələrdə  əməkdaşlıq 

etməyə hazırıq. 

Bugünkü hadisə  məni bir daha ona görə sevindirir ki, 

Azərbaycanda, Bakıda çox güclü inşaat işi gedir. Biz son illərdə 

“akı  şəhərində çox böyük əhəmiyyətə malik olan, müasir 

memarlıq üslubu daşıyan, müasir tələblərə cavab verən bir neçə 

bina inşa edib istifadəyə vermişik. Biz dünən Bakı hava 




_____________________________________________ 

96

 



limanının aerovağzal kompleksinin açılışı münasibətilə təntənəli 

mərasim keçirdik. Bu, bizim həqiqətən böyük nailiyyətimizdir. 

Şübhəsiz ki, bunu da xarici sərmayəni cəlb edərək, xarici 

şirkətlərlə,  о cümlədən Türkiyənin, Böyük Britaniyanın 

şirkətləri ilə  əməkdaşlıq edərək həyata keçirə bilmişik. Ancaq 

biz bunu etmişik, edirik və bundan sonra da edəcəyik. 

Bakı hava limanının aerovağzal kompleksi böyük memarlıq 

abidəsidir. Sərnişinlər üçün, bütün uçuş əməliyyatlarının həyata 

keçirilməsi üçün orada hər cür şərait yaradılıbdır. Bu binanın 

xarici də, daxili də, interyeri də, eksteryeri də çox gözəldir. 

Mənə belə  gəlir ki, Bakı hava limanının yeni aerovağzal 

kompleksi dünyanın  ən böyük şəhərlərinin aerovağzal 

kompleksləri ilə müqayisə oluna bilər və  bəlkə onların bir 

çoxundan da gözəldir. 

Müstəqil Azərbaycan yaşayır, müstəqil Azərbaycanın 

iqtisadiyyatı inkişaf edir, müstəqil Azərbaycanda sürətli inşaat 

işləri gedir. İnşaat həyatın çox əhəmiyyətli bir sahəsidir. İnşaat 

ölkəyə, şəhərə yeni-yeni binalar gətirir, iş fəaliyyətinin, yaşayış 

şəraitinin yaxşılaşmasını təmin edir və öz memarlıq nümunələri 

ilə şəhəri gözəlləşdirir. 

Мən çox sevinirəm ki, həyatımızın bu ağır, çətin dövründə, 

böyük sosial-iqtisadi problemlər içərisində olduğumuz zaman 

biz belə böyük işlər görə bilirik. “LUKoyl” şirkətinin bu gün 

bizə göstərdiyi bu gözəl bina mənim dediklərimə  əyani 

sübutdur. Ümidvaram ki, “LUKoyl” şirkətinin Bakıda olan 

hissəsi burada daha da uğurlu fəaliyyət göstərəcək, bizim 

əməkdaşlığımız getdikcə genişlənəcək və bu şirkət 

Azərbaycanda çox görkəmli yer tutacaqdır. 

“LUKoyl” 

şirkətinə, onun Azərbaycanda çalışan 

əməkdaşlarına Bakıda və bütün dünyada gördükləri işlərin 

hamısında uğurlar arzulayıram. “LUKoyl” şirkətinin prezidenti, 

bizim həmyerlimiz Vahid Ələkbərova bu böyük və  dəyərli 

işində böyük-böyük müvəffəqiyyətlər arzulayıram. Sağ olun. 

  



_____________________________________________ 

97

 



BEYNƏLXALQ GƏNC PREZİDENTLƏR  

TƏŞKİLATININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı 



 

2 oktyabr 1999-cu il 

 

Hörmətli qonaqlar, mən sizi səmimi-qəlbdən 



salamlayıram və sizin Azərbaycanla tanış olmaq təşəbbüsünüzü 

çox bəyənirəm. Şübhəsiz, arzu edirəm ki, Azərbaycan haqqında 

yaxşı  təəssüratlar toplaya biləsiniz.  Мən bu qədər böyük 

tərkibdə nümayəndə heyətini çoxdan görməmişdim. Sizin 

hamınızın bir уегə toplaşmağınız və birlikdə səyahət etməyiniz 

də çox maraqlı hadisədir. 

Bildiyimə görə, siz gənc iş adamları, biznesmenlərsiniz. 

Azərbaycana, bölgənin başqa ölkələrinə səyahətiniz də, yəqin ki

müəyyən işlər görmək məqsədi daşıyır. Bu, sizin üçün nə qədər 

əhəmiyyətli olsa da, о  qədər, bəlkə ondan da çox bizim üçün 

əhəmiyyətlidir. Çünki gənc, müstəqil ölkə, öz iqtisadiyyatını 

dünya iqtisadiyyatı ilə  sıx bağlamaq siyasəti aparan bir ölkə 

kimi Azərbaycanın, şübhəsiz ki, belə görüşlərə çox ehtiyacı var. 

Güman edirəm ki, siz burada olduğunuz müddətdə bizim 

həyatımızı  qısa da olsa hiss etmisiniz. Müşavirim Vəfa 

Quluzadə  mənə bildirdi ki, о sizə bu barədə çox ətraflı 

məlumatlar veribdir. Ancaq hiss edirəm ki, siz mənim dilimdən 

də nə isə eşitmək istəyirsiniz. 

Onu deyə bilərəm ki, Azərbaycan oktyabr ayının 18-də öz 

müstəqilliyinin səkkizinci ilini qeyd edəcəkdir. Yeni həyat 

quran, yeni yolla gedən xalq, ölkə üçün səkkiz il о qədər də 

  

 



 


Yüklə 3,09 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə