Mülki müdafiənin təmin edilməsi haqqında


II. MÜLKİ MÜDAFİƏNİN ƏMƏLİ MƏŞĞƏLƏLƏRİ, TƏLİMLƏRİ VƏ MƏŞQLƏRİ



Yüklə 378,45 Kb.
Pdf görüntüsü
səhifə5/16
tarix01.07.2022
ölçüsü378,45 Kb.
#90293
1   2   3   4   5   6   7   8   9   ...   16
temin 1998

II. MÜLKİ MÜDAFİƏNİN ƏMƏLİ MƏŞĞƏLƏLƏRİ, TƏLİMLƏRİ VƏ MƏŞQLƏRİ 


2. Obyektlərdə keçirilən əməli məşğələlərin, mülki müdafiə təlimləri və məşqlərinin əsas 
növləri bunlardır: 
2.1. mülki müdafiə normativlərinin yerinə yetirilməsi — normativlər adətən ayda bir dəfə 
mülki müdafiə məşğələsi zamanı öyrədilir; 
2.2. rəhbər heyətin mülki müdafiə məşqləri — ildə bir dəfə keçirilir və belə məşqlər zamanı 
rəhbər heyət obyektin mülki müdafiə planına əsasən özünün xidməti vəzifələrini dəqiq öyrənir; 
məşqə obyektin MM qərargahı, MM xidmətlərinin rəhbər heyətləri və hərbiləşdirilməmiş 
dəstələrin komandir-rəis heyəti cəlb edilir; 
2.3. kompleks mülki müdafiə təlimləri hər üç ildən bir, 2— 3 gün ərzində aşağıdakı 
obyektlərdə keçirilir: işçilərinin sayından asılı olmayaraq, mülki müdafiə üzrə dərəcəli 
obyektlərdə və kimyəvi, partlayış-yanğın təhlükəli digər obyektlərdə; işçilərinin sayı 300 
nəfərdən artıq olan dərəcəsiz obyektlərdə; çarpayılarının sayı 200-dən artıq olan müalicə-
profilaktika 
müəssisələrində. 
Təlimə 
obyektin 
rəhbər, 
komandir-rəis 
heyətləri, 
hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyati, dəstələrə cəlb olunmayan işçilər cəlb edilir
habelə obyektin ətrafında yaşayan əhali də təlimlərə cəlb edilə bilər; 
2.4. qalan obyektlərdə, o cümlədən təhsil müəssisələrində (ümumi təhsil, ilk peşə-ixtisas 
təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrindən başqa) üç ildən bir 8 — 10 saat davam 
edən obyekt mülki müdafiə məşqləri keçirilir. Məşqlərə obyektin rəhbər, komandir-rəis 
heyətləri, hərbiləşdirilməmiş MM dəstələrinin şəxsi heyəti, dəstələrə cəlb olunmayan işçilər və 
təhsil alan gənclər cəlb edilir;
12
2.5. hərbiləşdirilməmiş mülki müdafiə dəstələri ilə əməli məşğələlər — yüksək hazırlıqlı 
dəstələrlə ildə bir dəfə, qalan dəstələrlə üç ildən bir — kompleks təlim və ya obyekt məşqi 8 saat 
həcmində keçirilir; 
2.6. ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili və digər təhsil müəssisələrində 
isə hər il «Mülki müdafiə» günü keçirilir və bu tədbir həmin təhsil müəssisələrinin illik tədris 
planlarında da nəzərdə tutulur;
 13
2.7. hər bir hərbiləşdirilməmiş mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə məşq ildə 
iki dəfə keçirilir. 

Yüklə 378,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə