Mülki müdafiənin təmin edilməsi haqqında



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
1   2   3   4   5   6   7   8   9   ...   16
temin 1998

 NÖMRƏLİ ƏLAVƏ 
Mülki müdafiə üzrə dərəcələr verilən təsərrüfat obyektlərinin 
SİYAHISI 
Sıra 
Sənaye 
sahəsi 
Obyektin 
Obyektin 
mənsubiyyəti 
(hansı nazirliyə, 
Obyektin mövcud iqtisadi 
göstəriciləri 
Obyektlərin 
qısa xarakte-
ristikası 
Obyektin 
mülki 
müdafiə 
üzrə 
Obyektə 
mülki 
müdafiə 
üzrə 
Obyektdə 
Mülki Müdafiə 
ştatlı 
Obyektin 
növü 
(fəaliyyətdə 
olan, 
№-si 
və obyektin 
adı 
yeri 
baş idarəyə 
mənsubdur 
işçilə-rin 
sayı (ümumi 
və ən böyük 
iş növbəsin-
də) 
buraxıldığı 
məhsulun 
həcmi, 
yaxud 
obyektin 
gücü (ildə 
mln man., 
min ton və 
s.) 
(əsas göstəri-
cilər üzrə) 
mövcud 
olan 
dərəcəsi 
yenidən 
verilən 
dərəcəsi 
işçilərinin 
nəzərdə 
tutulan sayı 
inşa edilən, 
yenidən qur.) 









10 
11 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə 
TƏSDİQ EDİLMİŞDİR
 
Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin 
hazırlanması 
QAYDALARI 
1. ÜMUMİ MÜDDƏALAR 
1.1. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması mülki müdafiənin 
əsas vəzifələrindən biridir. 
1.2. Fövqəladə hadisələrdən müdafiəyə respublikanın bütün əhalisi hazırlanır. 
Bu zaman 6 — 17 yaşlı şəxslərə — sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən 
mühafizə üsulları, 17 yaşından yuxarı şəxslərə isə, bundan əlavə belə hadisələrin nəticələrini 
aradan qaldırmaq üzrə fəaliyyət qaydaları da öyrədilir. 
1.3. Fövqəladə hadisələrdən müdafiə qaydalarının və mülki müdafiənin əhaliyə öyrədilməsi 
respublikanın bütün ərazisindəki nazirlik, komitə, idarə, müəssisələrin, təşkilatların rəhbərləri 
tərəfindən təşkil edilir, kadrların hazırlanması sistemində işçilərin əsas vəzifələri ilə yanaşı 
mülki müdafiə üzrə vəzifələr də nəzərə alınmaqla, fərdi və fasiləsiz yerinə yetirilir. 
1.4. Obyektlərdə mülki müdafiənin öyrədilməsi işləri tədris qruplarında məşğələ aparmaq, 
mühafizə məsələlərini müstəqil surətdə öyrənmək üsulları ilə, məşq və təlimlər vasitəsilə həyata 
keçirilir. 
1.5. Məşğələlərin mövzuları, keçirilməsi qaydası və vaxtı (iş vaxtı və ya işdən sonra) yerli 
şərait, istehsalın xüsusiyyətlərini və öyrədilən şəxslərin hazırlıq dərəcəsini nəzərə almaqla 
müəyyən edilir. 
1.6. İşçilər fəaliyyətə hazırlanarkən onlara “Mülki müdafiə” mövzullarının öyrədilməsi 
nəzərdə tutulur, həmçinin təhlükəsizlik texnikası üzrə ilkin təlimat proqramlarına, müəssisədə 
işin xüsusiyyətləri nəzərə alınmaqla mülki müdafiə məsələləri də daxil edilir. 
1.7. Kollektiv və fərdi əmək müqaviləsi, digər müqavilələr bağlanarkən bunlarda mülki 
müdafiəyə hazırlığın təşkili üzrə işəgötürənin və əmək kollektivinin vəzifələri müəyyən olunur. 
1.8. Dövlət və qeyri-dövlət təhsil müəssisələrində şagirdlərin, tələbələrin və dinləyicilərin 
mülki müdafiə hazırlığı proqramları, mövzuları və tədris saatlarının miqdarı müvafiq nazirlik, 
dövlət komitələri, baş idarələr, təhsil müəssisələri tərəfindən yerli xüsusiyyətlər nəzərə 
alınmaqla işlənib hazırlanır və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə 
razılaşdırılır.
10
1.9. Əməli məşğələlər, mülki müdafiə təlimləri və məşqləri — sülh və müharibə 
dövrlərindəki fövqəladə hallarda mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə bütün əhali 
qruplarını hazırlamağın əsas forması hesab edilir. 
Respublikanın əhalisinə mühafizə bitkilərinin öyrədilməsində mülki müdafiə təbliğatına 
geniş yer verilir. 
Mülki müdafiə təbliğatı sülh və müharibə dövrlərindəki fövqəladə hallarda mühafizəsinin 
üsul və qaydalarını bütün əhaliyə öyrətməyin formalarından biridir. 
Mülki müdafiə təbliğatında kütləvi informasiya vasitələrinin, gönüllü hərbi-vətənpərvərlik 
texniki-idman cəmiyyətlərinin, digər dövlət və ictimai təşkilatların imkanlarından səmərəli 
istifadə olunmalıdır. Bu sahədə Fövqəladə Hallar Nazirliyi nəzdində yaradılan mətbuat və 
informasiya qurumu xüsusi rol oynamalıdır.
11

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə