Müşahidə Şurası sədrinin müraciəti İdarə Heyəti sədrinin müraciəti



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə10/12
tarix20.09.2018
ölçüsü4,76 Mb.
#69427
1   ...   4   5   6   7   8   9   10   11   12

39

38

Çar Rusiyası tərəfindən 



buraxılan və Azərbaycanda 

1850-1912-ci illərdə

dövr edən əskinazlar



41

40

Korporativ biznesə xidmət



2011-ci ili korporativ müştərilər və biznes-dairələrinə 

“Unibank” tərəfindən göstərilən xidmətlərin 

inkişafında önəmli dövr olduğunu adlandırmaq olar. 

İlk növbədə ona görə ki, hesabat ilində korporativ 

xidmətlər bloku üzrə bir neçə vacib göstəricilərin 

artımı müşahidə edilir. Korporativ müştərilərin kredit 

portfelində artım qeyd olundu, hesablaşma-kassa 

əməliyyatlarının həcmi və ən əsası sayı yüksəldi, 

xidmət olunan müştərilərin biznes-fəaliyyəti isə 

önəmli sürətdə genişləndi. Bundan başqa, il ərzində 

korporativ müştərilər və biznes sahiblərindən cəlb 

olunan depozit portfeli əvvəlki il ilə müqayisədə 

11,1% artırılıb. Nəticə olaraq, son zamanlar bank 

xidmətləri bazarında ən çətin sayılan xidmətlər 

blokunun inkişafında, sadalanan göstəricilərlə bərabər 

maliyyə effektivlik də artıb. Bankın mənfəətinə 

birbaşa təsir göstərən problemli korporativ kreditlərin 

uğurlu idarə olunmasıdır. Bu növ borcalmaların sayı 

və həcmi 2011-ci ildə azaldılıb, bu da öz növbəsində 

yeni müştərilərin kreditləşdirilməsində konservativ 

yanaşmadan kənar olmağa imkan verir.

2011-ci ildə “Unibank” qarşısında duran prioritetlərdən 

biri tranzaksiya biznesinin inkişafı olub. Bunun 

üçün korporativ müştərilərin əməliyyatlar modeli 

təkmilləşdirilərək, Bankın komissiya siyasətində 

isə müştərinin loyallığı naminə güzəştlərin 

tətbiq olunması başlanıb. Atılan addımlarla 

bərabər korporativ müştərilər tərəfindən aparılan 

əməliyyatların daha tez və rahat həyata keçirilməsi 

üçün İnternet-bank proqram təminatının interfeysi 

və funksionallığı təkmilləşdirilib. İl ərzində korporativ 

müştərilərin sayı 3 926 –dan 4 041-ə qədər artıb.

2011-ci il ərzində «Unibank» fəal sürətdə müştərilərin 

ticarət və ixrac maliyyələşdirməsini aparıb. Bu növ 

əməliyyatlarının həcmi 2010-cu il ilə müqayisədə 

37% artaraq, 16 milyon manata bərabər olub. Bank 

ixrac-kredit agentliklərinin zəmanətlərindən və 

strukturlaşdırılmış maliyyələşdirmə alətlərindən 

istifadə etməklə ticarət maliyyələşdirilməsi 

alətlərini inkişaf etdirib. Bu zaman zəmanətli 

əməliyyatlardan əldə olunan gəlir 280 min manata 

yaxın olub. Korporativ biznesə göstərilən inkassasiya 

xidmətlərinin göstərilməsi üzrə gəlirlər də 92 min 

manat təşkil edib.

Ənənəvi olaraq, korporativ müştərilərin kreditləşməsi 

«Unibank» üçün əsas hədəflərdən biridir. 2011-ci 

il ərzində Bank korporativ müştərilərə 63 milyon 

manat məbləğində kreditlər ayırıb. Təbii ki, Bankın 

rəqabət üstünlükləri sırasında kiçik və orta biznesin 

dəstəklənməsi olub. Bu mənada hesabat ili də 

istisna təşkil etməyib, 2011-ci ildə Bank sabit 

maliyyə vəziyyəti olan kiçik və orta müəssisələrə 59 

kredit vəsaiti ayırıb. Kiçik sahibkarlıq subyektlərinin 

müəyyənləşdirilməsində inkişaf etmiş ölkələrin 

təcrübəsinə əsaslanmış, beynəlxalq qurumların 

tövsiyələri nəzərə alınmışdır. Sənaye və tikintidə 

işçilərin sayı 50 nəfərdən az və illik dövriyyəsi 500 

min manatadək, kənd təsərrüfatında işçilərin sayı 25 

nəfərdən az və illik dövriyyəsi 250 min manatadək, 

topdansatış ticarətdə işçilərin sayı 15 nəfərdən az 

və illik dövriyyəsi 1 milyon manatadək, pərakəndə 

satış ticarət, nəqliyyat, xidmət və digər iqtisadi 

fəaliyyət növlərində işçilərin sayı 10 nəfərdən az və 

illik dövriyyəsi 250 min manatadək olan müəssisələr 

kiçik sahibkarlıq subyektləri hesab olunurlar. İl ərzində 

Bank Azərbaycan Respublikası Sahibkarlığa Kömək 

Milli Fondunun müvəkkil kredit təşkilatı kimi kredit 

yarmarkalarında iştirak etmişdir. Nəticədə güzəştli 

kredit almaq üçün sahibkarlıq subyektlərinin onlarla 

müraciətləri qəbul edilib və qeydiyyata alınıb. Qeyd 

edək ki, Fond tərəfindən aparılan monitorinq zamanı 

güzəştli kredit vəsaitlərinin təyinatdan kənar istifadə 

edilməməsi halları aşkar edilməyib.

Bundan başqa, 2011-ci ilin sonunda sahibkarlar və 

korporativ müştərilər üçün «Faizlər hədiyyə» aksiyası 

keçirildi. Aksiyanın şərtlərinə görə, ilk ayda müştərilər 

tərəfindən ödənilməyəcək faizlər hesabına biznes-

kreditlərin dəyəri aşağı endirilib. Belə ki, 2011-ci 

ilin dekabrın 1-dən 2012-ci ilin yanvarın 31-dək 

müraciət etmiş sahibkarlar və korporativ müştərilər 

üçün, kreditin cəlb olunduğu ilk ay ərzində faiz 

hesablanmırdı. Aksiyanın şərtləri biznes-kreditlərinin, 

demək olar ki, bütün növlərinə, o cümlədən dövriyyə 

vəsaitlərinin artırılması, əsas vəsaitlərin əldə olunması, 

malların alınması, xidmətlərin ödənilməsi, vacib 

sövdələşmələr üzrə öhdəliklərin yerinə yetirilməsi 

üçün cəlb olunan vəsaitlərə şamil edildi. Biznes-

kreditlər üzrə tətbiq olunan illik faiz dərəcəsi 18% 

təşkil edib, kreditləşmə müddəti 1 ildən 4 ilə qədər, 

güzəştli şərtlərlə kreditlərin məbləği isə 20000-

500000 AZN-ə qədər olub. Aksiyanın əsas üstünlüyü 

kreditin qaytarılması müddətinin təxirə salınması 

yox, ilk ay üçün faiz dərəcəsinin ödənilməməsidir. 

Bu da müştəri xərclərinin azaldılması və “Unibank”-

ın Azərbaycan biznesinin etibarlı tərəfdaşı kimi 

mövqeyini möhkəmlənməsinə xidmət edir.

İnformasiya texnologiyalari

“Unibank”-ın yenilikçi xidmətlərlə seçilməyi və uğuru 

bir çox hallarda tətbiq və istifadə etdiyi informasiya 

texnologiyalardan asılıdır. Hesabat ili ərzində kredit 

fəallığın nəzərə çarpacaq dərəcədə artımını nəzərə 

alsaq, informasiya texnologiyaları sahəsində də bir 

neçə layihənin həyata keçməsini qeyd etmək lazımdır. 

İlk əvvəl Bankın skorinq sistemləri yeni ORACLE 

platformasına keçirildi. Nəticədə bütün məhsullar 

üzrə paket sənədlərin formalaşması və çap edilməsi 

mümkün oldu. Bu məhsullar sırasına “Al Kart” kredit 

kartları ilə bərabər, Nağd kredit, blank kreditləri və 

Bankın tərəfdaşları vasitəsi ilə (Embawood, DNS və 

digər) təqdim edilən kreditlər daxil edildi. Bundan 

başqa, ilk dəfə olaraq 2010-cu ildə işə salınan 

“UCAS” Kredit risklərinin təhlili sisteminin korporativ 

müştərilərin sifarişlərinə şamil olunması təmin olundu.

2011-ci ildə Bankda İT-infrastrukturun daima artan 

əməliyyatların həcminə uyğunlaşdırılması prosesi başa 

çatdırılmışdır, server və kompüter parkının yenilənməsi 

yekunlaşdırılıb, yeni nəsil rabitə sisteminin proqram 

təminatı təkmilləşdirilib. Eyni zamanda, gələcəkdə 

xüsusi əhəməyyət kəsb edən və həyata keçirilməsi 

2012-ci ilə planlaşdırılan taksit kartlarının satılması 

üçün xüsusi proqram təminatı hazırlanmışdır. Ötən ilin 

sentyabr-oktyabr aylarında isə problemli aktivlərin 

idarə edilməsi və problemli müştərilər tərəfindən 

verilən sifarişlərin xüsusi stop-listə avtomatik olaraq 

əlavə olunması sistemi tətbiq edildi.

Bank xidmətinin yüksək texnoloji istiqaməti kimi 

2011-ci ildə İnternet-bankinq sistemi inkişaf 

etdirilərək, müştərilərə vaxtlarına əhəmiyyətli 

dərəcədə qənaət etməyə imkan verən yeni 

interfeysdə təqdim olundu. Bundan başqa, bu 

sistemdə dünyanın istənilən nöqtəsindən həyata 

keçirilə bilən yeni funksiyalar tətbiq olundu.

Qeyd edək ki, “Unibank”-da istifadə olunan 

informasiya texnologiyalarına dair hesabat hər 

Mərkəzi Banka verilən prudensial hesabatlarla birgə 

təqdim olunur. Bank İnformasiya Texnologiyaları 

sahəsində apardığı işləri 2012-ci ildə də davam 

etdirməyi planlaşdırır.

«Unibank»-ın kredit xidmətlərinə biznes-qurumların ehtiyacı artır. Xidmətlərimizə artan 

tələbatı nəzərə alaraq, biz biznes-kreditlərimizi daha sərfəli edərək, ədalətli şərtlərlə 

maliyyə xidmətləri göstəririk və bununla da iş adamlarının etimadını qazanırıq»

Vaqif Qəribli

Korporativ xidmətləri üzrə direktor



Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə