Цмидли эяляжяк



Yüklə 12,73 Kb.
tarix21.06.2018
ölçüsü12,73 Kb.
#50873






Mətbuat üçün açıqlama

20 oktyabr - 20 noyabr “Uşaq Hüquqları Aylığının” rəsmi elan edilməsi



Hər il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin təşəbbüsü ilə “Azərbaycan Uşaq Hüquqları Aylığı” keçirilir. Bu il Oktyabr-Noyabr ayları ərzində keçirilən bu aylıq çərçivəsində İnsan Hüquqları üzrə Müvəkkil, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səbayıl rayon İcra Hakimiyyəti, İçəri Şəhər Tarixi-Memarlıq Qoruğu, digər mərkəzi və yerli dövlət qurumları, habelə Uşaq Hüquqları üzrə QHT Alyansı, Save the Children, World Vision, “Ümidli Gələcək” Gənclər Təşkilatı, “Dan” Beynəlmiləlçi Gənclər Birliyi, “Müşfiq” Əlil uşaqlara yardım İB, “SOS” Uşaq Kəndləri Assosiasiyası, Azərbaycan Qadın və İnkişaf Cəmiyyəti, Uşaq və Gənclərin Sülh Şəbəkəsi və bir çox digər yerli və beynəlxalq QHT-lər ölkənin müxtəlif şəhər və rayonlarında uşaq hüquqlarının müdafiəsi və təbliği ilə bağlı çoxsaylı tədbirlər təşkil edir. 
“Uşaq Hüquqları Aylığının” keçirilməsində əsas məqsəd uşaq problemlərinə cəmiyyətin diqqətini cəlb etmək, onların həllində bütün qurumların səfərbər olmasına nail olmaq, uşaq hüquqlarına dair görülən işlərə dair məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq, habelə bu proseslərdə uşaqların daha geniş iştirakını təmin etməkdir.
Bu il Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən tədbirlər diqqəti daha çox narahatçılığa səbəb olan məsələlərə cəlb etməyə çalışacaqdır. Xüsusilə vurğulamaq lazımdır ki, İnsan Hüquqları üzrə Müvəkkilin rəhbərliyi ilə hazırlanmış “Uşaqların cismani cəzadan müdafiəsi haqqında” qanun layihəsinin qəbul edilməsinin dəstəklənməsi məqsədilə “Uşaqları zorakılıqdan qoruyaq”, Save the Children və Avropa İttifaqının dəstəyilə icra edilən proqrama dəstək məqsədilə “Yeniyetmələr üçün həyat bacarıqları”, Təhsil Nazirliyinin rəhbərliyi altında icra edilən “Uşaqların internat müəssisələrində ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramının” icrasına və həmçinin World Vision tərəfindən aparılmış “Uşaqlara dair Milli Qanunvericiliyin təhlili və təkmilləşdirilməsi” proqramına dəstək məqsədilə isə “Hər bir uşağın ailədə yaşamaq hüququ var” və “Əlilliyi olan və internat məktəblərini bitirmiş uşaqların işlə təmin edilməsinə dəstək verək” şüarları altında keçiriləcək bu aylıq uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlərə xeyli təkan vermiş olacaq.
“Uşaq Hüquqları Aylığı”-nın Oktyabr-Noyabr aylarında təşkili heç də təsadüfi deyildir. BMT-nin Uşaq Hüquqları Bəyannaməsi və sonradan BMT-nin Uşaq Hüquqları Konvensiyası məhz 20 noyabr tarixlərində qəbul edilmişdir. Məhz buna görə bütün dünyada 20 noyabr Beynəlxalq Uşaq Hüquqları Günü kmi qeyd edilir.
“Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqları zorakılıqdan qoruyaq” şüarı altında Uşaq Xoru və Çalğı alətləri orkestrlərinin Festivalı, “Şirin rənglәr” tәsviri incәsәnәt festivalı, “Uşaqlar naminә velosiped yürüşü və kütlәvi qaçış”, “Heç bir uşağı nəzәrdən qaçırmayaq” Milli İctimai Mükafatın IV tәqdimetmə mәrasimi, “Sky Lanterns” (Səma Fənərləri) Festivalı keçiriləcək.
“Uşaq Hüquqları Aylığının” rəsmi elan edilməsi 21 oktyabr 2011-ci ildə saat 12:30-da İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) konfrans zalında həyata keçiriləcək (Hökümət evi, 2-ci qapı).
22 oktyabr 2011-ci il tarixində saat 10:00-da Park Bulvarda (4-cü mərtəbə) təşkil olunacaq “Şirin rənglər” rəsm festivalı ilə “Uşaq Hüquqları Aylığına” rəsmi start veriləcəkdir.

Əlavə məlumat üçün:

Nəbiyev Vüsal

İctimaiyyətlə əlaqələr və mətbuat xidməti

Tel: (012) 493-21-42, Mobil: (050) 670-74-78



E-poçt: reliablefuture@ymail.comelxanmerdanli@yahoo.com



Yüklə 12,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə