Муса гасымлы



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə2/31
tarix28.06.2018
ölçüsü1,63 Mb.
#52365
1   2   3   4   5   6   7   8   9   ...   31

 

(həm də dövlət müstəqilliyinin ilk yeddi ayında) başçılıq 
etmişlər. Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq
heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan sovet 
dövründə də Azərbaycan mərkəzi hakimiyyət vasitəsi ilə ölkənin 
beynəlxalq  əlaqələrində bu və ya başqa dərəcədə  iştirak 
etmişdir. 50-ci illərin ortalarından etibarən canlanmağa 
başlayan beynəlxalq  əlaqələr  əvvəlki illərlə müqayisədə 70-80-
ci illərdə xeyli geniş olmuşdur. 
Uzun illər boyu müxtəlif formalarla sovet rejiminə qarşı 
apardığı mübarizə  və 80-ci illərin sonu - 90-cı illərin 
əvvəllərində beynəlxalq aləmdə yaranmış  əlverişli  şərait 
nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət 
müstəqilliyini bərpa edərək ikitərəfli və çoxtərəfli beynəlxalq 
əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın 
əksər dövlətləri tərəfindən tanındı  və diplomatik münasibətlər 
quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü 
və ya yaradıcılarından  biri oldu. Müstəqillik illərində 
Azərbaycan Respublikasının xarici işlər nazirləri Tofiq 
Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyev 
oldular. 
Azərbaycanın xarici işlər nazirləri işləmiş  şəxslərin 
tərcümeyi-halı  və  fəaliyyətini araşdırmaq həm tarixilik, həm 
müasirlik, həm də diplomatiyamızın gələcək inkişafı baxımından 
əhəmiyyətlidir. Ancaq indiyədək ölkəmizdə bu barədə ayrıca 
kitab yazılmamışdır. Ona görə  də müəlliflər Azərbaycan və 
Böyük Britaniya arxivlərinin materialları, dövri mətbuat və 
rəsmi sənədlər  əsasında xarici işlər nazirlərimizin bioqrafik 
kitabını yazmışlar və onun yararlı olacağı inancındadırlar. 
Kitabdakı  şəkillər Azərbaycandakı arxiv, kitab, qəzet və 
jurnallardan götürülmüşdür. 
Heç şübhəsiz,  yüz illər bundan sonra da dövlətimizin xeyli 
möhkəmlənməsində, region siyasətinə  əsaslı  təsir edəcək gücə 
çevrilməsində diplomatiyamız xüsusi rol oynayacaq və deməli, 


bu kitabın səhifələrinə yeni-yeni xarici işlər nazirlərimizin 
tərcümeyi-halı əlavə ediləcəkdir. 
 
 
7
Məmmədhəsən Cəfərqulu oğlu 
Hacınski 
28 may - 7 dekabr 1918 
 
Azərbaycanın görkəmli siyasi və 
ictimai xadimlərindən, xalqımızın 
azadlığı  və müstəqilliyi uğrunda 
mübarizəsinin fəal iştirakçılarından 
biri Məmmədhəsən Cəfərqulu oğlu 
Hacınski olmuşdur. 
M.Hacınski 1875-ci il martın 3-
də Bakı  şəhərində varlı bir ailədə anadan olmuşdur. O, XIX 
əsrin 80-90-cı illərində Bakı realnı məktəbini bitirərək təhsilini 
davam etdirmək məqsədilə 1897-ci ildə Rusiya imperiyasının 
mərkəzi Sankt-Peterburq şəhərinə getmişdir.  Şəhərin gözəlliyi, 
zəngin memarlıq abidələri gənc Məmmədhəsənə böyük təsir 
göstərmişdir. O, Peterburq Texnoloji İnstitutuna daxil olmuş və 
tezliklə qaynar tələbə  həyatına atılmış, qabaqcıl tələbələrə 
yaxınlaşmış, Rusiyanın siyasi, ictimai və mədəni həyatı ilə tanış 
olmağa başlamışdır. 1902-ci ildə Peterburq Texnoloji İnstitutunu 
bitirən Məmmədhəsən mühəndis kimi Azərbaycan 
sənayeçilərindən olan Şəmsi Əsədullayevin Moskvada tikdirdiyi 
neftayırma zavodunda bir müddət çalışmışdır. 
1902-ci ilin axırlarında Bakıya qayıdan Məmmədhəsən 
Bakı şəhər upravasının tikinti şöbəsinin rəisi təyin olunmuşdur. 
M.Hacınski ilk gündən bu vəzifədə  Bakı şəhərinin baş planının 
hazırlanıb həyata keçirilməsində, bağ  və bağçaların, bulvarın, 
yolların və meydanların genişləndirilməsində  və yenilərinin 
çəkilməsində, yeni binaların tikintisində yaxından iştirak etmiş, 
Bakının  ən məşhur abidələrindən biri – Şirvanşahlar tarixi 
abidəsinin qorunması və bərpası, bulvarın genişləndirməsi üçün 


 

dəniz sahilinin qurudulub torpaq tökulməsi və s. haqqında Bakı 
Duması qarşısında məsələ qaldırmışdır. 1902-1917-ci illərdə 
Bakı Dumasının üzvü olmuş və onun bir çox iclaslarına sədrlik 
etmişdir. 
M.Hacınski eyni zamanda Bakının siyasi və ictimai 
həyatında da yaxından iştirak etmişdir. 1904-cü ilin payızında 
Bakıda əsasən sosial-demokrat meylli gənclərdən ibarət bir qrup 
meydana çıxdı. Onlar 1904-cü ilin oktyabrında Azərbaycan 
dilində qeyri-leqal «Hümmət» qəzetini buraxmağa başladılar. 
Onlar getdikcə formalaşmağa və  təşkilata çevrilərək müsəlman 
əhalisi arasında inqilabi iş aparmağa başladılar. «Hümmət»in 
yaranması  və  fəaliyyətində M.Rəsulzadə, M.Əfəndiyev, 
M.Mövsümov və b. ilə yanaşı M.Hacınski də iştirak etmişdir. 
1911-ci ildə Bakıda yaradılan Müsavat Partiyasının ilk 
üzvlərindən biri M.Hacınski olmuşdur. Rusiyada istiqlaliyyətini 
itirmiş müsəlman xalqlarına yardım və azadlığı  uğrunda gizli 
mübarizə aparan Müsavat Partiyası 1917-ci il Fevral 
inqilabından sonra açıq fəaliyyətə keçdi. 
1917-1920-ci illər M.Hacınskinin siyasi, ictimai 
fəaliyyətinin ən qızğın və gərgin dövrü olmuşdur. Bu aşağıdakı 
faktlarda özünü açıq-aydın göstərir: 1917-ci il martın 5-də 
Bakıda  İctimai təşkilatlar  Şurası  və onun İcraiyyə Komitəsi 
yaradıldı. M.Hacınski,  İ.Frolov,  İ.Heydərov və b. komitənin 
heyətinə daxil oldular. Martın 29-da Bakıda Müsəlman Milli 
Şurasının Müvəqqəti İcraiyyə Komitəsi təşkil edildi. Komitənin 
sədri M.Hacınski, müavini isə M.Rəsulzadə seçildi. Komitə 
1917-ci il aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının 
qurultayını keçirdi. M.Hacınski qurultayı təbrik nitqi ilə açaraq 
dedi ki, Rusiyada çar mütləqiyyətinin devrilməsi Qafqaz 
müsəlmanları üçün imkanlar açmışdır, bu ümumi milli, o 
cümlədən ümumi dövlət məsələlərində müsəlmanların milli-
siyasi məsələsidir. Sinfi və sosial məsələ  hələ  kənara 
qoyulmalıdır, çünki milli-siyasi məsələ  həll edildikdən sonra 
onlar həll oluna bilər. Hacınski mayın 11-17-də Moskvada 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə