12
yaranmasına əsas maneə mübahisəli ərazi məsələsidir. Qafqaz
respublikaları müstəqil dövlət kimi ittifaqda – konfederasiyada
birləşsələr, bu mübahisəli məsələlər öz-özünə həll ediləcəkdir.
1919-cu il dekabr ayının axırlarında Azərbaycan
hökumətində ağır siyasi və iqtisadi vəziyyətlə əlaqədar olaraq
böhran baş verdiyindən hökumət dəyişiklikləri oldu. Dekabrın
24-də N.Yusifbəyovun təşkil etdiyi V kabinədə M.Hacınski
daxili işlər naziri, fevralın 18-dən isə ticarət, sənaye və ərzaq
naziri vəzifəsini daşımışdır. Lakin bu hökumət dəyişikliyi də bir
nəticə vermədi. Qarabağda ermənilərin dövlət əleyhinə
qaldırdığı qiyam və dinc azərbaycanlı əhalini kütləvi şəkildə
qırılmaları hökumət böhranını daha da dərinləşdirdi. Rusiya
tərəfdarı olanlar N.Yusifbəyov hökumətini ölkədə qayda-qanunu
bərpa edə bilməməkdə günahlandırır və istefa verməsini tələb
edirdilər. Belə vəziyyətdə 1920-ci il martın 30-da hökumət istefa
verdi.
Azərbaycan parlamenti yeni hökumətin təşkilini
M.Hacınskiyə tapşırdı. M.Hacınski parlamentdə fəaliyyət
göstərən partiya və fraksiyalarla bir müddət danışıqlar apardı,
hətta kommunistlərlə də görüşdü və onlara öz hökumətində
nazir vəzifələri təklif etdi. Bolşeviklər belə bir hökumətdə
iştirakdan imtina etdilər. Bolşeviklərdən müsbət cavab almayan
M.Hacınski aprelin 22-də Azərbaycan parlamentinin sədrini
əvəz edən M.Cəfərova yeni hökumət təşkil etməkdən əl
çəkdiyini bildirdi.
1920-ci ilin aprelində Sovet Rusiyası tərəfindən Şərqdə ilk
demokratik respublika olmuş Azərbaycan Xalq Cümhuriyyəti
devrildikdən sonra M.Hacınski Azərbaycan SSR Ali Xalq
Təsərrüfatı Şurasında, Zaqafqaziya Dövlət Plan Komitəsində
müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan şəhərlərinin
abadlaşdırılması, yeni sənaye şəhərlərinin salınması və tikinti-
sində iştirak etmişdir.
M.Hacınski də Azərbaycanın başqa görkəmli, siyasi və
ictimai xadimləri kimi repressiyaya məruz qalmışdır. O, 1930-cu
13
il dekabrın 3-də Tiflisdə Zaqafqaziya Dövlət Siyasi İdarəsi
(DSİ) tərəfindən həbs edilərək dustaqxanaya salınmış və ağır
işgəncələr verilmişdir. Əvvəlcə «İctimaiyyətçi» ləqəbli agentlə
31 №-li kamerada bir yerdə saxlanmışdır. O, hər dəfə
istintaqdan sonra Hacınski ilə etdiyi söhbətləri L.Beriyaya
çatdırmışdır. Beriya 1930-cu il 6 dekabr tarixdə cinayət işinə
yazdığı dərkənarda onu «həyəcanlı və zəif inkişaf etmiş adam»
adlandırmışdır.
Ağır həbsxana həyatına dözməyərək ürək xəstəliyinə və
vərəmə tutulan M.Hacınski 1931-ci il fevralın 9-da Tiflisdə
səhər saat 8
00
-da DSİ-nin 26 №-li kamerasında 56 yaşında
«özünü asaraq» öldürmüşdür.
***
−
Adres-kalendarğ Azerbaydjanskoy Respubliki na 1920 q.
Baku,1920.
−
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin
arxivi. Arx.№ PS 7525. M.Hacınskinin işinə dair istintaq
materialları.
−
Azərbaycan tarixi. C.2. Bakı,1964.
−
Azərbaycan tarixi. C.3. H.1. Bakı,1973.
−
Azərbaycan Sovet Ensiklopediyası. X c. Bakı,1987.
−
Azərbaycan Demokratik Respublikası. Azərbaycan
hökuməti. 1918-1920. Bakı,1990.
−
Azərbaycan Cümhuriyyəti (1918-1920). Bakı,1998.
−
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920).
Parlament (stenoqrafiçeskie otçetı). Baku,1998.
−
Azerbaydjanskaə Demokratiçeskaə Respublika (1918-1920).
Vneşnəə politika (dokumentı i materialı). Baku, 1998.
−
Balaev A. Azerbaydjanskoe naüionalğno-demokratiçeskoe
dvijenie 1917-1920 qq. Baku, 1990.
14
−
Fatullaev Ş. Qradostroitelğstvo i arxitektura Azerbaydjana
XIX-naç. XX veka. Leninqrad, 1986.
−
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində
(1918-1920). Bakı,1993.
−
İbrahimov Z. Sosialist inqilabı uğrunda Azərbaycan
zəhmətkeşlərinin mübarizəsi (1917-1918-ci illər).
Bakı,1957.
−
“Kaspi” qəzeti, 1917, 18 aprel, № 85.
−
Qasımov M. Birinci dünya müharibəsi illərində böyük
dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3
hissədə. 2-ci hissə (1917-ci il noyabr-1918-ci il noyabr).
Bakı,2001.
−
Qasımov M. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər
Nazirliyinin şəxsi heyəti. Bakı,2002.
−
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası
(məqalələr və sənədlər). Bakı, 1990.
−
Rəsulzadə M.Ə.Azərbaycan Cümhuriyyəti. Bakı,1990.
−
Zakavkazskiy seym. Stenoqrafiçeskiy otçet. I sessiə.
Tiflis,1918.
15
Əlimərdan bəy Ələkbər
oğluTopçubaşov
6 oktyabr - 26 dekabr 1918
Azərbaycanın görkəmli siyasi
xadimlərindən, diplomatlarından və
hüquqşünaslarından biri olan
Əlimərdan bəy Topçubaşov 1865-ci
ildə Tiflis şəhərində qulluqçu ailəsində
dünyaya gəlmişdir. İlk təhsilini I Tiflis
gimnaziyasında almış və 1884-cü ildə
oranı müvəffəqiyyətlə bitirərək Peterburq Universitetinin tarix-
filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci semestrdən
sonra o, hüquq fakültəsinə keçmiş və 1888-ci ildə oranı
müvəffəqiyyətlə bitirərək hüquq elmləri namizədi adını almışdır.
Peterburq Universitetinin hüquq fakültəsinin Elmi Şurası
Ə.Topçubaşovun mülki hüquq kafedrasında saxlanması və
professor vəzifəsi almaq üçün hazırlaşması haqqında qərar qəbul
etmişdir. Lakin 1889-cu ildə qəbul edilmiş universitet haqqında
çar qanunu xristian olmayan Ə.Topçubaşova müvafiq vəzifəni
tutmağa icazə verməmişdir. Ə.Topçubaşov bu hadisədən sonra
Tiflisə gələrək məhkəmədə, vəkil vəzifələrində çalışmış, Tiflis
geodeziya məktəbində hüquqşünaslıqdan dərs vermişdir.
1896-cı ildə Bakıya gələn Ə.Topçubaşov vəkilliklə məşğul
olmuş və bir sıra mürəkkəb məhkəmə proseslərini udmuşdur. Bu
nailiyyətlər şəhər əhalisi içərisində ona böyük nüfuz və hörmət
qazandırmışdır.
O, 1897-ci ildən 1917-ci ilin axırlarına kimi «Kaspi»
qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuşdur. Bu
illərdə onun yuzlərlə məqalələri dərc olunmuşdur. Həmin
məqalələrdə Ə.Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı,
dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi
əhəmiyyətli, nəzəri, Rusiya imperiyasında yaşayan
Dostları ilə paylaş: |