MüNDƏRİcat



Yüklə 1,73 Mb.
səhifə9/17
tarix11.10.2017
ölçüsü1,73 Mb.
#4237
1   ...   5   6   7   8   9   10   11   12   ...   17

Polimerlərlə təsir üsulu


Neft yataqlarının işlənilməsinin effektivliyi məsamələrdəki neftin müxtəlif üsullarla sıxışdırılıb çıxarılmasından asılıdır. Laya vurulan suyun özlülüyü lay neftlərinin özlülüyündən kəskin fərqləndiyindən onun sıxışdırıcı qabiliyyəti yüksək olmur: müxtəlif modifikasiyalarla laya vurulan su yüksək keçirici kanallarla işlək quyulara doğru hərəkət edərək neftlərin məsaməli mühitdən maksimum yuyulmasını təmin etmir. Odur ki, laya vurulan suya polimerlər əlavə edilir ki, bu da onun özlülüyünü artırır. Nəticədə, lay neftlərinin daha aktiv yuyulmasına şərait yaranır, suvurma prosesinin səmərəliliyi yüksəlir.

Üsulun tətbiqi qum və karbonat tipli kollektorlu yataqlarda neftin özlülüyü 10-100 mPa*s olduqda, süxurların neftlədoyumluluğu 50%-dən çox, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, lay temperaturu 90 °C-yə qədər, gillilik zəif (8-10%-ə qədər) olduqda daha yüksək effekt verir. Əlverişsiz amillər isə layların çatlılığı, süxurlarda yüksək gillilik və suların codluğu hesab olunur. Müəyyən olunmuşdur ki, laylara polimer məhlulların vurulması nəticəsində onların son neftvermə əmsalını 7-10% artırmaq mümkündür.



Miselyar məhlullarla təsir üsulu

Məlum olduğu kimi, yataqların işlənilmə prosesində neftin sahəvi yerdəyişməsinin səlis formasına nail olmaq çox çətindir: yataq sahəsində müxtəlif formada qeyri-müntəzəm qaydada paylanmış qalıq neftli zonalar mövcud olur. Onların yaranmasına səbəb isə süxur məsamələrində yerləşən neftlərin özlülüyü, kapillyar və səthi-molekulyar qüvvələr və s. amillərdir. Belə şəraitdə neftin bərabər formalı hərəkətini təmin etmək üçün qeyd olunan qüvvələrin təsirinin azaltmaq lazımdır. Məhz bu məqsədlə laylara miselyar məhlullarla təsir edilir.

Suvurma prosesində miselyar məhlulların istifadəsi yataqların işlənilməsinin bütün mərhələlərində yaxşı effekt verir.

Üsulun tətbiqi qumlu kollektorlarda layın qalınlığı 25 m-ə qədər, neftin özlülüyü 15 mPa*s-dan kiçik, neftlədoyumluluq 25%-dən çox, süxurların keçiriciliyi 0,1 mkm2 böyük, lay temperaturu 70-90 °C qədər, duzluluq 5 mq/l olduqda yüksək effekt verir. Əlverişsiz amillərə kollektorların çatlılığı, suların codluluğu aiddir.

Miselyar məhlulların suvurma prosesində tətbiqi yataqların son neftvermə əmsalını 8-15% artıra bilər.

Köpüklə təsir üsulu


Laylara köpük vurulması onların su keçiriciliyini azaldır və neftin sıxışdırılma qabiliyyətini yaxşılaşdırır. Məsaməli mühitə köpük vurulmasının əsas nəticəsi layların su keçiriciliyini əhəmiyyətli dərəcədə azaltmaqdan ibarətdir. Köpük maye halında emulsiyalı qazdan ibarətdir. Köpüyün maye fazası su, turşu və yaxud karbohidrogenlərdən biri ola bilər, qaz fazası isə adətən azotdan ibarət olur və bəzi hallarda CO2-dən də istifadə olunur. Üsulun tətbiqindən layın effektiv qalınlığı 20 m qədər, neftin özlülüyü 1-100 mPa*s, qeyri-bircinsli kollektorlarda, çatsız süxurlarda, kollektor süxurların keçiriciliyi 0,05 mkm2, neftlədoyumluluq 50% çox, lay temperaturu 90°C qədər olduqda yüksək effekt alınır. Köpük vurulmasında layların yatım dərinliyinə görə məhdudiyyət yoxdur. Bundan əlavə üsul kiçik lay təzyiqinə malik və yüksək sulaşma ilə xarakterizə olunan yataqlarda da tətbiq oluna bilər. Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 3-4% artırmaq mümkündür.
Fiziki-hidrodinamiki təsir üsulları

Bu üsullar zəif keçirici layları və yataq sahələrində işlənilməyən zonaları istismara cəlb etməklə, layların neftçıxarma prosesi ilə əhatəsini artırmağa yönəldilmişdir. Fiziki-hidrodinamiki təsir üsullarının mahiyyəti müxtəlif keçiricilikli və neftlədoyumlu zonalar arasında təzyiq düşkülərinin dəyişməsini yaratmaqdan ibarətdir. Təzyiq düşkülərinin dəyişməsi isə yatağın neft-su konturunun səlis formasının alınmasına şərait yaradır.

Fiziki-hidrodinamiki təsir üsullarından yataqların bütün geoloji-fiziki şəraitlərində istifadə oluna bilər. Bu üsullara dövrlərlə suvurma və dövrlərlə su-qaz qarışığı təsir üsulları daxildir.



Dövrlərlə suvurma üsulu

Dövrlərlə təsir üsulunun əsas məğzi qeyri-bircinsli yatağın sahəsi üzrə lay təzyiqinin süni surətdə dəyişdirilməsidir. Bunu əldə etmək üçün vurulan suyun həcmi dəyişdirilir və yaxud işlək quyular üzrə maye hasilatının miqdarı artırılır və ya azaldılır. Nəticə etibarı ilə zamandan asılı olaraq yataqlara müxtəlif surətdə təsir etməklə lay təzyiqi dəyişir. Bu proses yataqda neftlə doymanın yüksək zonalarından az doymuş zonalara neftin axmasına gətirib çıxarır.

Üsul layın effektiv qalınlığı 3-25 m, neftlərin özlülüyü 10 mPa·s qədər olduqda daha yüksək effekt verir. Layların çatlılığı isə, əksinə - prosesin səmərəliliyini aşağı salır. Üsulun tətbiqi yataqların son neftvermə əmsalını 3-5% artıra bilər.

Dövrlərlə su-qaz təsiri üsulu

Laylara suyun və qazın növbə ilə vurulması neftlə doymuş sahələrdən neftin işlək quyu zonalarına tənzimli hərəkətinə kömək edir. Üsulun effektli tətbiqi qeyri-bircinsli çatsız laylarda keçiricilik 0,05 mkm2-dan çox, neftlərin özlülüyü 10-25 mPa*s arasında, neftlədoyumluluq 60% çox olduğu halda mümkün olur. Bu prosesi mürəkkəbləşdirən amillərdən layların çatlılığı və sərbəst qaz yığımlarının olmasıdır. Bu üsulun tətbiqi layların son neftvermə əmsalını 5-6% artırmağa imkan verir.


Qaz üsulları.


Karbon qazı (СО2 ) ilə təsir üsulu.

Laylara CO2-nin vurulması onların neftverimini artıran effektiv üsullardan biridir. CO2 karbohidrogen həllediciləri kimi yüksək neftçıxarılma prosesini təmin edir və ucuzdur. Üsulun tətbiq prinsipi ondan ibarətdir ki, laya vurulan CO2 neftdə həll olaraq onun həcm əmsalını 50%-ə qədər artırır; neft-su sərhədində səthi gərilməni azaldır, neftin özlülüyünü aşağı salır və onun hərəkət sürətini artırır.

Bu üsul layların yatma dərinliyi 1000-1200 m, qalınlığı 10-15 m, neftlərin özlülüyü 10-15 mPa*s, neftlədoyma əmsalı 40% çox, lay təzyiqi isə 8-9 MPa olduqda daha yüksək effekt verə bilər. Onu da qeyd etmək lazımdır ki, keçiriciliyi aşağı olan laylarda suvurma prosesinin tətbiqi mümkün olmadıqda karbon qazı ilə təsir üsulu lay neftinin sıxışdırılmasında əsas üsul hesab olunur.

Üsulun tətbiqini mürəkkəbləşdirən amillər sırasında aşağıdakıları göstərmək olar: layların qeyri-bircinsliliyi, çatlılığı, neftlərdə asfalt və qatranın mövcudluğu, yataqda qaz papağının olması.

Bu üsul effektli tətbiq olunarsa yatağın son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.

Yüksək təzyiqlə qaz təsiri üsulu

Neftin layda qazla sıxışdırılması yatağın lay təzyiqinin saxlanılması ilə yanaşı lay süxurlarında kapillyar qüvvələrin gücünün azalmasına yönəldilmişdir. Bu prosesin nəticəsində məsaməli mühitdə neftçıxarmanın tempi artır.

Yüksək təzyiqlə yatağa qazın vurulması üçün əlverişli geoloji şərait aşağıdakı kimidir: layın qalınlığı 10-50 m, lay təzyiqi 20 MPa-dan çox, neftlədoyma 60-70%, neftin sıxlığı 825 kq/m3, özlülüyü isə 10 mPa*s az, süxurların keçiriciliyi zəif. Layın yatım dərinliyinin 1700 m qədər olması üsulun tətbiqi üçün daha əlverişlidir. Lakin laylarda çatlılıq və qaz papağının olması bu üsulun tətbiqini çətinləşdirə bilər.

Üsulun tətbiqi nəticəsində layların son neftvermə əmsalını 10-15% artırmaq mümkündür.


Termiki üsullar


Yataqların neftverimini artıran termiki üsullara lay daxili yanma, neftin buxar ilə çıxarılması, isti suyun laylara vurulması və onların kombinasiyası daxildir. Bu üsullardan əsasən yüksək özlülüklü neft yataqlarının işlənilməsində istifadə olunur. Məlumdur ki, neftin yüksək özlülüyünün olması onun layda zəif hərəkət etməsinə təsir edən əsas amillərdən biridir.

Termiki üsulların geniş tətbiqi nəticəsində müəyyən olunmuşdur ki, neftin özlülüyü temperaturdan əhəmiyyətli dərəcədə asılıdır və nefti 20-250C-dən 100-120 °C qədər qızdırıldıqda onun özlülüyü 100-500 mPa×s-dən 5-20 mPa×s qədər azala bilər ki, bu da onun məsaməli mühitdə hərəkətini əsaslı surətdə artırır.

Aşağıda layların neftverimini artıran ayrı-ayrı istilik üsulları qısa şərh olunur.

Lay daxili yanma üsulu

Aparılmış tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, karbohidrogenlərin oksigenlə ekzotermik reaksiyaya girmək qabiliyyətinə (reaksiya nəticəsində istilik enerjisinin yaranması) malik olmasından istifadə etməklə neft laylarından istilik enerjisini almaq olar. Üsulun əsası ondan ibarətdir ki, məsaməli mühitdə olan neftin bir hissəsi yanıb onun yanmayan fraksiyasını hərəkətə gətirir. Xüsusi avadanlığın köməyi ilə quyu dibində müəyyən temperatur səviyyəsi yaradılır. Sonra proses müstəqil rejimdə müntəzəm surətdə quyulara hava vurmaqla davam etdirilir. Nəticədə yanma zonalarının temperaturu su buxarının doyma temperaturundan yüksək olub, 400-600 °C arasında dəyişir. Lay daxilində yanma üsulu əsasən ağır neftli yataqlarda tətbiq edilir.

Üsulun tətbiqi layların yatım dərinliyi 2000 m qədər olan yataqlarda əlverişlidir. Lay daxilində yanmanı aparmaq üçün qalınlıq 3-25 m olmalıdır. Qalıq neftlədoyma 50-60%, sulaşma 40%-dən artıq olmamalıdır. Üsulun tətbiqinə mənfi təsir edən amillərdən layların çatlılığını və yüksək qeyri-bircinsliliyini, qaz papağının mövcudluğunu, süxurların gilliyinin çox və örtük layların qalınlığının az olmasını göstərmək olar. Lay daxili yanma üsulu layların son neftvermə əmsalını 20% qədər artırmağa imkan verir.

Su buxarı ilə təsir üsulu


Bu üsul yüksək özlülüklü (40-50 mPa*s və daha artıq) neftli laylara su buxarının yüksək təzyiqlə vurulmasını nəzərdə tutur. Nəticədə laya külli miqdarda istilik enerjisi daxil olur və onu qızdırır. Bu zaman neftin özlülüyü azalır və onun məsaməli mühitdə hərəkəti artır.

Qeyd etmək lazımdır ki, bu üsulun tətbiqi işlənilmənin ilk mərhələlərində tətbiq olunduqda daha səmərəlidir. Üsul terrigen kollektorlarda layların yatım dərinliyi 2000 m qədər, neftlərin sıxlığı 820-1000 kq/m3, neftin özlülüyü 40-50 mPa×s-dən çox, effektiv qalınlıq 10-40 m, süxurların məsaməliyi 15-35%, süxurların keçiriciliyi 0,5 mkm2, neftlədoyumluluğu 40%-dən çox olduqda daha yüksək effekt verir.

Laylarda qaz papağının mövcudluğu və gilliliyin yüksək olması prosesin effektivliyini azaldır. Müəyyən olunmuşdur ki, laylara buxarın vurulması nəticəsində onların son neftverməsini 20% qədər artırmaq mümkündür.

İsti su ilə təsir üsulu

Bu üsul yüksək özlülüklü və parafinli neftlərlə səciyyələnən yataqların işlənilməsində daha çox istifadə olunur. Bu zaman laya vurulan suyun temperaturu layın temperaturundan yüksək olmalıdır. Üsul istismar obyektinin yatım dərinliyi 2000 m qədər, kollektor süxurların keçiriciliyi 0,1 mkm2-dan böyük, məsaməlik 18%-dən çox, layların neftlədoyumluluğu 50%-dən çox, neftin özlülüyü 10 mPa×s çox, layın qalınlığı 10-100 m olduqda daha çox effekt verir. Müəyyən olunmuşdur ki, laylara isti suyun vurulması nəticəsində onların son neftvermə əmsalını 10%-ə qədər artırmaq mümkündür.



Mikrobioloji təsir üsulları

Mikrobioloji üsullar layda bakteriyaların həyat fəaliyyətinin intensivləşməsinə əsaslanır və tərkibində hüceyrənin quruluşu üçün zəruri komponentləri olan qida maddələrinin istifadəsinə yönəldilmişdir. Burada üzvi maddələrdən əlavə vacib biogen elementlər (S, K, Mg və s.), eləcə də hüceyrələrin inkişafını təmin edən maddə və vitaminlər tələb olunur.

Mikroorqanizmlərin istifadəsinin əsas ilk şərtləri odur ki, bakteriyalar öz həyat fəaliyyəti nəticəsində CO2, bio-SAM və üzvi turşular ifraz edir. Bio-SAM lay nefti və suyu ilə mikroemulsiya əmələ gətirir və burada mikroemulsiyanın özlülüyü lay neftinin özlülüyünü kəskin azaldır. Neftin özlülüyünün azalması isə öz növbəsində lay neftinin həcmində əmələ gələn CO2-nin hesabına artım ilə müşayiət olunur və bu da layda neftin hərəkət etmə qabiliyyətini artırır. Üsulun realizəsi 1700-1800 m dərinlikdə yerləşən karbonatlı və zəif sementləşmiş qumlu kollektorlarda, layın qalınlığı 8 m-dən çox, kollektor süxurların keçiriciliyi 0,05 mkm2-dan böyük, neftlədoyumluluq 30%-dən çox, neftin özlülüyü 10 mPa*s-dən böyük, sıxlıq 820-950 kq/m3, lay temperaturu 25-30 °C olduqda yüksək effekt verir.

Mikrobioloji təsir üsulunun tətbiqində mənfi göstəricilərə layların yüksək qeyri-bircinsliliyi, lay sularında yüksək tərkibli Ca, Na duzlarının olması və qaz papağının mövcudluğu aiddir. Üsulun tətbiqi nəticəsində layların son neftverimini 14-19% artırmaq olar.



Nüvə üsulları

Nüvə üsulları layların neftverimini artıran üsullardan kəskin fərqlənir və yenidir. Bu üsul yatağın daha böyük sahəsində layların süzülmə qabiliyyətini yaxşılaşdırmağa və izolə olunmuş linza və laycıqları işlənilməyə cəlb etməyə imkan verir. Partlayış nəticəsində laylarda geniş çat sistemləri əmələ gəlir ki, bu da obyektin struktur-tekstur xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Nüvə üsulları ilk dəfə olaraq 1957-ci ildə SSRİ-də və ABŞ-da tətbiq olunmağa başlanmışdır. Bu üsul ABŞ-da 1968-1973-cü illərdə işlənilməsi dayandırılmış rentabelli olmayan bir sıra yataqlarda «Qazbaqqi», «Runison», «Rio-Blanka» və «Mineyta» layihələri üzrə həyata keçirilmişdir. Keçmiş Sovetlər İttifaqında isə nüvə üsulları əsasən işlənilmədə olan yataqlarda tətbiq olunmuşdur. Bu üsuldan massiv tipli neft yataqlarının yüksək sementləşmiş qumlu kollektorlarında, qalınlığı 10-45 m olan əhəngdaşlarda, məsaməliyi 5-12%, kollektorların keçiriciliyi 0,1-1,0 mkm2, neftin özlülüyü 6-23mPa×s, layların ilk neftlədoyumluluğu 80% olan laylarda yüksək effekt alınır. Üsulun tətbiqi layların son neftverimini 8-12% artırmağa imkan verir.

Akustik üsullar

Neftli laylara akustik üsulla təsir nəticəsində neftlərin özlülüyü azalır, süxurların istilik keçirmə qabiliyyəti artır. Nəticədə quyuətrafı zonalara neftin axımı sürətlənir. Bu üsul asfalt, qatran və parafin tərkibli neftli laylarda tətbiq olunduqda daha yüksək effekt verir və son neftverməni 2-7 % artırmağa imkan verir.



Layların neftverimini artıran üsulların tətbiqinin əsaslandırılması

Yuxarıda qeyd edildiyi kimi, layların neftverimini artıran universal üsul mövcud deyil. Hər hansı bir üsul yalnız müəyyən geoloji-işlənilmə şəraitində yüksək effekt verə bilər. Digər hallarda isə həmin üsulun effektivliyi az olur. Odur ki, yeni üsullardan əldə edilə biləcək səmərəlilik bu məqsədlə müvafiq yatağın düzgün seçilməsindən asılıdır.

Layların neftverimini artıran üsulların effektli tətbiqinin yuxarıda göstərilən geoloji şəraitləri, onlardan alına bilən effektin hüdudları ümumiləşdirilərək cədvəl tərtib olunmuşdur (cədv.III.2).

Göründüyü kimi, ayrı-ayrı üsulların effektli tətbiqinə xeyli sayda lay parametrləri təsir edir. Lakin, onların arasında 4 parametr daha önəmli rol oynayır. Onlar aşağıdakılardır: neftlərin özlülüyü, layların yatım dərinliyi, süxurların keçiriciliyi, neft ehtiyatlarından istifadə dərəcəsi.

Təcrübi-mədən məlumatlarının geniş araşdırılması göstərir ki, yuxarıda sadalanan parametrlərin aşağıdakı kimi bölünməsi xüsusi məna kəsb edir.


  1. Lay şəraitində neftlərin özlülüyü (A). Bu göstərici mahiyyətinə görə təsnifat sxemində birinci yeri tutur. Belə ki, müəyyən olunmuşdur ki, əgər ağır neftli layların yüksək neftveriminə termiki üsullar vasitəsilə nail olunursa, yüngül neftli yataqlarda isə LNA digər üsullarının təsiri ilə bu məqsədə nail olmaq mümkündür. Bunu nəzərə alaraq yataqların iki qrupa bölünməsi məqsədəuyğundur: A1 - neftlərin özlülüyü 10 mPa·s qədər və A2 - 10 mPa·s çox. Belə bölgü regionda işlənilmədə olan yataqları çətinlik çəkmədən neftvermələrini yüksəltmək üçün artıq ilk mərhələdə iki qrupa bölünməsinə imkan verir: işlənilmə prosesinin əsasən termiki üsulların təsiri ilə və LNA digər üsulların cəlb edilməsi ilə aparılması.

Layların neftverİmİnİ artıran üsulların effektlİ tətbİqİnİn geolojİ şəraİtİ

Cədvəl III.2.


Layların neftverİmİnİ

artıran üsullar


İstismar obyektlərinin geoloji-mədən göstəriciləri

Lay neftinin özlülüyü,

mPa·s

Neftlə doyma, %

Lay temperaturu,

°C

Layın keçiriciliyi,

10-3 mkm2

Dərinlik, m



Qalınlıq, m



Kollektorun növü

Gillilik, %

Suyun minerallaşması, mq/l

Qaz papağı

Son neftveriminin artımı,

%

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Fİzİkİ-kİmyəvİ

Səthi-aktiv maddələr

<3-5

>50

<70

³0.1

Məhd. yox

3-12

Qumlu

<10

20

Zəif

2-3

Qələvi məhlullar

10-100

>50

<100

³0.1

-''-

Məhd. yox

-''-

<10

<20

-''-

5-10

Polimer məhlullar

10-100

>50

<90

>0.1

-''-

3-6

-''-

<10

20

-''-

7-10

Miselyar məhlullar

<15

>25

<90

>0.1

-''-

<25

-''-

Zəif

<5

-''-

8-15

Köpüklə təsir

1-100

>50

<90

>0.05

-''-

20-dək

-''-

Zəif

<20

-''-

3-4

Fİzİkİ-hİdrodİ-namİkİ

Dövrlərlə suvurma

<25

60

Məhd. yox

>0.05

-''-

<20

Məhd. yox

Zəif

Məhd. yox

Məhd. yox

3-5

Dövrlərlə su-qaz qarışığı

<25

>60

-''-

>0.05

-''-

3-25

-''-

Məhd. yox

-''-

Zəif

5-6
Termİkİ

Lay daxili yanma


>10

>40

-''-

³0.1

£2000

2-30

-''-

-''-

-''-

-''-

20

Buxarla təsir


>10

>40

-“-

³0.1

£1800

>6

-''-

5-10

-''-

-''-

20

İsti su ilə təsir


5

>50

-''-

³0.1

<1500

10-100

-''-

5-10

-''-

Məhd. yox

4-10

Qaz


CO2 ilə təsir

<10-15

>40

-''-

<0.1

£1200

10-15

-''-

Zəif

-''-

Zəif

10-15

Yüksək təzyiqlə qazın vurulması

<10

>60

-''-

<0.1

£1200

<10

-''-

-''-

-''-

-''-

10-15
Mİkrobİoloji

>10

>30

25-35

>0.05

£1800

8-10

-''-

-''-

-''-

-''-

14-19

Nüvə

5-25

80

Məhd.

yox


0.1-1.0

>1200

10-45

Terrigen

Yüksək

-''-

-''-

8-12

AKUSTİK

-

50

-

<0.1

-

Məhd. yox

-''-

Zəif

-

-''-

2-7

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə