Müşahidə Şurası sədrinin müraciəti İdarə Heyəti sədrinin müraciəti



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə2/12
tarix20.09.2018
ölçüsü4,76 Mb.
#69427
1   2   3   4   5   6   7   8   9   ...   12

12

Mis sikkələr

Atabəylər dövründə Bişkinilər və Manqli feodal hakimləri tərəfindən buraxılan xırda 

dairəvi dirhəmlər (1175-1231 illər).

1

2

3




15

14

Azərbaycan iqtisadiyyati 2011-ci ildə



Ümumi Daxili Məhsul (ÜDM) 

 

Azərbaycan iqtisadiyyatının inkişafını əks etdirən əsas 



göstərici - Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 2011-

ci ildə 0.1% artaraq 50.1 milyard manata çatmışdır. 

Nəticə olaraq, ölkə əhalisinin hər bir nəfərinə 5530.6 

manatlıq (7003.4 ABŞ dolları) əlavə dəyər istehsal 

olunmuşdur. İqtisadiyyatın qeyri-neft sektorunda 

əlavə dəyərin 9.4% artımı müşahidə olunmuş, onun 

ÜDM-də xüsusi çəkisi ilk dəfə olaraq 48.3% təşkil 

etmişdir. Müvafiq olaraq, ümumi daxili məhsulun 

51.7% neft-qaz istehsalı və emalı sahələrinin payına 

düşmüş və əvvəlki ilə nisbətən 9.3% azalmışdır. 

Bununla yanaşı, milli iqtisadiyyatın qalan sahələrində 

nəzərə çarpacaq artım müşahidə edildi - yaşayışın 

təşkili və ictimai iaşə sahələrində əlavə dəyər 22.6%, 

tikintidə 20%, informasiya və rabitədə 11.8%, ticarət 

və xidmətlər sahəsində 10.2%, kənd təsərrüfatı, 

meşə təsərrüfatı və balıqçılıqda 5.8%, sosial və digər 

xidmətlər sahəsində 5.7% artmışdır.

Ümumi hesabda isə ÜDM-in 53.9%i sənaye 

sahələrində, 5.5% kənd təsərrüfatı, ovçuluq və 

meşə təsərrüfatında, 8.3% tikinti sektorunda, 7.7% 

ticarət və pullu xidmət sahələrində, 6.6% nəqliyyat 

və rabitədə, 12% digər xidmətlər və sosial sahələrdə 

yaradılıb. Bu zaman ÜDM-in 6% məhsula və idxala 

xalis vergilərin payına düşmüşdür. 

Sənaye

2011-ci ildə sənayedə fəaliyyət göstərən sahibkarlıq 



subyektləri tərəfindən 34.5 milyard manatlıq məhsul 

istehsal olunub və xidmətlər göstərilib. Bu göstərici 

2010-cu il ilə müqayisədə 5% azalmışdır. Neft 

sektorunda 8.5% azalma müşahidə edildiyi zaman, 

qeyri-neft sənaye bölməsinin əksər sahələrində 

istehsalın həcmi əksinə, artıb. Nəticədə qeyri-neft 

sektorunda müşahidə olunan artım 11.1% təşkil edib.

Sənaye məhsulunun 77.9% mədənçıxarma 

bölməsindəki istehsalın payına düşür. Sahənin əsas 

məhsulu olan xam neft hasilatı 45,4 milyon ton, 

təbii qaz hasilatı isə 25,7 milyard kub-metr təşkil 

edib. Bu zaman neft hasilatı 10.5%, qaz hasilatı isə 

2.2% azalmışdır. Ümumilikdə isə mədənçıxarma 

bölməsində istehsalın həcmi 26.9 milyard manat 

dəyərində. Emal bölməsində istehsal olunan məhsul 

və sənaye xidmətlərin dəyəri 5.9 milyard AZN təşkil 

edib və ümumi sənaye məhsulunun 17% bərabərdir. 

Bu sahədə istehsalın həcmi 7.1% artmaqla daha 

çox hissəsi – qida məhsullarının istehsalının payına 

düşmüşdür. Bundan başqa, emal bölməsinə daxil 

olan və 2011-ci ildə nəzərə çarpacaq sürətdə artım 

nümayiş etdirən məhsul istehsalı geyim istehsalı 

(56.5%), ağac emalı (23.4%), kimya sənayesi 

(27.1%), rezin və plastik kütlə məmulatları (47.2%), 

metallurgiya sənayesi (85.9%), kompüter və digər 

elektron avadanlıqları (22.8%), maşın və avadanlıqlara 

(25.4%) aiddir. Sənaye məhsulunun ümumi həcmində 

payına 4.5% düşən elektrik enerjisi, qaz və buxar 

istehsalında elektrik enerjisinin istehsalı 8.4% artıb və 

20.1 milyard kVt/saat təşkil edib.

Qeyd edək ki, Azərbaycan sənaye müəssisələrində 

çalışan muzdlu işçilərin sayı ötən il 165 min 

nəfərə, onların orta aylıq əmək haqqı isə 14.9% 

artaraq 520 manata çatmışdır. Qeyri-dövlət sənaye 

müəssisələrində işçilərin əmək haqqı daha yüksək - 

620 manat səviyyəsində olmuşdur. Əmək haqqının 

artımı əczaçılıq, mebel, hazır metal məmulatlarının 

istehsalı, metallurgiya sənayesi, poliqrafiya fəaliyyəti, 

rezin və plastmas məmulatların istehsalı, dəri və 

dəri məmulatlarının, ayaqqabıların istehsalı, kağız 

və karton istehsalı, zərgərlik, musiqi, idman və 

tibb avadanlıqlarının istehsalı, toxuculuq sənayesi, 

kompüter və digər elektron avadanlıqlarının istehsalı, 

maşın və avadanlıqların istehsalı, sair nəqliyyat 

vasitələrinin istehsalı, ağac emalı və ağacdan 

məmulatların istehsalı, tikinti materiallarının istehsalı, 

geyim istehsalı, ilə məşğul olan emal müəssisələrində 

müşahidə olunub.

Əsas kapitala vəsaitlər

Hesabat ilində ölkənin iqtisadi və sosial sahələrinin 

inkişafı üçün bütün maliyyə mənbələrindən əsas 

kapitala 12776.4 milyon manat vəsait yönəldilib. Bu 

məbləğin 61.2% tikinti-quraşdırma işlərinin yerinə 

yetirilməsinə sərf edilmişdir. Əvvəlki ilin müvafiq 

dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş 

vəsaitlərin həcmi 27.3%, tikinti-quraşdırma işlərinə 

sərf edilmiş vəsait isə 17.5% çox olmuşdur. Dövlət 

mülkiyyətli müəssisə və təşkilatlar əsas kapitala 

7482.3 milyon manat, qeyri-dövlət müəssisələri isə 

5294.1 milyon manat vəsait sərf etmişlər. Bu zaman 

xarici mənbələrdən yönəldilmiş vəsaitlərin xüsusi 

çəkisi 19.7% bərabər olub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi 

həcmində müəssisə və təşkilatların vəsaitləri 6095.9 

milyon manat (ümumi vəsaitlərdən 47.7%), bank 

kreditləri 897 milyon manat (7%), büdcə vəsaitləri 

Pərakəndə əmtəə dövriyyə

və əhaliyə göstərilən pullu xidmətlər



A -  Pərakəndə əmtəə dövriyyəsinin və pullu xidmətlər

B -  Pərakəndə ticarət  dövriyyəsi

C -  Əhaliyə göstərilən pullu xidmətlərin həcmi

2011-ci il, mln. AZN-lə

25000

20000


15000

10000


5000

0

2010-cu il, mln. AZN-lə



Azərbaycan iqtisadiyyatın əsas göstəriciləri

2011 il


Əvvəlki ilə nisbətən, %-lə

Ümumi Daxili Məhsul

50069,0

100,1


Məhsulların istehsalı

33907,8


96,5

o cümlədən: Sənaye

26990,1

91,8


mədənçıxarma sənayesi

24240,0


89,8

emal sənayesi

2184,4

107,4


elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı

509,5


111,1

su təchizatı, tullantıların təmizlənməsi və emalı

56,2

112,0


Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

2736,4


105,8

Tikinti


4181,3

120,0


Xidmətlərin istehsalı

13179,3


106,5

o cümlədən: ticarət; nəqliyyat vasitələrinin təmiri

3263,7

110,2


Nəqliyyat və anbar təsərrüfatı

2464,2


99,2

Turistlərin yerləşdirilməsi və ictimai iaşə

599,2

122,6


İnformasiya və rabitə

842,5


111,8

Sosial və digər xidmətlər

6009,7

105,7


Məhsula və idxala xalis vergilər

2981,9


108,2

Deflyator

117,8

*

5038.5 milyon manat (39.5%), büdcədənkənar 



fondların vəsaitləri 396.5 milyon manat (3.1%), 

əhalinin şəxsi vəsaitləri 335.7 milyon manat (2.6%) 

təşkil etmişdir. Banklar tərəfindən yönəldilmiş 

vəsaitlərin həcmi hesabat ilində 37.5% artmışdır və 

büdcə vəsaitləri ilə bərabər ən yüksək dinamikası ilə 

seçilir.


Xarici mənbələrdən əsas kapitala yönəldilən vəsaitin 

həcmi 2516 milyon manat təşkil edərək, əvvəlki ilin 

müvafiq dövrünə nisbətən 3.2% çox olmuşdur. Xarici 

ölkələr və beynəlxalq təsisatlar tərəfindən 2011-ci 

ildə əsas kapitala yönəldilmiş xarici vəsaitin 84.2% 

Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, 

Çexiya, Türkiyə və Koreya investorlarına məxsusdur.

Kənd təsərrüfatı

Ölkənin aqrar sektoru ötən ili uğurla başa vurub. 

Kənd təsərrüfatı məhsullarının dəyəri 4525.2 milyon 

AZN təşkil etdiyi zaman, sektorun sabit qiymətlərlə 

dəyəri 5.8% artmışdır. İl ərzində bitkiçilik məhsulları 

istehsalı 8%, heyvandarlıq məhsulları istehsalı isə 

3.5% artım nümayiş edib. Bu zaman 2458.5 min ton 

dənli və dənli paxlalılar, 938.5 min ton kartof, 1214.8 

min ton tərəvəz, 765.8 min ton meyvə və giləmeyvə, 

478 min ton bostan məhsulları, 65.3 min ton pambıq, 

137.0 min ton üzüm, 3.6 min ton tütün, 254.7 min 

ton şəkər çuğunduru, 534.1 ton yaşıl çay yarpağı, 20 

min ton dən üçün günəbaxan istehsal olunub. Əvvəlki 

il ilə müqayisədə ən çox artım meyvə və giləmeyvə 

(70.9%), şəkər çuğunduru (27%), dənli və dənli 

paxlalılar (22.9%) üzrə qeydə alınıb. Heyvandarlıq 

sahəsində ötən ildə diri çəkidə 458.9 min ton ət, 




Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə