MüNDƏRİcat



Yüklə 1,73 Mb.
səhifə2/17
tarix11.10.2017
ölçüsü1,73 Mb.
#4237
1   2   3   4   5   6   7   8   9   ...   17

Beləliklə, ARDNŞ-nin istismar etdiyi yataqlar üzrə mövcud tex­no­lo­giyanın tətbiqi ilə 290 milyon ton neft hasil edilə biləcəyi şüb­hə doğurmur. Lakin burada bir vacib problemin üzə­rin­də dayanmaq lazımdır. Bu, dünya neftçıxarma texnologiyasında son 15-20 ildə baş vermiş proseslərlə əlaqədardır. Belə ki, inkişaf et­miş­ ölkələrdə layların istismarı prosesində onların neft­verimini artıran mütərəqqi üsullar geniş tətbiq olunur (M.M.İvanova və b., 2000; M.L.Surquçov, 1985). Qeyd etmək la­zım­dır­ ki, göstərilən fiziki-kimyəvi, istilik və digər üsulların sayı, onların tətbiq dairəsi daim artmaqdadır. Aparılan ümumiləş­di­r­mə­lər göstərir ki, bu üsullar neftvermə əmsalını 3-20% artırır. Onu da qeyd edək ki, ölkəmizdə də istifadə edilmiş bir sıra üsul­lar üzrə effektivlik göstərilən səviyyədə olmuşdur. Deməli, res­pub­lika yataqlarında layların neftverimini artıran üsullar tətbiq olu­narsa və onlardan hətta orta hesabla ən azı 5% effekt alınarsa, onda qalıq balans ehtiyatlarının 120 milyon tonu da real çıxarıla biləcək ehtiyatlara aid edilə bilər. Belə olduqda ARDNŞ üzrə ehtiyat­la­rın ümumi qalıq çıxarılabilən hissəsi 400 milyon tondan da artıq olar. Nəzərə alsaq ki, neft şirkəti ildə 9-10 milyon ton səviy­yə­sin­də neft hasil edir, onda göstərilən ehtiyatın ölkəmizdə neftə olan tələbatın 40-45 il müddətində təmin edə biləcəyini təs­diq­lə­yir.­

Lakin yataqların ehtiyatlarından səmərəli istifadə problemini sadə məsələlərdən hesab etmək olmaz. Burada xeyli sayda bir-biri ilə sıx əlaqədə olan kompleks məsələlərin həlli tələb olunur. Belə ki, uzun müddət işlənilmədə olan yataqların geoloji-texnoloji şəraitinin (o cümlədən, cari dövrlərdə) öyrənilməsi, işlənilmə prosesində yüksək neftverməyə imkan verməyən səbəblərin araşdırılması, dünya neft­çı­xarma təcrübəsində analoji geoloji şəraitdə işlənilmə yenilik­lə­ri­nin və s. tədqiqi tələb olunur. Başqa sözlə, bu yataq­ların bundan sonra da uzun müddət işlənilən sənaye əhəmiyyətli obyekt kimi sax­­lan­ıl­ma­sı kompleks tədqiqatların sistemli aparıl­ması ilə əlaqədardır. Buraya aşa­­­ğıdakı tədqiqat blokları daxil edilməlidir:

a) Geoloji tədqiqatlar. Nəzərə almaq lazımdır ki, istismarın gələcək dövrlərini­ hər şeydən əvvəl iqtisadi göstəricilər müəy­yən­ləş­di­rir. Bu isə yatağın istismarını tə­min edəcək müxtəlif geoloji-tex­niki tədbirlərin yüksək səmərə ilə həyata ke­çi­ril­mə­­sini tələb edir. Bu tələbləri yerinə yetirmək üçün isə yatağın və onun kə­si­li­şin­­dəki ayrı-ayrı layların daxili quruluşu etibarlı öyrənilməlidir. Tələbatın ye­rinə yetirilməsində bir sıra məsələlərin ardıcıl həl­li təmin olunmalıdır. Bunların ara­­sında baxılan yataqların üç­öl­çülü modellərinin tərtibi, cari neft yığımlarının hid­ro­di­namiki vəziy­yətinin aşkar edilməsi və regionda oxşar obyektlərin təsnifat üsu­lları ilə qruplaşdırılması və işlənilmələrinin təhlil edil­mə­si, ­oxşar qrup obyektlərində neft­ver­məyə təsir edən amillərin aşkar edilməsi və onların məq­­səd­­yönlü tənzim­ləndiril­mə­si, lay­ların neftverimini artıran üsulların tətbiqi üçün müvafiq işlənilmə ob­­yekt­lə­rin seçilməsi və s. kimi məsələlər mühüm yer tutur.

Aydındır ki, yataqların uzun müd­dət­ müxtəlif texnologiya ilə işlənilməsi onların geoloji şə­ra­iti­ni­ xeyli mürəkkəbləşdirmiş və burada sistematik dəyişmələr çox hal­lar­da lokal fluktuasiyalarla əvəz olunmuşdur. Odur ki, yataqların qa­lıq­ ehtiyatlarının maksimum mənimsənilməsi üçün seçiləcək optimal yol­lar və onların operativ həlli geoloji-riyazi modellərin tər­ti­bi­ni­ və onların müasir kompüterlərdə realizəsini tələb edir.

b) Texnoloji tədqiqatlar. Azərbaycanda çoxdan işlənilmədə olan yataqlarda tət­biq olunan texniki vəsait və texnoloji proseslər artıq mü­asir tələblərə cavab vermir. Burada layların hidrodinamiki və­ziy­­yətini yaxşılaşdırmaq üçün müvafiq işlər son vaxtlar çox az aparılır. Məsaməli mühitdə qalmış neftin yuyularaq qu­yu dibinə apa­rıl­­ması süni təsir üsullarının (səthi aktiv maddələr, polimerlər, mi­selyar məhlullar, istilik üsulları və s.) və horizontal quyuların qa­zıl­ması və istismarını tələb edir. Beləliklə, ya­taqlarda ehtiyatların, o cümlədən, onun çıxarılabilən hissəsinin tam mənimsənilməsinin buradakı işlənilmə texnikası və tex­no­lo­gi­ya­sının təkmilləşdirilməsindən asılı olması şübhə doğurmur.



c) İqtisadi tədqiqatlar. Azərbaycan yataqlarının gə­lə­cəkdə is­tis­ma­rının iqtisadi cəhətdən səmərəliliyini təmin etmək üçün dünya neft təc­rübəsində istifadə edilən müxtəlif geoloji-işlənilmə-iq­ti­sa­di modellərin yaradılma­­sı və onların əsasında konkret geoloji-mə­dən və ya təşkilatı tədbirlər vaxtaşırı hə­yata keçirilməlidir.

Neft-qaz mədən geologiyasının tədqiqat istiqamətləri






1




2




3




4




5




6




7




8




9

Layların struktur elementlərinin dəqiqləşdirilməsi (xəritələrin tərtibi, tektonik qırılmaların funksiyalarının təyini)

Lay parametrlərinin (effektiv qalınlıq, məsaməlik, keçiricilik və s.) cari vəziyyətinin təyini və qiymətləndirilməsi


Lay enerjisinin cari göstəriciləri və tükənmə dərəcəsinin öyrənilməsi

Neft ehtiyatının (ilk və cari) hesablanması, differensiasiyası və realizəsinin qiymətləndirilməsi

Geoloji-işlənilmə göstəricilərinə görə təsnifat modellərinin yaradılması və tətbiqi

Yataqların iki və üçölçülü işlənilmə modellərinin yaradılması

Yataqlarda tətbiq olunan işlənilmə proseslərinin tənzimlənməsi

Neftvermə modellərinin yaradılması

İşlənilmənin başa çatdırılması üçün çoxfunksiyalı geoloji-riyazi və iqtisadi modellərin yaradılması

Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə