Mülki müdafiənin təmin edilməsi haqqında


Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
1   2   3   4   5   6   7   8   9   ...   16
temin 1998

 
Mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara, şəhərlərinin 
qruplara və təsərrüfat obyektlərinin dərəcələrə bölünməsi 
QAYDALARI 
 
1. Bu Qaydalar mülki müdafiə üzrə Azərbaycan Respublikası ərazisinin zonalara
şəhərlərinin qruplara, təsərrüfat obyektlərinin isə dərəcələrə bölünməsinə dair əsas qaydaları və 
şərtləri müəyyən edir. 
2. “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununa, “Mülki müdafiə 
haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan 
Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 nömrəli Fərmanına müvafiq olaraq 
mülki müdafiə tədbirlərinin planlaşdırılmasının siyasi, iqtisadi, müdafiə əhəmiyyətini və digər 
amilləri nəzərə alaraq respublikanın ərazisi zonalara, şəhərləri mülki müdafiə üzrə qruplara aid 
edilir, təsərrüfat obyektləri isə mülki müdafiə üzrə dərəcələrə bölünür. 
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin 
təqdimatı əsasında zonalar, şəhərlərin qrupları və obyektlərin dərəcələri Azərbaycan 
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5
4. Mülki müdafiə üzrə zonalar bu Qaydalara 1 nömrəli əlavəyə uyğun olaraq müəyyən 
edilir. 
5. Mülki müdafiə üzrə şəhərlərin üç qrupu: birinci qrup (I qrup), ikinci qrup (II qrup), 
üçüncü qrup (III qrup) şəhərlər bu Qaydalara 2 və 3 nömrəli əlavələrə uyğun olaraq müəyyən 
edilir. 
6. Ən mühüm təsərrüfat obyektlərinə mülki müdafiə üzrə belə dərəcələr verilir: xüsusi 
əhəmiyyətli (XƏ), birinci dərəcəli (I dərəcəli) və ikinci dərəcəli (II dərəcəli) obyektlər. Təsərrüfat 
obyektlərinə mülki müdafiə üzrə dərəcələrin verilməsi bu Qaydalara 4 nömrəli əlavəyə uyğun 
olaraq müəyyən edilir. 
Mülki müdafiə üzrə dərəcələr belə obyektlərə verilə bilər: fəaliyyətdə olan, inşa edilən, 
yenidən quraşdırılan və layihələşdirilən vacib, sənaye, nəqliyyat, energetika və rabitə 
müəssisəsinə; xüsusi konstruktor bürolarına; neft-qaz mədənləri idarələrinə; dövlət əhəmiyyətli 
nadir mədəni sərvətlərə malik olan obyektlərə (arxiv, muzey, kitabxana, şəkil qalereyası); 
material və ərzaq bazalarına; su kəməri təsərrüfatlarına və digər dövlət əhəmiyyətli obyektlərə. 
7. Mülkiyyət formasından asılı olmayaraq sənaye birliklərinə, şirkətlərə, kombinatlara və 
digər təsərrüfat obyektlərinə mülki müdafiə üzrə dərəcələr elə hallarda verilə bilər ki, onların 
müəssisələri, sexləri və idarəetmə orqanları vahid bir istehsalat sahəsində yerləşmiş olsun. 
8. Özlərinin iqtisadi və digər göstəricilərinə görə mülki müdafiə üzrə dərəcələrə aid edilməsi 
— mümün olmayan bütün digər müəssisələr və idarələr dərəcəsiz obyektlər adlanır. 
9. Tikinti təşkilatlarına, yeraltı mədən tikintilərinə, inzibati idarələrə, ictimai təşkilatlara
sanatoriyalara və istirahət evlərinə, teatr, kinoteatr, sirk, kommunal-məişət xidməti idarələrinə, 


kənd təsərrüfatı obyektlərinə, qoruqlara və fəlakətli daşqın zonasında yerləşən bütün obyektlərə 
mülki müdafiə üzrə dərəcələr verilmir. 
10. Nazirliklərin, komitələrin, baş idarələrin rəhbərləri mülki müdafiə üzrə dərəcələrə aid 
ediləcək təsərrüfat obyektlərinin siyahısını razılaşdırmaq üçün Azərbaycan Respublikasının 
İqtisadiyyat Nazirliyinə təqdim edirlər. 
11. 
Azərbaycan 
Respublikasının 
İqtisadiyyat 
Nazirliyi 
təsərrüfat 
obyektlərinin 
razılaşdırılmış ümumi siyahısını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Nazirlər 
Kabinetinə göndərir. 
12. Layihələşdirilən obyektlərə mülki müdafiə üzrə dərəcə layihələşdirmə mərhələsində 
verilir. 
13. Şəhərlərin mülki müdafiə üzrə qruplara aid edilməsi və təsərrüfat obyektlərinə dərəcələr 
verilməsi, yaxud əvvəllər verilmiş dərəcənin yüksəldilməsi üçün sənədlər təqdim edilərkən bu 
Qaydalar rəhbər tutulmalıdır. 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 25 sentyabr tarixli 193 nömrəli qərarı ilə 
təsdiq edilmiş Qaydalara 

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə