MüNDƏRİcat giriş. Birinci bölmə: pedaqoji elmin nəZƏRİ-metodoloji



Yüklə 3,23 Mb.
Pdf görüntüsü
səhifə30/196
tarix12.10.2018
ölçüsü3,23 Mb.
#73284
1   ...   26   27   28   29   30   31   32   33   ...   196

1.

 

Təlimin tərbiyəedici və inkişafetdirici prinsipi. 



2.

 

Təlimin həyatla, inkişafla əlaqələndirilməsi prinsipi



3.

 

Təlimin elmliyi prinsipi; 



4.

 

Təlimdə sistemlilik və ardıcıllıq prinsipi; 



5.

 

Təlimdə şüurluluq və fəallıq prinsipi; 



6.

 

Təlimin əyanilik prinsipi. 



Göründüyü kimi, təlim prmsiplərinin bölgüsündə oxşarlıq daha 

çox  nəzərə  çarpır.  Orta  məktəbdə  istifadə  olunan  təlimin  prinsipləri 

olduğu  kimi  ali  məktəbə  köçürülür  və  yaxud  əksinə.  Ayrı-ayrılıqda 

istər orta,istərsə də ali məktəbin spesiflikliyi nəzərə almır. Düzdür ola 

bilər ki, hər ikisi üçün didaktik prinsiplər eyni olsım, amma məzmım 

etibarilə həyata keçirilməsi baxımmdan bunlar eyni deyildir. Əlbəttə, 

orta məktəb didaktikasmda təlimin prinsiplərini müəyyənləşdirərkən 

bu spesifiklik nəzərə aimmalıdır. 



3.3.

 

Didaktikanın tədqiqat üsulları 

Pedaqogika dərsliklərində öz əksini tapan didaktika bölmələrinin 

böyük  əksəriyyətində didaktikanm  tədqiqat  üsulları barədə məlumat 

verilmir.  Bu,  ommia  izah  edilməlidir  ki,  pedaqogika  dərsliklərində, 

dərs  vəsaitlərində  müəlliflər  pedaqogikanın  tədqiqat  metodları  adı 

altmda verilən fəsillərdə, yarımfəsillərdə həmin tədqiqat metodlarmı 

həm  təlimə,  həm  tərbiyəyə  aid  edirlər.  Hətta  müəlliflərin  bəziləri 

həmin üsulları pedaqogikanm elmi - tədqiqat metodları (A. Abbasov, 

F.  Rüstəmov),  pedaqoji  elmin  tədqiqat  üsulları  (N.  Kazımov) 

adlandırurlar.  Fikrimizcə,  didaktikanm  tədqiqat  üsul-  larmm 

pedaqogikanm tədqiqat üsullarından təcrid edilərək müstəqil şəkildə 

şərh olunması daha məqsədəuyğundur. Bir halda ki, bir sıra Avropa 

ölkələrində, hətta Rusiyada didaktika müstəqil elm sahəsi kimi təqdim 

edilir,  həmin  müstəqil  elm  sahəsinin  tədqiqat  üsulları  ilə  bağlı  fikir 

yürütmək,  şübhəsiz,  kitləvi  hal  kimi  qiymətləndirilmişdir.  Bütün 

bunları  nəzərə  alıb,  bu  yarımfəsildə  didaktikanm  tədqiqat  üsulları 

barədə yığcam şəkildə məlumat verəcəyik. 

Nəzərdən  keçirdiyimz  didaktika  adlı  altmda  nəşr  olunan 

materiallarda ümumi  didaktikanm tədqiqat  üsulları deyəndə, əsasən, 

müşahidə, müsahibə, anketləşdirmə, məktəb sənədlərinin və şa 



89 


girdlərin yaradıcı məhsullarının örənilməsi, pedaqoji eksperiment və 

s. belə üsullardan hesab olunur. 

Bir  sra  müəlliflər  (A.Abbasov,  H.Əlizadə)  nəzəri  tədqiqat 

üsulları  deyəndə  təhlil,  tərkib,  induksiya,  deduksiyanı,  praktik 

tədqiqat  üsulları  deyəndə  isə  müşahidə,  müsahibə,  anketləşdirmə, 

fəaliyyət məhsullarının və məktəb sənədlərinin öyrənilməsini nəzərdə 

tutur  (Ə.Paşayev,  F.Rüstəmov),  sosial  tədqiqat  metodlarını  mo- 

delləşdirməni, testləşdirməni, induktivliyi və deduktivliyi, bəziləri isə 

(N.Kazımov)  riyazi  üsulları,  yəni  qeydəalmanı,  nizamlama  və 

qiymətləndirməni  də  pedaqogikanın  tədqiqat  üsulları  hesab  edirlər. 

Biz də adi çəkilən üsulların hamısını həm mütərəqqi üsullar kimi, həm 

də didaktikanın tədqiqat üsulları kimi qiymətləndiririk. 

Bütün bunlarıla yanaşı, didaktikanın tədqiqat üsullarından olan 

müşahidə, müsahibə, anketləşdirmə. məktəb sənədlərin öyrədilməsi. 

təlim monitorinqinin modelləşdirilməsi və eksperiment haqqında Qisa 

məlumat verməyi lazım bilirik. 

Mfisahidə.  Didaktikada  müşahidə  üsulu  planlı,  mütəşəkkil  və 

məqsədyönlü  aparılan  üsuldur.  Bütün  fənlərin  tədrisi  prosesində 

müxtəlif  xarakterli  müşahidələr  aparıla  bilər.  Müşahidə  zamanı 

tədqiqatçı qarşıya qoyduğu məqsədlə əlaqədar faktlar toplayır, onları 

təhlil edir, tutuşdurur, qarşılaşdırır, müqayisə edərək müvafiq nəticə 

çıxarır.  Müşahidə  qısa  və  uzun  müddətdə  aparıla  bilər.  Məsələn, 

dərslərdə şagirdlərin müstəqil işlərinin təşkilinin Ö3n*ənil- məsi ilə 

əlaqədar  tədris  ili  müddətində  müşahidə  aparılır.  Bu  vaxt  müşahidə 

zamanı əldə edilmiş məlumatlar aşağıdakı əsas məsələləri özündə əks 

etdirməlidir; dərsdə şagirdlərin müstəqil işləri hansı məqsədlərə görə 

qurulur, işə başlamazdan əvvəl və onun yerinə yetirilməsi gedişində 

müəllim  uşaqları  necə  təlimatlandırır,  onlar  hansı  çətinliklərlə 

qarşılaşırlar,  bu  işlər  necə  yoxlanılır  və  qiymətləndirilir,  uşaqların 

bilikləri, bacarıqları və vərdişləri mənimsəməsində və onların idraki 

qüvvələrinin inkişafında hansı nəticələr əldə edilir. 

Konkret  materialın  təhlili  əsasında  nəticələr  əldə  etmək  və 

öyrənilən didaktik mövzu üzrə qoyulmuş məqsədlərə cavab vermək 

məqsədi  ilə  müşahidənin  məlumatları  qeyd  olunur  və  sonra 

ümumiləşdirilir.  Bu  növ  tədqiqatlar  praktikada  özünü  doğruldan 

qiymətli  metodların  və  iş  üsullarının  yaradılmasına  da  imkan  verir. 

Sistemli müşahidəçilik yolu ilə həm elmi işçilər, tədqiqatçılar, həm 

90 



də  məktəbin  rəhbər  işçiləri,  habelə  pedaqoji  kollektivin  üzvləri, 

müəllimlər  müsbət  təcrübəni  öyrənə  bilərlər.  Müyyən  uğurlar  əldə 

edən müəllim müntəzəm olaraq öz təcrübəsini bu üsulla təkmilləşdirə 

bilər. 


Müsahibə. Didaktikada tətbiq olunan tədqiqat üsulları içərisində 

bu  üsul  mühüm  yer  tutur  və  bu  üsuldan  tez  -  tez  istifadə  edirlər. 

Müsahibə üsulunun əhəmiyyəti ondan ibarətdir ki, bu üsul vasitəsi ilə 

araşdırılması  nəzərdə  tutulan  faktlar,  hadisələr  haqqında  daha 

məzmunlu,  əhatəli  məlumat  toplamaq  mümkündür.  Bu  zaman 

tədqiqatçı müsahibi ilə sıx ünsiyyətdə olur, birbaşa məlumat əldə edir. 

Proses canlı və təbii xarakter daşıyır. 

Müsahibə  prosesinin  özü  də  planlaşdırma  tələb  edir.  Belə  ki 

müsahibənin  harada,  kiminlə,  hansı  məqsədlə  aparılması,  hətta 

suallarm  xarakteri  qabaqcadan  müəyyənləşdirilir.  Müsahibə 

metodundan  istifadə  tədqiqatm  araşdırmaq  istədiyi  problem 

haqqındakı  məlumatı  genişləndirir  və  bu  sahədə  səmərəli  fəaliyyət 

göstərməsinə imkan verir. 

Anketləsdirmə. Bu metodun mahiyyəti ondan ibarətdir ki, tərtib 

olunmuş  anketə  xüsusi  suallar  yazılır  və  cavablar  almır.  An- 

ketləşdirmə  kütləvi  xarakter  daşıyr.  Bu  metoda  o  zaman  müraciət 

olunur ki, öyrənilən obyekt üzrə daha çox müəllimin, şagirdin və s. 

fikrini  öyrənmək  lazım  gəlir.  Anketin  tərtibindən  çox  şey  asılıdır. 

Verilən suallar bir -birini tamamlamalı və ardıcıllıqla sistem şəklində 

tərtib edilməlidir. 

Eksperiment.  Didaktikanın  bu  üsulu  pedaqoji  ideyanın,  hipo- 

tezin  təşkil  edilmiş  xüsusi  şəraitdə  öyrənilməsi  və  yoxlanılmasına 

xidmət edir. Eksperiment təlim prosesinə yeni məzmunun, metodların 

və  metodik  üsulların,  tədris  işinin  təşkili  formalarının  və  s. 

düşünülmüş  şəkildə  təcrübəyə  daxil  edilməsini  nəzərdə  tutur. 

Eksperiment  qoyulmuş  məsələnin  həllini,  sonra  isə  bu  hipotezin 

yoxlanılmasını  nəzərdə  tutan  əsaslandırılmış  fərziyyənin  tətbiqidir. 

Əsas  məqsəd  didaktik  ideyaların,  hipotezin  faydalılığını  öyrənib 

aşkara çıxarmaqdır. 

Müşahidədən,  müsahibədən  və  digər  tədqiqat  üsullarından 

çıxarılan  nəticələrin  doğru  olduğunu  yoxlamaq  məqsədilə 

eksperiment təşkil edilir. 

Didaktik tədqiqatlarda tətbiq olunan eksperimentlərin məzmunu 

əsasən aşaqıdakı kimi olur: 



91 


Yüklə 3,23 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   196




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə