Müşahidə Şurası sədrinin müraciəti İdarə Heyəti sədrinin müraciəti



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix20.09.2018
ölçüsü4,76 Mb.
#69427
1   2   3   4   5   6   7   8   9   ...   12

31

30

Pərakəndə biznes



Kredit fəaliyyəti

Pərakəndə biznesin inkişafı “Unibank”-ın son illər 

üçün qəbul etdiyi başlıca prioritetidir. Bu sahədə əsas 

məqsəd əhalinin artan istehlak tələbatlarına lazımi 

xidmətlərin faydalı şərtlərlə təklif olunmasıdır. Təbii 

ki, fərdi müştərilərin tələbatı daha çox Bankın artıq 

prinsipial sürətdə yenilənən kredit məhsullar xəttinə 

düşür.


2011-ci ildə “Unibank” fərdi kreditləşmə sahəsində 

liderlər sırasına daxil olmuşdur. Bankın kredit portfeli 

76,4 mln. manat və yaxud 32,2% artaraq, 313,6 mln. 

manat təşkil edib. Məcmu portfelinin 58,5% bir ildən 

artıq və daha uzun müddətə cəlb olunan kreditlərin 

payına düşür. Bu zaman istehlak kreditləşdirmənin 

həcmi il ərzində 31% artım nümayiş etdirib - 98,7 

mln. manatdan 129 mln. manatadək. İstehlak 

kredit portfelinin artımı əsasən “Nağd kredit”-lər, 

avtokreditlər və ipoteka kreditləri hesabına baş verib. 

Bunun əsas səbəbi isə yeni kredit məhsulların tətbiqi 

və fərdi müştərilərə təklif olunan kredit şərtlərinin 

yerli bank xidmət bazarına uyğunlaşdırılmasındadır.

İl ərzində məişət texnikasının kreditləşdirilməsində 

dair yeni kredit məhsulu və modulu yaradılmışdır. 

Yaradılmış məhsulun sayəsində mebel, məişət 

texnikası, kompüter və s. partnyorlar ilə xırda istehlak 

kreditləri ayrılmışdır. Xırda istehlak kreditləri üzrə 

satışın artırılması məqsədi ilə bu sahədə ən iri həcmli 

portfelə malik olan “Embawood” və “DNS Computers” 

şirkətləri Banka cəlb edilmişdir. Bu və məişət 

texnikasının kreditləşdirilməsinə dair əlavə olaraq 14 

şirkətlə tərəfdaşlıq müqavilələri imzalanıb. İstehlak 

kreditlərin birbaşa satışları layihəsi çərçivəsində 

ümumi hesabda 55 müəssisə cəlb olunub. Bundan 

başqa, 2011-ci ildə xüsusi səyyar kredit məhsulu 

yaradılıb, 2012-ci ildə bu məhsul sayəsində 

birbaşa müəssisələrdə xırda istehlak kreditlərinin 

rəsmiləşdirilməsi planlaşdırılır. Eyni zamanda, 

tərəfdaşların təminatı ilə verilən xırda istehlak 

kreditlərinin silinməsini təmin edən avtomatlaşdırılmış 

sistem yaradılıb.

“Nağd kredit” və “AL Kart” kredit xətti üzrə loyallığının 

artırılması məqsədi ilə müsbət kredit tarixçəsi olan 

müştərilər üçün yeni məhsullar yaradılmışdır. Bütün 

təminatsız proqram istehlak kreditlərinin şərtləri bazar 

şərtlərinə uyğunlaşdırılmış və Bankda ilk dəfə bu 

məhsullar üzrə vahid “Şərtlər toplusu” yaradılıb. 

Qeyd edək ki, “Nağd kredit”-lər üzrə satışlar 

hesabat ilinin mart ayından etibarən başlanıb. Buna 

baxmayaraq, 2011-ci ilin 10 ayı ərzində bu növ 

kreditlərin həcmi 35 dəfə artıb. Əhalinin artan tələbatı 

sayəsində fiziki şəxslərə Bank tərəfindən hər gün 1 

mln. AZN-ə yaxın istehlak krediti ayrılıb. İl ərzində yeni 

verilən istehlak kreditlərinin sayı 35 minə yaxın olub, 

borcalanların sayı isə ilk dəfə olaraq 33,8 min nəfərə 

çatıb. Bu göstəricilər 2010-cu il ilə müqayisədə 2,5 

dəfə artıb.

Kredit fəaliyyətində portfelin keyfiyyəti mühüm 

əhəmiyyət kəsb etdiyi üçün “Unibank”-da bu sahəyə 

xüsusi diqqət ayrılır. 2011-ci il ərzində Bankın kredit 

portfelində vaxtı keçmiş kreditlərin çəkisi 10,3%-dən 

8,2% qədər enmişdir. 

Mikrokreditlər

2011-ci ilin yekunlarına görə “Unibank”, ölkədə 

mikrobiznesin dəstəklənməsində ən yaxşı 

maliyyə təsisatı adını qazanaraq, Azərbaycan 

Mikromaliyyələşdirmə Assosiasiyasının (AMA) 

baş mükafatına layiq görüldü. Ötən ilin Bankın 

namizədliyi AMA-nın üç nominasiyasından ikisində 

irəli sürülmüşdü və bundan sonra nominantların 

sifarişlərinə, nüfuzlu beynəlxalq maliyyə təşkilatlarının 

nümayəndələrindən ibarət olan Assosiasiyanın 

mükafatlar üzrə Komitəsində baxılırdı. Nəticədə AMA-

nın mükafatlar üzrə Komitəsinin qərarı ilə, “Unibank” 

80 bal toplayaraq, “Azərbaycanda mikro-biznesləri 

dəstəkləyən təşkilat” nominasiyasında 30 bank və 

qeyri-bank kredit təşkilatları arasında ən yaxşı hesab 

edilmişdir.

Bankda mikrokreditlər üzrə portfel 2011-ci ildə 1,84 

dəfə artaraq, 13,3 mln. manata çatıb. Bu növ kreditlər 

cəlb edən müştəri sayı ilk dəfə 6 min nəfər təşkil edib. 

Cəmi “Unibank” tərəfindən ayrılan mikrokreditlərin 

ümumi sayı isə 12 000 üstələyib.

Mikrokreditləri artıq Bankın regional filiallarında ən 

aktual kredit aləti hesab etmək olar. Belə ki, son bir il 

ərzində mikrokredit cəlb edən sahibkarların sayı 2800 

nəfərdən 6000 nəfərə qədər artdığı zaman, onların 

2/3-i məhz məhz regionları təmsil edir. Nəticədə 

regionların mikrokredit portfelindəki payı 68% bərabər 

olub, o cümlədən aqrar sahədə mikrobiznes quran 

müştərilərin payı son bir ildə 8,2%-dən 23,8%-dək 

artıb.

Mikrokreditlər 2008-ci ildən ən azı yarım il 



sahibkarlıqla məşğul olan şəxslərə 2 aydan 2 ilə 

qədər ayrılır. Mikrokreditlərin məbləği 200-dən 20 

minə qədər şərti vahid təşkil edə bilər, girov qismində 

isə Bank tərəfindən, daşınmaz əmlakla yanaşı, 

avadanlıq, malların qalığı, kənd təsərrüfatı məhsulları 

və borcalanın mal-qarası da daxil olmaqla, digər qeyri-

standart girov növləri qəbul edilir. 

İpoteka


2011-ci ildə Bankın ipoteka kreditləri üzrə məcmu 

portfeli yenidən artım nümayiş etdirərək 41,2 mln. 

manata yaxın təşkil edib. Bu zaman Azərbaycan 

İpoteka Fondunun (AİF) tərəfdaş bankı qismində 

“Unibank” bu Fond tərəfindən təkrar maliyyələşdirilən 

ipoteka kreditləri üzrə portfelini ilk dəfə olaraq 19,2 

mln. manatadək artırıb. Son beş il ərzində isə (2006-

2011-ci illər) AİF xətti ilə Bankın ayırdığı ipoteka 

kreditlərinin sayı 530-dək çatdırıldı. Ümumi saydan 

46 kredit sosial ipoteka şərtləri əsasında ayrılıb. Sosial 

ipoteka kreditləri üzrə portfel 2011-ci ilin yekunlarına 

görə 1,4 mln. manata genişləndirildi.

Hesabat ili ərzində ipoteka kreditlərin məcmu həcmi 

5,1% artırılıb. Eyni zamanda, yalnız AİF xəti ilə ayrılan 

kreditlərin məbləği 48,4%-lik artım nümayiş edib. 

Müvafiq olaraq, əhalinin imtiyazlı təbəqələrinə aıyırlan 

sosial ipoteka kreditlərin həcmi həmin dövrdə 2,3 

dəfə çoxalıb. 2010-cu ildə ümumi həcmi 5,95 mln. 

manat təşkil edən 152 ipoteka kredit ayrıldığı zaman, 

2011-ci ildə bu məcmu məbləği 6,3 mln. manat olan 

186 ipoteka krediti təqdim olunub. Maraqlıdır ki, AİF 

xətti ilə ayrılan ipoteka kreditlərin ümumi həcmində 

“Unibank”-ın payı 2011-ci ildə 5,2%-dən 6,5%-dək 

genişlənib. Orta hesabla Bankdan cəlb edilən hər 

ipoteka kreditinin məbləği 36 min AZN-dək azalıb. 

Azərbaycan İpoteka Fondu 2005-ci ilin dekabrında 

yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin 

verilməsinə başlayıb. O zamandan “Unibank” 

İpoteka Fondunun müvəkkil bankları sırasındadır. 

İpoteka kreditləri Fondun öz istiqrazları emissiyaları 

nəticəsində cəlb etdiyi vəsaitlər hesabına 3 ildən 25 

ilədək maliyyələşdirilir. Kreditin maksimum həcmi 50 

min manatı keçməməlidir, illik faiz dərəcəsi isə 8%-dən 

çox ola bilməz. 

Dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşdirilən 

İstehlak kreditləri

2009

Kredit portfeli, o cümlədən



2009

2010


2011

2010


2011

Mikrokreditlər üzrə portfel, AZN-lə

45000

40000


35000

30000


25000

20000


15000

10000


5000

0

15000000



12000000

9000000


6000000

3000000


0

İstehlak kreditlərin və kredit portfelinin illər üzrə artımı, mln. AZN-lə.




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə