MüNDƏRİcat ramazan ayi – İlahi TƏqva üZƏRİNDƏ İradəNİn təRBİYƏ olunmasi ayi



Yüklə 5,24 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix03.08.2018
ölçüsü5,24 Mb.
#60681
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

MİLLİ GÖRÜŞ

55

 



Oruc  dan  yerinin  ağarmasından  (fəcri-

sadiqdən) günəşin batmasına qədər Allah rizası 

üçün yeməyi, içməyi, cinsi münasibəti və orucu 

batil  edən  digər  amilləri  tərk  etmək  deməkdir. 

Qədimdə ancaq gözlə baxar, üfüq boyunca işığın 

çoxaldığını gördükdə yeməyi və içməyi saxlayıb 

oruca  başlayardılar. Artıq  bu  cür  müşahidələrin 

yerini  təqvimlər  tutmuşdur.  Lakin  təqvimlər 

xətalı  olduğu  üçün  Türkiyədə  (həmçinin  digər 

İslam ölkələrində) ən az 40 dəqiqə əvvəl oruca 

və namaza başlayırlar. Ekvatora yaxın bölgələrdə 

bu müddət azalsa da, şimal bölgələrində bir neçə 

saata çatır. Buna işa namazının vaxtı ilə əlaqədar 

xətalar  da  əlavə  olunduqda  ciddi  sıxıntılar 

yaranır. 

A) FƏCR (DAN YERİNİN 

AĞARMASI) HADİSƏLƏRİ

Təqvimlərdəki  xətanın  səbəbi  Günəşin 

doğmasından  əvvəl  beş  ayrı  fəcr  (dan) 

arasında  aparılan  yanlış  seçimdir.  Bunlar, 

fəcri-kazib  (yalançı  dan),  astronomik  dan, 

dənizçi danı, fəcri-sadiq (həqiqi dan, yaxud 

imsak danı) və mülki danlardır. 

1. FƏCRİ-KAZİB (YALANÇI DAN)

Bu, sübhə yaxın şərqdə yuxarıdan aşağıya 

doğru  dikinə  (şaquli,  vertikal)  peyda  olan, 

üstü  parlaq,  altı  üfüq  xəttinə  enməyən  bir 

sabah parıltısıdır. Bir müddət görünüb sonra 

gözdən  itir

2

.  Onun  görünməsinin  yeməyə 



və içməyə heç bir maneçiliyi yoxdur. Bilal 

Həbəşi  həmin  vaxtda  azan  oxuduğu  üçün 

Allah Rəsulu belə demişdir: “Bilalın azanı 

və dikinə peyda olan dan səhər yeməyinizə 

mane  olmasın,  lakin  tttüfüqdə  eninə 

yayılan dan elə deyildir!”

3

  

Cabir  ibn  Abdullahın  rəvayətinə  görə 



Peyğəmbərimiz  belə  demişdir:  “İki  fəcr 

(dan) vardır; birinə qurd quyruğu deyilir, 

fəcri-kazibdir (yalançı dandır), dikinə 

olur, üfüq xətti boyunca yayılmaz. İkinci 

fəcr  (dan)  üfüq  xətti  boyunca  yayılar, 

dikinə getməz”.

 

 



 

Fəcri-Kazib

       Qurd quyruğunu xatırladır. 

2. ASTRONOMİK DAN 

(ASTRONOMIKAL TVAYLAYT)

Bu  isə  atmosferin  üst  təbəqəsində  meydana 

gələn  və  ulduzların  müşahidəsinə  mane  olan 

bir  dandır.  Səhər  vaxtı  günəş  üfüqə  18o-dən 

artıq  yaxınlaşdığı  vaxt  başlayır,  axşam  isə  18o  

üfüqün  altına  endiyi  zaman  sona  çatır.  Bu  dan 

astronomların danıdır. Bu vaxt üfüq qaranlıqdır, 

çünki  Günəş  işıqları  yerdən  təxminən  400  km 

yuxarıdadır. 

Əbdüləziz Bayındır (İlahiyyat elmləri doktoru, professor. 

İstanbul Universiteti İlahiyyat fakültəsi müəllimi)



  

   


MİLLİ GÖRÜŞ

56

 



 

Ərəb Çöllərində Astronomik Dan

 Üfüqdə heç bir işartı yoxdur.

3. DƏNİZÇİ DANI (NOTİKAL 

TVAYLAYT)

Günəşin  12o  üfüqün  altında  olduğu 

vaxtdır. Normal atmosfer şəraitində cisimlərin 

xarici xətləri tam şəkildə olmasa da, seçilə 

bilir,  lakin  üfüq  qeyri-müəyyən  vəziyyətdə 

olur.  Dənizçilər  istiqamətlərini  ulduzlarla 

müəyyənləşdirdikləri  üçün  həm  ulduzu, 

həm  də  üfüqü  görməlidirlər.  Qaranlıqda 

ulduz görünər, lakin üfüq görünməz. Günəş 

6o  üfüqün  altında  olduqda  bu  dəfə  üfüq 

görünər,  lakin  ulduzlar  görünməz.  Buna 

görə də müşahidəni (izləməni) dənizçi danı 

ilə  mülki  dan  arasında  aparırlar.  Müşahidə 

üçün ən uyğun vaxt isə Günəşin 10o üfüqün 

altında olduğu vaxtdır; ona rəsəd (müşahidə 

və izləmə) danı deyirlər. 



4. FƏCRİ-SADİQ (HƏQİQİ DAN, 

YAXUD İMSAK DANI,

SÜBH NAMAZININ VƏ ORUCUN 

BAŞLADIĞI VAXT)

Bu, çoxalan Günəş işıqlarının şərq üfüqü 

boyunca yayılaraq aydın bir görüntü verdiyi 

zamandır . Gur işıqlar üfüqün üst tərəfində ağ 

bir xətt meydana gətirir. Müşahidəçi ilə üfüq 

arasındakı  torpaq  parçası  isə  qara  bir  xətt 

kimi görünür. Oruc tutacaq şəxs bu iki xətti 

gözlə dəqiq və aydın olaraq ayırd etdikdən 

sonra oruca başlamalıdır. Müşahidələrimizə 

görə bu vaxt Günəş 10o üfüqün altında olur. 

Allah-Taala  buyurur:  “…Sizin  üçün  fəcrin 

ağ  sapı  qara  sapından  fərqlənincəyə  qədər 

yeyib-için!...”  

 

Fəcri-Sadiq



Sübh Namazının və Orucun Başlanğıc Vaxtı 

5. MÜLKİ DAN (SİVL TVAYLAYT)

Günəş 6o üfüqün altında olduğu vaxtdır. 

Bu vəziyyətdə çevrədəki cisimlər açıq-aydın 

görünə  bildiyi  kimi  ən  parlaq  ulduzlar  da 

görünə bilir. Fiqhdə buna “isfar vaxtı” deyilir

Mülki Dan Gəmi və dəniz açıq-aydın görünür. 

Günəşin Doğuşu

Diskin  üst  tərəfinin  üfüqdə  göründüyü  vaxt 

Günəşin çıxdığı vaxtdır. Günəşin çıxması ilə sübh 

namazının vaxtı sona çatır.



MİLLİ GÖRÜŞ

57

 



1.“Bəqərə”, 187

2. Fəcri-kazib iki tərəfdən qaranlıqla əhatə olunmuş 

ağ sütun kimi yuxarıya doğru uzanıb uzunsov forma 

alan sabah parıltısıdır. S. M. Fəzlullah. “Əhli-Beyt 

məzhəbində namaz və oruc”, s. 120

3. “Müslim”; “Siyam”; 8

4. Fəcri-sadiq üfüqi yayılma ilə başlayıb üfüq boyun-

ca uzanan ağ sapa bənzər şəkildə olan və uzununa 

və eninə yayılmaqda davam edən sabah parıltısıdır. 

S. M. Fəzlullah. “Əhli-Beyt məzhəbində namaz və 

oruc”, s. 119

5. “Bəqərə”, 2/187



B) TƏQVİM FƏALİYYƏTLƏRİ

Qədimdə adi gözlə aparılan müşahidələrlə 

oruca  və  namaza  başlayardılar.  Artıq 

müşahidələrin yerini təqvimlər almışdır. Qazi 

Əhməd Muxtar Paşa (1839-1919) təqvimlərin 

astronomik  dana  görə  hazırlandığını  belə 

ifadə etmişdir: “Günəş şərq üfüqünə 21,5o 

yaxınlaşdığı  vaxt  imsak  vaxtının  (yəni 

orucun) başlanması barəsində fikir birliyi 

vardır.  Təqvimlərdəki  imsak  hesabı  ona 

görə  aparılır.  Bunun  da  fəcri-sadiqdən 

(həqiqi  dandan)  əvvəli  göstərməsi  yalnız 

ehtiyat  üçündür,  çünki  fəcri-sadiqin 

Günəşin üfüqə 19o yaxınlaşdıqda başladığı 

məsələsi yekdilliklə qəbul edilmişdir”. 

18o  olan  astronomik  dan,  19o-yə 

çıxarılmış,  sonra  ehtiyat  üçün  buna  2,5o 

əlavə  edilib  gecənin  ortasında  oruca 

başlanılmışdır.  Bu  vaxt  fəcri-kazib  belə 

olmadığı  üçün  bürclərdən  gələn  şüalara 

(zodiak şüaları) fəcri-kazib deyilmiş, onların 

axşam da görünməsi mümkün olduğu üçün 

bir  də  şəfəqi-kazib  (yalançı  şəfəq)  icad 

edilmişdir.  T.R.  Dini  İşlər  İdarəsi  1983-cü 

ildə  ehtiyatları  ləğv  edərək  oruca  başlama 

vaxtını 18o-yə endirmişdir. Etirazlara əsasən 

bizim  də  iştirak  etdiyimiz  müşahidələr 

aparılmış,  astronomik  danın  fəcri-sadiq 

sayılmayacağı  (diqqət  edilsin)  hər  dəfə 

sübut olunmuş, lakin bunlar təqvimlərdə öz 

əksini tapmamışdır. 

Astronomik  dan  yalnız  kosmosla 

əlaqədar  tədqiqat  aparanları,  dənizçi  danı 

da  dənizçiləri  maraqlandırır.  Fəcri-sadiq 

fərqli  bir  anlayışdır.  Onun  tərifi,  səbəbi  və 

nəticələri də fərqlidir. Ona görə də dərhal bu 

böyük səhvdən üz döndərmək, müsəlmanlara 

və  İslama  olunan  bu  zülmə  son  qoymaq 

lazımdır. 

Cəhd bizdən, müvəffəqiyyət isə Allahdandır!

Ölkədə buraxılan təqvimlərə görə sübh 

namazının  və  orucun  başlandığı  vaxt. 

Quranın təyin etdiyi ölçüyə ziddir.

İstanbul.  Süleymaniyyədə  fəcri-sadiq 

(sübh  namazının  və  orucun  başladığı 

vaxt). Fəcrin ağ sapının qara sapından 

fərqləndiyi vaxt.



Yüklə 5,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə