Mülki müdafiənin təmin edilməsi haqqında


IV. İŞÇİLƏRƏ VƏ İŞLƏMƏYƏN ƏHALİYƏ MÜLKİ MÜDAFİƏ BİLİKLƏRİNİN



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə7/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
1   2   3   4   5   6   7   8   9   10   ...   16
temin 1998

IV. İŞÇİLƏRƏ VƏ İŞLƏMƏYƏN ƏHALİYƏ MÜLKİ MÜDAFİƏ BİLİKLƏRİNİN 
ÖYRƏDİLMƏSİ 
4.1. İdarə, müəssisə, təşkilat və digər obyektlərdə işləyən, lakin mülki müdafiə dəstələrinin, 
xidmətlərinin heyətinə cəlb olunmayan əhaliyə mülki müdafiə bilikləri hər il iş yerində
istehsalatdan ayrılmadan öyrədilir. Bu əhali qrupu üçün hazırlığın aşağıdakı növləri müəyyən 
edilir: 
4.1.1. mülki müdafiə məsələlərini müstəqil surətdə öyrənmək və hər ay sex, sahə, şöbə və 
digər bölmə rəhbərlərinin keçirdiyi MM məşqlərində iştirak etmək; 
4.1.2. tədris qrupunun tərkibində, xüsusi hazırlanmış qrup rəhbərlərinin, yaxud bilavasitə öz 
rəhbərinin başçılığı ilə müntəzəm məşğələ keçmək. 
4.2. Obyektin ştatlı mülki müdafiə işçiləri belə məşğələ rəhbərləri ilə və ya təlimatçılarla 
tədris ilinin əvvəlində bir iş günlük metodik toplanış keçirirlər. Ştatlı mülki müdafiə işçiləri 
olmayan obyektlərdə belə toplanışlar zona, şəhər, rayon mülki müdafiə icra orqanlarında və 
kurslarında təşkil edilir. 
4.3. İstehsalat və xidmət sahələrində işləməyən əhaliyə mülki müdafiə bilikləri yaşayış 
yerlərində, kütləvi informasiya vasitələrinin, mənzil idarələrində yerli icra hakimiyyəti 
orqanlarının yaratdığı məsləhət məntəqələrinin yardımı ilə müstəqil surətdə və təsərrüfat 
müəssisələrində, mənzil istismarı orqanlarında keçirilən əməli məşğələlərə, MM məşqlərinə cəlb 
edilməklə öyrədilir. 
V. DÖVLƏT VƏ QEYRİ-DÖVLƏT ALI TƏHSİL, ORTA İXTİSAS TƏHSİLİ, İLK PEŞƏ-
İXTİSAS TƏHSİLİ VƏ ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİL ALANLARA 
MÜLKİ MÜDAFİƏNİN ÖYRƏDİLMƏSİ
18
 
5.1. Mülki müdafiə, Mülki müdafiə və tibbi biliklərin əsasları — ali təhsil müəssisələrində 
əyani və qiyabi təhsilalma formalarında bütün təhsilalanlara öyrədilməsi məcburi olan fənnlər 
sayılır və tədris planlarına xüsusi fənnlər kimi daxil edilir.
19
5.2. Ali təhsil müəssisələrin tələbələrinə Mülki müdafiə, Mülki müdafiə və tibbi biliklərin 
əsasları fənnləri qüvvədə olan proqramlara müvafiq tədris edilir. 
5.3. Tələbələrə MM öyrədilməsi üzrə əsas vəzifələr aşağıdakılardır: 
5.3.1. sülh və müharibə dövrlərindəki fövqəladə hallarda fəaliyyət göstərmək və ali təhsil 
müəssisələrində aldıqları ixtisasa müvafiq olaraq, obyektlərin sabit işinin təmin edilməsi 
üsullarını öyrənmək;
 20
5.3.2. tibbi biliklərin əsaslarına yiyələnmək və fövqəladə hallarda əməli olaraq tibbi yardım 
göstərməyi bacarmaq; 


5.3.3. ümumi təhsil müəssisələrinin 2, 5, 6-cı siniflərində mülki müdafiə və tibbi-sanitariya 
hazırlığı fənnləri üzrə məşğələlər aparmağı bacarmaq.
 21
5.4. Xüsusi fənn olmaqla mülki müdafiə üzrə məşğələlər bütün ali təhsil müəssisələrinin 
yuxarı kurslarında iki semestr, tibbi biliklərin əsasları isə dörd semestr ərzində keçirilir. 
5.5. Ali pedaqoji məktəb tələbələrinə təcrübə keçən dövrdə onlarla mülki müdafiə və tibb 
hazırlığı fənni üzrə məşğələlər aparılması da planlaşdırılır. 
5.6. Mülki müdafiə fənni imtahan verməklə qurtarır. Pedaqoji institutlar və universitetlərdə 
tibbi biliklərin əsasları fənnindən birinci tədris ili tələbələr imtahan, ikinci tədris ili isə məğbul 
verirlər. Kurs buraxılış imtahanları ilə qurtarır. 
5.7. Ali təhsil müəssisələrində mülki müdafiə kafedraları (kursları) müvafiq məktəbin, 
nazirliyin rəhbərlərinin əmri ilə yaradılır. Onlar ümumi qaydalara müvafiq komplektləşdirilir. 
Hərbi kafedrası olan təhsil müəssisələrində isə mülki müdafiə proqramı üzrə dərslərin tədrisi 
hərbi kafedra müəllimləri tərəfindən aparılır.
 22
5.8. Mülki müdafiə kafedraları (kursları) müəllimlərinin bilikləri sahə təkmilləşdirmə təhsil 
müəssisələrində, respublikanın mərkəzi mülki müdafiə kursunda və müvafiq sazişlərə əsasən 
digər ölkələrin ixtisaslaşdırılmış təhsil müəssisələrində təkmilləşdirilir.
 23
5.9. Ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrinin 10 
— 11 sinif şagirdlərinə, tələbələrinə mülki müdafiə “Gənclərin ibtidai hərbi hazırlıq 
proqramı”na bölmə kimi daxil edilir və proqramda nəzərdə tutulan miqdarda hərbi rəhbər 
tərəfindən tədris olunur.
 24
Mülki müdafiə fənni 2-ci sinifdə 6 saat, 5-ci sinifdə 8 saat və 6-cı sinifdə 8 saat tədris olunur. 
Saatlar bədən tərbiyəsi fənninin tədris saatlarına daxil edilir və sinif rəhbərləri tərəfindən tədris 
olunur. 
Mülki müdafiəni tədris edən sinif rəhbərləri tədris ilinin əvvəlində yerli mülki müdafiə 
qərargahlarının nəzdində 3 günlük kurs keçirlər. 

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə