MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə32/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

MİLLİ GÖRÜŞ

51

 



Bu o deməkdir ki, aypara yerdən görünür.

İkincisi  isə  həmin  hissənin  (yəni  işıqlı 

hissənin) adi gözlə, yaxud felən görünməsə 

də  yaxınlaşdırıcı  cihazlarla  görünməsinin 

mümkün  olmasıdır.  Beləliklə,  elm  özünün 

dəqiq texniki vasitələri ilə Ayın görünməsinin 

mümkünlüyünü  isbat  edərsə,  görünməyə 

mane  olan  qəfil  ortaya  çıxmış  bəzi  işlərin 

olmasına baxmayaraq, bu vaxt hilala hökm 

etmək mümkündür.

Buna əsasən şəri-qəməri ay təbii-qəməri 

aydan  bir  qədər  geri  qalır.  Məsələn,  təbii-

qəməri  ay  şənbə  gününün  gecəsi,  şəri-

qəməri ay isə bazar gününün gecəsi başlayır. 

Hər  iki  halda  da  Ay  muhaqdan  çıxmışdır. 

Lakin  hilal,  görünmək  üçün  münasib  nuru 

(işığı)  əldə  etsin  deyə  kifayət  qədər  vaxt 

olmamışdır.

Başqa bir ifadə ilə desək, bulud və duman 

kimi  görmənin  qarşısını  alan  maneənin 

olmasının  ölçü  üçün  heç  bir  zərəri  yoxdur, 

çünki ölçü, bu kimi maneələr olmadığı halda 

görünmənin  mümkün  olmasından  ibarətdir. 

Buna görə də bu və ya bundan qeyri-hallarda 

Ayın  muhaqdan  adi  gözlə  görünməsi 

mümkün  olan  dərəcədə  çıxdığını  xəbər 

verən  etimadlı  astronomun  sözünə  etimad 

etmək səhihdir. Hətta maneələr olduğu üçün 

heç  kim  Ayı  görə  bilməsə,  yaxud  insanlar 

Aya baxmasalar da bu söz şəri hilalın təsbit 

olunması üçün kifayət edir.

BİR ÜFÜQ, YOXSA SAYSIZ ÜFÜQLƏR

Üfüq  deyildikdə  vahid  xətt  üzərində 

yerləşən  bir  çox  ölkələrin  bir-birinə  yaxın 

yerləşmə  nöqtəsi  nəzərdə  tutulur.  Belə  ki, 

onların  bir-birinə  çox  yaxın  batması  və 

doğması  olur.  Yer  kürə  şəklində,  ölkələr 

onun  üzərində  yayılmış  olduğu  üçün  onlar 

öz  üfüqlərində  yerləşmə  nöqtələrinə  görə 

fərqlənirlər.

Doğuşundan  sonra  hilalın  görüntüsü 

günəşin  batması  ilə  bağlı  olduğu  üçün 

ölkələrdə batmağın fərqli olması bəzən bəzi 

ölkələrdə hilalın görünməsinə mane olur. Bu 

o  deməkdir  ki,  yerin  hər  bir  məntəqəsində 

qəməri  ay  görünmənin  yalnız  orada 

mümkünlüyü  ilə  bağlı  olur?  Və  nəticədə 

hər  bir  üfüqün  özünün  xüsusi  qəməri  ayı 

olur? Belə ki, qəməri ay bu qərb üfüqündə 

əvvəlki gecə, şərq üfüqündə isə sonrakı gecə 

başlayır? Yoxsa qəməri ayın bütün üfüqlərə 

nisbətdə bir başlanğıcı vardır? Dünyanın bir 

hissəsində hilal göründükdə bu hamıya aid 

edilir?

Başqa sözlə, şəri qəməri ayın qətiləşməsi 



üfüqdən  üfüqə  dəyişən  nisbi  bir  işdir  və 

nəticədə günəşin çıxması ilə bağlıdır? Necə 

ki, günəş bəzən bir şəhərin səmasında doğur 

və  digər  şəhərin  səmasında  doğmur.  Onda 

birinci  şəhərə  nisbətdə  günəşin  doğuşu 

sabitdir,  ikinci  şəhərə  nisbətən  qeyri-

sabitdir?  Yoxsa,  qəməri  ayın  başlanması 

ölkələrin  müxtəlifliyi  ilə  fərqlənməsi 

mümkün olmayan mütləq bir iş və müstəqil 

təkvini təzahürdür?

Cavab  olaraq  deyirik:  Biz  artıq  qeyd 

etdik  ki,  şəri-qəməri  ayın  başlanması  iki 

amilin  cəm  olmasına  dayanır:  Birincisi, 

təkvinidir  və  o  ayın  muhaqdan  xaric 

olmasıdır.  Digəri  isə  yerlə  üzbəüz  olan 

işıqlı  hissənin  görünməsinin  mümkün 

olmasıdır.  Görünmənin  mümkünlüyünü 

yerdə  regionların  fərqlənməsinə  tabe  olan 

nisbi bir iş kimi götürə bilərik və onu buna 

tabe olmayan müəyyənləşmiş mütləq bir iş 

kimi də götürə bilərik, çünki biz görünmənin 

mümkünlüyü  ilə  insanın  yerdən  bu  hissəni 

görməsinin  mümkün  olmasını  nəzərdə 

tuturuq  və  bu  halda  nisbi  bir  iş  olur.  Belə 

olduqda yerin hər bir hissəsində onun hilalının 

görünməsi mümkün olarsa, şəri-qəməri ayın 

yerin bu hissəsinə nisbətdə başlaması buna 

şamil edilir. Əgər görünmənin mümkünlüyü 

ilə  dünyanın  bir  nöqtəsində  olsa  belə 

görünmənin 

mümkünlüyünü 

nəzərdə 



  

   


MİLLİ GÖRÜŞ

52

 



tuturuqsa, hilal bir nöqtədə göründükdə şəri 

ayın  bütün  nöqtələrə  nisbətdə  başlaması, 

yerdəki  regionların  fərqlənməsi  ilə 

fərqlənməyən mütləq bir iş olur.

Bununla məlum olur ki, qəməri ay Ayın 

muhaqdan  xaric  olmasından  əlavə  onun 

görünməsinin  mümkünlüyünə  bağlı  olduğu 

üçün, görməksə bəzi vəziyyətlərdə mümkün, 

bəzi vəziyyətlərdə isə qeyri-mümkün olduğu 

üçün  şəri-qəməri  ayın  başlanmasının  nisbi 

olması əqli bir şeydir. Bu vaxt öz şəri-qəməri 

ayını görünmənin mümkünlüyünə bağlayan 

şəriətə müraciət etməliyik ki, görək şəriət hər 

bir  nöqtədə Ayı  bu  məntəqədə  görünmənin 

mümkünlüyünə  bağlı  bilir,  yoxsa  harada 

olursa-olsun  bütün  məntəqələrdə  ayı 

görünmənin mümkünlüyünə bağlı bilir?

Şəri  dəlillərdən  başa  düşdüyümüzün 

əsasına  ikinci  fikir  daha  yaxındır.  Buna 

görə də hilal bir ölkədə görünərsə, ay başqa 

ölkələrdə də təsbit olunur.

HİLAL NECƏ TƏSBİT EDİLİR

Ayın  şərən  təsbit  olunması  üçün 

çoxlu  hökmlər  vardır  ki,  biz  aşağıdakı 

məsələlərdə  onları  ətraflı  surətdə  izah 

edəcəyik: 

Hilal  aşağıdakı  yolların  biri  ilə  isbat 

edilir:

1.  Mükəlləfin  özünün  həqiqətdə  onu 



görməsi  ilə;  görmənin  adi  gözlə  olması 

şərt deyildir, eynək və ondan qeyrisi kimi 

yaxınlaşdırıcı  vasitələrə  etimad  etmək 

səhihdir. Həmçinin müsəlman olmasalar da, 

mütəxəssis astronomların ayın doğmasına 

və onun muhaqdan felən gözlə görünməsə 

də,  gözlə  görünməsinin  mümkün  olacağı 

miqdarda (ölçüdə) xaric olduğuna şəhadət 

vermələrinə  etimad  etmək  mümkündür. 

Bu (yəni etimad) onların sözündən qətilik 

və arxayınlıq hasil olduqda olur.

2.  Çoxlu  sayda  və  müxtəlif  insanların 

şahidliyi  ilə;  Belə  ki,  bu  insanı  hilalın 

varlığı  haqqında  bilgiyə  və  arxayınçılığa 

çatdırmalıdır.  Bu  “şiya”  adlanır.  Əgər 

bilgi,  yaxud  arxayınçılıq  hasil  olmasa, 

say  olduqda  buna  etimad  etmək  icazəli 

deyildir.

3.  İki  ədalətli  kişinin  Ayı  görmələri 

barədə  şəhadət  verməsi  ilə;  bir  şəxs 

və  kişilərlə  olsalar  da  belə  qadınların 

şəhadəti kifayət etmir. Lakin onların (yəni 

qadınların) sözlərindən arxayınçılığın əldə 

olunması  istisnadır,  çünki  arxayınçılıq 

ağıllı  insanların  əsaslandığı  mötəbər 

dəlildir.

4.  Əvvəlki  ayın  hilalından  30  günün 

keçməsi  ilə;  çünki  şəri-qəməri  ay  30 

gündən artıq olmur. Əgər 30 gün keçsə və 

yeni Ay görünməsə, hilalın varlığına etibar 

edilir. Və bununla yeni qəməri ay başlayır.

5.  Onun  özünün,  yaxud  istinad  etdiyi 

əsasın  səhv  olduğu  bilinməyənə  qədər 

şəri hakimin hilala hökm etməsi ilə; bütün 

müsəlmanların onun hökmünə tabe olması 

vacibdir.

6.  Ayın  muhaqdan  çıxıb  görünməsi 

mümkün  olacaq  şəkildə  üfüqdə  olması 

barəsində insanı yəqinlik və arxayınçılığa 

gətirib çıxardan hər bir elmi səy və cəhdlə.

  Hilalın  bir  ölkədə  təsbit  edilməsində 

onun həmin ölkə ilə gecənin bir hissəsində 

olsa da, müştərək olan hər hansı başqa bir 

ölkədə  təsbit  edilməsi  kifayət  edir.  Belə 

ki, Ay görünən ölkədə Günəş, mükəlləfin 

yaşadığı  ölkədə  fəcr  tülu  etməmişdən 

qabaq (yəni sübh namazından əvvəl) batır.

 Ramazan ayının hilalı təsbit olunduqda, 

oruc  tutmaq,  şəvval  ayının  hilalı  təsbit 

olunduqda isə iftar etmək vacib olur.

Ramazan  ayının  hilalı  təsbit  olunmasa, 

“şəkk günü”nün orucu vacib olmur. Bəlkə, 

həmin  gündə  o  günü  ramazan  ayı  hesab 

edərək  oruc  tutmaq  icazəli  deyildir.  Bəli, 

şəkk  gününü  şaban  ayı  kimi  oruc  tutmaq 

müstəhəbdir  və  insan  həmin  günü  qəza 

niyyəti ilə oruc tuta bilər. Bundan sonra həmin 

günün  ramazan  ayından  olması  bilinsə,  bu 

ona kifayət edər. Şəvval ayının hilalı təsbit 

olunmasa,  ramazan  ayının  otuz  gününü 

tamamlamaq  vacibdir.  Əgər  gün  əsnasında 



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə